Əhqaf surəsi 35 ayədən ibarətdir. Surənin 21-ci ayəsində keçən Əhqaf sözü “Əyri-üyrü qum təpələri” anlamına gəlir və Yəməndə Ad xalqının yaşadığı bir bölgənin adı olduğu söylənir.
بسم الله الرحمن الرحيم
Mərhəmətli, Rəhmli Allahın adıyla!
حم
- Ha Mim![1]
تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ
- Bu kitabın nazil olması Əziz, hökm/hikmət sahibi Allah tərəfindəndir.[2]
مَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ وَأَجَلٍ مُّسَمًّى وَالَّذِينَ كَفَرُوا عَمَّا أُنذِرُوا مُعْرِضُونَ
- Biz göyləri, yeri və ikisi arasındakıları yalnız haqq ilə[3] və müəyyən bir əcəl/müddət üçün yaratdıq. Kafirlərə gəlincə, onlar özlərinə edilən xəbərdarlıqdan üz çevirənlərdir.
قُلْ أَرَأَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ اللَّهِ أَرُونِي مَاذَا خَلَقُوا مِنَ الْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِي السَّمَاوَاتِ اِئْتُونِي بِكِتَابٍ مِّن قَبْلِ هَذَا أَوْ أَثَارَةٍ مِّنْ عِلْمٍ إِن كُنتُمْ صَادِقِينَ
- De: “Özünüzlə Allah arasında vasitəçi kimi çağırdıqlarınızı gördünüzmü? Mənə göstərin görək, onlar yer üzündə nəyi yaratmışlar, yoxsa göylərdə onların bir payı varmı?[4] Əgər doğru danışırsınızsa, mənə bundan (Qurandan) əvvəl gələn bir kitab və ya elmdən qalan bir şey gətirin.”
وَمَنْ أَضَلُّ مِمَّن يَدْعُو مِن دُونِ اللَّهِ مَن لَّا يَسْتَجِيبُ لَهُ إِلَى يَومِ الْقِيَامَةِ وَهُمْ عَن دُعَائِهِمْ غَافِلُونَ
- Qiyamət gününə qədər özünə cavab verə bilməyən birini özü ilə Allah arasında vasitəçi qoyan və ondan kömək diləyən kimsədən daha azğın kim ola bilər? Üstəlik, çağırılanlar onların çağırışından xəbərsizdirlər![5]
وَإِذَا حُشِرَ النَّاسُ كَانُوا لَهُمْ أَعْدَاء وَكَانُوا بِعِبَادَتِهِمْ كَافِرِينَ
- İnsanlar məhşər günü bir araya gətiriləndə, onlara (çağırdıqlarına) düşmən kəsiləcək və onlara qulluq etdikərini qəbul etməyəcəklər.[6]
وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلْحَقِّ لَمَّا جَاءهُمْ هَذَا سِحْرٌ مُّبِينٌ
- Ayələrimiz onlara öz konteksindən/bir-birini izah mahiyyətində oxunduğu zaman,[7] özlərinə gələn o həqiqəti (Quranı) görməzliyə vurub qəbul etməyənlər: “Bu, açıq-aydın bir sehrdir!”[8] – deyərlər.
أَمْ يَقُولُونَ افْتَرَاهُ قُلْ إِنِ افْتَرَيْتُهُ فَلَا تَمْلِكُونَ لِي مِنَ اللَّهِ شَيْئًا هُوَ أَعْلَمُ بِمَا تُفِيضُونَ فِيهِ كَفَى بِهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَهُوَ الْغَفُورُ الرَّحِيمُ
- Yaxud belə deyərlər: “O (Muhəmməd) onu uydurub!” De ki: “Əgər mən onu uydurmuşamsa, siz mənə Allahdan gələcək heç bir şeyin qarşısını ala bilməzsiniz.[9] O sizin etdiyiniz dedi-qoduları yaxşı bilir. Mənimlə sizin aranızda şahid olaraq Allah yetər.[10] O, Bağışlayandır, rəhmlidir.”
