
Şura surəsi 53 ayədən ibarətdir. Şura sözü “məşvərət” anlamına gəlir və bu söz, surənin 38-ci ayəsində keçməkdədir.
بسم الله الرحمن الرحيم
Mərhəmətli, Rəhmli Allahın adıyla!
حم
- Ha, Mim!
عسق
- Ayn, Sin, Qaf![1]
كَذَلِكَ يُوحِي إِلَيْكَ وَإِلَى الَّذِينَ مِن قَبْلِكَ اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ
- Əziz, hökm/hikmət sahibi olan Allah, sənə və səndən öncəkilərə bax belə vəhy edər.[2]
لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ
- Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur.[3] O çox ucadır, əzəmətlidir.
تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِن فَوْقِهِنَّ وَالْمَلَائِكَةُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيَسْتَغْفِرُونَ لِمَن فِي الْأَرْضِ أَلَا إِنَّ اللَّهَ هُوَ الْغَفُورُ الرَّحِيمُ
- Göylər (yer üzündəkilərin üsyanı səbəbilə)[4] hardasa üst tərəflərindən yarılacaq.[5] Mələklər də Rəbbini həmd ilə/tərif ilə[6] şanını uca tutaraq boyun əyməkdə[7] və yer üzündəkilərin bağışlanmasını diləməkdədirlər.[8] Bilin ki, Allah bağışlayandır, rəhmlidir.
وَالَّذِينَ اتَّخَذُوا مِن دُونِهِ أَولِيَاء اللَّهُ حَفِيظٌ عَلَيْهِمْ وَمَا أَنتَ عَلَيْهِم بِوَكِيلٍ
- Allah ilə aralarına övliya qoyanları[9] da əslində Allah Özü qoruyur.[10] Amma sən onların vəkili/qoruyucusu deyilsən![11]
وَكَذَلِكَ أَوْحَيْنَا إِلَيْكَ قُرْآنًا عَرَبِيًّا لِّتُنذِرَ أُمَّ الْقُرَى وَمَنْ حَوْلَهَا وَتُنذِرَ يَوْمَ الْجَمْعِ لَا رَيْبَ فِيهِ فَرِيقٌ فِي الْجَنَّةِ وَفَرِيقٌ فِي السَّعِيرِ
- Bax sənə belə Ərəbcə bir Quran[12] vəhy etdik ki, bütün şəhərlərin anası olan (Məkkə əhalisini)[13] və onun ətrafında olanları xəbərdar edəsən.[14] Həmçinin gələcəyi haqqında heç bir şübhə olmayan toplanma günü[15] barəsində də xəbərdar edəsən. (O gün insan və cinlərin) bir qismi cənnətdə və bir qismi də alovlu atəşin içində olacaqdır.
وَلَوْ شَاء اللَّهُ لَجَعَلَهُمْ أُمَّةً وَاحِدَةً وَلَكِن يُدْخِلُ مَن يَشَاء فِي رَحْمَتِهِ وَالظَّالِمُونَ مَا لَهُم مِّن وَلِيٍّ وَلَا نَصِيرٍ
- Əgər seçim Allahın əlində olsaydı,[16] onları (doğru yoldan ayrılmayan) tək bir ümmət edərdi.[17] Lakin, O lazım gördüyünü[18] rəhmətinə alır. Zalımların isə nə bir vəlisi, nə də yardımcısı olar.[19]
أَمِ اتَّخَذُوا مِن دُونِهِ أَوْلِيَاء فَاللَّهُ هُوَ الْوَلِيُّ وَهُوَ يُحْيِي المَوْتَى وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
- Yoxsa Allahla aralarına övliyalarmı qoydular?[20] Halbuki, övliya/ən yaxın olan Allahdır![21] O, ölülərə həyat verir. O, hər şeyə qadir olan/ölçü qoyandır.
وَمَا اخْتَلَفْتُمْ فِيهِ مِن شَيْءٍ فَحُكْمُهُ إِلَى اللَّهِ ذَلِكُمُ اللَّهُ رَبِّي عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ
- (De ki) “İxtilafa düşdüyünüz hər hansı bir şeydə hökm Allaha aiddir.[22] Bu mənim Rəbbim olan Allahdır! Mən Ona təvəkkül etdim/güvəndim və sadəcə Ona yönəlirəm.”
فَاطِرُ السَّمَاوَاتِ وَالْأَرْضِ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا وَمِنَ الْأَنْعَامِ أَزْوَاجًا يَذْرَؤُكُمْ فِيهِ لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ البَصِيرُ
- O, göyləri və yeri öz fitrətinə[23]/təbiətinə görə yaradandır. O, sizin üçün öz cinsinizdən zövcələr,[24] ənamdan da (qoyun, keçi, inək və dəvədən) ciftlər meydana gətirmişdir.[25] Sizi bu şəkildə yaradıb çoxaldır.[26] Onun misli bərabəri olacaq bir şey yoxdur![27] O hər şeyi eşidəndir, görəndir.
لَهُ مَقَالِيدُ السَّمَاوَاتِ وَالْأَرْضِ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاء وَيَقْدِرُ إِنَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
- Göylərin və yerin açarları Ondadır.[28] Lazım bildiyi şəxsin[29] ruzisini artırar və azaldar.[30] Şübhəsiz ki, O hər şeyi biləndir.
