
Füssilət surəsi 54 ayədən ibarətdir. Füssilət “müfəssəl/ətraflı izah olundu” deməkdir. Bu söz, surənin 3-cü ayəsində keçməkdədir.
بسم الله الرحمن الرحيم
Mərhəmətli, Rəhmli Allahın adıyla!
حم
- Ha, Mim![1]
تَنزِيلٌ مِّنَ الرَّحْمَنِ الرَّحِيمِ
- Bu (Kitab) Rəhman, Rəhim olan tərəfindən nazil edilmişdir.[2]
كِتَابٌ فُصِّلَتْ آيَاتُهُ قُرْآنًا عَرَبِيًّا لِّقَوْمٍ يَعْلَمُونَ
- Ayələri, anlayan bir xalq üçün[3] Ərəbcə quranlar/ayələr toplusu[4] halında müfəssəl/ətraflı olaraq açıqlanmış bir kitabdır.[5]
بَشِيرًا وَنَذِيرًا فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَ
- Müjdələyən və xəbərdar edən olaraq (endirilmişdir). Amma onların çoxu (kitabdan) uzaqlaşdılar. Artıq onlar dinləmirlər.[6]
وَقَالُوا قُلُوبُنَا فِي أَكِنَّةٍ مِّمَّا تَدْعُونَا إِلَيْهِ وَفِي آذَانِنَا وَقْرٌ وَمِن بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌ فَاعْمَلْ إِنَّنَا عَامِلُونَ
- Onlar belə dedilər: “Bizi dəvət etdiyin şeyə qarşı qəlbimiz qapalı, qulaqlarımızda da ağırlıq var.[7] Bizimlə sənin aranda bir pərdə vardır. Sən işində ol, biz də öz işimizdə olacağıq.”
قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِّثْلُكُمْ يُوحَى إِلَيَّ أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَاسْتَقِيمُوا إِلَيْهِ وَاسْتَغْفِرُوهُ وَوَيْلٌ لِّلْمُشْرِكِينَ
- De ki: “Mən də eyni sizin kimi bir bəşərəm! Mənə vəhy olunur ki, sizin ilahınız tək bir ilahdır.[8] Elə isə siz Ona tərəf doğru yol tutun və Ondan bağışlanma diləyin! Vay müşriklərin halına!
الَّذِينَ لَا يُؤْتُونَ الزَّكَاةَ وَهُم بِالْآخِرَةِ هُمْ كَافِرُونَ
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ
- İnanıb güvənən və xeyirxah işlər görənlər üçün isə bitib-tükənməyən bir mükafat vardır.[11]
قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِالَّذِي خَلَقَ الْأَرْضَ فِي يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُ أَندَادًا ذَلِكَ رَبُّ الْعَالَمِينَ
- De ki: “Siz doğurdanmı yeri iki gündə yaradanı görməzdən gəlib, Ona oxşar xüsusiyyətdə varlıqlar[12] ortaya qoyursunuz? O ki, aləmlərin Rəbbidir![13]
وَجَعَلَ فِيهَا رَوَاسِيَ مِن فَوْقِهَا وَبَارَكَ فِيهَا وَقَدَّرَ فِيهَا أَقْوَاتَهَا فِي أَرْبَعَةِ أَيَّامٍ سَوَاء لِّلسَّائِلِينَ
- O, dörd gündə; yer üzündə üstdən (alta doğru) sabit dağlar[14] yerləşdirmiş, yerdə bərəkət meydana gətirmiş, hər kəsin keçim qaynağını, axtaranların ehtiyacına uyğun bir şəkildə təqdir etmişdir.[15]
ثُمَّ اسْتَوَى إِلَى السَّمَاء وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ اِئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ
- Həmçinin[16] duman halında olan göyə yönəlmiş, həm ona həm də yerə: “Könüllü ya da məcburi olaraq əmrimə girin!” – demişdi. İkisi də “Könüllü olaraq əmrinə girdik!” – demişdilər.[17]
فَقَضَاهُنَّ سَبْعَ سَمَاوَاتٍ فِي يَوْمَيْنِ وَأَوْحَى فِي كُلِّ سَمَاء أَمْرَهَا وَزَيَّنَّا السَّمَاء الدُّنْيَا بِمَصَابِيحَ وَحِفْظًا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ
- Beləcə, Allah onları iki gündə yeddi göy olaraq tamamladı[18] və hər bir göyə özünə aid vəzifəsini vəhy etdi/bildirdi.[19] Ən yaxın göyü də qəndillərlə bəzədik[20] və qoruduq.[21] Bu, Əziz, hər şeyi bilən Allahın təqdiridir.[22]
فَإِنْ أَعْرَضُوا فَقُلْ أَنذَرْتُكُمْ صَاعِقَةً مِّثْلَ صَاعِقَةِ عَادٍ وَثَمُودَ
- Əgər Haqdan uzaqlaşsalar, onlara de ki: “Mən sizi Ad (Hud xalqını) və Səmudu (Salihin xalqını) vuran ildırımın eynisi bir ildırımla xəbərdar edirəm.”[23]
إِذْ جَاءتْهُمُ الرُّسُلُ مِن بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ قَالُوا لَوْ شَاء رَبُّنَا لَأَنزَلَ مَلَائِكَةً فَإِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ
- Onlara elçilər önlərindən və arxalarından gəlib[24], “Allahdan başqasına qulluq etməyin!” – dedikləri zaman onlar: “Əgər Rəbbimiz lazım bilsəydi,[25] əlbəttə, mələkləri endirərdi.[26] Ona görə də biz sizinlə göndərilənləri rədd edirik!”[27] – dedilər.
