Sual: Mən təzə işə başlamışam. Subayam və ata-anamla bir evdə qalıram. Alacağım maaşın nə qədərini evə verməliyəm?
Cavab: Yetkinlik yaşına gələn və ata-anası ilə eyni evdə qalan biri, onların ehtiyacını qarşılamaqla mükəlləfdir.
Əgər ata-ananın ehtiyacı yoxdursa, aldığınız maaşı sizdən istəmirsə, yenə də onlara yük olmamaq və tam tərsinə onların hər hansı bir yükünü siz taşımağa səy göstərməlisiniz. Əgər gələcəyiniz üçün bir şey toplamağı və planlamağı düşünürsünüzsə, yenə də öz üzərinizə düşən məsuliyyəti unutmamalı, evin xərclərini fikirləşib ona görə müəyyən bir miqdarı verməlisiniz. Çünki, Allah Qurani Kərimdə: “Valideynlərinizə qarşı yaxşı davranın! Onlardan biri ya da hər ikisi sənin yanında ixtiyarlıq çağına yetişərsə, onlara “Of/bezdim!” demə və onları danlama! Onlara xoş/könül alan sözlər söylə!
Onlara mərhəmət, təvazökarlıq göstərin…!” (İsra 17/23-24) və Onlar üçün dua edin: “Rəbbim! Onlar mən balaca ikən necə böyüdüb yetişdirdilərsə, Sən də onlara o şəkildə mərhəmət eylə!” – buyurmaqdadır.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabları aşağıdakı linkdə görə bilərsiz:
https://www.muselmanlar.com/elanlar-xeberler/13346.html
https://www.muselmanlar.com/elanlar-xeberler/15239.html
https://www.muselmanlar.com/fitvalar/6459.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.