شَرَعَ لَكُم مِّنَ الدِّينِ مَا وَصَّى بِهِ نُوحًا وَالَّذِي أَوْحَيْنَا إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِ إِبْرَاهِيمَ وَمُوسَى وَعِيسَى أَنْ أَقِيمُوا الدِّينَ وَلَا تَتَفَرَّقُوا فِيهِ كَبُرَ عَلَى الْمُشْرِكِينَ مَا تَدْعُوهُمْ إِلَيْهِ اللَّهُ يَجْتَبِي إِلَيْهِ مَن يَشَاء وَيَهْدِي إِلَيْهِ مَن يُنِيبُ
- Nuha tövsiyə etdiklərini sizin üçün də bu dinin şəriəti/qanunu[31] etmişdir. Sənə vəhy etdiyimiz, İbrahimə, Musaya və İsaya tövsiyə etdiklərimiz də budur: “Bu dini ayaqda tutun və ayrılığa düşməyin!” Sənin dəvət etdiyin şeylər müşriklərə ağır gəldi. Allah lazım bildiyini Özü üçün (elçi) seçər,[32] Özünə tərəf yönələni də yoluna qəbul edər.[33]
وَمَا تَفَرَّقُوا إِلَّا مِن بَعْدِ مَا جَاءهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ إِلَى أَجَلٍ مُّسَمًّى لَّقُضِيَ بَيْنَهُمْ وَإِنَّ الَّذِينَ أُورِثُوا الْكِتَابَ مِن بَعْدِهِمْ لَفِي شَكٍّ مِّنْهُ مُرِيبٍ
- Onlar (elçilərin göndərildiyi ümmətlər) yalnız özlərinə bu elm[34] gəldikdən sonra bir-birlərinə üstünlük qazanmaq istəkləri üzündən ixtilafa düşdülər.[35] Əgər Rəbbindən “müəyyən edilmiş əcəllərinə qədər” verilmiş sözü olmasaydı,[36] aralarında mütləq hökm verilərdi (işləri bitirilərdi). Onlardan sonra Kitaba varis olanlar da onun barəsində tərəddüd içində qalıb tamamilə şək-şübhəyə düşdülər.[37]
فَلِذَلِكَ فَادْعُ وَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَلَا تَتَّبِعْ أَهْوَاءهُمْ وَقُلْ آمَنتُ بِمَا أَنزَلَ اللَّهُ مِن كِتَابٍ وَأُمِرْتُ لِأَعْدِلَ بَيْنَكُمُ اللَّهُ رَبُّنَا وَرَبُّكُمْ لَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ لَا حُجَّةَ بَيْنَنَا وَبَيْنَكُمُ اللَّهُ يَجْمَعُ بَيْنَنَا وَإِلَيْهِ الْمَصِيرُ
- Buna gorə sən dəvətə davam et və əmr olunduğun kimi doğru yolda ol[38] və onların arzu- istəklərinə uyma![39] De ki: “Mən Allahın nazil etdiyi hər kitaba inandım. Mənə aranızda ədalətlə davranmağım əmr olundu.[40] Allah bizim də Rəbbimizdir, sizin də Rəbbinizdir. Bizim etdiklərimiz bizə, sizin etdikləriniz də sizədir.[41] Bizimlə sizin aranızda mübahisə ediləcək bir dəlil yoxdur.[42] Allah hamımızı bir araya gətirəcəkdir.[43] Dönüb gələcəyiniz yer Onun hüzurudur.”
وَالَّذِينَ يُحَاجُّونَ فِي اللَّهِ مِن بَعْدِ مَا اسْتُجِيبَ لَهُ حُجَّتُهُمْ دَاحِضَةٌ عِندَ رَبِّهِمْ وَعَلَيْهِمْ غَضَبٌ وَلَهُمْ عَذَابٌ شَدِيدٌ
- Allahın dəvəti qəbul olunduqdan sonra[44] hələ də Onun haqqında mübahisə edənlərin[45] dəlilləri Rəbbinin qatında keçərsizdir. Onlara qarşı bir qəzəb və onlar üçün şiddətli bir əzab vardır.[46]
اللَّهُ الَّذِي أَنزَلَ الْكِتَابَ بِالْحَقِّ وَالْمِيزَانَ وَمَا يُدْرِيكَ لَعَلَّ السَّاعَةَ قَرِيبٌ
- Allah, həqiqəti ehtiva edən bu kitabı və mizanı[47] endirəndir. Nə bilirsən, bəlkə də o saat/məzardan qalxma saatı yaxındır.[48]
يَسْتَعْجِلُ بِهَا الَّذِينَ لَا يُؤْمِنُونَ بِهَا وَالَّذِينَ آمَنُوا مُشْفِقُونَ مِنْهَا وَيَعْلَمُونَ أَنَّهَا الْحَقُّ أَلَا إِنَّ الَّذِينَ يُمَارُونَ فِي السَّاعَةِ لَفِي ضَلَالٍ بَعِيدٍ
- O saata inanmayanlar onun dərhal gəlməsini istəyirlər.[49] İnananlar isə ondan qorxub titrəyir və onun gerçəkləşəcəyini bilirlər. Bilin ki, o saat barəsində tərəddüd edənlər dərin bir zəlalət içindədirlər.
اللَّهُ لَطِيفٌ بِعِبَادِهِ يَرْزُقُ مَن يَشَاء وَهُوَ الْقَوِيُّ العَزِيزُ
- Allah, bəndələrinə qarşı çox lütfkardır. Lazım bildiyi kəsə ruzi verər.[50] O, qüclü-qüvvətlidir, Əzizdir.
