Fəth surəsi 29 ayədən ibarətdir. 1, 18 və 27-ci ayələrdə keçən fəth sözü “bir şeyin özünü ya da önünü açmaq, zəfər” mənalarına gəlir.
بسم الله الرحمن الرحيم
Mərhəmətli, Rəhmli Allahın adıyla!
إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُّبِينًا
لِيَغْفِرَ لَكَ اللَّهُ مَا تَقَدَّمَ مِن ذَنبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَاطًا مُّسْتَقِيمًا
- Allah sənin (Bədirdə) işlədiyin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın və səni doğru yola yönəltsin,
وَيَنصُرَكَ اللَّهُ نَصْرًا عَزِيزًا
- həm də Allah sənə yenilməz bir güclə yardım etsin deyə, bunu etdi.[3]
هُوَ الَّذِي أَنزَلَ السَّكِينَةَ فِي قُلُوبِ الْمُؤْمِنِينَ لِيَزْدَادُوا إِيمَانًا مَّعَ إِيمَانِهِمْ وَلِلَّهِ جُنُودُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا
- O, möminlərin imanı qat-qat artsın deyə onların qəlblərinə daxili rahatlıq verəndir. Göylərin və yerin orduları Allaha məxsusdur.[4] Allah hər şeyi bilən və hokm/hikmət sahibidir.
لِيُدْخِلَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَيُكَفِّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَكَانَ ذَلِكَ عِندَ اللَّهِ فَوْزًا عَظِيمًا
- Allah (bunu) mömin kişiləri və mömin qadınları davamlı qalacaqları, altından çaylar axan cənnətlərə daxil etmək və onların pis əməllərini örtmək üçün etdi.[5] Bu, Allah yanında böyük bir uğurdur.[6]
وَيُعَذِّبَ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْمُشْرِكِينَ وَالْمُشْرِكَاتِ الظَّانِّينَ بِاللَّهِ ظَنَّ السَّوْءِ عَلَيْهِمْ دَائِرَةُ السَّوْءِ وَغَضِبَ اللَّهُ عَلَيْهِمْ وَلَعَنَهُمْ وَأَعَدَّ لَهُمْ جَهَنَّمَ وَسَاءتْ مَصِيرًا
- Həmçinin bunu Allah haqqında pis niyyətdə olan münafiq kişi və münafiq qadınları, eləcə də müşrik kişi və müşrik qadınları[7] cəzalandırmaq üçün etdi. Bəslədikləri pis fikirlər[8] öz başlarına gəlsin! Allah onlara qəzəblənmiş, onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora necə də pis bir yerdir![9]
وَلِلَّهِ جُنُودُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا
- Göylərin və yerin orduları Allahındır.[10] Allah Əzizdir, hökm/hikmət sahibidir.
إِنَّا أَرْسَلْنَاكَ شَاهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا
- (Ey Muhamməd!) Biz səni şahid, müjdəçi və xəbərdar edən bir elçi olaraq göndərdik.[11]
لِتُؤْمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَتُعَزِّرُوهُ وَتُوَقِّرُوهُ وَتُسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا
- Allaha və Onun Elçisinə inanıb güvənəsiniz, Ona hörmət və ehtiram göstərəsiniz, Onu səhər-axşam təsbih edəsiniz/ucaldaraq boyun əyəsiniz deyə (göndərdik).
