Müsəlmanlar

Zuxruf surəsi

Zuxruf surəsi 89 ayədən ibarətdir. Zuxruf sözü “naxışlı zinət, cəvahirat” kimi mənalara gəlir və bu söz surənin 35-ci ayəsində keçər.

بسم الله الرحمن الرحيم

Mərhəmətli, Rəhmli Allahın adıyla!

حم

  1. Ha Mim![1]

 

وَالْكِتَابِ الْمُبِينِ

  1. Açıq-aydın[2] kitaba and olsun ki!

 

إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ

  1. Biz onu ağlınızı işlədəsiniz deyə Ərəbcə quranlar/ayələr toplusu[3] halına gətirdik.[4]

 

وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ

  1. Şübhəsiz, o qatımızdakı Ana Kitabda (Lövhi-məhfuzda) mövcuddur.[5] Çox ucadır, hökm/hikmətlə doludur.[6]

 

أَفَنَضْرِبُ عَنكُمُ الذِّكْرَ صَفْحًا أَن كُنتُمْ قَوْمًا مُّسْرِفِينَ

  1. Həddi aşan bir xalq oldunuz deyə, sizə göz yumub bu Zikri[7]/Quranı sizə çatdırmaqdan əl çəkək?[8]

 

وَكَمْ أَرْسَلْنَا مِن نَّبِيٍّ فِي الْأَوَّلِينَ

  1. Sizdən əvvəlkilərə də neçə-neçə elçilər göndərdik.[9]

 

وَمَا يَأْتِيهِم مِّن نَّبِيٍّ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِؤُون

  1. Nə vaxt onlara bir Nəbi gəlsə, mütləq onunla istehza edirdilər.[10]

 

فَأَهْلَكْنَا أَشَدَّ مِنْهُم بَطْشًا وَمَضَى مَثَلُ الْأَوَّلِينَ

  1. Biz onlardan daha güçlü olanları belə həlak etdik. Onların məsəlləri (bu kitabda) keçmişdir.[11]

 

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ الْعَزِيزُ الْعَلِيمُ

  1. Onlara: “Göyləri və yeri kim yaratdı?” – deyə soruşan, əlbəttə, belə deyərlər: “Onları Əziz, hər şeyi bilən (Allah) yaratmışdır.”[12]

 

الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ

  1. O, yer üzünü sizin üçün bir beşik[13] edən və gedəcəyiniz yerə çatmağınız üçün orada yollar meydana gətirəndir.[14]

 

وَالَّذِي نَزَّلَ مِنَ السَّمَاء مَاء بِقَدَرٍ فَأَنشَرْنَا بِهِ بَلْدَةً مَّيْتًا كَذَلِكَ تُخْرَجُونَ

  1. O, bir qədərə/ölçüyə görə göydən su endirəndir. Onunla ölü bir bölgəni canlandırır.[15] Siz də (öldükdən sonra) eyni şəkildə çıxarılacaqsınız.[16]

 

وَالَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ الْفُلْكِ وَالْأَنْعَامِ مَا تَرْكَبُونَ

  1. O, bütün (erkək və dişi olmaqla) cütləri yaradandır.[17] Sizin üçün mindiyiniz gəmiləri və ənamı (qoyun, keçi, inək və dəvəni)[18] yaratmışdır.[19]

 

لِتَسْتَوُوا عَلَى ظُهُورِهِ ثُمَّ تَذْكُرُوا نِعْمَةَ رَبِّكُمْ إِذَا اسْتَوَيْتُمْ عَلَيْهِ وَتَقُولُوا سُبْحانَ الَّذِي سَخَّرَ لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِين

  1. Çünki, onların üzərinə oturasınız, oturduqdan sonra Rəbbinizin nemətlərini xatırlayıb belə deyəsiniz: “Bunları bizim xidmətimizə verən Allah bütün nöqsanlıqlardan uzaqdır. Yoxsa bizim onlara gücümüz yetməzdi.

 

وَإِنَّا إِلَى رَبِّنَا لَمُنقَلِبُونَ

  1. Biz, həqiqətən, Rəbbimizin huzuruna qayıdacağıq!

 

وَجَعَلُوا لَهُ مِنْ عِبَادِهِ جُزْءًا إِنَّ الْإِنسَانَ لَكَفُورٌ مُّبِينٌ

  1. (Müşriklər) Allahın bəzi bəndələrini Onun bir parçası saydılar.[20] Həqiqətən, insan açıq-aşkar nankördür.

 

أَمِ اتَّخَذَ مِمَّا يَخْلُقُ بَنَاتٍ وَأَصْفَاكُم بِالْبَنِينَ

  1. Yoxsa Allah yaratdıqlarından qızları Özünə övlad götürüb oğlanları sizin üçün ayırdı?[21]

 

وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحْمَنِ مَثَلًا ظَلَّ وَجْهُهُ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ

  1. Onlardan biri Rəhmana isnad etdikləri (qız övladı) ilə müjdələndiyi zaman qəzəbindən üzü qapqara kəsilər.

 

أَوَمَن يُنَشَّأُ فِي الْحِلْيَةِ وَهُوَ فِي الْخِصَامِ غَيْرُ مُبِينٍ

  1. O, açıq-aşkar üzə vura bilmədiyi bir mübahisə halında ikən[22] (belə deyir:) “Bərbəzək içində yetişdiriləcək biri iləmi (müjdələnirəm)!”

 

وَجَعَلُوا الْمَلَائِكَةَ الَّذِينَ هُمْ عِبَادُ الرَّحْمَنِ إِنَاثًا أَشَهِدُوا خَلْقَهُمْ سَتُكْتَبُ شَهَادَتُهُمْ وَيُسْأَلُونَ

  1. Onlar Rəhmanın bəndələri olan mələkləri də dişi saydılar. Yoxsa onların yaradılışına şahid oldular?[23] Onların bu (yalan) şahidliyi yazılacaq və sorğu-sual olunacaqlar.

