Sual: Bildiyiniz kimi Azərbaycan təhsil ocaqlarında hicaba qadağa qoyulub. Qızım mənim son sinifdə və həm də əlaçılar arasındadır. İndi mən qızımın gələcəyi üçün bir qərar verməliyəm, hicab və oxumaq arasında seçim etməliyəm. Sizcə hansını seçib hansını tərk etməliyəm, bu barədə nə məsləhət verirsiniz?
Cavab: Heç birini tərk etmək lazım deyil. İlk öncə bu qərar məsul olan şəxsin özünə, yəni sizin qızınıza aiddir. Dinimizdə belə bir qayda vardır: “Zərurətlər qadağaları ihlal edər/ortadan qaldırır.” Əgər təhsil almağı, gələcəkdə üniversitetdə oxumağı özünə zəruri bir hal hesab edirsə, məktəbin qapısına çatanda hicabın üstündən parik taxıb təhsilinə davam etsin.
Hər nə qədər də parik hicab yerinə keçməsə də hicabı tərk edib başı açıq gəzməkdən yaxşıdır. Hicabın üzərindən parik taxdığı üçün də başını açmış sayılmaz. Bir də bu hal məcburiyyətdən qaynaqlandığı üçün Allah qatında günah da sayılmaz.
Yox əgər qızınız yaxşı oxuyan deyilsə, hər hansı yöndən ali təhsil almağı da düşünmürsə o zaman o`məktəbdə nə deyə boş vaxt keçirir, 8- ci sinifdən çıxarın, qoy özü istədiyi faydalı bir məsləyə yiyələnsin.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabları aşağıdakı linkdə görə bilərsiz:
https://www.muselmanlar.com/fitvalar/6064.html
https://www.muselmanlar.com/sizden-gelenler/2795.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.