إنَّ الَّذِينَ يُبَايِعُونَكَ إِنَّمَا يُبَايِعُونَ اللَّهَ يَدُ اللَّهِ فَوْقَ أَيْدِيهِمْ فَمَن نَّكَثَ فَإِنَّمَا يَنكُثُ عَلَى نَفْسِهِ وَمَنْ أَوْفَى بِمَا عَاهَدَ عَلَيْهُ اللَّهَ فَسَيُؤْتِيهِ أَجْرًا عَظِيمًا
- Sənə beyət edənlər, əslində, Allaha beyət etmiş olurlar.[12] Allahın əli onların əllərinin üzərindədir. Kim sözündən dönərsə, yalnız öz zərərinə dönmüş olar. Kim də Allaha olan əhdinə vəfa göstərərsə, Allah ona böyük bir mükafat verəcəkdir.[13]
سَيَقُولُ لَكَ الْمُخَلَّفُونَ مِنَ الْأَعْرَابِ شَغَلَتْنَا أَمْوَالُنَا وَأَهْلُونَا فَاسْتَغْفِرْ لَنَا يَقُولُونَ بِأَلْسِنَتِهِم مَّا لَيْسَ فِي قُلُوبِهِمْ قُلْ فَمَن يَمْلِكُ لَكُم مِّنَ اللَّهِ شَيْئًا إِنْ أَرَادَ بِكُمْ ضَرًّا أَوْ أَرَادَ بِكُمْ نَفْعًا بَلْ كَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرًا
- (Ey Məhəmməd!) Geridə qalan bədəvi ərəblər deyəcəklər:[14] “Mal-dövlətimiz və ailələrimiz bizi məşğul etdi. Allahdan bizim üçün bağışlanma dilə!”[15] Onlar qəlblərində olmayanı dilləri ilə deyirlər. De: “Əgər Allah sizə zərər vermək yaxud bir fayda vermək istəsə, Ona qarşı kim nə edə bilər?”[16] Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır!
بَلْ ظَنَنتُمْ أَن لَّن يَنقَلِبَ الرَّسُولُ وَالْمُؤْمِنُونَ إِلَى أَهْلِيهِمْ أَبَدًا وَزُيِّنَ ذَلِكَ فِي قُلُوبِكُمْ وَظَنَنتُمْ ظَنَّ السَّوْءِ وَكُنتُمْ قَوْمًا بُورًا
- Əslində, siz elçinin və möminlərin bir daha öz ailələrinin yanına qayıtmayacaqlarını zənn etmişdiniz.[17] Qəlbləriniz bundan xoşlanmışdı. Siz pis zənnlərə qapıldınız və əliboş/ məhvə yuvarlanmış bir xalqa dönüşdünüz.”
وَمَن لَّمْ يُؤْمِن بِاللَّهِ وَرَسُولِهِ فَإِنَّا أَعْتَدْنَا لِلْكَافِرِينَ سَعِيرًا
- Kim Allaha və Onun Elçisinə iman gətirməsə, (bilsin ki,) Biz kafirlər üçün alovlu bir od hazırlamışıq.[18]
وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ يَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا
- Göylərdə və yerdə bütün mülk/səlahiyyət Allahındır.[19] O, bağışlanmaya layiq olanı bağışlayar, əzaba layiq olana da əzab edər.[20] Allah bağışlayandır, rəhmlidir.[21]
سَيَقُولُ الْمُخَلَّفُونَ إِذَا انطَلَقْتُمْ إِلَى مَغَانِمَ لِتَأْخُذُوهَا ذَرُونَا نَتَّبِعْكُمْ يُرِيدُونَ أَن يُبَدِّلُوا كَلَامَ اللَّهِ قُل لَّن تَتَّبِعُونَا كَذَلِكُمْ قَالَ اللَّهُ مِن قَبْلُ فَسَيَقُولُونَ بَلْ تَحْسُدُونَنَا بَلْ كَانُوا لَا يَفْقَهُونَ إِلَّا قَلِيلًا
- Qənimət[22] götürməyə yola düşdüyünüz zaman geridə qalanlar deyəcəklər: “Qoyun biz də sizin arxanızca gələk!” Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz heç vaxt bizim arxamızca gələ bilməzsiniz. Çünki Allah daha öncədən sizin üçün belə demişdi.” Onlar isə: “Xeyr, siz bizə həsəd/paxıllıq edirsiniz”[23] – deyəcəklər. Əslində, onlar deyilənlərin yalnız çox azını qavrayırlar.