قُلْ مَا كُنتُ بِدْعًا مِّنْ الرُّسُلِ وَمَا أَدْرِي مَا يُفْعَلُ بِي وَلَا بِكُمْ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَى إِلَيَّ وَمَا أَنَا إِلَّا نَذِيرٌ مُّبِينٌ
- De: “Mən elçilərin[11] ilki deyiləm.[12] Mənə də sizə də nə ediləcəyini bilmirəm.[13] Mən yalnız mənə vəhy edilənə tabeyəm. Mən yalnız açıq-aşkar bir xəbərdarlıq edənəm.”[14]
قُلْ أَرَأَيْتُمْ إِن كَانَ مِنْ عِندِ اللَّهِ وَكَفَرْتُم بِهِ وَشَهِدَ شَاهِدٌ مِّن بَنِي إِسْرَائِيلَ عَلَى مِثْلِهِ فَآمَنَ وَاسْتَكْبَرْتُمْ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
- De onlara: “Heç düşündünüzmü ki, bu, Allah qatından isə və siz də bunu görməzdən gəlib qəbul etmədinizsə (halınız necə olur?).[15] Üstəlik İsrail oğullarından da bir şahid onun bənzərini (Tövratı) görüb şahidlik etsə, iman gətirsə[16] də siz yenə də təkəbbür göstərdiniz.” Həqiqətən, Allah zalım/haqsızlıq edən bir xalqı doğru yola yönəltməz.
وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا لَوْ كَانَ خَيْرًا مَّا سَبَقُونَا إِلَيْهِ وَإِذْ لَمْ يَهْتَدُوا بِهِ فَسَيَقُولُونَ هَذَا إِفْكٌ قَدِيمٌ
- Kafirlik edənlər inanıb güvənənlər barəsində deyirlər: “Əgər (Quran) xeyirli bir şey olsaydı, ona tabe olmaqda bizdən qabağa keçə bilməzdilər!” Onlar onunla doğru yola gəlmədikləri üçün: “Bu keçmişdən qalan bir uydurmadır!” – deyəcəklər.[17]
وَمِن قَبْلِهِ كِتَابُ مُوسَى إِمَامًا وَرَحْمَةً وَهَذَا كِتَابٌ مُّصَدِّقٌ لِّسَانًا عَرَبِيًّا لِّيُنذِرَ الَّذِينَ ظَلَمُوا وَبُشْرَى لِلْمُحْسِنِينَ
- Bundan (Qurandan) əvvəl həm rəhbər, həm də bir rəhmət olaraq Musanın kitabı var idi.[18] Bu (Quran) da haqsızlıq edənləri xəbərdar etmək və gözəl davrananları müjdələmək[19] üçün ərəb dilində[20] (əvvəlki kitabları) təsdiqləyən[21] bir kitabdır.[22]
إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
- “Rəbbimiz Allahdır!” – dedikdən sonra doğruluq üzərində olanlara heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər![23]
أُوْلَئِكَ أَصْحَابُ الْجَنَّةِ خَالِدِينَ فِيهَا جَزَاء بِمَا كَانُوا يَعْمَلُونَ
- Belələri cənnət əhlidirlər. Etdikləri əməllərinə qarşılıq orada davamlı olaraq qalacaqlar.[24]
وَوَصَّيْنَا الْإِنسَانَ بِوَالِدَيْهِ إِحْسَانًا حَمَلَتْهُ أُمُّهُ كُرْهًا وَوَضَعَتْهُ كُرْهًا وَحَمْلُهُ وَفِصَالُهُ ثَلَاثُونَ شَهْرًا حَتَّى إِذَا بَلَغَ أَشُدَّهُ وَبَلَغَ أَرْبَعِينَ سَنَةً قَالَ رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَى وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَصْلِحْ لِي فِي ذُرِّيَّتِي إِنِّي تُبْتُ إِلَيْكَ وَإِنِّي مِنَ الْمُسْلِمِينَ
- Biz insana valideynlərinə yaxşı davranmağı tövsiyə etdik. Anası onu çətinliklə daşımış və çətinliklə dünyaya gətirmişdir.[25] Onu bətnində çətinliklə daşıması və süddən kəsməsi otuz ay çəkər.[26] O, yetkinlik yaşına çatıb qırx yaşına çatdıqda deyər: “Ey Rəbbim! Mənə və valideynlərimə verdiyin nemətlərə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün yol göstər. Mənim nəslimi islah et/xeyirxah et! Mən Sənə yönəldim və Sənə təslim olanlardanam”.[27]