مَن كَانَ يُرِيدُ حَرْثَ الْآخِرَةِ نَزِدْ لَهُ فِي حَرْثِهِ وَمَن كَانَ يُرِيدُ حَرْثَ الدُّنْيَا نُؤتِهِ مِنْهَا وَمَا لَهُ فِي الْآخِرَةِ مِن نَّصِيبٍ
- Kim axirət qazancını istəyərsə, onun qazancını artırarıq. Kim də (yalnız) dünya qazancını istəyərsə, ona da ondan verərik. Amma axirətdə onun heç bir nəsibi olmayacaqdır.[51]
أَمْ لَهُمْ شُرَكَاء شَرَعُوا لَهُم مِّنَ الدِّينِ مَا لَمْ يَأْذَن بِهِ اللَّهُ وَلَوْلَا كَلِمَةُ الْفَصْلِ لَقُضِيَ بَيْنَهُمْ وَإِنَّ الظَّالِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ
- Yoxsa Allahın izin vermədiyi şeyləri onlar üçün bu dinin şəriəti/qanuni edən şəriklərimi var?[52] Əgər haqq-hesabı (yaxşını pisdən) ayırma gününə (məhşərə) buraxma sözü olmasaydı, aralarında hökmən qərar verilərdi (işləri bitirilərdi).[53] Şübhəsiz, zalımlar üçün acı dolu bir əzab vardır.[54]
تَرَى الظَّالِمِينَ مُشْفِقِينَ مِمَّا كَسَبُوا وَهُوَ وَاقِعٌ بِهِمْ وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فِي رَوْضَاتِ الْجَنَّاتِ لَهُم مَّا يَشَاؤُونَ عِندَ رَبِّهِمْ ذَلِكَ هُوَ الْفَضْلُ الكَبِيرُ
- Zalımları qazandıqları günahları ucbatından qorxub tir-tir titrədiklərini görəcəksən.[55] İnanıb güvənən və xeyirxah işlər görənlər isə cənnət baxçalarında olacaqlar. Rəbbinin qatında onlar üçün istədikləri hər şey olacaqdır. Bax bu, böyük bir lütfdür![56]
ذَلِكَ الَّذِي يُبَشِّرُ اللَّهُ عِبَادَهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى وَمَن يَقْتَرِفْ حَسَنَةً نَّزِدْ لَهُ فِيهَا حُسْنًا إِنَّ اللَّهَ غَفُورٌ شَكُورٌ
- Bax bu, inanıb güvənən və xeyirxah işlər görən bəndələrinə müjdələdiyi şeydir.[57] De ki: “Bunun qarşılığında sizdən bir ücrət/haqq istəmirəm, istədiyim sadəcə, (Allaha) yaxınlaşma xüsusunda göstərəcəyiniz sevgidir.[58] Kim yaxşı bir iş görərsə, orada ona yaxşılıqlar əlavə edərik.[59] Şübhəsiz, Allah bağışlayandır, şükrün qarşılığını verəndir.[60]
أَمْ يَقُولُونَ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا فَإِن يَشَأِ اللَّهُ يَخْتِمْ عَلَى قَلْبِكَ وَيَمْحُ اللَّهُ الْبَاطِلَ وَيُحِقُّ الْحَقَّ بِكَلِمَاتِهِ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
- Yoxsa onlar: “(Muhamməd) Allaha qarşı yalan uydurdu!” – deyirlər?[61] Elə bir şey olsa, Allah lazım bildiyi anda sənin qəlbinə möhür vurar,[62] batili birbaşa Özü yox edər və haqqı Öz sözləri ilə gerçəkləşdirər. O, kökslərdə olanı biləndir.
وَهُوَ الَّذِي يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَعْفُو عَنِ السَّيِّئَاتِ وَيَعْلَمُ مَا تَفْعَلُونَ
- O, bəndələrinin tövbəsini qəbul edən və pis işlərini afv edəndir.[63] O, etdiyiniz işləri biləndir.
وَيَسْتَجِيبُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَيَزِيدُهُم مِّن فَضْلِهِ وَالْكَافِرُونَ لَهُمْ عَذَابٌ شَدِيدٌ
- İnanıb güvənən və xeyirxah işlər görənlərə istədiklərini verər və Öz lütfünü onlara artırar. Kafirlər üçün isə şiddətli bir əzab vardır.[64]
وَلَوْ بَسَطَ اللَّهُ الرِّزْقَ لِعِبَادِهِ لَبَغَوْا فِي الْأَرْضِ وَلَكِن يُنَزِّلُ بِقَدَرٍ مَّا يَشَاء إِنَّهُ بِعِبَادِهِ خَبِيرٌ بَصِيرٌ
- Allah, ruzini bəndələrinə bol-bol versəydi, onlar yer üzündə azğınlıq edərdilər. Ancaq O, ruzini müəyyən ölçüdə endirir.[65] Şübhəsiz, Allah bəndələrindən xəbərdardır, hər şeyi görəndir.
وَهُوَ الَّذِي يُنَزِّلُ الْغَيْثَ مِن بَعْدِ مَا قَنَطُوا وَيَنشُرُ رَحْمَتَهُ وَهُوَ الْوَلِيُّ الْحَمِيدُ
- O, hər kəs ümidsizliyə qapılandan sonra, yağmuru endirən və rəhmətini yayandır.[66] O vəlidir/ən yaxındır,[67] tərifə layiq olandır.
وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَابَّةٍ وَهُوَ عَلَى جَمْعِهِمْ إِذَا يَشَاء قَدِيرٌ
- Göyləri, yeri və oralara yaydığı canlıları yaratması da Onun ayələrindəndir/dəlillərindəndir.[68] O, lazım gördüyü zaman onları bir araya toplamağa da qadirdir.[69]
وَمَا أَصَابَكُم مِّن مُّصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُو عَن كَثِيرٍ
- Başınıza gələn hər müsibət, öz əllərinizlə qazandıqlarınıza qarşılıqdır / qazandıqlarınız ucbatındandır. Allah bir çoxunu da əfv edər.[70]
وَمَا أَنتُم بِمُعْجِزِينَ فِي الْأَرْضِ وَمَا لَكُم مِّن دُونِ اللَّهِ مِن وَلِيٍّ وَلَا نَصِيرٍ
- Siz yer üzündə (Onu) aciz buraxa bilməzsiniz! Sizin, Allah ilə aranıza girəcək bir vəliniz/yaxınınız və yardımcınız da yoxdur![71]
وَمِنْ آيَاتِهِ الْجَوَارِ فِي الْبَحْرِ كَالْأَعْلَامِ
- Dağlar kimi gəmilərin dənizdə üzüb getməsi də Onun ayələrindəndir/dəlillərindəndir.[72]
إِن يَشَأْ يُسْكِنِ الرِّيحَ فَيَظْلَلْنَ رَوَاكِدَ عَلَى ظَهْرِهِ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ
- O, lazım görərsə[73] (gəmiləri) hərəkət etdirən küləyi/gücü[74] saxlayar, onlar da dənizin üstündə hərəkətsiz qalarlar. Həqiqətən, səbr edən /dirayətli, şükür edən hər kəs üçün bunda ayələr/dəlilər vardır.