 

وَقَالُوا لَوْ شَاء الرَّحْمَنُ مَا عَبَدْنَاهُم مَّا لَهُم بِذَلِكَ مِنْ عِلْمٍ إِنْ هُمْ إِلَّا يَخْرُصُونَ

  1. Onlar həmçinin dedilər: “Əgər Rəhman lazım görsəydi,[24] biz onlara (mələklərə) qulluq etməzdik.” Onların bu barədə heç bir biliyi yoxdur; onlar yalnız dəlil olmadan danışırlar.[25]

 

أَمْ آتَيْنَاهُمْ كِتَابًا مِّن قَبْلِهِ فَهُم بِهِ مُسْتَمْسِكُونَ

  1. Yoxsa onlara bundan (Qurandan) əvvəl bir kitab verdik, ona sarılırlar?[26]

 

بَلْ قَالُوا إِنَّا وَجَدْنَا آبَاءنَا عَلَى أُمَّةٍ وَإِنَّا عَلَى آثَارِهِم مُّهْتَدُونَ

  1. Əslində onlar bunu deyirlər: “Biz ata-babalarımızı bu yola/bu inanca bağlı gördük və biz də onların izindən gedərək doğru yola qovuşarıq.”[27]

 

وَكَذَلِكَ مَا أَرْسَلْنَا مِن قَبْلِكَ فِي قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا وَجَدْنَا آبَاءنَا عَلَى أُمَّةٍ وَإِنَّا عَلَى آثَارِهِم مُّقْتَدُونَ  

  1. Həmişə belə olub; səndən öncə də Biz hər hansı bir məmləkətə xəbərdarlıq edən birini göndərdikdə, oranın bolluq içində azğınlaşmış olanları sadəcə belə dedilər: “Biz ata-babalarımızı bu yola/bu inanca bağlı gördük və biz də onların izindən gedərək onlara uyarıq.”[28]

 

قَالَ أَوَلَوْ جِئْتُكُمْ بِأَهْدَى مِمَّا وَجَدْتُمْ عَلَيْهِ آبَاءَكُمْ قَالُوا إِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ

  1. (Xəbərdarlıq edən) onlara belə dedi: “Əgər mən sizə, ata-babalarınızın tutduğu yoldan/inancdan daha doğrusunu gətirmişəmsə, onda necə?” Onlar belə qarşılıq verdilər: “Biz sizinlə göndərilənləri inkar edir/görmək belə istəmirik.[29]

 

فَانتَقَمْنَا مِنْهُمْ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ

  1. Biz də onlara layiq olduqları cəzanı verdik. Bax gör (Haqqı) yalanlayanların aqibəti necə oldu?![30]

 

وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ وَقَوْمِهِ إِنَّنِي بَرَاء مِّمَّا تَعْبُدُونَ

  1. Bir gün İbrahim, atasına və xalqına belə dedi: “Mən sizin qulluq etdiklərinizdən tamamilə uzağam!”[31]

 

إِلَّا الَّذِي فَطَرَنِي فَإِنَّهُ سَيَهْدِينِ

  1. Yalnız məni fitrətə/(bölünmə) qanununa uyğun yaradandan[32] başqa![33] Şübhəsiz, O mənə doğru yolu göstərəcəkdir.”

 

وَجَعَلَهَا كَلِمَةً بَاقِيَةً فِي عَقِبِهِ لَعَلَّهُمْ يَرْجِعُونَ

  1. İbrahim bu sözü özündən sonra gələnlər arasında həmişəlik olaraq qalan bir söz etdi. Bəlkə, (şirkdən) dönərlər![34]

 

بَلْ مَتَّعْتُ هَؤُلَاء وَآبَاءهُمْ حَتَّى جَاءهُمُ الْحَقُّ وَرَسُولٌ مُّبِينٌ

  1. Əslində Mən onları və ata-babalarını bu həqiqət (Quran) və açıq-aşkar bir elçi olan (Muhəmməd) gələnə qədər keçici dünya malından faydalandırdım.

 

وَلَمَّا جَاءهُمُ الْحَقُّ قَالُوا هَذَا سِحْرٌ وَإِنَّا بِهِ كَافِرُونَ

  1. Nə zaman ki, onlara haqq (Quran) gəldi, onlar belə dedilər: “Bu bir sehrdir,[35] biz onu inkar edir/görmək belə istəmirik!”[36]

 

وَقَالُوا لَوْلَا نُزِّلَ هَذَا الْقُرْآنُ عَلَى رَجُلٍ مِّنَ الْقَرْيَتَيْنِ عَظِيمٍ

  1. Həmçinin dedilər ki: “Bu Quran, bu iki məmləkətdən[37] birinin böyük bir adamına nazil olmalı deyildimi?”[38]

 

أَهُمْ يَقْسِمُونَ رَحْمَةَ رَبِّكَ نَحْنُ قَسَمْنَا بَيْنَهُم مَّعِيشَتَهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍ دَرَجَاتٍ لِيَتَّخِذَ بَعْضُهُم بَعْضًا سُخْرِيًّا وَرَحْمَتُ رَبِّكَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ

  1. Rəbbinin mərhəmətini onlar bölüşdürəcəklər?[39] Halbuki Biz onların dünya həyatındakı dolanışıqlarını aralarında bölüşdürdük. Həmçinin bəzilərinin dərəcəsini digərlərindən üstün etdik ki,[40] biri digərinə iş gördürə bilsin. Lakin Rəbbinin neməti onların toplaya biləcəklərindən daha yaxşıdır. Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir![41]

 

وَلَوْلَا أَن يَكُونَ النَّاسُ أُمَّةً وَاحِدَةً لَجَعَلْنَا لِمَن يَكْفُرُ بِالرَّحْمَنِ لِبُيُوتِهِمْ سُقُفًا مِّن فَضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ

  1. Əgər insanlar tək bir ümmətə (kafirliyə rəğbət edən ümmətə) çevrilməsəydi, Biz Rəhman olan Allaha qarşı kafirlik edənlərin evlərinin damlarını, həqiqətən, gümüşdən edərdik və üstünə çıxmaq üçün isə liftlər düzəldərdik.

 

وَلِبُيُوتِهِمْ أَبْوَابًا وَسُرُرًا عَلَيْهَا يَتَّكِؤُونَ

  1. Evlərinin qapılarını və söykəndikləri taxtları da (gümüşdən edərdik),

 

وَزُخْرُفًا وَإِن كُلُّ ذَلِكَ لَمَّا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَالْآخِرَةُ عِندَ رَبِّكَ لِلْمُتَّقِينَ

  1. Üstəlik qızıl naxışlarla bəzəyərdik. Bütün bunlar yalnız dünya həyatının keçici mənfəətləridir.[42] Axirət (oradaki qalıcı cənnət nemətlər) isə Rəbbinin qatında sadəcə pislikdən çəkinib qorunanlar üçündür.[43]

 

وَمَن يَعْشُ عَن ذِكْرِ الرَّحْمَنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ

  1. Kim Rəhmanın zikrindən[44] boyun qaçırsa, biz də onun başına bir şeytan[45] urcah edərik. O da onun yaxın bir dostu olar.

