Müsəlmanlar

İsrailin işğalına məruz qalan Filistinlilərə biz necə köməklik göstərə bilərik?

Sual: İsrailin zülmünə, işğalına biz ancaq mitinq və bəddualarla qarşı çıxa bilirik. Filistinlilərə də ancaq dua etməkdən başqa əlimizdən heçnə gəlmir. Biz bundan əlavə nə edə bilərik?

Cavab: Əlbəttə, duanı və Allahdan yardımı hər zaman istəyəcəyik. Ancaq zülmə məruz qalan insanlara tərəf olmaq və onlara dua etməklə yanaşı, feili şəkildə də dua etmək yəni onlara maddi-mənəvi hər cür köməyi də əsirgəməməyə çalışmalıyıq. Yeri gəlincə onları bu zülmdən qurtarmaq üçün savaşmaq da lazımdır. Bu, Allahın bir əmridir:

“Sizə nə olub ki, Allah yolunda: “Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi və bizə Öz tərəfindən bir yardımçı göndər!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?” (Nisa 4/75).

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/14523.html

https://www.muselmanlar.com/fitvalar/6279.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.