قُل لِّلْمُخَلَّفِينَ مِنَ الْأَعْرَابِ سَتُدْعَوْنَ إِلَى قَوْمٍ أُوْلِي بَأْسٍ شَدِيدٍ تُقَاتِلُونَهُمْ أَوْ يُسْلِمُونَ فَإِن تُطِيعُوا يُؤْتِكُمُ اللَّهُ أَجْرًا حَسَنًا وَإِن تَتَوَلَّوْا كَمَا تَوَلَّيْتُم مِّن قَبْلُ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا
- Bədəvi ərəblərdən geridə qalanlara de ki: “Tezliklə güclü bir ordu ilə qarşılaşmağa çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar sülh təklif edərlər.[24] Əgər onların çağırışına səmimi qəlbdən cavab versəniz, Allah sizi gözəl bir mükafatla mükafatlandırar. Əgər əvvəlki kimi yenə üz çevirsəniz, O, sizə acı dolu bir əzab verər.”[25]
لَيْسَ عَلَى الْأَعْمَى حَرَجٌ وَلَا عَلَى الْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى الْمَرِيضِ حَرَجٌ وَمَن يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ وَمَن يَتَوَلَّ يُعَذِّبْهُ عَذَابًا أَلِيمًا
- (Müharibəyə getmə xüsusunda) Kora məcburiyyət yoxdur, topala məcburiyyət yoxdur, xəstəyə də məcburiyyət yoxdur. Kim Allaha və elçisinə itaət edərsə, Allah onu altından çaylar axan cənnətlərə qoyar.[26] Kim də üz çevirərsə, onu acı dolu bir əzaba düçar edər.[27]
لَقَدْ رَضِيَ اللَّهُ عَنِ الْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ فَأَنزَلَ السَّكِينَةَ عَلَيْهِمْ وَأَثَابَهُمْ فَتْحًا قَرِيبًا
- Şübhəsiz, möminlər o ağacın altında sənə beyət edərkən Allah onlardan razı qalmışdır. Onların qəlblərində olanı bilmiş, üzərlərinə sükunət endirmiş və onları yaxın bir (zəfər) ilə mükafatlandırmışdır.[28]
وَمَغَانِمَ كَثِيرَةً يَأْخُذُونَهَا وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا
- Bir də əldə edəcəkləri bir çox qənimətlərlə (mükafatlandırmışdır).[29] Allah Əzizdir, hökm/hikmət sahibidir.
وَعَدَكُمُ اللَّهُ مَغَانِمَ كَثِيرَةً تَأْخُذُونَهَا فَعَجَّلَ لَكُمْ هَذِهِ وَكَفَّ أَيْدِيَ النَّاسِ عَنكُمْ وَلِتَكُونَ آيَةً لِّلْمُؤْمِنِينَ وَيَهْدِيَكُمْ صِرَاطًا مُّسْتَقِيمًا
- Allah sizə əldə edəcəyiniz bir çox qənimətlər vəd etmişdir.[30] Sizə (Xeybər zəfərini də) tezləşdirdi və beləcə, o insanların (Məkkəlilərin) əlini sizdən çəkdi ki,[31] inanıb güvənənlərə bir ayə/işarə olsun və sizi doğru bir yola yönləndirsin.
وَأُخْرَى لَمْ تَقْدِرُوا عَلَيْهَا قَدْ أَحَاطَ اللَّهُ بِهَا وَكَانَ اللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرًا
- Hələ əldə etmədiyiniz başqa qənimətlər də var ki,[32] Allah onlarla sizi əhatə etmişdir. Allah hər şeyə qadirdir.
وَلَوْ قَاتَلَكُمُ الَّذِينَ كَفَرُوا لَوَلَّوُا الْأَدْبَارَ ثُمَّ لَا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا
- Əgər kafirlər (Məkkə müşrikləri) sizinlə vuruşsaydılar, mütləq arxa çevirib qaçardılar, sonra da özlərinə nə bir vəli/himayədar, nə də bir köməkçi tapa bilərdilər.[33]
سُنَّةَ اللَّهِ الَّتِي قَدْ خَلَتْ مِن قَبْلُ وَلَن تَجِدَ لِسُنَّةِ اللَّهِ تَبْدِيلًا
- Allahın əvvəldən bəri qoyduğu sünnəsi/qanunu belədir.[34] Allahın sünnəsini əvəz edə biləcək heçnə tapa bilməzsən![35]
وَهُوَ الَّذِي كَفَّ أَيْدِيَهُمْ عَنكُمْ وَأَيْدِيَكُمْ عَنْهُم بِبَطْنِ مَكَّةَ مِن بَعْدِ أَنْ أَظْفَرَكُمْ عَلَيْهِمْ وَكَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا
- O, Məkkənin göbəyində onlara qarşı sizə zəfər verdikdən sonra onların əlini sizdən, sizin əlinizi də onlardan çəkəndir.[36] Allah nə etdiklərinizi daim görəndir!