 

وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ السَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ

  1. Şeytanlar onları mütləq yoldan çıxardarlar; Onlar isə özlərinin doğru yolda olduqlarını hesab edərlər.[46]

 

حَتَّى إِذَا جَاءنَا قَالَ يَا لَيْتَ بَيْنِي وَبَيْنَكَ بُعْدَ الْمَشْرِقَيْنِ فَبِئْسَ الْقَرِينُ

  1. Nəhayət, onlar hüzurumuza gələndə (hər biri öz şeytanına) belə deyəcək: “Kaş mənimlə sənin aranda iki şərq[47] qədər uzaqlıq olaydı! Sən nə pis bir yoldaş imişsən!”[48]

 

وَلَن يَنفَعَكُمُ الْيَوْمَ إِذ ظَّلَمْتُمْ أَنَّكُمْ فِي الْعَذَابِ مُشْتَرِكُونَ

  1. (Onlara belə deyiləcək) Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Etdiyiniz haqsızlıqlara görə hamınız birlikdə əzab çəkəcəksiniz.[49]

 

أفأنت تُسْمِعُ الصُّمَّ أَوْ تَهْدِي الْعُمْيَ وَمَن كَانَ فِي ضَلَالٍ مُّبِينٍ

  1. (Həqiqətə qulaqlarını tıxayan) karlara sənmi eşitdirəcəksən, yoxsa korluq edənlərə və açıq-aşkar zəlalət içində olanları doğru yola sənmi yönəldəcəksən?[50]

 

فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُم مُّنتَقِمُونَ

  1. Səni (onların arasından) götürüb aparsaq,[51] layiq olduqları cəzanı onlara mütləq verəcəyik.[52]

 

أَوْ نُرِيَنَّكَ الَّذِي وَعَدْنَاهُمْ فَإِنَّا عَلَيْهِم مُّقْتَدِرُونَ

  1. Yaxud onlara vəd etdiyimiz (əzaba uğradıqlarını) sənə göstərəcəyik. Şübhəsiz, onlara bunu etməyə qadirik.[53]

 

فَاسْتَمْسِكْ بِالَّذِي أُوحِيَ إِلَيْكَ إِنَّكَ عَلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

  1. Odur ki, sən, sənə vəhy olunana möhkəm yapış![54] Şübhəsiz, sən düz yoldasan.[55]

 

وَإِنَّهُ لَذِكْرٌ لَّكَ وَلِقَوْمِكَ وَسَوْفَ تُسْأَلُونَ

  1. O (Quran), həm sənin üçün həm də xalqın üçün doğru bilikdir.[56] İrəlidə sorğu-sual olunacaqsınız.[57]

 

وَاسْأَلْ مَنْ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رُّسُلِنَا أَجَعَلْنَا مِن دُونِ الرَّحْمَنِ آلِهَةً يُعْبَدُونَ

  1. Səndən öncə özlərinə elçilərimizi göndərdiyimiz adamlara soruş gör heç, Rəhman ilə onların arasında qulluq ediləcək ilahlar[58] yaratmışıqmı?[59]

 

وَلَقَدْ أَرْسَلْنَا مُوسَى بِآيَاتِنَا إِلَى فِرْعَوْنَ وَمَلَئِهِ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ الْعَالَمِينَ

  1. Əlbəttə, Biz Musanı ayələrimizlə/dəlillərimizlə Firona və əyanlarına elçi olaraq göndərdik. O da onlara: “Mən aləmlərin Rəbbinin elçisiyəm!” – dedi.[60]

 

فَلَمَّا جَاءهُم بِآيَاتِنَا إِذَا هُم مِّنْهَا يَضْحَكُونَ

  1. Musa ayələrimizlə/dəlillərimizlə gəlib onları göstərdiyi zaman, onlar gülməyə başladılar.[61]

 

وَمَا نُرِيهِم مِّنْ آيَةٍ إِلَّا هِيَ أَكْبَرُ مِنْ أُخْتِهَا وَأَخَذْنَاهُم بِالْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ

  1. Onlara[62] göstərdiyimiz hər bir ayə/möcüzə biri digərindən böyük idi.[63] Bəlkə etdiklərindən dönərlər deyə, hətta onlara əzab da çəkdirdik.[64]

 

وَقَالُوا يَا أَيُّهَا السَّاحِرُ ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهْتَدُونَ

  1. (Musaya) dedilər ki: “Ey sehrbaz! Səninlə olan əhdi hörmətinə Rəbbinə bizim üçün dua et (bu əzabı üzərimizdən qaldırsın)! Biz mütləq doğru yola gələcəyik!”[65]

 

فَلَمَّا كَشَفْنَا عَنْهُمُ الْعَذَابَ إِذَا هُمْ يَنكُثُونَ

  1. Biz onların üzərindən əzabı qaldıran kimi sözlərindən döndülər.[66]

 

وَنَادَى فِرْعَوْنُ فِي قَوْمِهِ قَالَ يَا قَوْمِ أَلَيْسَ لِي مُلْكُ مِصْرَ وَهَذِهِ الْأَنْهَارُ تَجْرِي مِن تَحْتِي أَفَلَا تُبْصِرُونَ

  1. Firon öz xalqına müraciət edərək dedi: “Ey xalqım! Misirin mülkü/hakimiyyəti mənim əlimdə deyilmi? Bu çaylar mənim nəzarətim altında axmırmı? Məgər görmürsünüz?”[67]

 

أَمْ أَنَا خَيْرٌ مِّنْ هَذَا الَّذِي هُوَ مَهِينٌ وَلَا يَكَادُ يُبِينُ

  1. Yoxsa mən öz məramını/fikrini belə güclə ifadə edə bilən bu dəyərsiz insandan daha xeyirli deyiləmmi?[68]

 

فَلَوْلَا أُلْقِيَ عَلَيْهِ أَسْوِرَةٌ مِّن ذَهَبٍ أَوْ جَاء مَعَهُ الْمَلَائِكَةُ مُقْتَرِنِينَ

  1. Ona qızıl bilərziklər taxılmalı, ya da onunla birlikdə cərgə-cərgə mələklər gəlməli deyildimi?”[69]

 

فَاسْتَخَفَّ قَوْمَهُ فَأَطَاعُوهُ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ

  1. Beləcə, Firon öz xalqını xor görüb aşağıladı,[70] onlar isə ona könüldən boyun əydilər. Çünki onlar fasiq/yoldan çıxmış bir xalqdı.[71]

 

فَلَمَّا آسَفُونَا انتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ

  1. Onlar bizi məyus edib qəzəbləndirəndə,[72] biz də onlara layiq olduqları cəzanı verdik və hamısını suda boğduq.[73]

 

فَجَعَلْنَاهُمْ سَلَفًا وَمَثَلًا لِلْآخِرِينَ

  1. Onları özlərindən sonra gələnlər üçün bir ibrət nümunəsi etdik.[74]

 

وَلَمَّا ضُرِبَ ابْنُ مَرْيَمَ مَثَلًا إِذَا قَوْمُكَ مِنْهُ يَصِدُّونَ

  1. Sənin xalqın Məryəm oğlu (İsa) misal verilincə, dərhal hay-küy salırlar.

 

وَقَالُوا أَآلِهَتُنَا خَيْرٌ أَمْ هُوَ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلًا بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ

  1. Onlar dedilər: “Bizim ilahlarımız daha xeyirlidir, yoxsa o?”[75] Onlar bu müqayisəni yalnız səninlə mübahisə etmək üçün gətirirlər. Əslində, onlar höcətləşən bir dəstədirlər.