أَوْ يُوبِقْهُنَّ بِمَا كَسَبُوا وَيَعْفُ عَن كَثِيرٍ
- Yaxud onları qazandıqlarından (günahlarından) ötrü gəmilərini batırar və bir çoxunu da əfv edər (qurtarar).[75]
وَيَعْلَمَ الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِنَا مَا لَهُم مِّن مَّحِيصٍ
- (Bütün bunlar), ayələrimiz haqqında mübahisə edənlərin[76] özləri üçün heç bir qaçış yeri olmadığını bilmələri üçündür.
فَمَا أُوتِيتُم مِّن شَيْءٍ فَمَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَمَا عِندَ اللَّهِ خَيْرٌ وَأَبْقَى لِلَّذِينَ آمَنُوا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ
- Sizə verilmiş olan hər şey, dünya həyatının keçici mənfəətidir. İnanıb güvənən və Rəbbinə təvəkkül edənlər/güvənənlər üçün isə, Allah qatındakılar daha xeyirli və daha qalıcıdır.[77]
وَالَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ وَإِذَا مَا غَضِبُوا هُمْ يَغْفِرُونَ
- O kəslər üçün ki, böyük günahlardan[78] pozğunçuluqdan (cinsi günahlardan)[79] uzaq durur və qəzəbləndikəri zaman bağışlayırlar.[80]
وَالَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَمْرُهُمْ شُورَى بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ
- O kəslər üçün ki, Rəbbinin dəvətinə qarşılıq verirlər, namazlarını doğru və davamlı qılırlar,[81] işlərini məşvərətlə[82] yürüdürlər, özlərinə verdiyimiz ruzidən xeyirə xərcləyirlər.
وَالَّذِينَ إِذَا أَصَابَهُمُ الْبَغْيُ هُمْ يَنتَصِرُونَ
- O kəslər üçün ki, hər hansı bir hücuma məruz qaldıqları zaman öz aralarında yardımlaşırlar.[83]
وَجَزَاء سَيِّئَةٍ سَيِّئَةٌ مِّثْلُهَا فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُ عَلَى اللَّهِ إِنَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ
- Bir pisliyin cəzası, onun misli kimi bir pislikdir.[84] Kim əfv edər və aranı düzəldərsə, onun mükafatını Allah verir. Şübhəsiz, O zalımları sevməz!
وَلَمَنِ انتَصَرَ بَعْدَ ظُلْمِهِ فَأُوْلَئِكَ مَا عَلَيْهِم مِّن سَبِيلٍ
- Hər kim də haqsızlığa məruz qaldıqdan sonra haqqını alacaq olarsa, artıq belələrinə cəzalandırma yolları axtarmayın.[85]
إِنَّمَا السَّبِيلُ عَلَى الَّذِينَ يَظْلِمُونَ النَّاسَ وَيَبْغُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ أُوْلَئِكَ لَهُم عَذَابٌ أَلِيمٌ
- Cəzalandırılacaq olanlar yalnız insanlara zülm edənlər və yer üzündə haqsız yerə hakimiyyət qurmaq istəyənlərdir. Onları ağrılı-acılı bir əzab gözləyir.[86]
وَلَمَن صَبَرَ وَغَفَرَ إِنَّ ذَلِكَ لَمِنْ عَزْمِ الْأُمُورِ
- Kim də səbr edər/dirayətli davranır və bağışlama yolunu tutarsa, Həqiqətən, bunlar əzmkarlıq tələb edən işlərdəndir.[87]
وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِن وَلِيٍّ مِّن بَعْدِهِ وَتَرَى الظَّالِمِينَ لَمَّا رَأَوُا الْعَذَابَ يَقُولُونَ هَلْ إِلَى مَرَدٍّ مِّن سَبِيلٍ
- Allahın dəlalətdə gördüyü kimsənin bundan sonra heç bir vəlisi/himayədarı olmaz![88] Zalımların əzabı gördükləri zaman: “Geri dönməyin bir yolu varmı?”[89] – dediklərini görərsən.
وَتَرَاهُمْ يُعْرَضُونَ عَلَيْهَا خَاشِعِينَ مِنَ الذُّلِّ يَنظُرُونَ مِن طَرْفٍ خَفِيٍّ وَقَالَ الَّذِينَ آمَنُوا إِنَّ الْخَاسِرِينَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ الْقِيَامَةِ أَلَا إِنَّ الظَّالِمِينَ فِي عَذَابٍ مُّقِيمٍ
- Onları atəşə ərz olunduqları zaman zillətdən boyunlarını bükərək göz ucuyla gizli-gizli baxdıqlarını görərsən.[90] (Onları görən) möminlər belə deyəcəklər: “Həqiqətən ziyana düşənlər qiyamət/məzardan qalxma günü özünü və ailəsini ziyana salanlardır!”[91] Bilin ki, zalımlar qalıcı bir əzab içindədirlər.[92]
وَمَا كَانَ لَهُم مِّنْ أَوْلِيَاء يَنصُرُونَهُم مِّن دُونِ اللَّهِ وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِن سَبِيلٍ
- Allah ilə aralarına girib onlara yardım edəcək vəliləri olmaz![93] Allahın dəlalətdə gördüyü kimsə üçün artıq bir çıxış yolu yoxdur![94]
اسْتَجِيبُوا لِرَبِّكُم مِّن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لَّا مَرَدَّ لَهُ مِنَ اللَّهِ مَا لَكُم مِّن مَّلْجَأٍ يَوْمَئِذٍ وَمَا لَكُم مِّن نَّكِيرٍ
- Allah tərəfindən geri dönüşə izin verilməyəcək bir gün gəlmədən öncə Rəbbinizin dəvətinə uyun![95] O gün sizin üçün nə bir sığınacaq olacaq nə də (günahlarınızı) inkar edə biləcəksiniz.