فَأَمَّا عَادٌ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَقَالُوا مَنْ أَشَدُّ مِنَّا قُوَّةً أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةً وَكَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ
- Ad (Hudun xalqı) isə, yer üzündə nahaq yerə təkəbbürlük göstərdi və dedi: “Bizdən daha güçlü kim var?”[28] Onları yaradan Allahın onlardan daha güçlü olduğunu görmədilərmi? Onlar ayələrimizi bilə-bilə inkar etdilər.
فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي أَيَّامٍ نَّحِسَاتٍ لِّنُذِيقَهُمْ عَذَابَ الْخِزْيِ فِي الْحَيَاةِ الدُّنْيَا وَلَعَذَابُ الْآخِرَةِ أَخْزَى وَهُمْ لَا يُنصَرُونَ
- Biz də onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün, qara günlərdə üstlərinə bərk əsən dondurucu bir külək göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara heç bir köməklik də göstərilməyəcək![29]
وَأَمَّا ثَمُودُ فَهَدَيْنَاهُمْ فَاسْتَحَبُّوا الْعَمَى عَلَى الْهُدَى فَأَخَذَتْهُمْ صَاعِقَةُ الْعَذَابِ الْهُونِ بِمَا كَانُوا يَكْسِبُونَ
- Səmuda (Salihin xalqına) gəlincə, onlara doğru yolu göstərdik, amma onlar doğru yolun yerinə korluğu sevib seçdilər. Qazandıqlarına qarşılıq onları alçaldıcı əzab ildırımı vurdu.[30]
وَنَجَّيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ
- İnanıb güvənən və pisliklərdən çəkinib qorunanları isə qurtardıq.[31]
وَيَوْمَ يُحْشَرُ أَعْدَاء اللَّهِ إِلَى النَّارِ فَهُمْ يُوزَعُونَ
- O gün Allahın düşmənləri atəşə/cəhənnəmə toplanılacaqlar. Sonra onlar (atılmaq üzrə) dəstələrə ayrılacaqlar.[32]
حَتَّى إِذَا مَا جَاؤُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَارُهُمْ وَجُلُودُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ
- Oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri, etdikləri şeylər haqqında əleyhlərinə şahidlik edəcəklər.[33]
وَقَالُوا لِجُلُودِهِمْ لِمَ شَهِدتُّمْ عَلَيْنَا قَالُوا أَنطَقَنَا اللَّهُ الَّذِي أَنطَقَ كُلَّ شَيْءٍ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَ
- Dərilərinə: “Siz niyə bizim əleyhimizə şahidlik etdiniz?” – deyəcəklər. Onlar da: “Hər şeyi danışdıran Allah, bizi də danışdırdı. Sizi ilk dəfə O yaratdı, indi də Onun huzuruna çıxarılırsınız.”[34] – deyə qarşılıq verəcəklər.
وَمَا كُنتُمْ تَسْتَتِرُونَ أَنْ يَشْهَدَ عَلَيْكُمْ سَمْعُكُمْ وَلَا أَبْصَارُكُمْ وَلَا جُلُودُكُمْ وَلَكِن ظَنَنتُمْ أَنَّ اللَّهَ لَا يَعْلَمُ كَثِيرًا مِّمَّا تَعْمَلُونَ
- Halbuki siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahidlik edəcəyindən heç çəkinmirdiniz. Etdiklərinizin bir çoxunun Allahın bilməyəcəyini zənn edirdiniz.[35]
وَذَلِكُمْ ظَنُّكُمُ الَّذِي ظَنَنتُم بِرَبِّكُمْ أَرْدَاكُمْ فَأَصْبَحْتُم مِّنْ الْخَاسِرِينَ
- Sizin Rəbbiniz haqqındakı bax bu zənniniz, sizi məhv etdi və nəticədə ziyana uğrayanlardan oldunuz.[36]
فَإِن يَصْبِرُوا فَالنَّارُ مَثْوًى لَّهُمْ وَإِن يَسْتَعْتِبُوا فَمَا هُم مِّنَ الْمُعْتَبِينَ
- İndi dözsələr də (əzaba dözməsələr də), artıq o atəş onların qalacaqları yer olacaqdır. Üzr istəsələr də, artıq onlar üzrləri diqqətə alınacaq olanlardan deyildir.[37]
وَقَيَّضْنَا لَهُمْ قُرَنَاء فَزَيَّنُوا لَهُم مَّا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَحَقَّ عَلَيْهِمُ الْقَوْلُ فِي أُمَمٍ قَدْ خَلَتْ
مِن قَبْلِهِم مِّنَ الْجِنِّ وَالْإِنسِ إِنَّهُمْ كَانُوا خَاسِرِينَ
- (Allahın ayələrinə qarşı korluq etdikləri üçün)[38] Yanlarından ayrılmayan bəzi kəsləri başlarına caladıq. Onlar da önlərində və arxalarında nə varsa, özlərinə gözəl göstərdi.[39] Beləcə, özlərindən əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlər barəsində gerçəkləşmiş olan o söz, onlar barəsində də gerçəkləşmiş oldu. Həqiqətən, onlar ziyana uğrayanlardır.[40]
وَقَالَ الَّذِينَ كَفَرُوا لَا تَسْمَعُوا لِهَذَا الْقُرْآنِ وَالْغَوْا فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَ
- Kafirlik edənlər belə dedilər: “Bu Quranı dinləməyin! O oxunduqda lağ-lağa edin/səs-küy salın ki, bəlkə, qalib gələsiniz.”[41]
فَلَنُذِيقَنَّ الَّذِينَ كَفَرُوا عَذَابًا شَدِيدًا وَلَنَجْزِيَنَّهُمْ أَسْوَأَ الَّذِي كَانُوا يَعْمَلُونَ