 

إِنْ هُوَ إِلَّا عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَاهُ مَثَلًا لِّبَنِي إِسْرَائِيلَ

  1. İsa sadəcə olaraq nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir bəndə idi.[76]

 

وَلَوْ نَشَاء لَجَعَلْنَا مِنكُم مَّلَائِكَةً فِي الْأَرْضِ يَخْلُفُونَ

  1. Əgər Biz lazım görsəydik, sizdən yer üzündə yerinizə keçəcək mələklər yaradardıq.

 

وَإِنَّهُ لَعِلْمٌ لِّلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَاتَّبِعُونِ هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ

  1. (De ki:) “O (İsa), yenidən diriliş saatı üçün, həqiqətən, bir bilikdir.[77] O saat haqqında tərəddüt etməyin! Siz mənə tabe olun, düz yol budur![78]

 

وَلَا يَصُدَّنَّكُمُ الشَّيْطَانُ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

  1. Diqqət edin şeytan sizi (Allahın yolundan) döndərməsin! Çünki, o sizin açıq-aşkar düşməninizdir!”[79]

 

 

وَلَمَّا جَاء عِيسَى بِالْبَيِّنَاتِ قَالَ قَدْ جِئْتُكُم بِالْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعْضَ الَّذِي تَخْتَلِفُونَ فِيهِ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

  1. İsa açıq-aydın dəlillərlə gəldikdə[80] (İsrail oğullarına)[81] dedi: “Mən sizə hikməti gətirdim ki[82], ixtilafda olduğunuz bəzi şeyləri sizə izah edim. Artıq Allaha qarşı çıxmaqdan çəkinib qorunun və Mənə itaət edin![83]

 

إِنَّ اللَّهَ هُوَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ

  1. Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona qulluq edin, doğru yol budur![84]

 

فَاخْتَلَفَ الْأَحْزَابُ مِن بَيْنِهِمْ فَوَيْلٌ لِّلَّذِينَ ظَلَمُوا مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ

  1. Aralarından bəzi qruplar ixtilafa düşdülər. Acı dolu bir günün əzabı ilə qarşılaşacaq olan o zalımların vay halına![85]

 

هَلْ يَنظُرُونَ إِلَّا السَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ

  1. Onlar o saatın/yenidən diriliş saatının özləri də fərqində olmadan gözlənilmədən gəlməsindən başqa bir şeymi gözləyirlər?[86]

 

الْأَخِلَّاء يَوْمَئِذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا الْمُتَّقِينَ

  1. O gün, pisliklərdən çəkinib qorunanlar xaricində bütün dostlar bir-birinə düşmən olacaqlar.[87]

 

يَا عِبَادِ لَا خَوْفٌ عَلَيْكُمُ الْيَوْمَ وَلَا أَنتُمْ تَحْزَنُونَ

  1. (Allah buyurar:) “Ey (pisliklərdən çəkinib qorunan) bəndələrim! Bu gün sizə nə bir qorxu olacaq, nə də qəm-qüssə çəkəcəksiniz!”[88]

 

الَّذِينَ آمَنُوا بِآيَاتِنَا وَكَانُوا مُسْلِمِينَ

  1. Ayələrimizə inanıb güvənən və təslim olan bəndələrim…[89]

 

ادْخُلُوا الْجَنَّةَ أَنتُمْ وَأَزْوَاجُكُمْ تُحْبَرُونَ

  1. Girin Cənnətə! Siz də zövcələriniz də sevinç içində olacaqsınız.[90]

 

يُطَافُ عَلَيْهِم بِصِحَافٍ مِّن ذَهَبٍ وَأَكْوَابٍ وَفِيهَا مَا تَشْتَهِيهِ الْأَنفُسُ وَتَلَذُّ الْأَعْيُنُ وَأَنتُمْ فِيهَا خَالِدُونَ

  1. Onların ətrafında qızıl sinilər və qədəhlər dolaşdırılır.[91] Orada ürəkləri istəyən, gözlərini oxşayan hər şey olacaqdır. Siz orada davamlı qalacaqsınız.[92]

 

وَتِلْكَ الْجَنَّةُ الَّتِي أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ

  1. Bax bu, etdiklərinizə qarşılıq bir mükafat olaraq varis olduğunuz Cənnətdir![93]

 

لَكُمْ فِيهَا فَاكِهَةٌ كَثِيرَةٌ مِنْهَا تَأْكُلُونَ

  1. Orada sizin üçün bir çox meyvələr vardır, onlardan yeyəcəksiniz.[94]

 

إِنَّ الْمُجْرِمِينَ فِي عَذَابِ جَهَنَّمَ خَالِدُونَ

  1. Günahkarlar isə, cəhənnəm əzabı içində davamlı olaraq qalacaqlar.[95]

 

لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ

  1. Əzabları yüngülləşdirilməyəcək[96] və onlar orada ümidlərini tamamilə itirmiş olacaqlar.[97]

 

وَمَا ظَلَمْنَاهُمْ وَلَكِن كَانُوا هُمُ الظَّالِمِينَ

  1. Biz onlara zülm/haqsızlıq etmədik, lakin onlar özləri zalım idilər.[98]

 

وَنَادَوْا يَا مَالِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ قَالَ إِنَّكُم مَّاكِثُونَ

  1. Onlar orada, “Ey malik/səlahiyyətli! Rəbbin bizim işimizi bitirsin!” – deyə səslənəcəklər. O da belə deyəcək: “Siz olduğunuz kimi qalacaqsınız”.[99]

 

لَقَدْ جِئْنَاكُم بِالْحَقِّ وَلَكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَارِهُونَ

  1. “Biz sizə, əlbəttə, haqqı gətirdik. Lakin, sizin əksəriyyətiniz haqdan xoşlanmadı”.[100]

 

أَمْ أَبْرَمُوا أَمْرًا فَإِنَّا مُبْرِمُونَ

  1. Yoxsa onlar işlərini sağlam bir qərara bağladılar? Əsl sağlam qərar alan Bizik!

 

أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَاهُم بَلَى وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ

  1. Yoxsa onlar hesab edirdilər ki, Biz onların sirlərini və şəxsi söhbətlərini dinləməyəcəyik?[101] Xeyr, belə deyil! Üstəlik, yanlarında olan elçilərimiz/qoruyucu mələklərimiz hər şeyi qeydə alırlar.[102]

 

قُلْ إِن كَانَ لِلرَّحْمَنِ وَلَدٌ فَأَنَا أَوَّلُ الْعَابِدِينَ

  1. De ki: “Əgər Rəhmanın bir övladı olsaydı,[103] ona qulluq edənlərin ilki mən olardım.

 

سُبْحَانَ رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ

  1. Göylərin və yerin Rəbbi və Ərşin/idarə mərkəzinin[104] Rəbbi olan Allah, onların Ona verdiyi vəsflərdən çox uzaqdır.”[105]

 

فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّى يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ

  1. İndi onları öz başlarına burax, vəd olunduqları günlə üzləşənə qədər oyun oynamağa davam etsinlər.[106]

 

وَهُوَ الَّذِي فِي السَّمَاء إِلَهٌ وَفِي الْأَرْضِ إِلَهٌ وَهُوَ الْحَكِيمُ الْعَلِيمُ

  1. O həm göydə ilah,[107] həm də yer üzündə ilahdır. O, hökm/hikmət sahibidir, hər şeyi biləndir.[108]

 

وَتَبَارَكَ الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِندَهُ عِلْمُ السَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ

  1. Göylərin və yerin, onların arasındakı hər şeyin mülkü/səlahiyyəti əlində olan (Allah)[109] nə mübarəkdir/bərəkət mənbəyidir.[110] O saatın/yenidən diriliş saatının elmi Onun qatındadır.[111] Siz Onun hüzuruna çıxarılacaqsınız.

 

وَلَا يَمْلِكُ الَّذِينَ يَدْعُونَ مِن دُونِهِ الشَّفَاعَةَ إِلَّا مَن شَهِدَ بِالْحَقِّ وَهُمْ يَعْلَمُونَ

  1. Allah ilə öz aralarına qoyub yardıma çağırdıqları kəslər heç bir şəfaətə nail ola bilməzlər. Yalnız bilərək haqqa şahidlik edənlər şəfaətə nail olarlar.[112]

 

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَهُمْ لَيَقُولُنَّ اللَّهُ فَأَنَّى يُؤْفَكُونَ

  1. Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: “Allah!”– deyərlər. Elə isə (haqdan gör) necə döndərilirlər.[113]

 

وَقِيلِهِ يَارَبِّ إِنَّ هَؤُلَاء قَوْمٌ لَّا يُؤْمِنُونَ

  1. Elçinin: “Ey Rəbbim!” – deyə fəryad etməsindən də görüldüyü kimi, bunlar iman etməyəcək bir xalqdır.[114]

 

فَاصْفَحْ عَنْهُمْ وَقُلْ سَلَامٌ فَسَوْفَ يَعْلَمُونَ

  1. Ona görə də sən onlara fikir vermə! “Salam!” de (davam et)![115] Onsuz da irəlidə biləcəklər.”[116]

 

 

[1] Bunlara “hurufu muqatta”, yəni tək-tək oxunan hərflər deyilir. Bunların Nəbimizdən soruşulmaması, onların bilinən bir mənası olduğunu göstərir. Yoxsa müşriklər bunu dillərinə dolayar, Nəbimizi hər zaman rahatsız edərdilər. Bu hərflərlə əlaqəli suallar, İslamın Ərəbistan yarımadası xaricinə yayılmasından sonra başlamışdır. Türkcədə belə bir ifadə tərzi yoxdur. Bu hərflərlə başlayan 29 surədən 25-ində  Qurana, dördündə də mühüm bir mövzuya diqqət çəkməsi, onların diqqətlərini cəlb etmək üçün işlədildiyi başa düşülür (Doğrusunu Allah bilir).

[2] “Mubin (مبين)” “açıq, aşkar” deməkdir (Lisanul-ərəb). Bu ayə sonrakı ayələrlə birlikdə nəzərdən keçirildikdə, verilən bu anlamın daha uyğun olduğu görülür (Yusuf 12/1, Şuara 26/2, Qasas 28/2, Duxan 44/2).

[3] “Quran” sözü “qaraa” (قرأ) felinin məsdəridir, yəni toplamaq və ya birləşdirmək deməkdir. Həm məsdər, həm də bütövlük və topluluq bildirən isim kimi istifadə olunur. Allahın son kitabının Quran adlandırılmasının səbəbi, onun bütün surələri bir araya gətirməsi səbəbilədir. “Quran” (قرآنً) sözünün ərəb dilində cəm forması olmadığı üçün həm tək, həm də cəm olaraq ifadə edilir. Buna görə də, kontekstdən asılı olaraq, “Quran” (قرآن) sözü “Quranlar” mənasını da verə bilər. Daha ətraflı məlumat üçün Bəqərə 2/185-ci ayəsinə və onun qeydinə baxın.

[4] Yusif 12/2, Tə-ha 20/113-114, Zumər 39/28, Fussilet 41/3, Şura 42/7, Əhqaf 46/12.

[5] Bu kitab, hər bir varlıq və hadisə haqqında məlumatın qeydə alındığı və qorunduğu “Lövh-i Məhfuz” dur. (Rəd 13/39, Hicr 15/4, Vaqiə 56/77-78, Hədid 57/22).

[6] Düzgün hökm “hikmət” adlanır. Quranın “hakim”, yəni müdrik olması, onun düzgün hökmləri ehtiva etdiyini göstərir (Hud 11:1).

[7] Zikr həm əvvəlki kitabların, həm də Quranın müştərək adıdır (Hicr 15/9, Nəhl 16/43-44, Ənbiya 21/7-8, 24).

[8] Hicr 15/94, Qaf 50/45, Tur 52/29, Ğaşiyə 88/21-22.

[9] Nəbi, Kitab və hikmət verilmiş bir şəxsdir. Bu biliyi bəşəriyyətə çatdırmaq vəzifəsi daşıdıqları üçün hər bir Nəbi həm də bir elçidir (Bəqərə 2/136, 213, Ali İmran 3/81, 84, Ənam 6/83-90, Məryəm 19/30, 51, 54).

[10] Hicr 15/11, Yasin 36/30.

[11] Yusuf 12/109, Rum 30/9, Fatır 35/44, Mümin 40/21, 82, Muhamməd 47/10, 13.

[12] Yunus 10/31, Muminun 23/84–89, Ənkəbut 29/61, Loğman 31/25, Zümər 39/38, Zuxruf 43/87.