فَإِنْ أَعْرَضُوا فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا إِنْ عَلَيْكَ إِلَّا الْبَلَاغُ وَإِنَّا إِذَا أَذَقْنَا الْإِنسَانَ مِنَّا رَحْمَةً فَرِحَ بِهَا وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَإِنَّ الْإِنسَانَ كَفُورٌ
- Əgər uzaqlaşırlarsa, uzaqlaşsınlar, biz səni onlara gözətçi göndərməmişik.[96] Sənin öhdənə düşən sadəcə təbliğdir/dəvətdir.[97] Həqiqətən, Biz insana tərəfimizdən bir rəhmət daddırdığımız zaman onunla fərəhlənər. Öz əlləri ilə etdikləri ucbatından başlarına bir pislik gəldiyi zaman isə (rəhmətimizi unudur). Çünki insan, həqiqətən, çox nankordur.[98]
لِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ يَخْلُقُ مَا يَشَاء يَهَبُ لِمَن يَشَاء إِنَاثًا وَيَهَبُ لِمَن يَشَاء الذُّكُورَ
- Göylərin və yerin bütün mülkü/səlahiyyəti Allahındır.[99] O, lazım bildiyi hər şeyi yaradır. Lazım bildiyinə qız övladlar verir, lazım bildiyinə də oğlan övladlar verir.[100]
أَوْ يُزَوِّجُهُمْ ذُكْرَانًا وَإِنَاثًا وَيَجْعَلُ مَن يَشَاء عَقِيمًا إِنَّهُ عَلِيمٌ قَدِيرٌ
- Yaxud oğlanlar və qızlar olmaq üzrə hər ikisindən də verir. Lazım bildiyini də sonsuz edər. Şübhəsiz, O hər şeyi biləndir, hər şeyə qadir olan/ ölçü qoyandır.
وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ اللَّهُ إِلَّا وَحْيًا أَوْ مِن وَرَاء حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولًا فَيُوحِيَ بِإِذْنِهِ مَا يَشَاء إِنَّهُ عَلِيٌّ حَكِيمٌ
- Allahın bir bəşər ilə danışması yalnız vəhy (ilham) yolu ilə[101] və ya pərdə arxasından olur.[102] Yaxud da bir elçi (mələk) göndərib, Allahın izni ilə ona Allahın lazım bildiyini vəhy edər.[103] Şübhəsiz, O ucadır, hökm/hikmət sahibidir.
وَكَذَلِكَ أَوْحَيْنَا إِلَيْكَ رُوحًا مِّنْ أَمْرِنَا مَا كُنتَ تَدْرِي مَا الْكِتَابُ وَلَا الْإِيمَانُ وَلَكِن جَعَلْنَاهُ نُورًا نَّهْدِي بِهِ مَنْ نَّشَاء مِنْ عِبَادِنَا وَإِنَّكَ لَتَهْدِي إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ
- Beləliklə sənə də bu şəkildə (Cəbrayılı göndərərək), Öz əmrimizdən/işimizdən olan bir ruhu (Quranı)[104] vəhy etdik. Əslində sən belə bir kitabın belə bir imanın nə olduğunu bilməzdin.[105] Lakin Biz onu bəndələrimizdən lazım bildiyimizi[106] onunla doğru yola yönəltmək üçün bir nur etdik.[107] Həqiqətən, sən onunla[108] (insanları) doğru yola yönəldirsən.[109]
صِرَاطِ اللَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ أَلَا إِلَى اللَّهِ تَصِيرُ الأمُورُ
- Göylərdə nə varsa və yerdə nə varsa hər şeyin sahibi olan Allahın yoluna.[110] Bilin ki, bütün işlər axırda Allaha qayıdacaqdır.
[1] Bunlara “hurufu muqatta”, yəni tək-tək oxunan hərflər deyilir. Bunların Nəbimizdən soruşulmaması, onların bilinən bir mənası olduğunu göstərir. Yoxsa müşriklər bunu dillərinə dolayar, Nəbimizi hər zaman rahatsız edərdilər. Bu hərflərlə əlaqəli suallar, İslamın Ərəbistan yarımadası xaricinə yayılmasından sonra başlamışdır. Türkcədə belə bir ifadə tərzi yoxdur. Bu hərflərlə başlayan 29 surədən 25-ində Qurana, dördündə də mühüm bir mövzuya diqqət çəkməsi, onların diqqətlərini cəlb etmək üçün işlədildiyi başa düşülür (Doğrusunu Allah bilir).
[2] Nisa 4/163.
[3] Nisa 4/126, İbrahim 14/2, Nahl 16/52, Tə-ha 20/6, Həcc 22/64.
[4] Məryəm 19 /88-92.
[5] Bu və oxşar ayələrə görə, maddənin də dili və anlama qabiliyyəti var (Əhzab 33/72, Duhan 44/24-29, Həşr 59/21). Göylər və yer insan davranışlarından təsirlənir (Məryəm 19/88–91, Duhan 44/29). Uca Allah göylərə və yerə dedi: “Könüllü və ya istəmədən əmrimə təslim olun!” və hər ikisi cavab verdi: “Biz Sənin əmrinə könüllü olaraq təslim olduq!” (Fussilet 41/9–12). Nuhun tufanı zamanı “Ey yer, suyunu ud! Ey göy, suyunu saxla!” deyildikdə sular çəkildi (Hud 11/44). İbrahim oda atıldıqda Allah dedi: “Ey od! İbrahimə qarşı sərin və zərərsiz ol” və belə də oldu (Ənbiya 21/69-71). Canlı və cansız bütün varlıqlar Allahı təsbih edir (İsra 17/44; Nur 24/41). Axirətdə yer danışacaq və içindəkiləri aşkar edəcək (Zilzal 99/1-5).
[6] “Həmd” qavramı haqqında ətraflı məlumat üçün baxın: Fatihə surəsi 1/2 və qeydi.
[7] Bəqərə 2/30, Zümər 75, Mümin 7.
[8] Mümin 40/7-9.
[9] Ənkəbut 29/41, Zümər 39/3.
[10] Bu dünyada həm möminləri, həm də kafirləri qoruyan Allahdır (Səba 34/20-21). Allahın kafirləri qoruması həm onlara bu dünyanın nemətlərindən zövq almağa imkan vermək, həm də onları göylərin, yerin və dağların onlara göstərdiyi əks təsirlərindən qoruyub saxlamaq şəklindədir (Məryəm 19/88-91).