- Biz də kafirlik edənlərə mütləq şiddətli bir əzab daddıracağıq[42] və onları etdiklərinin ən pisi ilə cəzalandıracağıq.[43]
ذَلِكَ جَزَاء أَعْدَاء اللَّهِ النَّارُ لَهُمْ فِيهَا دَارُ الْخُلْدِ جَزَاء بِمَا كَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ
- Bax belə! Allaha qarşı düşmənlik edənlərin cəzası o atəşdir/cəhənnəmdir. Ayələrimizi bilə-bilə inkar etməyin bir cəzası olaraq onların davamlı qalacaqları yurd orasıdır.[44]
وَقَالَ الَّذِينَ كَفَرُوا رَبَّنَا أَرِنَا الَّذَيْنِ أَضَلَّانَا مِنَ الْجِنِّ وَالْإِنسِ نَجْعَلْهُمَا تَحْتَ أَقْدَامِنَا لِيَكُونَا مِنَ الْأَسْفَلِينَ
- Kafirlik edənlər belə deyəcəklər: “Rəbbimiz! Bizi yoldan çıxaran o cinləri və insanları bizə göstər ki, onları alçaqların ən alçaqlarından olmaları üçün ayaqlarımızın altına alaq.”[45]
إنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنتُمْ تُوعَدُونَ
- “Rəbbim Allahdır!” – deyib sonra doğru istiqamətdə olanlara isə mələklər enərək belə deyələr: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin![46]
نَحْنُ أَوْلِيَاؤُكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ وَلَكُمْ فِيهَا مَا تَشْتَهِي أَنفُسُكُمْ وَلَكُمْ فِيهَا مَا تَدَّعُونَ
- Biz sizin dünya həyatında da axirətdə də ən yaxınlarınızıq. Orada nəfsinizin çəkdiyi hər şey vardır. Arzu etdiyiniz hər şey sizindir.[47]
نُزُلًا مِّنْ غَفُورٍ رَّحِيمٍ
- Çox bağışlayan, mərhəmətli olan (Allah) tərəfindən bir mükafat olaraq.”[48]
وَمَنْ أَحْسَنُ قَوْلًا مِّمَّن دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ
- Allaha çağıran, xeyirxah işlər görən və “Mən sadəcə müsəlmanlardanam/Allaha təslim olanlardanam!” – deyəndən daha gözəl sözlü kim ola bilər?![49]
وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ
- Yaxşılıqla pislik bir olmaz. Sən pisliyi daha yaxşı olanla dəf et![50] Bir də görərsən ki, səninlə aranızda düşmənlik edən, sənə ən yaxın cana yanan biri olmuş.[51]
وَمَا يُلَقَّاهَا إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَا إِلَّا ذُو حَظٍّ عَظِيمٍ
- Bu nəzakətli davranışa yalnız səbrli/dirayətli olanlar qovuşdurulur. Buna yalnız (xeyrixah əməlindən) böyük payı olanlar qovuşdurulur.[52]
وَإِمَّا يَنزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ
- Əgər şeytan səni pis (pozğun) işlərdən birinə sövq etsə, dərhal Allaha sığın! Şübhəsiz, O eşidəndir, biləndir.[53]
وَمِنْ آيَاتِهِ اللَّيْلُ وَالنَّهَارُ وَالشَّمْسُ وَالْقَمَرُ لَا تَسْجُدُوا لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ وَاسْجُدُوا لِلَّهِ الَّذِي خَلَقَهُنَّ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ
- Gecə, gündüz, Günəş və Ay Onun ayələrindəndir/dəlillərindəndir.[54] Əgər Allaha qulluq edirsinizsə, nə Günəşə səcdə edin, nə də Aya. Bütün bunları yaradana səcdə edin![55]
فَإِنِ اسْتَكْبَرُوا فَالَّذِينَ عِندَ رَبِّكَ يُسَبِّحُونَ لَهُ بِاللَّيْلِ وَالنَّهَارِ وَهُمْ لَا يَسْأَمُونَ
- Əgər təkəbbür göstərirlərsə (bilsinlər ki), sənin Rəbbinin qatında olanlar gecə-gündüz heç usanmadan Onu təsbih edir/uca tutaraq boyun əyirlər.[56]
وَمِنْ آيَاتِهِ أَنَّكَ تَرَى الْأَرْضَ خَاشِعَةً فَإِذَا أَنزَلْنَا عَلَيْهَا الْمَاء اهْتَزَّتْ وَرَبَتْ إِنَّ الَّذِي أَحْيَاهَا لَمُحْيِي الْمَوْتَى إِنَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
- Onun ayələrindən/dəlillərindən biri də budur: Yer üzünü (quraqlıqdan) boynu bükük görərsən, arxasından üzərinə yağış yağdıran kimi hərəkətə gəlib qabarır. Yeri dirildən Allah, əlbəttə, ölüləri də dirildəcəkdir. O, hər şeyə qadirdir/hər şeyə bir ölçü qoyandır.[57]
إِنَّ الَّذِينَ يُلْحِدُونَ فِي آيَاتِنَا لَا يَخْفَوْنَ عَلَيْنَا أَفَمَنْ يُلْقَى فِي النَّارِ خَيْرٌ أَمْ مَنْ يَأْتِي آمِنًا يَوْمَ الْقِيَامَةِ اعْمَلُوا مَا شِئْتُمْ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
- Ayələrimiz qarşısında inkârcılığa sapanlar bizə gizli qalmaz.[58] O halda qiyamət/məzardan qalxma günü atəşə atılan daha xeyirlidir, yoxsa əmin-amanlıq içində gələcək olan?[59] Siz istədiyinizi edin. Şübhəsiz ki, O etdiklərinizi görəndir.
