Müsəlmanlar

Allah, kimləri lənətləyir?

Sual: Quranda lənətlənmiş insanlardan bəhs edilir. Bunlar kimlərdir?

Cavab: Lənət kəlməsi, “əsəbləşib qovmaq və uzaqlaşdırmaq, kənarlaşdırmaq” mənalarına gəlir. Eyni zamanda qarşısındakına bəddua etməyi də ifadə edir (Müfrədat). Quranda lənət kəlməsi ən az 33 dəfə keçər və bu kəlmə, daha çox günah işləyənlərlə əlaqədar işlədilir. Məsələn: Allah, şeytana lənət edər:

Allah, o şeytanı lənətlədi/uzaqlaşdırdı. Şeytan da belə dedi: “Əlbəttə mən, Sənin bəndələrindən bir qismini mütləq ələ alacağam.” (Nisa 4/118).

Quranda ən çox lənətə məruz qalan tayfalardan biri də yəhudilər/İsrail oğullarıdır. Bunun əsas səbəblərindən biri; Allahın onlara lütf edib ən çox peyğəmbər və kitab göndərməsinə baxmayaraq, Allaha qarşı ən çox üsyan edən, ayələrini yalanlayan və elçilərini öldürməyə təşəbbüs edən bir tayfa olmalarındandır. Bunu Uca Rəbbimiz kitabında bizə belə çatdırır:

Verdikləri sözləri pozmaları, kafirlik etmələri, nəbiləri öldürmələri/etibarsızlaşdırmaları və “bizim qəlbimiz bağlıdır!”– demələri səbəbi ilə onları cəzalandırdıq. Əslində kafirlikləri/haqqa göz yummaları səbəbi ilə Allah qəlblərini möhürləmişdir. Çox azı xaric, artıq onlar inanıb güvənməzlər.” (Nisa 4/155)

Lənətə məruz qalanlar arasında o cümlədən; böyük günah işləyən[1], bir müsəlmanı haqsız yerə öldürən[2], iffətli qadınlara iftira edənlər[3] də vardır.

Quranda həmçinin Allahın ayələrinə göz yuman və münafiqlik edən insanlar da lənətlənmişdir[4]. Bunların, bir çoxu bizdən əvvəlki ümmətlərdən olduğu kimi bir çoxu da bizim ümmətdən də olduğu açıqdır:

“Nazil etdiyimiz açıq və yol göstərici ayələri insanlara bu kitabda açıq-aşkar bildirəndən sonra gizlədənləri Allah lənətləyər/kənarlaşdırır. Lənət edəcək olanlar da onları lənətləyərlər.” (Bəqərə 2/159)

Nəticə etibarı ilə; Allahın dəyər verib yaratdığı, doğru inanç və fikirlərinə, yaxşı əməllərinə görə əbədi cənnət səadəti vəd etdiyi insanların bir çoxunun bütün bunlara göz yumaraq, öz insanlığını unudaraq, yer üzündə fitnə-fəsad törətməsi, haqsız yerə qan tökməsi, onların lənətlənməsinə/kənarlaşdırılmasına yol acır.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/3356.html

https://www.muselmanlar.com/fitvalar/5189.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Əraf 7/44; Hud 11/18;

[2] Bax: Nisa 4/93.

[3] Bax:Nur 24/23.

[4] Bax: Bəqərə 2/159; Tövbə 9/68.