هُمُ الَّذِينَ كَفَرُوا وَصَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَالْهَدْيَ مَعْكُوفًا أَن يَبْلُغَ مَحِلَّهُ وَلَوْلَا رِجَالٌ مُّؤْمِنُونَ وَنِسَاء مُّؤْمِنَاتٌ لَّمْ تَعْلَمُوهُمْ أَن تَطَؤُوهُمْ فَتُصِيبَكُم مِّنْهُم مَّعَرَّةٌ بِغَيْرِ عِلْمٍ لِيُدْخِلَ اللَّهُ فِي رَحْمَتِهِ مَن يَشَاء لَوْ تَزَيَّلُوا لَعَذَّبْنَا الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابًا أَلِيمًا
- Onlar kafirlik edən və sizi Məscidül-Hərama daxil olmağa və qurbanlıq heyvanların öz yerlərinə çatmasına[37] mane olanlardır. Əgər hələ tanımadığınız mömin kişilərlə mömin qadınları bilmədən əzmə və bundan ötrü çətin vəziyyətə düşmə ehtimalınız olmasaydı (Allah Məkkədə sizə qələbə qazandırardı). Allah lazım gördüyünü rəhmətinə qovuşdurmaq üçün belə etmişdir. Əgər (möminlərlə kafirlər) bir-birindən ayrılmış olsaydılar, onlardan kafirlik edənləri acı dolu bir əzaba düçar edərdik.
إِذْ جَعَلَ الَّذِينَ كَفَرُوا فِي قُلُوبِهِمُ الْحَمِيَّةَ حَمِيَّةَ الْجَاهِلِيَّةِ فَأَنزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَى رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ وَأَلْزَمَهُمْ كَلِمَةَ التَّقْوَى وَكَانُوا أَحَقَّ بِهَا وَأَهْلَهَا وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا
- Kafirlik edənlər qəlblərindəki təəssübə -cahiliyyə təəssübünə- qapıldıqları əsnada Allah elçisinin və möminlərin üzərinə sükunət/rahatlıq endirdi[38] və onları təqva/pis işlərdən çəkinib qorunma sözünə möhkəm bağlı qalmalarını saxladı. Onlar bunu haqq edirdi və buna layiq idilər. Allah hər şeyi biləndir!
لَقَدْ صَدَقَ اللَّهُ رَسُولَهُ الرُّؤْيَا بِالْحَقِّ لَتَدْخُلُنَّ الْمَسْجِدَ الْحَرَامَ إِن شَاء اللَّهُ آمِنِينَ مُحَلِّقِينَ رُؤُوسَكُمْ وَمُقَصِّرِينَ لَا تَخَافُونَ فَعَلِمَ مَا لَمْ تَعْلَمُوا فَجَعَلَ مِن دُونِ ذَلِكَ فَتْحًا قَرِيبًا
- Allah Öz elçisinə yuxusunun[39] gerçəkləşməsi ilə bağlı, əlbəttə, həqiqəti söylədi. Allah lazım olan dəstəyi versə,[40] şübhəsiz ki, siz rahat bir şəkildə başınızı qırxmış, saçınızı qısaltmış halda,[41] qorxmadan Məscidül-Hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bildiyinə görə,[42] yuxunun gerçəkləşməsindən əvvəl yaxın bir qələbəyə (Məkkənin fəthinə) icazə verəcək!
هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَكَفَى بِاللَّهِ شَهِيدًا
- O, dinini bütün dinlərə hakim etmək üçün[43] elçisini bu rəhbər (Quran) və haqq din[44] ilə göndərəndir. Şahid olaraq Allah yetər!