[13] Tə-ha 20/53, Zariyat 51/48, Nəbə 78/6. Yer kürəsinin beşik olması onun hər iki tərəfə əyilməsini zəruri edir. Bu əyilməyə görə, ekvatorun bir tərəfi günəşin qarşısına keçəndə digər tərəfi daha uzaqda qalır. Buna görə də günəş şüaları ilin bir hissəsində Yer kürəsinin şimalına, digər hissəsində isə cənuba daha perpendikulyar şəkildə düşür.

[14] Nahl 16/15, Enbiya 21/31, Nuh 71/19-20.

[15] Burada iltifat sənəti var. Sözlükdə əymək, bükmək, çevirmək mənasındakı “left = لفت” kökündən törəyən iltifat, bir şeyi yönəldiyi tərəfdən başqa bir tərəfə çevirmək mənasına gəlir. Termin olaraq iltifat, üslubla əlaqəli ədəbi bir sənətdir. Dinləyicinin diqqətini canlı tutmağı məqsəd bilir. Türkcə də bənzər məqsədlərlə, danışanda şəxsi dəyişdirmək, təki cəm əvəzliyi ilə ifadə etmək üçün bu iltifatdan istifadə edilir. Hər dilin özünəməxsus iltifat sənəti olduğu üçün, türkçəmizə bunu olduğu şəkliylə axtara bilmirik. Bu səbəblə məalda keçən ifadəni olduğu kimi sözlü deyil, mahiyyəti etibarilə nə mənaya gəldiyi ifadə edilmişdir.

[16] Əraf 7/57, Furqan 25/48-49, Rum 30/19, Fatir 35/9, Qaf 50/9-11.

[17] Yasin 36/36.

[18] Qoyun, keçi, inək və dəvə (Bax: Ənam 6/143-144).

[19] Nahl 16/5–7, Müminun 23/21–22, Yasin 36/71-72, Mümin 40/79–81.

[20] Burada “bəzi bəndələr” ifadəsi mələklərə aiddir, çünki mələklər də Allaha qulluq etməkdən məsuldurlar (Nisa 4/172-173, Ənbiya 21/26-27). Məkkə müşrikləri mələkləri Allahın qızları hesab edir və onlara ibadət edirdilər (Ənam 6/100, Nəhl 16/57, Məryəm 19/88-93, Saffat 37/158).

[21] İsra 17/40,  Saffat 37/149, Tûr 52/39, Nəcm 53/21–22.

[22] Onun yaşadığı daxili mübahisə Nəhl 16/58-59 ayələrində təsvir edilmişdir.

[23] Saffat 37/150, Nəcm 53/27–28.

[24] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Allahın bir şey etməsi o şeyi var etməsi, insanın bir şey etməsi də o şey üçün lazım olan səyi göstərməsidir (“Mufrədat”). Allah, hər şeyi bir ölçüyə görə var edər (Qəmər 54/49, Rad 13/48). Allah hər kəsin doğru yolda olmasını istəyər (Nisə 4/26) amma təkcə doğru işlər görəni doğru yolda sayar (Nur 24/46). Buna görə “şaə” feilinin icraçısı bəndə olarsa “seçib etdi”, Allah olarsa, “seçib yaratdı” mənasına gəlir. Allah, insanlara seçimlərinə görə davranma hürriyyəti verməsəydi, heç kimsə yanlış bir iş görə bilməz və imtahan deyə də bir şey olmazdı (Nəhl 16/93, Yunus 10/99). Yanlış bir qədər anlayışını İslama yerləşdirmək istəyənlər, böyük bir təhrifə yol verərək şaə ( شاء ) feilinə hər yerdə iradə yəni “istəmək və diləmək” mənasını vermiş və bunu təfsirlərə hətta sözlüklərə belə yerləşdirərək, bir çox ayənin məalını pozmuşlar.

[25] Ənam 6/116, 148, Yunus 10/66, Nahl 16/35.

[26] Qələm 68/37.

[27] Bəqərə 2/170, Maidə 5/104, Əraf 7/28, Loğman 31/21.

[28] Ərraf 7/70, Yunus 10/78, Hud 11/62, 87, İbrahim 14/10, Ənbiya 21/52-53, Şuara 26/69-74.

[29] İbrahim 14/9, Səbə 34/34, Fussilət 41/13-14.

[30] Ali İmran 3/137, Ənam 6/11, Nahl 16/36, Rum 30/47.

[31] Ənam 6/74, Ənbiya 21/51-54, Şuara 26/70-77, Saffat 37/83-87, Mümtahinə 60/4.

[32] Ayədəki “fətarə (فطر)” sözü “fitrə (فطرة)” kökündən gəlir, yəni bir şeyi bölmək (Lisanul-Ərəb). Allah göyləri, yeri və insanları fitrətə, yəni bölünmə qanununa əsasən yaratmışdır (İsra 17/51, Fatir 35/1, Şura 42/11) və dinini fitrət olaraq təyin etmişdir (Rum 30/30). Buna görə, fitrət həm bütün varlıqların əmələ gəlməsinə, inkişafına, dəyişməsinə və çevrilməsinə tətbiq olunan bölünmə qanunu, həm də varlıqların Yaradanlarına, Rəbblərinə ağıllı və şüurlu şəkildə ibadət etmələrini tələb edən təbii quruluşun adıdır (Ali-İmran 3/83). Bu səbəbdən varlıqlar Allahın əmrinə itaət edirlər (Ənam 6/14, 79, Yusif 12/101, Taha 20/72, Yasin 36/22, Fussilet 41/11). Yalnız insanlar və cinlər istisnadır. Fitrətlərinə uyğun hərəkət edənlər Allaha təslimdirlər. Bu təslimiyyət İslam adlanır. Buna görə də Allah Öz dininə İslam adını vermişdir (Ali-İmran 3/19, Maide 5/3). İslama uyğun yaşayanlar nə qorxu, nə də kədər yaşamırlar (Bəqərə 2/38). Fitrətlərinə zidd hərəkət edənlər əvvəlcə öz bədənləri, sonra isə ətrafları ilə problemlər yaşamağa başlayır və özlərini günaha sürükləyirlər. Bunun səhv olduğunu bilərək, həqiqəti gizlətmək üçün yalanlara əl atırlar və kafir olurlar (Bəqərə 2/39).

[33] Müşriklər Allahı istisna etmirlər; əksinə, onlar Allaha yaxın hesab etdikləri varlıqları özləri ilə Allah arasına qoyur və iddia edirlər ki, Allaha yaxınlaşmaq üçün onlara ibadət edirlər (Ənam 6/78-81, Zumər 39/3). Buna görə də İbrahim (ə.s.) onların Allahdan başqa ibadət etdikləri hər şeydən uzaq olduğunu bildirmişdir.

