Müsəlmanlar

Boşanma davası açıb sonra bu davadan imtina edənlər, dini cəhətdən boşanmış sayılırlarmı?

Sual: Məhkəməyə boşanma ərizəsi verən; amma sonra hakimin razı salması ya da peşman olması səbəbi ilə bundan imtina edənlər, dini cəhətdən boşanmış sayılırmı?

Cavab: Boşanma ərizəsi verənlər, boşanma tələblərini bildirmiş olurlar. Hakim boşanmalarına qərar verdiyi zaman onların bu tələblərini icra etmiş olur. Bilavasitə, hakim bu qərarı vermədən əvvəl boşanma davasından imtina edilərsə, istər dini yöndən istər rəsmi yöndən boşanmış sayılmazlar.

Boşanmada əsas olan; kişi əgər boşanmaq istəyirsə ilk növbədə talaq şərtlərinə rəayət edərək boşanmaya çalışacaqdır. Bunu bilmək üçün də Allahın kitabına baxmaq və Talaq surəsinin 1-3 ayətlərini oxumaq lazımdır. Saytımızda da bunun geniş izahı vardır: https://www.muselmanlar.com/fitvalar/2282.html

Qadınlar üçün isə Allah, daha asan qaydalar qoymuşdur. Bütün bunların isə məzhəblər üstünü örtmüş və qadına boşanma haqqı belə verməmişlər. Bu barədə də saytımızda geniş izahat vardır. Buyurun baxın: https://www.muselmanlar.com/fitvalar/152.html

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.