مُّحَمَّدٌ رَّسُولُ اللَّهِ وَالَّذِينَ مَعَهُ أَشِدَّاء عَلَى الْكُفَّارِ رُحَمَاء بَيْنَهُمْ تَرَاهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلًا مِّنَ اللَّهِ وَرِضْوَانًا سِيمَاهُمْ فِي وُجُوهِهِم مِّنْ أَثَرِ السُّجُودِ ذَلِكَ مَثَلُهُمْ فِي التَّوْرَاةِ وَمَثَلُهُمْ فِي الْإِنجِيلِ كَزَرْعٍ أَخْرَجَ شَطْأَهُ فَآزَرَهُ فَاسْتَغْلَظَ فَاسْتَوَى عَلَى سُوقِهِ يُعْجِبُ الزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ الْكُفَّارَ وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًا
- Muhəmməd Allahın elçisidir.[45] Onunla birlikdə olanlar kafirlərə qarşı sarsılmaz,[46] öz aralarında isə mərhəmətlidirlər.[47] Sən onları rüku və səcdə edərək, Allahın lütfünü və razılığını axtaran görərsən. Onların əlaməti, üzlərində olan səcdə izindəndəndir. Bu, onların Tövratdakı vəsfidir.[48] İncildəki vəsfi isə, cücərtisini üzə çıxarıb onu qüvətləndirən, qalınlaşıb gövdəsi üstündə şax duran və əkinçiləri heyrətləndirən bir əkin kimidir.[49] Bu təsvirlər kafirləri qəzəbləndirmək üçündür. Allah inanıb güvənənlərə, təvəkkül edənlərə və xeyirxah işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.[50]
[1] Peyğəmbərimiz Məkkədən hicrət etməyə məcbur edildiyi əsnada nazil olan ayələrdə onu hicrət etməyə məcbur edənlərin orada uzun müddət qala bilməyəcəkləri bildirilmişdir (İsra 17/76-77). Məkkənin fəthi üçün şərtlər Bədr döyüşündə yerinə yetirildi (Ənfal 8/5-8). Lakin Peyğəmbərimiz və onun səhabəsi növbəti ayədə göstərilən müharibə qaydalarına rəayət etmədikləri üçün Məkkənin fəthi təxirə salındı
[2] Bu surənin 28-ci ayəsində İslamın bütün dinlərə qalib gələcəyi bildirildiyindən, Hüdeybiyyə müqaviləsi ilə başlayan bu hökmranlıq Məkkənin fəthi ilə daha da gücləndi və davam etdi (Tövbə 9/32-33, Saf 61/8-9).
[3] Uca Allah düşməni zərərsizləşdirmədən əsir götürməyi (Məhəmməd 47/4) və təqibi tərk edib döyüşdə geri çəkilməyi qadağan etdi (Ənfal 8/15-16). Peyğəmbərimiz Bədr döyüşündə bu əmrlərə zidd hərəkət edərək əsir götürdü və döyüşü tərk edib geri döndü. Əgər Allah həmin gün Peyğəmbərimiz Məkkədə olarkən müsəlmanlara qələbə vəd etməsəydi (Rum 30/1-6), Bədrdə (onların bu hərəkətinə görə) böyük bir məğlubiyyət baş verərdi (Ənfal 8/67-68). Bu ayədə Məkkənin fəthi ilə bu iki günahın bağışlanmasının mümkün olacağı və Peyğəmbərimizə fəthdən sonra bağışlanma diləmək əmr edildiyi bildirilir (Nəsr 110/1-3). Beləliklə, o, tövbə də daxil olmaqla, hər məsələdə bizim üçün nümunə oldu.
[4] Fəth 48/7.
[5] Bu ifadə səhabələrin də günah işlədiyini göstərir. Həqiqətən də, onlar Peyğəmbər əleyhissəlamın Bədrdə etdiklərinə susmaqla onun günahına şərik oldular (Ənfal, 8/5-8, 67-68).
[6] Tövbə 9/72.
[7] Bu münafiqlər Xəndək döyüşü zamanı döyüş meydanından geri çəkilənlərdir (Əhzab 33/12-17, Fəth 48/16).
[8] Fəth 48/12.
[9] Tövbə 9/68, 98.
[10] Fəth 48/4.
[11] Nisa, 4/41-42, Əhzab 33/45.
[12] Ayədə keçən “Sənə beyət edənlər, əslində, Allaha beyət etmişlər” ifadəsi, bu beyətin Məhəmməd əleyhissəlama elçi vəsfindən ötrü edildiyini göstərir; çünki Elçiyə itaət Allaha itaətdir (Nisa 4/80).
[13] Rad 13/20, Nahl 16/91.