[11] Ənam 6/66, 107, Zümər 39/41.
[12] Yusuf 12/2, Tə-ha 20/113-114, Zümər 39/28, Fussilət 41/3, Zuxruf 43/3, Əhqaf 46/12.
[13] Məkkə bütün yaşayış məntəqələrinin anasıdır, çünki bəşəriyyətin əcdadı Adəmin (a.s.) və zövcəsinin ilk dəfə Yer üzündə məskunlaşdığı yerdir (Ali-İmran 3/96). Məkkə dünyanın bütün yaşayış məntəqələrinin mərkəzidir. Sonuncu peyğəmbər Məhəmməd (a.s.) da Məkkədə elçi təyin edilmiş və bütün bəşəriyyəti xəbərdar etmək vəzifəsi daşımışdır (Ənam 6/92, Əraf 7/158, Həcc 22/49, Furqan 25/1, Səba 34/28).
[14] Ənam 6/90, Yusuf 12/103-104, Ənbiya 21/107, َFurqan 25/1.
[15] Təğabun 64/9.
[16] Allah Öz sistemini imtahan məqsədilə qurduğundan bəri, doğru yola gəlib-gəlməmək seçimini bəndəsinə buraxmışdır. (Hud 11/7, Kəhf 18/29, Muhəmməd 47/31, Mülk 67/1-2, İnsan 76/3).
[17] Yunus 10/99 ayəsinə görə, əgər Allah seçimi insanlara buraxmaq əvəzinə, özü etsəydi, yer üzündəki hər kəs bütövlükdə iman gətirərdi (Maidə 5/48, Hud 11/118-119, Nəhl 16/93).
[18] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Allahın bir şey etməsi o şeyi var etməsi, insanın bir şey etməsi də o şey üçün lazım olan səyi göstərməsidir (“Mufrədat”). Allah, hər şeyi bir ölçüyə görə var edər (Qəmər 54/49, Rad 13/48). Allah hər kəsin doğru yolda olmasını istəyər (Nisa 4/26) amma təkcə doğru işlər görəni doğru yolda sayar (Nur 24/46). Buna görə “şaə” feilinin icraçısı bəndə olarsa “seçib etdi”, Allah olarsa, “seçib yaratdı” mənasına gəlir. Allah, insanlara seçimlərinə görə davranma hürriyyəti verməsəydi, heç kimsə yanlış bir iş görə bilməz və imtahan deyə də bir şey olmazdı (Nəhl 16/93, Yunus 10/99). Yanlış bir qədər anlayışını İslama yerləşdirmək istəyənlər, böyük bir təhrifə yol verərək şaə ( شاء ) feilinə hər yerdə iradə yəni “istəmək və diləmək” mənasını vermiş və bunu təfsirlərə hətta sözlüklərə belə yerləşdirərək, bir çox ayənin məalını pozmuşlar.
[19] Nisa 4/123,173, Ahzab 33/17.
[20] Ənam 6/51, Əraf 7/3, Tövbə 9/116.
[21] “Vəli”, cəmi “əvliya, övliya”dır. Araya başqa heç bir şey girməyəcək şəkildə bir-birinə yaxın olan iki şeydən hər birinə deyilir. Buradan hərəkətlə qohumluq, köməklik və inanc yönündən ortaya çıxan yaxınlıq da məcaz olaraq bu kəlmə ilə ifadə edilir (Müfrədat). İnsana sinir hüceyrələrindən yaxın olan Allah, onun vəlisi yəni ən yaxınıdır (Qaf 50/16). Möminlər, “Allaha yaxındır, Allahın istəkli bəndəsidir” deyib, özləri ilə Allah arasına heç kimsəyi qoymadan, Allahdan istəyəcək şeyləri birbaşa Allahdan istəyər və təkcə Ona qulluq edərlər (Fatihə 1/4). Beləliklə, onlar Allahın vəlisi/övliyası, Allah da onların vəlisi olur (Bəqərə 2/257, Ali İmran 3/68, Yunus 10/62-63)
Ayələr açıq-aşkar olduğu halda təriqətçilər bir vəlayət məqamı icad ediblər və o məqama vəli/övliya və ya imam deyə qəbul etdikləri şəxsləri yerləşdirərək onları bir vəsilə/vasitəçi olaraq görürlər. Buna inananlar, Allahı ikinci sıraya qoymuş və tövbə etmədikləri təqdirdə əsla əfv edilməyəcək şirk günahına girmiş olurlar. (Bəqərə 2/257, Nisa 4/48,116, Əraf 7/3,30, Səcdə 32/4, Əhqaf 46/4-6).
[22] Nisa 4/59. Ayə və dipnotu.
[23] Fitrət (fitri təbiət) anlayışı haqqında ətraflı məlumat üçün baxın: Rum 30/30 və qeydi.
[24] Əraf 7/189, Nəhl 16/72, Rum 30/21.
[25] Ənam 6/143-144, Zümər 39/6.
[26] Müminun 23/79, Mülk 67/24.
[27] Nəhl 16/74, İxlas 112/4. Eyni həqiqət Tövratda da vurğulanır: “Ey Uca, Hökmdar Rəbb! Sənin kimisi yoxdur və Səndən başqa tanrı yoxdur!” (2 Şamuel 7:22)
[28] Zümər 39/63.
[29] “Şaə” kəlməsi üçün bax: Şura 42/8-ci ayənin dipnotu.
[30] Rad 13/26, İsra 17/30, Qəsəs 28/82, Ənkəbut 29/62, Rum 30/37, Səba 34/36, 39, Zumər 39/52.
[31] Nisa 4/163.
[32] Həcc 22/75.
[33] Rad 13/27.
[34] Nahl 16/2, İsra 17/85, Şura 42/52.
[35] Bəqərə 2/213, Ali İmran 3/19, Casiyə 45/17.
[36] Əcəl haqqında baxın: Ənam 6/2-ci ayənin dipnotu.