[34] Mümtehine 60/4.

[35] Səbə 34/43, Əhqaf 46/7.

[36] Ənbiya 21/36, Qasas 28/48.

[37] Bu iki şəhər Məkkə və Mədinə, yaxud Məkkə və Taif ola bilər.

[38] Sad 38/8.

[39] Bəqərə 2/105, Ali İmran 3/73-74, Ənam 6/124.

[40] Nisa 4/32, Ənam 6/165, Nahl 16/71, İsra 17/21.

[41] Yunus 10/58.

[42] Ali İmran 3/14-15, Qasas 28/60, Şura 42/36.

[43] Qasas 28/83.

[44] Zikr həm əvvəlki kitabların, həm də Quranın müştərək adıdır (Hicr 15/9, Nəhl 16/43-44, Ənbiya 21/7-8, 24).

[45] Doğru yoldan çıxıb başqalarını azdırmağa çalışan insanlara və cinlərə şeytan deyilir (Ənam 6/112, Nas 114/4-6).

[46] Əraf 7/30, Nəhl 16/63.

[47] Günəşin doğuşu və batış nöqtələri hər gün dəyişir. 21 mart və 23 sentyabr tarixlərində günəş şərq nöqtələrinin arasından doğur. Qərb nöqtələrinin də tam ortasından batar. 21 dekabr və 21 iyun tarixlərində günəşin doğuşu nöqtələri bir-birindən ən uzaqda yerləşən iki doğuş nöqtəsidir. İki şərq arasındaki məsafə, bu iki doğuş nöqtəsi arasındaki uzaqlıqdır.

[48] Furqan 25/28-29, Zuxruf 43/67.

[49] Əraf 7/38, İbrahim 14/21, Saffat 37/27-33, Mümin 40/47–48.

[50] Yunus 10/43, Həcc 22/46, Nəml 27/80-81.

[51] Allahın Elçisi onların arasında olduğu müddətcə Allah onları əzablandırmayacaq (Ənfal 8/33, İbrahim 14/47).

[52] Ayədə keçən “qisas” (انتِقَام) sözü cinayət və cəza arasında mükəmməl bir tarazlıq yaratmaq mənasını verir. (əl-Ayn)

[53] Yunus 10/46, Rad 13/40, Mümin 40/77.

[54] Ənam 6/106, Yunus 10/109, Əhzab 33/2.

[55] Ənam 6/161, Yasin 36/4.

[56] Zikr, əlaqələri ilə birlikdə düşünülüb öyrənilən doğru biliyi istifadəyə hazır tutmaq, ağla gətirmək və ya söyləməkdir (Mufrədat). Doğru biliyin mənbəyi, Allahın ayələridir. Allahın ayələri isə iki cürdür; Allahın yaratdığı ayələr (təbiət) və nazil etdiyi ayələr (Quran). Hər ikisindən əldə edilən doğru bilik zikirdir (Ənbiya 21/24, Ənam 6/80).  İnsanı ancaq bu bilik rahatladır (Rad 13/28). Allahı zikr etmək; onu, kitabını və yaratdığı ayələri diqqətə almaq, ağıldan çıxarmamaq və onların üzərində düşünməkdir. İnsan bunlardan bildiyi qədəriylə məsuliyyət daşıyır (Bəqərə 2/286).

[57] Əraf 7/6-9.

[58] İlah, qullu ediləcək bir varlıqdır. Yeganə ilah Allahdır. İbadət qeyd-şərtsiz təslim olmaqdır. Bu ayəyə görə, Allah Özündən başqa heç bir şeyə qeyd-şərtsiz təslim olmağı qəbul etmir. Elçiyə itaət etmək əmri də bundan istisna deyil, çünki Allahın Elçisi sadəcə Onun sözlərini olduğu kimi çatdıran bir elçidir (Nisa 4/80, Nur 24:54, Əhzab 33:36-37).

[59] İsra 17/42, Ənbiya 21/22, Müminun 23/91, Muhamməd 47/19.

[60] Əraf 7/103-104, Yunus 10/75, Hud 11/96-97, Müminun 23/45-46, Mümin 40/23-24.

[61] Yalana əl atan və Allahın ayələri ilə istehza aqibəti haqqında məlumat üçün baxın: Kəhf 18/106, Rum 30/9-10, Casiyə 45/7-11.

[62] Allahın Firon və onun xalqına verdiyi cəza israillilərə təsir etmədi. Cəzalar yalnız Firon və onun xalqına gəldi. (Tövrat/Çıxış 7:21,24; 8:8,22-23; 9:3-4,6-7,23-26; 10:21-23).

[63] Əraf 7/133, İsra 17/101, Şuara 26/32–33, 45, 60–67.

[64] Əraf 7/130.

[65] Allah Fironu və onun xalqını yola gətirmək üçün onlara çoxlu əzab verdi və günahlarından tövbə edəcəkləri təqdirdə onlardan cəzanı götürəcəyinə söz verdi (Əraf 7/134. Tövrat, Misirdən Çıxış 8:7-13, 28-32; 9:27-35; 10:16-19).

[66] Firon və onun xalqı onlara verilən böyük əzaba dözə bilməyərək, etdikləri günahlardan tövbə edəcəklərinə söz verdilər, lakin əzablar aradan qaldırıldıqda yenidən təkəbbür göstərdilər və vədlərini pozdular (Əraf 7:135. Tövrat/Çıxış 8:8-15, 28-32; 9:7, 27-33; 10:16-20).

[67] Naziat 79/23-24.

[68] Musa əleyhissəlam Allahın peyğəmbəri olana qədər səlis danışa bilməyən bir insan idi. Onun nitq və düzgün dildə problemləri olduğu barədə məlumat Tövratda, Çıxış 4:10 və 6:12 ayələrində də təsvir edilmişdir. Allah onu Firona elçi göndərəcəyini elan etdikdə, o, bu çətinliyini dilə gətirdi və Allahdan dilindəki düyünü açmasını və qardaşı Harunu özünə köməkçi etməsini istədi və Allah onun istəklərini yerinə yetirdi (Taha 20:25-36, Şuəra 26:12-13, Qəsəs 28:34). Musa peyğəmbər uşaqlığını Fironun hüzurunda keçirdi (Şuəra 26:18, Qəsəs 28:6-13). Burada, Fironun özündən çıxdığını və Musanın əvvəlki vəziyyətindən bəhs edərək onu alçaltmağa çalışdığını göstərir.