[14] Geridə qalanlar Xəndək döyüşündən bir az əvvəl baş verən Bəni-Müstəliq döyüşündə (5:627) iştirak edən münafiqlər idi. Orada onlar müsəlmanları şiddətlə təhqir etdilər (Munafiqun 63/7-8) və döyüşdən qayıtdıqdan sonra Peyğəmbərin həyat yoldaşı Hz. Aişəni zina etməkdə ittiham etdilər (Nur 24/11-27) (DİA, Bəni-Müstəliq və İfk hadisəsi). Bir neçə gün sonra, Xəndək döyüşü zamanı (5:627) Mədinənin hər tərəfdən mühasirəyə alındığını görəndə “Evlərimiz qorunmasız” deyərək döyüşdən qaçdılar (Əhzab 33/13-15). Uca Allah, sözləri və hərəkətləri ilə Məhəmməd əleyhissəlamı heyran edən bu münafiqlərin ən böyük düşmənləri olduğunu və onlardan ehtiyatlı olmağın vacibliyini vurğulamışdır (Munafiqun 63:4).
[15] Tövbə 9/80.
[16] Əhzab 33/17.
[17] Onların pis zənni, Allahın möminləri qorumayacağı zənni idi (Fəth 48/6).
[18] İnsan 76/4.
[19] Bəqərə 2/107, Ali İmran 3/189, Maidə 5/40, 120, Tövbə 9/116, Nur 24/42, Furqan 25/2, Zümər 39/44, Şura 42/49, Zuxruf 43/85, Casiyə 45/27, Hadid 57/2, 5, Buruc 85/9.
[20] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Allahın bir şey etməsi o şeyi var etməsi, insanın bir şey etməsi də o şey üçün lazım olan səyi göstərməsidir (“Mufrədat”). Allah, hər şeyi bir ölçüyə görə var edər (Qəmər 54/49, Rad 13/48). Allah hər kəsin doğru yolda olmasını istəyər (Nisa 4/26) amma təkcə doğru işlər görəni doğru yolda sayar (Nur 24/46). Buna görə “şaə” feilinin icraçısı bəndə olarsa “seçib etdi”, Allah olarsa, “seçib yaratdı” mənasına gəlir. Allah, insanlara seçimlərinə görə davranma hürriyyəti verməsəydi, heç kimsə yanlış bir iş görə bilməz və imtahan deyə də bir şey olmazdı (Nəhl 16/93, Yunus 10/99). Yanlış bir qədər anlayışını İslama yerləşdirmək istəyənlər, böyük bir təhrifə yol verərək şaə ( شاء ) feilinə hər yerdə iradə yəni “istəmək və diləmək” mənasını vermiş və bunu təfsirlərə hətta sözlüklərə belə yerləşdirərək, bir çox ayənin məalını pozmuşlar.
[21] Ənkəbut 29/21.
[22] Hüdeybiyyə müqaviləsi nəticəsində Məkkəlilərin dəstəyini itirən Xeybər yəhudiləri tamamilə müdafiəsiz qaldılar. Onlara qarşı hər hansı bir müharibənin qalibi artıq müəyyən edildiyi üçün bu qənimətlər onlardan alınmalı idi.
[23] “Paxıllıq” anlamı verdiyimiz “həsəd” sözü, başqasının sahip olduğu maddi və ya mənəvi imkanların özünə keçməsini istəmək və paxıllıq etdiyi insanın bu imkanlardan məhrum qalmasını arzulamaqdır. (DİA, Həsəd).
[24] Nisa 4/90-91, 94; Ənfal 8/61; Muhamməd, 47/35.
[25] Tövbə 9/38-39.
[26] Nisa 4/69, Nur 24/52.
[27] Tövbə 9/74.
[28] Bu ayə, Allahın Elçisinə beyət edən möminlərin öz sözlərinə sadiq qaldıqlarının sübutudur. Bu ayə, həmçinin Hudeybiyyədə münafiqlərin olmadığını göstərir (Fəth 48/10).
[29] 18-ci ayədə qeyd olunan fəth Xeybərin fəthi və qeyd olunan qənimətlər Xeybərin qənimətləridir. Çünki 15-ci ayəyə əsasən, bunların hamısı Hüdeybiyyəyə gəlməyənlərə qadağan edilmişdi.
[30] Hüdeybiyyə müqaviləsindən sonra möminlər üçün yol açıldı; onlar bir çox yeri, əvvəlcə Xeybəri, sonra Məkkəni, Taifi və hətta Suriyanı fəth etdilər. Müsəlmanlar böyük qənimətlər əldə etdilər.
[31] Hüdeybiyyə müqaviləsi, Xəndək döyüşü zamanı yəhudilərlə tam ittifaqda olan Məkkəlilərin çıxa biləcək müsəlman-yəhudi müharibəsində bitərəf qalmasını təmin edirdi. Buna görə də, Məkkəlilər Xeybərin fəthi zamanı yəhudilərə dəstək verə bilmədilər.