[37] Yunus 10/19, Hud 11/110, Fussilət 41/45, Fatır 35/32.
[38] Hud 11/112.
[39] Maidə 5/48-49.
[40] Nisa 4/58, Nahl 16/90.
[41] Yunus 10/41, Hud 11/35, Şuara 26/216, Qasas 28/55, Səbə 34/25.
[42] Allahın ayələrini anlayan və dərk edən hər kəs, onlardakı hər şeyin doğru olduğunu və onlarda mübahisəli bir şey olmadığını görəcək.
[43] Səbə 34/26.
[44] Ali İmran 3/105-106, İbrahim 14/3
[45] Bəqərə 2/139.
[46] Firon və xanədanı Musanın (a.s.) öz təbliğində haqlı olduğunu və səmimi qəlbdən inandığını gördülər. Sonra hakimiyyət əllərindən çıxmasın deyə hər şeyi bilərək inkar etdilər, lakin məqsədlərinə çata bilmədilər (Nəml 27/14). Eyni şey Məkkə müşriklərinə və Quranla xitab edildikdən və həqiqəti başa düşdükdən sonra yolunu azan hər kəsə də aiddir (Ali-İmran 3:86).
[47] Mizan tarazlıq deməkdir. Allah Kitabı və mizanı bütün elçilərinə nazil etmişdir (Hədid 57/25). Bir çox ayədə hikmətin Kitabla birlikdə nazil edildiyi bildirilir (Ali-İmran 3/81, Ənam 6/89). Hikmət düzgün mühakimə deməkdir. Biz yalnız ayələr arasındakı tarazlıq və bağı qurduğumuz zaman hikmətə nail ola bilərik (Ali-İmran 3/7, Hud 11/1-2, Fussilət 41/3). Allah bu tarazlığı yaratdığı ayələrdə də yerləşdirmiş və ona əməl olunmasını əmr etmişdir (Rəhman 55/7-9).
[48] Əraf 7/187, Tə-ha 20/15, Əhzab 33/63.
[49] Şuara 26/204.
[50] Maddi və ya mənəvi olsun, faydalanan hər şeyə və Allahın verdiyi hər bir nemətə ruzi (Müfradat) deyilir. (Bəqərə 2/22, 172, Hud 11/88, Həcc 22/58, Vaqiə 56/82).
[51] Bəqərə 2/200-202, Ali İmran 3/145, Nisa 4/134, Hud 11/15-16, İsra 17/18-20.
[52] Əraf 7/32, Yunus 10/59, Hud 11/1-2, Nahl 16/116.
[53] İbrahim 14/42, Nahl 16/61, Fatır 35/45.
[54] Zalımların kim olduğunu bu ayələrdən öyrənirik: Əraf 7/44-45.
[55] Şura 42/45.
[56] Bəqərə 2/82, Nisa 4/122, Yunus 10/9, Rad 13/29, Kəhf 18/30–31, 107–108, Hac 22/50, Ənkəbut 29/58, Rum 30/15.
[57] Bəqərə 2/25, Tövbə 9/20-22, Əhzab 33/47.
[58] Bu ayə bəzi təfsir və tərcümələrdə Peyğəmbərin ailəsini (Əhli-beyti) sevməyin vacibliyinə dəlil gətirilir. Əlbəttə, peyğəmbər ailəsi sevilməlidir. Lakin, burada qəsd edilən başqa şeydir: Məhəmməd (s.a.s.) də daxil olmaqla, heç bir peyğəmbər Allah tərəfindən ona verilən vəzifəyə görə ona fayda verəcək heç bir mükafat istəyə bilməz (Ənam 6/90, Yusif 12/104, Muminun 23/72, Furqan 25/57, Sad 38/86, Tur 52/40, Qələm 68/46). Buna görə də, Peyğəmbər öz qohumlarının sevilməsini tələb edə bilməz. “Əl-Qurba” (الْقُرْبی) yaxınlıq və yaxınlıq mənasını verən isimdir. Peyğəmbər insanlardan yalnız Allaha qarşı bəsləyəcəkləri “məvəddət” yəni sevgi və yaxınlığı arzu edə bilər (Maidə 5/2, 35, Tövbə 9/23-24, Səba 34/37, Fəth 48/29, Mücadilə 58/22).
[59] Nisa 4/40, Ənam 6/160, Yunus 10/26.
[60] Şükür, yaxşı bir əməlin dəyərini bilmək, minnətdarlıq etmək onu tərifləmək və ona layiq olan qarşılığı verməkdir (Lüğət). Ayədə istifadə olunan “şəkur” (شكور) sözü eyni kökdən gələn şişirtmə forma olduğundan, “vəzifəsini tamamilə yerinə yetirən” mənasını verir.
[61] Yunus 10/38, Hud 11/13, Səcdə 32/3, Əhqaf 46/8, Tur 52/33.
[62] İsra 17/73-75, Haqqa 69/41-44.
[63] İmran 3/135, Ənam 6/54, Əraf 7/153, Hicr 15/49, Nahl 16/119, Taha 20/82, Furqan 25/70, Zümər 39/53.
[64] Nisa 4/173, Yunus 10/26-27, Nur 24/38, Rum 30/44-45, Fatır 35/29-30.
[65] Hicr 15/21.
[66] Rum 30/48-49.
[67] Vəli kəlməsi üçün baxın: Şura 42/9-cu ayə dipnotu.
[68] Bəqərə 2/164, Rum 30/22, Casiyə 45/4, Zariyat 51/20-21.
[69] Ənam 6/38.
[70] Nisa 4/79.
[71] Bəqərə 2/107, Ənkəbut 29/22.
[72] Loğman 31/31, Rəhman 55/24.
[73] “Şaə” kəlməsi üçün bax: Şura 42/8-ci ayənin dipnotu.
[74] Rîh (الرِّيحَ) həm külək (Ənbiya 21/81), həm də güc (Ənfal 8/46) deməkdir. Bu iki mənaya görə, rîh ya yelkənli qayıqları daşıyan külək, ya da gəmiləri hərəkətə gətirən başqa bir gücdür.
