Müsəlmanlar

Yəhudi və Xristianları özümüzə dost tuta bilərikmi?

Cavab: Allah Təala, Maidə surəsinin 51-ci ayəsində: “Ey möminlər! Yəhudi və Xristianlara yoldaş olmayın. Onlar bir birinə yoldaşdır. Sizdən kim onlara yoldaşlıq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!”- buyurmaqdadır. Eyni surənin 55-ci ayəsində də: “Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allaha) boyun əyərək namaz qılır və zəkat verirlər.”- buyurulur.

Bu kimi ayələrdə ifadə edilən vəli/yoldaş kəliməsi maddi yöndən dostluq deyil, mənəvi, inanc yönündən edilən yoldaşlıqdır. Eyni yolun yolçusu və eyni düşüncə sahibi kimi yanında yer almayacaqsan, deməkdir. Vəli kəliməsinin kök mənası “ən yaxın” deməkdir. Yoldaş olmaq, o cümlədən eyni yolda yürüyərək, şəxsi sirləri, dövlət sirri kimi mühüm şeyləri onlarla paylaşmaq olmaz.

Yəhudi və Xristianlarla əlaqədar verilən ümumi ifadəni xüsusiləşdirən ayə, yəni, yaxınlıq qurulmayacaq şəxslərin kimlər olduğunu ifadə edən ayə, həmin surənin 57-ci ayəsidir: “Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri (özünüzə) yaxlaşdırmayın/əziz tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun.”

Əhli-kitab (yəhudi və xristianlar) içərisində dinimizi ələ salan və düşmənlik edən kafirləri isə həm dost həm də yoldaş olaraq görməyəcəyik.

Bu ayələrdən başqa; İslama və müsəlmanlara qarşı hər hansı bir düşmənçilik bəsləməyən qeyri-müsəlmanlarla yaxşı davranmağımızı, hər cür iqtisadi, ticari, dostluq, hətta ailə bağları belə qurmağı göstərən ayələr vardır ki, bunları birlikdə ələ alıb dəyərləndirməliyik. Məsələn; Mümtəhinə surəsinin 8-9-cu ayələri  bunlardan biridir:

“Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!”- buyurmaqdadır. Sonrakı ayədə isə aşağıdakı bu üç qrup qeyri-müsəlmanları həm dost görməkdən həm də yoldaşlıq etməkdən xaric tutmaqdadır:

“Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə yoldaşlıq etmənizi qadağan edər. Onlarla yoldaşlıq edənlər əsl zalımlardır!”

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/6148.html

http://www.muselmanlar.com/fitvalar/5955.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 


[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []