Müsəlmanlar

Borcdan əldə edilən qazanc faiz isə, taksitlə əldə edilən qazanc niyə caiz olur?

Sual: Mən öz malımı nəğd 10 manata, nisyə yəni taksitlə 15 manata satıram. Bu cür satış işində mən faizə girmiş olurammı?

Cavab: Satış, alver dediniz. Deməli ticari bir işlə məşğulsunuz. Faizli bir işdə satış, alver olmaz!

Faiz budur: Biri sizdən 100 manat borc alır və siz ondan gələn ay 110 manat tələb edirsiz. Burada gördüyünüz şey sadəcə borç olaraq verdiyiniz eyni pulun əlavə miqdarını əldə etməkdir. Faiz o cümlədən borç olaraq aldığınız eyni cinsdən ibarət malı və ya hər hansı bir şeyi artıq miqdarda geri qaytarmaqdır. Burada fərqli mal dövriyyəsindən, alverdən bəhs edilməz. Çünki siz pulu satmırsız, 100 manat hər yerdə eyni 100 manatdır, onu borç verib, artığını alırsız.

Yəhudilər bənzərlikdən yola çıxaraq borçla əldə edilən əlavə miqdarı, taksitli/vərəsiyə alverində əlavə edilən miqdara bənzədərək:  “Alver də eyni faiz kimidir!”[1] – demişlər.

Halbuki, bu kimi şeylərdə bənzərlik deyil, fərqlilik nəzərə alınmalıdır. Aralarında olan fərqlilik isə: Birində borç olaraq verdiyin eyni şeyin və ya malın əlavəsini alırsan, amma digərində bir malı verib qarşılığında başqa bir şey və ya mal alırsan, yəni fərqli cinslərin alış-verişini, alverini edirsən.

Alver və ya taksitli alverdə: Birinə telefon satırsız və deyirsiz ki; nəğd qiymət 100 manat, bir aylıq taksitlə də 110 manat. Burada həm alver həm də satdığınız şeylə aldığınız şey arasında cins fərqi var. Yəni, satdığınız şeylə aldığınız şey ayrı-ayrı şeylərdir. Ortada iki fərqli türün mübadiləsi, pul və mal dövriyyəsi var. Həmçinin telefon puldan fərqli olaraq hər yerdə eyni qiymət deyil, ona istədiyiniz qiyməti qoya bilər və istədiyinizə fərqli qiymətə sata bilərsiz.

Borca əsaslı faizdə isə belə bir şey yoxdur. Sadəcə borç olaraq verdiyiniz eyni malın əlavəsini geri alırsız ki, buna da faiz deyilir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Faizlə əlaqəli hər cür sual-cavabı aşağıdakı linkdə görə bilərsiz:

https://www.muselmanlar.com/?s=faiz

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Bəqərə 2/275.