أُوْلَئِكَ الَّذِينَ نَتَقَبَّلُ عَنْهُمْ أَحْسَنَ مَا عَمِلُوا وَنَتَجاوَزُ عَن سَيِّئَاتِهِمْ فِي أَصْحَابِ الْجَنَّةِ وَعْدَ الصِّدْقِ الَّذِي كَانُوا يُوعَدُونَ
- Bunlar, ən gözəl əməllərini[28] qəbul edəcəyimiz və pis əməllərini isə görməzdən gələcəyimiz cənnət əhlidirlər. Bu onlara verilmiş haqq bir vədin qarşılığıdır.[29]
وَالَّذِي قَالَ لِوَالِدَيْهِ أُفٍّ لَّكُمَا أَتَعِدَانِنِي أَنْ أُخْرَجَ وَقَدْ خَلَتْ الْقُرُونُ مِن قَبْلِي وَهُمَا يَسْتَغِيثَانِ اللَّهَ وَيْلَكَ آمِنْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ فَيَقُولُ مَا هَذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ
- Bir də valideynlərinə belə deyən vardır: “Sizdən bezmişəm![30] Siz məni (yenidən dirildilib) torpaqdan çıxarılmaqla təhdid edirsiniz? Halbuki məndən əvvəl neçə-neçə nəsillər gəlib keçib (heç biri çıxarılmadı).”[31] Sonra valideynləri Allahdan kömək diləyərək deyirlər: “Vay halına! İman gətir! Allahın vədi haqdır!” O isə deyir: “Bu, sizdən əvvəlkilərin yazılarından[32] başqa bir şey deyil!”
أُوْلَئِكَ الَّذِينَ حَقَّ عَلَيْهِمُ الْقَوْلُ فِي أُمَمٍ قَدْ خَلَتْ مِن قَبْلِهِم مِّنَ الْجِنِّ وَالْإِنسِ إِنَّهُمْ كَانُوا خَاسِرِينَ
- Belələri özlərindən öncə gəlib-keçmiş cin və insan ümmətləri içində haqlarında cəzalandırma sözünün gerçəkləşdiyi kimsələrdir. Həqiqətən, onlar ziyana uğrayanlardır.[33]
وَلِكُلٍّ دَرَجَاتٌ مِّمَّا عَمِلُوا وَلِيُوَفِّيَهُمْ أَعْمَالَهُمْ وَهُمْ لَا يُظْلَمُونَ
- Hər kəsin etdiyi əməllərinə görə dərəcəsi vardır.[34] Bu, (Allahın) onlara əməllərinin mükafatını tam olaraq versin deyədir. Onlara əsla haqsızlıq edilməyəcəkdir.
وَيَوْمَ يُعْرَضُ الَّذِينَ كَفَرُوا عَلَى النَّارِ أَذْهَبْتُمْ طَيِّبَاتِكُمْ فِي حَيَاتِكُمُ الدُّنْيَا وَاسْتَمْتَعْتُم بِهَا فَالْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنتُمْ تَسْتَكْبِرُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَبِمَا كُنتُمْ تَفْسُقُونَ
- Kafirlər cəhənnəmin qarşısına gətiriləcəkləri gün[35] onlara deyiləcək: “Siz yer üzündə sahib olduğunuz nemətləri (axirəti düşünmədən) sərf etdiniz və onlardan bəhrələndiniz. Lakin bu gün təkəbbür göstərdiyiniz və yer üzündə doğru yoldan sapdığınız üçün alçaldıcı bir əzabla cəzalandırılacaqsınız”.[36]
وَاذْكُرْ أَخَا عَادٍ إِذْ أَنذَرَ قَوْمَهُ بِالْأَحْقَافِ وَقَدْ خَلَتْ النُّذُرُ مِن بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ
- Ad xalqının qardaşlarını/Hudu yada sal![37] O, Əhqafda[38] öz xalqını xəbərdar etmişdi. Ondan əvvəl və sonra bir çox xəbərdaredici elçilər gəlib keçmişdi. (Hud) dedi: “Allahdan başqasına qulluq etməyin! Mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram”.
قَالُوا أَجِئْتَنَا لِتَأْفِكَنَا عَنْ آلِهَتِنَا فَأْتِنَا بِمَا تَعِدُنَا إِن كُنتَ مِنَ الصَّادِقِينَ
- Onlar belə dedilər: “Sən bizi ilahlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin əzabı gətir!”[39]
قَالَ إِنَّمَا الْعِلْمُ عِندَ اللَّهِ وَأُبَلِّغُكُم مَّا أُرْسِلْتُ بِهِ وَلَكِنِّي أَرَاكُمْ قَوْمًا تَجْهَلُونَ
- O da dedi ki: “Onun elmi yalnız Allah qatındadır. Mən sizə özümlə göndərilənləri çatdırıram.[40] Ancaq görürəm ki, siz cahil bir xalqsınız.”