[32] Saf 61/10-14.
[33] Ali İmran 3/110-111, Haşr 59/11-14.
[34] Sünnə anlayışı haqqında ətraflı məlumat üçün Nisa 4/26-cı ayəsinin dipnotuna baxın.
[35] Əhzab 33/62, Fatır 35/43.
[36] Hüdeybiyyədə müsəlmanların döyüşdə qələbə qazanacağına inandıqları bir vəziyyət yarandı, amma Allah müharibəyə icazə vermədi.
[37] Bəqərə 2/196.
[38] Fəth 48/18.
[39] “Yuxu” sözü “elçi” sözünün əvəzedicisi olaraq məal verilmişdir. Məhəmməd əleyhissəlam üçün “Nəbi” əvəzinə “elçi” sözünün işlədilməsi bu yuxunun Allahdan gələn bir mesaj olduğunu göstərir.
[40] “Şaə” sözü ilə bağlı 14-cü ayənin dipnotuna baxın.
[41] Saçın qısaldılması və ya qırxılması Həcc zamanı, Ərəfatdan enib böyük şeytanı daşladıqdan və sonra olur və sonra fərz təvaf üçün Kəbəyə gedilir. Lakin Ümrədə isə saç təvaf və Səi etdikdən sonra kəsilir və ya qısaldılır. Məhəmməd (s.a.s.) bu yuxunu Hüdeybiyyəyə getməzdən əvvəl Zilqədə ayında görmüşdür (DİA, Hüdeybiyyə). Mənbələr onun Ümrəyə yola düşdüyünü bildirir. Lakin bu ayə onun Ümrə üçün deyil, Məkkəyə həcc üçün getdiyinə dəlildir.
[42] Bu məlumat Məkkəlilərin Hüdeybiyyə müqaviləsini pozacaqlarını göstərir. Onların müqaviləni pozması Məkkənin fəthinə yol açdı (Tövbə 9:1-4).
[43] Hər bir insan özünü dindar hesab etdiyi üçün (Əraf 7/30), hər kəsin bir dini var, lakin haqq din insanların yaşadığı hər yerə hakim olacaq (Fəth 48/28, Saf 61:9). Peyğəmbərimizin belə dediyi rəvayət olunur: “Bu din gecə-gündüz çatdığı hər yerə çatacaq; Allah şəhərlərdə və ya kəndlərdə olsun, bir evi də toxunulmaz qoymayacaq. Bu, bəziləri üçün şərəf, bəziləri üçün isə zillət olacaq! Bu şəkildə Allah İslamı güclü və izzətli edəcək, küfrü zəlil rüsvay edəcəkdir.” (Əhməd ibn Hənbəl, cild 4, səh. 103)
[44] Haqq din, Allahın kitablarında nazil etdiyi yeganə din olan İslamdır (Ali-İmran 3/19, Zumər 39/2-3).
[45] Əhzab 33/40.
[46] Ayədə “sarsılmaz” kimi tərcümə etdiyimiz “eşidda” sözü “şədîd” (شديد) sözünün cəm formasıdır. Şedîd “möhkəm bağlı” (Müfredat) deməkdir. Müsəlmanlar heç bir haqsızlığa meyl etmədən kafirlərə qarşı barışmaz mövqe tutmalıdırlar (Bəqərə 2/190, Tövbə 9/123). Bu anlayışın bir çox tərcümələri, məsələn, “sərt və zorakı” kafirlərə qarşı həddindən artıq davranışa səbəb olur. Sərt davranmalı olduğumuz insanlar bizə qarşı müharibə edənlər, bizi ölkəmizdən qovmağa çalışanlar və bu cür qovulmaları dəstəkləyənlərdir (Mümtəhinə 60/8-9).
[47] Maidə 5/54.
[48] Ayədəki “Onların əlaməti üzlərindədir” ifadəsi Allahdan qorxduqları üçün Ona təslim olan və üzlərində bu qorxu əks olunan möminləri müəyyən edir.
[49] Bu ayədə bəhs edilənlərə İncilin Matta 13/1-23 və Luka 8:4-15 bölümlərində də rast gəlmək olar.
[50] Maidə 5/9.



