Müsəlmanlar

Qız istəməyə gələnlərin razılığı nikah yerinə keçərmi?

Sual: Oğlan və qız tərəflərinin razılığa gəlməsi, onların ər-arvad olduğuna işarət edərmi? Yoxsa hələ aralarında nikah qıyılmadığı üçün və toyları da olmayıb elan edilmədiyi üçün bir-birlərinə yadmı sayılırlar?

Cavab: Elçiliyə gələn tərəf qızı onun ailəsindən istəyir, yəni razılaşma oğlan və qızın valideynləri arasında olur. Bu razılaşma, əlbəttə, nikah yerinə keçməz. Çünki, nikahlı olmaları üçün oğlanla qızın da razılığı olduqdan sonra aralarında nikah qıyılması lazımdır. Nikah da qıyıldıqdan sonra oğlanla qız nikahlı sayılır və bu nikahlarını (toy ya da hər hansı vasitələrlə) elan etməlidirlər.

Qısacası: Örf və adətlərimizə görə ən gözəli, elçilikdəki razılaşmadan sonra aralarında çox vaxt keçirmədən toy günlərini elan etmələri və həmin gün nikahlarının qıyılmasıdır. Bəli, bundan sonra artıq onlar ər və arvad sayılırlar.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabları aşağıdakı linkdə görə bilərsiz:

https://www.muselmanlar.com/elanlar-xeberler/7356.html

https://www.muselmanlar.com/elanlar-xeberler/14441.html

https://www.muselmanlar.com/fitvalar/7657.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.