Müsəlmanlar

Gizli şəkildə nikah qıyıla bilərmi?

Sual: Mən evli adamam. Bir başqa qadınla tanış oldum və hər ikimiz bu tanışlıqdan xoşlandıq. Artıq istədiyimiz zaman birlikdə olmaq istəyirik. Biz zina etməmək üçün gizlicə nikah kəsə bilərikmi? Buna dinimizdə icazə varmı?

Cavab: Dinimizdə nikahın gizlisi olmaz. Gizli olan şeyə zina deyilir. Nikahın şərtlərindən biri də elan edilməsi yəni, açıq-aşkar olması və ətrafınızda yaşayanların sizi ər-arvad olduğunuzu və bir ailə qurduğunuzu bilməsidir. Bunun xaricində nikah adı altında qurulan bütün əlaqələr (Mutə, Misyar) batıldır və zina hökmündədir.

Nikahla zinanın fərqi budur: Nikah hər kəsin açıq-aşkar hüzurunda olması, zina isə gizli cinsi əlaqədir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Nikah, Kəbin, Mutə və Misyarla əlaqəli ətraflı sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/elanlar-xeberler/7356.html

https://www.muselmanlar.com/elanlar-xeberler/7898.html

https://www.muselmanlar.com/elanlar-xeberler/14202.html

https://www.muselmanlar.com/elanlar-xeberler/13390.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.