فَلَمَّا رَأَوْهُ عَارِضًا مُّسْتَقْبِلَ أَوْدِيَتِهِمْ قَالُوا هَذَا عَارِضٌ مُّمْطِرُنَا بَلْ هُوَ مَا اسْتَعْجَلْتُم بِهِ رِيحٌ فِيهَا عَذَابٌ أَلِيمٌ
- Onlar əzabı vadilərinə doğru gələn bir bulud yığını şəklində gördükdə: “Bu, bizə yağış gətirəcək bir bulud yığınıdır!” dedilər. (Hud dedi ki:) “Xeyr! O, sizin dərhal gəlməsini istədiyiniz şeydir. İçində acı dolu bir əzab olan küləkdir.
تُدَمِّرُ كُلَّ شَيْءٍ بِأَمْرِ رَبِّهَا فَأَصْبَحُوا لَا يُرَى إِلَّا مَسَاكِنُهُمْ كَذَلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ
- O külək Rəbbinin əmri ilə hər şeyi məhv edəcək.” Nəhayət, onlar elə bir vəziyyətə düşdülər ki, oturduqları yerdən başqa heç nə görünmədi. Biz günahkar xalqı belə cəzalandırırıq.[41]
وَلَقَدْ مَكَّنَّاهُمْ فِيمَا إِن مَّكَّنَّاكُمْ فِيهِ وَجَعَلْنَا لَهُمْ سَمْعًا وَأَبْصَارًا وَأَفْئِدَةً فَمَا أَغْنَى عَنْهُمْ سَمْعُهُمْ وَلَا أَبْصَارُهُمْ وَلَا أَفْئِدَتُهُم مِّن شَيْءٍ إِذْ كَانُوا يَجْحَدُونَ بِآيَاتِ اللَّهِ وَحَاقَ بِهِم مَّا كَانُوا بِهِ يَسْتَهْزِؤُون
- Biz onlara sizə vermədiyimiz imkanlar vermişdik.[42] Həmçinin onlar üçün eşitmə, bəsirət/irəli görüşlülük və könüllər yaratmışdıq;[43] lakin onlar ayələrimizi bilə-bilə inkar etdikləri üçün nə eşitmələri nə bəsirətləri nə də könülləri onlara bir fayda verdi. İstehza etdikləri şey (bu əzab) onları bürüdü.[44]
وَلَقَدْ أَهْلَكْنَا مَا حَوْلَكُم مِّنَ الْقُرَى وَصَرَّفْنَا الْآيَاتِ لَعَلَّهُمْ يَرْجِعُونَ
- Ətrafınızdakı məmləkətləri həlak etdik.[45] Bəlkə səhvlərindən dönərlər deyə, onlara ayələrimizi fərqli yönlərdən izah etdik.
فَلَوْلَا نَصَرَهُمُ الَّذِينَ اتَّخَذُوا مِن دُونِ اللَّهِ قُرْبَانًا آلِهَةً بَلْ ضَلُّوا عَنْهُمْ وَذَلِكَ إِفْكُهُمْ وَمَا كَانُوا يَفْتَرُونَ
- Allaha yaxınlaşmaq üçün[46] Allah ilə özləri arasına qoyduqları ilahları onlara yardım etməli deyildimi?[47] Əksinə onlardan uzaqlaşıb getdilər.[48] Əslində bu, onların özlərinin uydurduqları yalan və iftiradan ibarətdir.[49]
وَإِذْ صَرَفْنَا إِلَيْكَ نَفَرًا مِّنَ الْجِنِّ يَسْتَمِعُونَ الْقُرْآنَ فَلَمَّا حَضَرُوهُ قَالُوا أَنصِتُوا فَلَمَّا قُضِيَ وَلَّوْا إِلَى قَوْمِهِم مُّنذِرِينَ
- Bir gün Quranı dinləməyə hazır olan bir dəstə cinləri sənin yanına göndərdik.[50] Onlar sənin yanına gəldikdə bir-birlərinə: “Susun!” dedilər. Dinləməyi bitirdikdən sonra isə xəbərdar etmək üçün öz xalqının yanına qayıtdılar.