إِنَّ الَّذِينَ كَفَرُوا بِالذِّكْرِ لَمَّا جَاءهُمْ وَإِنَّهُ لَكِتَابٌ عَزِيزٌ
- Bu zikir[60] (Quran) özlərinə gəldiyi zaman ona qarşı kafirlik edənlər/onu görməzlikdən gələnlər[61] (bizə gizli qalmaz). Şübhəsiz, o Əziz/şərəfli və dəyərli bir kitabdır.
لَا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ تَنزِيلٌ مِّنْ حَكِيمٍ حَمِيدٍ
- Ona nə önündən nə də arxasından batıl yanaşa bilməz![62] O, hökm/hikmət sahibi, hər cür tərifə layiq olan tərəfindən nazil olmuşdur.[63]
مَا يُقَالُ لَكَ إِلَّا مَا قَدْ قِيلَ لِلرُّسُلِ مِن قَبْلِكَ إِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ وَذُو عِقَابٍ أَلِيمٍ
- (Ey Muhəmməd!) Sənə sadəcə səndən öncəki elçilərə deyilənlər deyilir.[64] Şübhəsiz, sənin Rəbbin həm məğfirət sahibidir, həm də cəzası ağrılı-acılı olandır.
وَلَوْ جَعَلْنَاهُ قُرْآنًا أَعْجَمِيًّا لَّقَالُوا لَوْلَا فُصِّلَتْ آيَاتُهُ أَأَعْجَمِيٌّ وَعَرَبِيٌّ قُلْ هُوَ لِلَّذِينَ آمَنُوا هُدًى وَشِفَاء وَالَّذِينَ لَا يُؤْمِنُونَ فِي آذَانِهِمْ وَقْرٌ وَهُوَ عَلَيْهِمْ عَمًى أُوْلَئِكَ يُنَادَوْنَ مِن مَّكَانٍ بَعِيدٍ
- Bu kitabı başa düşülməsi çətin bir dildə ayələr toplusu[65] etsəydik, onlar belə deyərdilər: “Ayələri müfəssəl/ətraflı olaraq açıqlanmalı deyildimi? Başa düşülməsi çətin bir dilmi, yoxsa (fəsih/təmiz) Ərəbcəmi”[66] (olmalı)?” De ki: “O, inanıb güvənənlər üçün bir rəhbər və şəfadır.”[67] Ona inanıb güvənməyənlərin qulaqlarında ağırlıq var və bu kitab onlara qapalıdır/anlaşılmazdır.[68] Onlara (sanki) uzaq bir yerdən səslənilir (başa düşmürlər).”
وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَاخْتُلِفَ فِيهِ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِيَ بَيْنَهُمْ وَإِنَّهُمْ لَفِي شَكٍّ مِّنْهُ مُرِيبٍ
- Biz Musaya da kitab[69] verdik. Sonra onun barəsində ixtilaf edildi. Rəbbinin daha öncə verdiyi bir sözü[70] olmasaydı, dərhal onların arasında hökm verilərdi (işləri bitirilərdi). Həqiqətən, onlar verilən kitab barəsində dərin bir şək-şübhə içində idilər.
مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ وَمَنْ أَسَاء فَعَلَيْهَا وَمَا رَبُّكَ بِظَلَّامٍ لِّلْعَبِيدِ
- Kim xeyirxah bir iş görərsə, yalnız özü üçün görmüş olar, kim də pis bir iş görərsə, o da öz əleyhinə görmüş olar.[71] Sənin Rəbbin bəndələrinə əsla haqsızlıq etməz![72]
إِلَيْهِ يُرَدُّ عِلْمُ السَّاعَةِ وَمَا تَخْرُجُ مِن ثَمَرَاتٍ مِّنْ أَكْمَامِهَا وَمَا تَحْمِلُ مِنْ أُنثَى وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِ وَيَوْمَ يُنَادِيهِمْ أَيْنَ شُرَكَائِي قَالُوا آذَنَّاكَ مَا مِنَّا مِن شَهِيدٍ
- O saatın/məzardan qalxma saatının elmi yalnız Ona məxsusdur.[73] Onun xəbəri olmadan heç bir meyvə tomurcuğundan çıxa bilməz, heç bir dişi hamilə qala bilməz, doğura da bilməz![74] O gün Allah onlara (məzəmmət edərək): “Hanı şəriklərim?!” – deyə, səslənəcək. Onlar da: “İçimizdən onları görən kimsə olmadığını sənə ərz edərik.” – deyəcəklər.