[75] Şura 42/30.
[76] Mümin 40/4, 35, 56, 69–70.
[77] Ali İmran 3/14–15, Nahl 16/96, Kəhf 18/7, 46, Qasas 28/60, Səbə 34/37.
[78] Böyük günahlar üçün bax: Nisa 4/31.
[79] “Pozğunçuluq və Cinsi günahlar” kimi tərcümə etdiyimiz “fəvahiş” (فوَاحِشَ) sözü cəmdir. Ərəb dilində cəm halı ən azı üçü ifadə edir. Bunlardan zina (İsra 17/32) və kişi ilə kişi münasibətləri (Əraf 7/80, Ənkəbut 29/28) Quranda açıq şəkildə qeyd olunub. Üçüncüsü isə qadınla qadın münasibətləridir.
[80] Ali İmran 3/134, Casiyə 45/14.
[81] Bəqərə 2/3, Ənfal 8/2-3, Həcc 22/35, Fatır 35/29.
[82] Məşvərət; Hər hansı bir məsələni, işi birlikdə bir-biri ilə danışaraq, müzakirə edərək yürürlüyə qoymağa çalışmaqdır.
[83] Nisa 4/75, Hucurat 49/9.
[84] Ənam 6/160, Yunus 10/27, Qasas 28/84, Mümin 40/40.
[85] Nahl 16/126-127, Həcc 22/60.
[86] Misal üçün bax: Maidə 5/33.
[87] Fussilət 41/34-35.
[88] Əraf 7/186, Rum 30/29, Mümin 40/33, Şura 42/8.
[89] Ənam 6/27, Mümin 40/11.
[90] Mümin 40/60, Şura 42/22.
[91] Zümər 39/15.
[92] Onlar bu dünyada da təcrid olunacaqlar (Ali-İmran 3:86, Tövbə 9:67-68).
[93] Nisa 4/173, Ənam 6/70, Əraf 7/53, Hud 11/20.
[94] Nahl 16/37, Şura 42/44.
[95] Ənfal 8/24, Rad 13/18, Rum 30/43.
[96] Nisa 4/80, Ənam 6/107.
[97] Maidə 5/99, Rad 13/40, Nahl 16/82, Nur 24/54.
[98] Yunus 10/21, Hud 11/9-10, Rum 30/36, Fussilət 41/49-51, Fəcr 89/15-16.
[99] Bəqərə 2/107, Ali İmran 3/189, Maidə 5/40, 120, Tövbə 9/116, Nur 24/42, Furqan 25/2, Zumər 39/44, Zuxruf 43/85, Casiyə 45/27, Fəth 48/15, Buruc 85/9.
[100] “Şaə” (şaa) feilinin kökü “bir şey etmək” mənasını verən “şey” (شيء)-dir (Mufradat).
[101] Vəhy, “işarə dili, fısıldama, rümz, yazı və ya ima ilə danışma” mənalarına gəlir (Müfrədat). Allahın vəhyi; ilham yolu ilə, pərdə arxasından və ya mələklər vasitəsi ilə olur (Şura 42/51). Bu üç növ vəhydən ikisi hər insana edilir. Allah, hər insanın içinə, etdiyinin yaxşı yoxsa pis olduğunu ilham edər (Şəms 91/7-8). Allah bir mələyi insan simasında da göndərə bilər. Məryəm anamıza belə bir vəhy gəlmişdir (Məryəm 19/16-21). Musanın anasına gələn vəhy də bu cürdür (Qəsas 28/7). Üçüncü növ vəhy isə insanlara bildirmək istədiyi sözlərini, insanların arasından seçdiyi elçilərə mələklər vasitəsi ilə çatdırmasıdır. Bunlar, Allahın elçiləri olaraq vəsfləndilirilər (Cin 72/26-28).
[102] Allahın pərdə arxasından vəhy etməsinə misal olaraq, Onun Tur dağının yaxınlığındakı bir ağacın arxasından Musaya (əleyhissalam) müraciət etməsini (Qəsəs 28:30) və qullarına yuxuda bəzi şeyləri bildirməsini (Yusuf 12:4-5, 43-49; Saffat 37:102, Fəth 48:27) göstərmək olar.
[103] Allahın mələklər vasitəsilə çatdırdığı iki növ vəhy var. Birincisi, insan cildində bir mələk göndərməklə vəhy etməkdir (Hud 11/69, 81; Hicr 15/51-66; Kəhf 18/65-82; Zəriyat 51/24-37). Bu kimi bir mələk anamız Məryəmə İsanı dünyaya gətirəcəyini müjdələmişdir (Ali-İmran 3/45, Məryəm 19/16-21). Digəri isə, Onun insanlara çatdırmaq üçün peyğəmbər olan elçilərə göndərdiyi vəhydir (Bəkərə 2/97, Şuara 26/192-194, Nəcm 53/5-10, Haqqa 69/40, Təkvir 81/19-21). Bu zaman Allah elçilərin vəhyi Allahdan gəldiyini qəti şəkildə başa düşəcəkləri və onu çox yaxşı başa düşəcəkləri bir mühit yaradır (Cin 72:26-28).
[104] Bu ayədə bəhs edilən “Ruh” Allahın əmrlərini ehtiva edən ayələr toplusu olan Qurandır (İsra 17/85).
[105] Bu ayəyə və Ənkəbut 29/48-ə əsasən, Məhəmməd Peyğəmbərin (a.s.) ilahi kitablar haqqında əvvəlcədən heç bir məlumatı yox idi. Qurana görə, belə bir şəxs savadsız hesab olunur (Bəqərə 2:78, Ali-İmram 3:20). Savadsızlıq anlayışı ilə bağlı izahat üçün Bəqərə 2/78-ə verilən izahata baxın.
[106] “Şaə” (şaa) feilinin kökü “bir şey etmək” mənasını verən “şey” (شيء)-dir (Mufradat).
[107] Maidə 5/16.
[108] Ənam 6/19, Qaf 50/45.
[109] Yusuf 12/108, Müminun 23/73.
[110] Şura 42/4.