[69] Firondan əsrlər sonra Məkkə müşrikləri də Məhəmməd Peyğəmbər (ə.s) haqqında oxşar şeylər demişdilər (Ənam 6/8, Hud 11/12, Hicr 15/6-7, İsra 17/90-95, Furqan 25/7-8).

[70] Qasas 28/4.

[71] Nəml 27/12, Qasas 28/32.

[72] Allah Fironu və onun xalqını doğru yola gətirmək üçün əlindən gələni etdi, lakin onlar yola gəlməkdən imtina etdilər (Əraf 7/134-135, Taha 20/43-44).

[73] Bəqərə 2/50, Əraf 7/136, Ənfal 8/54, İsra 17/103, Tə-ha 20/78, Şuara 26/66, Zariyat 51/40.

[74] Yunus 10/92, Naziat 29/25-26.

[75] Quran İsanın (əleyhissalamın) ilah olmadığını vurğulasa da, bu insanlar məsələni təhrif edir və sanki Quran onu ilahi hesab edirmiş kimi reaksiya verirlər.

[76] Nisa 4/171-172, Maidə 5/75-76, Məryəm 19/30-34.

[77] Allah-Təala dirilməni sorğulayanlara bildirir ki, bu, İsanın (əleyhissalam) yaradılışı kimi olacaq. İsanın (ə.s) vəziyyətinin Adəmin (ə.s) vəziyyətinə bənzədiyi bildirilir (Ali-İmran 3:59). Adəm üçün yer ana rəhmi, İsa üçün isə Məryəm ana rəhmi vəzifəsini görmüşdü. Onların ortaq cəhəti ondadır ki, onlar atasız doğulmuşlar. Beləliklə, axirətdə bəşəriyyətin yenidən dirilməsi də torpaqdan, atasız, lakin ananın xüsusiyyətləri ilə olacaq. İsanın (əleyhissalam) dirilmə üçün bilik mənbəyi olması onun möcüzə olmasına mane olmur (Məryəm 19/21, Ənbiya 21:91, Muminun 23:50). Həmçinin Ali-İmran 3/37 dipnotu.

[78] “Mənə tabe olun!” əmri “Quranda İsa (ə.s) haqqında nəql edildiyinə tabe olun” deməkdir (Ali-İmran 3/31-32).

[79] Fatır 35/6, Yasin 36/60.

[80] Bəqərə 2/87, Saf 61/6.

[81] İsa aleyhisselam, İsrailoğullarına gönderilmiş bir elçiydi (Âl-i İmran 3/49, Saf 61/6).

[82] Hikmət, Allahın nazil etdiyi və yaratdığı ayələrdən düzgün biliyə çatmağın və bu üsulla əldə edilən düzgün biliyikdir. Bütün peyğəmbərlər kimi, İsaya (ə.s) da Allah tərəfindən hikmət verilmişdir (Ali-İmran 3:48, 81).

[83] Ali İmran 3/50.

[84] Ali İmran 3/51.

[85] Məryəm 19/37.

[86] Muhamməd 47/18.

[87] Bəqərə 2/166-167, Furqan 25/27-29, Ənkəbut 29/25, Saffat 37/27-33.

[88] Ali İmran 3/185,  Əraf 7/49, Yunus 10/62.

[89] Yunus 10/63.

[90] Hicr 15/45-46, Rum 30/15, Yasin 36/55-56, Zumər 39/73, Qaf 50/33-34, Tur 52/18-19.

[91] Saffat 37/45-47, İnsan 76/15-16.

[92] Ənbiya 21/102, Fussilət 41/31.

[93] Əraf 7/43, Məryəm 19/61-63.

[94] Yasin 36/57, Saffat 37/41–42, Sad 38/51, Duxan 44/55, Tur 52/22, Vaqiə 56/20, Mürsəlat 77/42.

[95] Hud 11/106-107, Qəmər 54/47-48.

[96] Bəqərə 2/86, 161–162, Ali İmran 3/86–87, Nahl 16/85, Fatır 35/36.

[97] Rum 30/12.

[98] Nisa 4/40, Yunus 10/44, Kəhf 18/49, Fussilet 41/46.

[99] Mümin 40/49-50.

[100] Müminun 23/70, Muhamməd 47/8–9

[101] Bəqərə 2/77, Ənam 6/3, Hud 11/5, Nahl 16/23, Yasin 36/76.

[102] Yunus 10/21, Qaf 50/17–18, İnfitar 82/10–12.

[103] Ənam 6/101, Məryəm 19/35, 92, Müminun 23/91, Zümər 39/4, Cin 72/3, İxlas 112/3.

[104] Buradakı “Ərş” sözü ən yüksək idarə məqamını ifadə edən məcazi ifadədir (Tövbə 9:129, Yusif 12:100, Buruc 85:15). Türk dilində “taxt” sözü sultanlar, “oturacaq” sözü isə digər hökmdarlar üçün istifadə olunur. Göylərdə və yerdə Ərşin sahibi olan Allah bütün hakimiyyəti əlində saxlayır (Yunus 10:3, Rəd 13:2, Taha 20:5, Furqan 25:59, Nəml 27:26, Səcdə 32:4).

[105] Ənam 6/100, Yunus 10/68, Ənbiya 21/22, Saffat 37/159, 180.

[106] Hicr 15/3, Müminun 23/54, Tur 52/45, Məaric 70/42.

[107] İlah kəlməsi üçün bax: Zuxruf 43/45.

[108] Ənam 6/3, İsra 17/42,  Ənbiya 21/22, Müminun 23/91.

[109] Bəqərə 2/107, Ali İmran 3/189, Maidə 5/40, 120, Tövbə 9/116, Nur 24/42, Furqan 25/2, Zümər 39/44, Şura 42/49, Casiye 45/27, Feth 48/14, Hadid 57/2, 5, Buruc 85/9.

[110] Əraf 7/54, Furqan 25/61, Mümin 40/64, Mülk 67/1.

[111] Əraf 7/187, Loğman 31/34, Əhzab 33/63, Fussilət 41/47, Şura 42/17, Naziat 79/42–44.

[112] Şəfaət, birinin yoldaşlıq, dəstək, kömək etməsini istəməkdir (Əl-Ayn, Müfrədat). Məhşər günü heç kim heç kimə şəfaət edə bilməyəcək (Bəqərə 2/48). Dünyada isə insanlar bir-birinə şəfaət/dəstək verə bilər (Nisa 4/85).

[113] Yunus 10/31, Muminun 23/84–89, Ənkəbut 29/61, Loğman 31/25, Zuxruf 43/9–10.

[114] Bəqərə 2/6, Yasin 36/7, 10.

[115] Hicr 15/85, Furqan 25/72.

[116] Mümin 40/70-74.