وَضَلَّ عَنْهُم مَّا كَانُوا يَدْعُونَ مِن قَبْلُ وَظَنُّوا مَا لَهُم مِّن مَّحِيصٍ
- Daha əvvəl köməyə çağırdıqları onlardan uzaqlaşıb getmişdir və onlar özləri üçün qaçacaq bir yerin olmadığını artıq anladılar.[75]
لَا يَسْأَمُ الْإِنسَانُ مِن دُعَاء الْخَيْرِ وَإِن مَّسَّهُ الشَّرُّ فَيَؤُوسٌ قَنُوطٌ
- İnsan özünə xeyir diləməkdən usanmaz.[76] Ancaq ona bir pislik dəysə, dərhal məyus olub ümidsizliyə qapılır.[77]
وَلَئِنْ أَذَقْنَاهُ رَحْمَةً مِّنَّا مِن بَعْدِ ضَرَّاء مَسَّتْهُ لَيَقُولَنَّ هَذَا لِي وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِن رُّجِعْتُ إِلَى رَبِّي إِنَّ لِي عِندَهُ لَلْحُسْنَى فَلَنُنَبِّئَنَّ الَّذِينَ كَفَرُوا بِمَا عَمِلُوا وَلَنُذِيقَنَّهُم مِّنْ عَذَابٍ غَلِيظٍ
- Çəkdiyi yoxluq/sıxıntıdan sonra ona tərəfimizdən bir rəhmət/bolluq daddırsaq, mütləq belə deyər: “Bu elə mənim haqqımdır![78] O saatın/məzardan qalxma saatının gələcəyini də güman etmirəm. Əgər olsa belə, Rəbbimin huzuruna çıxarılanda, mənə Onun yanında, əlbəttə, bundan daha gözəl nemətlər verilər!”[79] Biz, nankorluq edənlərə nə etdiklərini mütləq xəbər verəcəyik və onlara hökmən ağır bir əzab daddıracağıq.
وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنسَانِ أَعْرَضَ وَنَأى بِجَانِبِهِ وَإِذَا مَسَّهُ الشَّرُّ فَذُو دُعَاء عَرِيضٍ
- İnsana nemət verdiyimiz zaman uzaqlaşar və yan gəzər. Ancaq ona bir şər/pislik dəydikdə isə yalvarıb-yaxarar.[80]
قُلْ أَرَأَيْتُمْ إِن كَانَ مِنْ عِندِ اللَّهِ ثُمَّ كَفَرْتُم بِهِ مَنْ أَضَلُّ مِمَّنْ هُوَ فِي شِقَاقٍ بَعِيدٍ
- De ki: “Heç düşündünüzmü? Əgər o (Quran) Allah dərgahından isə və siz də onu görməzdən gəlir/inkar edirsinizsə, belə bir dərin ayrılıq içində olandan daha azmış kim ola bilər?”[81]
سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ
- Onlara; çevrələrində və özlərində olan ayələrimizi[82] göstərəcəyik.[83] Sonunda onun (Quranın) bir gerçək olduğu bəyan olacaqdır. Məgər Rəbbinin hər şeyə şahd olması yetərli deyil?
أَلَا إِنَّهُمْ فِي مِرْيَةٍ مِّن لِّقَاء رَبِّهِمْ أَلَا إِنَّهُ بِكُلِّ شَيْءٍ مُّحِيطٌ
- Bilin ki, onlar Rəbbi ilə qarşılaşacaqları barədə tərəddüd içindədirlər.[84] Bilin ki, O hər şeyi əhatə edəndir.
[1] Bunlara “hurufu muqatta”, yəni tək-tək oxunan hərflər deyilir. Bunların Nəbimizdən soruşulmaması, onların bilinən bir mənası olduğunu göstərir. Yoxsa müşriklər bunu dillərinə dolayar, Nəbimizi hər zaman rahatsız edərdilər. Bu hərflərlə əlaqəli suallar, İslamın Ərəbistan yarımadası xaricinə yayılmasından sonra başlamışdır. Türkcədə belə bir ifadə tərzi yoxdur. Bu hərflərlə başlayan 29 surədən 25-ində Qurana, dördündə də mühüm bir mövzuya diqqət çəkməsi, onların diqqətlərini cəlb etmək üçün işlədildiyi başa düşülür (Doğrusunu Allah bilir).
[2] Tə-ha 20/4, Şuəra 26/192-193, Səcdə 32/2, Zumər 39/2, Mömin 40/2, Fussilət 41/42, Casiyə 45/2, Əhqaf 46/2, Həqqə 69/43.
[3] Quranın ərəb dilində olması, ərəb dilini bilənlərdən ibarət bir şuranın Quranın üzərində birlikdə çalışmasını zəruri edir. Qurandakı bir çox hikmətlərə də yalnız bu yolla qovuşmaq olar. Ətraflı məlumat üçün Bəqərə 2/269, Ali İmran 3/7, Hud 11/1-2 və onların qeydlərinə baxın.
[4] “Quran” sözü “qaraa” (قرأ) felinin məsdəridir, yəni toplamaq və ya birləşdirmək deməkdir. Həm məsdər, həm də bütövlük və ya toplama bildirən isim kimi istifadə olunur. Allahın son kitabının Quran adlandırılmasının səbəbi, onun Quranın bütün surələrini (fəsillərini) bir araya gətirməsidir (Lisan əl-Ərəb). Ərəb dilində Quranın cəm forması (قررآنً) olmadığı üçün həm tək, həm də cəm formaları üçün istifadə olunur. Buna görə də, kontekstdən asılı olaraq, Quran (قررآن) sözü “Quranlar” mənası da verilə bilər. Daha ətraflı məlumat üçün Bəqərə surəsinin 2:185-ci ayəsinə və onun qeydinə baxın.
[5] Ənam 6/114, Əraf 7/52, Yusif 12/2, Taha 20/113-114, Zümər 39/28, Şura 42/7, Zuxruf 43/3, Əhqaf 46/12.
[6] Bu ayəyə əsasən, xəbərdarlıq edən və müjdə verən olmaq Allahın kitabının xüsusiyyətidir. Allahın elçiləri də bu vəsfə sahibdirlər, çünki onlar kitabdakı müjdələri və xəbərdarlıqları insanlara çatdırırlar (Hud 11/1-2). Bu, “elçi” sözündən ilk başa düşülən şeyin Kitab olduğunu göstərir (İsra 17/9-10, Kehf 18/1-2, Əhqaf 46/12).
[7] Ənam 6/25, İsra 17/45-46, Kəhf 18/57, Loğman 31/7.
[8] Kəhf 18/110.
[9] Allah zəkatı əvvəlki ümmətlərə vacib etdiyi kimi, sonuncu ümmətə də vacib etmişdir (Bəqərə 2/43, 83; Maidə 5/12; Məryəm 19:31, 55). Allah zəkat verənləri tərifləyir (Bəqərə 2/110; Həcc 22/78; Nur 24/56). Zəkat verməyənləri qınayır (Bəqərə 2:277; Muminun 23:1-4; Nur 24/37-38; Məaric 70:24-25). Bu ayədə müşriklərin zəkat vermək əmrini bilərək vermədikləri və axirətə inanmadıqları və buna görə də təhdid edildikləri bildirilir. Başqa bir ayə göstərir ki, zəruri xeyriyyə işlərinə mane olanlar axirətə də tam inanmırlar (Maun 107/1-7).
[10] Yasin 36/47, Müddəssir 74/42-47.
[11] Həcc 22/50, Loğman 31/8-9, Fatır 35/7, İnşiqaq 84/25, Tin 95/6.
[12] Allah qatında bir gün bizim hesablamamızda min il kimidir (Həcc 22/47, Səcdə 32/5).
[13] Əndad qavramı haqqında ətraflı məlumat üçün bax: Əl-Bəqərə surəsi 2:165 və müvafiq qeyd.
[14] Bax: Rad 13/3 ayənin qeydi.
[15] Yer kürəsinin altı gündə yaradılışı ilə bağlı ayələr üçün baxın: Əraf 7/54, Yunus 10/3, Hud 11/7, Furqan 25/59, Secde 32/4, Kaf 50/38, Hədid 57/4.
[16] Ayədə keçən “sümmə” (ثمَ) ədatının dörd cür istifadəsi var. Çox yerdə “sonra” – deyə, ifadə olunsa da, bəzi hallarda sıralama qəsd olunmadan bərabərliyi də ifadə edir.
[17] Göylərin və yerin Allahın əmrinə tabe olması Tövratın Yeşaya 48:13 pasajında da bildirilir.
[18] Göylərin yeddi göy şəklində düzülməsi ilə bağlı digər ayələr üçün bax: Bəqərə 2/29, Talaq 65/12, Mülk 67/3 və Nuh 71:15
[19] Lüğətdə, “vəhy” işarə dili ilə danışmaq, pıçıldamaq, simvollar, yazı və ya ima/işarə ilə danışmaq deməkdir (Müfrədat). Bal arına verilən əmrlər (Nəhl 16/68), Allahın bu ayədə göylərə və başqa bir ayədə yerə çatdırdığı əmrlər (Zilzal 99/4-5), Musanın (ə.s.) anasına vəhy edilən əmr (Taha 20/38-39, Kasas 28/7-9), İsanın (ə.s.) həvarilərinə verilən əmr (Maidə 5/111), Zəkəriyyənin (ə.s.) öz qövmü ilə işarə ilə danışması (Məryəm 19/11) və şeytanların fısıldaması (Ənam 6/112, 121) hamısı Quranda “vəhy” kökündən törəmiş sözlərlə ifadə olunur. Vəhy növləri haqqında daha ətraflı məlumat üçün Şura 42/51 və onun qeydlərinə baxın.
[20] Bu ayədə və Mülk 67/5-də Uca Allah ən yaxın səmanı qəndillərlə bəzədiyini bildirir. Müvafiq ayələrə görə, qəndillər mənasını verən “məsabih” sözü səmanın bəzəyi olan ulduzları (nücum), ulduz topalarını (buruc), Günəşi (sirac), Ayı (qamar) və planetləri (kəvakib) əhatə edir. Çünki Quranda insanların üstündəki səmanın/göyün birinci təbəqəsinin hər kəsin görə biləcəyi şəkildə bəzədildiyi (Qaf 50/6), lakin bir gün ulduzların solacağı və qaralacağı (Mursəlat 77/8, Təkvir 81/2), Günəşlə Ayın isə bir yerə toplanıb büküləcəyi (Qiyamət 75/9, Təkvir 81/1) bildirilir. Bundan əlavə, göylərin onları daim müşahidə edənlər üçün ulduz topaları ilə bəzədildiyi (Hicr 15/16) və Günəşin və Ayın göyün alt qatında yerləşdiyi (Furqan 25/61, Nuh 71/16) bildirilir. Başqa bir ayədə planetlərin də ən yaxın səmanın bəzəyi olduğu qeyd olunur (Saffat 37/6), başqa bir ayədə isə onların bir gün dağılacaqları bildirilir (İnfitar 82/2).
[21] Uca Allah ən yaxın səmanı, göyün birinci qatını şeytanlardan qoruyub. Onlar ən yüksək mələklər toplusunu dinləyə bilməzlər (Sad 38/69). Əgər onlardan biri bir sözü tutsaydı, dərhal onu deşən bir şüa izləyərdi (Hicr 15/16-18, Şuara 26/210-212, Saffat 37/6-10, Cin 72/8-9).
[22] “Təqdir”, görülən işin ölçüsü və nəticəsidir. Yerin və göyün yaradılması da Allahın bir təqdiridir: Yer kürəsinin yaradılması iki gün (Fussilet 41/9), dağların əmələ gəlməsi və qida ölçülərinin müəyyən edilməsi dörd gün (Fussilet 41/10), dünyanın yaradılması altı gündə tamamlandı və göylər bu müddət ərzində iki gündə yaradıldı (Fussilet 41/12). Allah göyləri, yeri və aralarındakı hər şeyi altı gündə yaratdığını bildirir (Bəqərə 2/29, Əraf 7/54, Yunus 10/3, Hud 11/7, Furqan 25/59, Səcdə 32/4, Qaf 50/38, Hədid 57/4). Buna görə də, tüstü şəklində olan səma, dağların əmələ gəldiyi və qida ölçülərinin təyin olunduğu dörd günlük dövrün ilk iki günündə yeddi qat göy şəklində düzülmüşdü (Fussilət 41/11, Naziat 79/27-39). Bizim hesablamamıza görə (Həcc 22/47) Allah yanında bir gün min il olduğu üçün altı gün Allah üçün əhəmiyyətlidir. Bizə görə, göylər və yer altı min il ərzində yaradılmışdır.
[23] Furqan 25/38-39, Ənkəbud 29/38, Nəcm 53/50-51.
[24] Əraf 7/65, 73, Hud 11/50, 61.
[25] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Allahın bir şey etməsi o şeyi var etməsi, insanın bir şey etməsi də o şey üçün lazım olan səyi göstərməsidir (“Mufrədat”). Allah, hər şeyi bir ölçüyə görə var edər (Qəmər 54/49, Rad 13/48). Allah hər kəsin doğru yolda olmasını istəyər (Nisa 4/26) amma təkcə doğru işlər görəni doğru yolda sayar (Nur 24/46). Buna görə “şaə” feilinin icraçısı bəndə olarsa “seçib etdi”, Allah olarsa, “seçib yaratdı” mənasına gəlir. Allah, insanlara seçimlərinə görə davranma hürriyyəti verməsəydi, heç kimsə yanlış bir iş görə bilməz və imtahan deyə də bir şey olmazdı (Nəhl 16/93, Yunus 10/99). Yanlış bir qədər anlayışını İslama yerləşdirmək istəyənlər, böyük bir təhrifə yol verərək şaə ( شاء ) feilinə hər yerdə iradə yəni “istəmək və diləmək” mənasını vermiş və bunu təfsirlərə hətta sözlüklərə belə yerləşdirərək, bir çox ayənin məalını pozmuşlar.
[26] İsra 17/94-95.
[27] İbrahim 14/9, Səbə 34/34, Zuxruf 43/23-24.
[28] Onların güclü yönlərini təsvir edən ayələr üçün bax: Əraf 7/69 və Hud 11/52
[29] Ad qövmü ilə bağlı ayələr üçün bax: Əraf 7/65-72, Hud 11/50-60, Şuara 26/123-140, Əhqaf 46/21-25, Zariyat 51/41-42, Qəmər 54/18-21, Haqqa 8-69/69.
[30] Səmud qövmü ilə bağlı ayələr üçün baxın: Əraf 7/73-79, Hud 11/61-68, Hicr 15/80-84, Şuara 26/141-159, Nəml 27/45-53, Qəmər 54/23-31, Haqqa 69/4-5, Şəms 91/11-15.
[31] Yunus 10/103, Hud 11/58, 66. Yusuf 12/110, Ənbiya 21/7–9.
[32] Hicr 15/43-44, Məryəm 19/68-73, Nəml 27/83, Zümər 39/71-72.
[33] Nur 24/24-25, Yasin 36/65.
[34] Ənam 6/94, Kəhf 18/48.
[35] Allahdan heç bir şey gizli qalmaz (Bəqərə 2/75-77, Ali İmran 3/5, Nisa 4/108, Zuxruf 43/80, Mücadələ 58/6-7).
[36] İnşiqaq 84/14-15.
[37] Nahl 16/84, Rum 30/57, Casiyə 45/35.
[39] Məryəm 19/83, Furqan 25/28-29, Şuəra 26/221–223.
[40] Əhqaf 46/17-18.
[41] Kafirlərin Allahın kitabını təsirsiz hala gətirmək cəhdləri ilə bağlı ayələr üçün baxın: Tövbə 9:32, Həcc 22:51, 72, Səba 34:5, 38, Saf 61/8.
[42] Ali İmran 3/56, Nahl 16/88, Fatır 35/7, Mücadələ 58/14-15.
[43] Ənam 6/160, Qasas 28/84, Mümin 40/40.
[44] Yunus 10/7-8, Hud 11/17, Həcc 22/72, Nur 24/57, Tur 52/11-14.
[45] Əraf 7/38, Əhzab 33/67-68, Sad 38/61
[46] Ənbiya 21/103, Əhqaf 46/13-14.
[47] Nəhl 16/31, Ənbiya 21/102, Furqan 25/16, Yasin 36/57, Şura 42/22, Qaf 50/35.
[48] Ali İmran 3/198, Kəhf 18/107, Səcdə 32/19.
[49] Yusuf 12/108, Mümin 40/41-42.
[50] Şura surəsinin 42:40-43-cü ayələrinə əsasən, pisliyin qarşılığı ona bərabər cəzadır; lakin, zərər çəkmiş tərəfin bağışlanması da tövsiyə olunur. Pisliyə yaxşılıqla cavab vermək tövsiyəsi İncilin Romalılara 12:21 pasajında da verilir.
[51] Rad 13/22, Nahl 16/126, Müminun 23/96, Qasas 28/53-54.
[52] Bəqərə 2/148, Ali İmran 3/186, Şura 42/43.
[53] Əraf 7/200–201, Müminun 23/97-98.
[54] İsra 17/12, Yasin 36/37-40.
[55] İsra 17/23, Həcc 22/77, Nəcm 53/62.
[56] Əraf 7/206, Nahl 16/49, İsra 17/44, Ənbiya 21/19-20, Mümin 40/7, Şura 42/5.
[57] Əraf 7/57, Nəhl 16/65, Həcc 22/5-6, Ənkəbud 29/63, Rum 30/19, 24, 50, Fatir 35/9, Zuxruf 43/11, Casiyə 45/5, Əhqaf 46/33.
[58] Ali İmran 3/5, Səbə 34/3.
[59] Səcdə 32/18-20, Sad 38/28, Zümər 39/9, 19, 24, Mümin 40/58, Casiyə 45/21, Haşr 59/20.
[60] Zikr, əlaqələri ilə birlikdə düşünülüb öyrənilən doğru biliyi istifadəyə hazır tutmaq, ağla gətirmək və ya söyləməkdir (Mufrədat). Doğru biliyin mənbəyi, Allahın ayələridir. Allahın ayələri isə iki cürdür; Allahın yaratdığı ayələr (təbiət) və nazil etdiyi ayələr (Quran). Hər ikisindən əldə edilən doğru bilik zikirdir (Ənbiya 21/24, Ənam 6/80). İnsanı ancaq bu bilik rahatladır (Rad 13/28). Allahı zikr etmək; onu, kitabını və yaratdığı ayələri diqqətə almaq, ağıldan çıxarmamaq və onların üzərində düşünməkdir. İnsan bunlardan bildiyi qədəriylə məsuliyyət daşıyır (Bəqərə 2/209).
[61] Ənam 6/4-5, Qaf 50/5.
[62] Qurani-Kərim nazil olduğu andan Qiyamət gününə qədər Allah tərəfindən qorunub saxlanılmışdır. Buna görə də, onun mətninə nə əlavə, nə də çıxarış etmək olar (Hicr 15/9, Vaqiə 56/77-79, Cin 72/26-28). Lakin hər kəs imtahana çəkildiyi üçün Allaha qarşı həddi aşanlar ayələrin mənalarını təhrif etməyə və onları öz istəklərinə uyğun istifadə etməyə çalışırlar, çünki onlar mətnin özünü təhrif edə bilmədikləri üçün bu yola baş vururlar (Bəqərə 2/75, Ali-İmran 3/7, Fussilət 41/40).
[63] Fussilət 41/2.
[64] Ali İmran 3/184, Ənam 6/33-34, Zariyat 51/52-53.
[65] Quran kəlməsi üçün bax: Fussilət 41/3.
[66] Ərəblər, istər ərəb, istərsə də ərəb olmasından asılı olmayaraq, aydın və səlis danışa bilməyən birinə “əl-Əcəm” (الأعجم) (Müfradat) deyirlər. Çətin başa düşülən bir dil ilə iki şey qəsd edilə bilər. Birincisi, bu, ərəb dilinin ləhcələrinə aiddir. Hər dilin standart forması və ləhcələri var. Məsələn, türk dilinin standart forması İstanbul türkcəsidir. İstanbul türkcəsi yazılı və danışıq dili kimi istifadə olunur. Bundan əlavə, müxtəlif bölgələrdə danışıq ləhcələri də mövcuddur: Qara dəniz ləhcəsi, Egey ləhcəsi və s. Bu ləhcələr standart hesab edilmir. “Əcəm” sözü ilə ifadə edilən ikinci şey ərəb dilindən başqa digər dillərdir (Nəhl 16/103, Şuara 26/198-199).
[67] Yunus 10/57, İsra 17/82.
[68] İsra 17/45, Fussilət 41/5.
[69] Bəqərə 2/53, Hud 11/110.
[70] Hud 11/104.
[71] Rum 30/44, Casiyə 45/15.
[72] Ali İmran 3/182, Nisa 4/40, Ənfal 8/51, Həcc 22/10, Qaf 50/29.
[73] Əraf 7/187, Loğman 31/34, Əhzab 33/63, Şura 42/17, Zuxruf 43/85, Naziat 79/42–44.
[74] Ənam 6/59, Rad 13/8, Fatır 35/11.
[75] Ənam 6/22-24, Əraf 7/37, Yunus 10/28-30, Kəhf 18/52-53, Qasas 28/62-64, Mümin 40/73-74.
[76] Məaric 70/19, Adiyat 100/8.
[77] İsra 17/83, Rum 30/36.
[78] Qasas 28/78, Zümər 39/49, Fəcr 89/15.
[79] Kəhf 18/32-43.
[80] Yunus 10/12, 21, Hud 11/9-10, Rum 30/33-34, Zümər 39/8, Şura 42/48, Fəcr 89/16.
[81] Bəqərə 2/23-24, Əhqaf 46/10.
[82] Allahın ayələri ikiyə ayrılır: Birincisi, kainatdakı bütün varlıqlar olan yaradılmış ayələridir (Casiyə 45/3-6). İkincisi, endirilmiş ayələrdir ki, onlar ilahi kitablardafır (Fussilət 41/39, Şura 42/13-14). Yaradılan ayələr endirilmiş ayələrin doğruluğunun göstəricisidir; çünki Allah həm kainatın yaradıcısı, həm də onun haqqında ən dəqiq məlumatı verəndir. Yaradılmış və endirilmiş ayələr arasında heç bir ziddiyyət yoxdur; əksinə, qırılmaz bir bağ var. Elmin öyrənmə sahəsi Allahın yaratdığı ayələrdir. Əgər bu sahədə Allahın endirdiyi ayələrdən istifadə olunarsa, elmdə inanılmaz bir tərəqqi baş verər.
[83] Ənbiya 21/37, Nəml 27/93, Mümin 40/81, Zariyat 51/20-21.
[84] Yunus 10/7, Nəml 27/66.