قَالُوا يَا قَوْمَنَا إِنَّا سَمِعْنَا كِتَابًا أُنزِلَ مِن بَعْدِ مُوسَى مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ يَهْدِي إِلَى الْحَقِّ وَإِلَى طَرِيقٍ مُّسْتَقِيمٍ
- Onlar dedilər: “Ey xalqımız! Biz Musadan sonra nazil edilmiş,[51] özündən əvvəlki kitabları təsdiqləyən, haqqa və düz yola yönəldən bir kitab dinlədik”.
يَا قَوْمَنَا أَجِيبُوا دَاعِيَ اللَّهِ وَآمِنُوا بِهِ يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُجِرْكُم مِّنْ عَذَابٍ أَلِيمٍ
- Ey xalqımız! Allahın dəvətçisini qəbul edin və ona iman gətirin ki, (Allah) günahlarınızı bağışlasın və sizi acı dolu bir əzabdan qorusun.[52]
وَمَن لَّا يُجِبْ دَاعِيَ اللَّهِ فَلَيْسَ بِمُعْجِزٍ فِي الْأَرْضِ وَلَيْسَ لَهُ مِن دُونِهِ أَولِيَاء أُوْلَئِكَ فِي ضَلَالٍ مُّبِينٍ
- Allahın dəvətçisini qəbul etməyən (bilsin ki) yer üzündə Allahı aciz buraxası deyil. Onunla Allah arasında vasitəçilik edəcək yaxınları da olmayacaq.[53] Onlar açıq-aşkar zəlalət içindədirlər.”
أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَمْ يَعْيَ بِخَلْقِهِنَّ بِقَادِرٍ عَلَى أَنْ يُحْيِيَ الْمَوْتَى بَلَى إِنَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
- Məgər onlar göyləri və yeri yaradan və onları yaratmaqda heç bir acizlik göstərməyən Allahın ölüləri diriltməyə də qadir olduğunu görmürlərmi?[54] Şübhəsiz, O, hər şeyə qadirdir.
وَيَوْمَ يُعْرَضُ الَّذِينَ كَفَرُوا عَلَى النَّارأَلَيْسَ هَذَا بِالْحَقِّ قَالُوا بَلَى وَرَبِّنَا قَالَ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ
- Kafirlik edənlər atəşin qarşısına gətiriləcəkləri gün[55] onlara: “Məgər bu, həqiqət deyil?” Onlar: “Bəli, Rəbbimizə and olsun ki, həqiqətdir!” – deyəcəklər. (Allah) onlara: “Elə isə küfrünüzə görə bu əzabı dadın!” – deyəcək.[56]
فَاصْبِرْ كَمَا صَبَرَ أُوْلُوا الْعَزْمِ مِنَ الرُّسُلِ وَلَا تَسْتَعْجِل لَّهُمْ كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَ مَا يُوعَدُونَ لَمْ يَلْبَثُوا إِلَّا سَاعَةً مِّن نَّهَارٍ بَلَاغٌ فَهَلْ يُهْلَكُ إِلَّا الْقَوْمُ الْفَاسِقُونَ
- Elçilərdən əzm sahibi olanların[57] səbr etdiyi kimi, sən də səbr et/dirayətli ol! Kafirlik edənlərə (əzabın gəlməsinə) tələsmə![58] Onlar vəd olunan əzabı görəcəkləri gün, gündüzün ancaq bir saatı qədər (dünyada) qaldıqlarını sanacaqlar.[59]Bu bir təbliğdir. Sadəcə fasiq/yoldan çıxan xalq həlak ediləcək.[60]
[1] Bunlara “hurufu muqatta”, yəni tək-tək oxunan hərflər deyilir. Bunların Nəbimizdən soruşulmaması, onların bilinən bir mənası olduğunu göstərir. Yoxsa müşriklər bunu dillərinə dolayar, Nəbimizi hər zaman rahatsız edərdilər. Bu hərflərlə əlaqəli suallar, İslamın Ərəbistan yarımadası xaricinə yayılmasından sonra başlamışdır. Türkcədə belə bir ifadə tərzi yoxdur. Bu hərflərlə başlayan 29 surədən 25-ində Qurana, dördündə də mühüm bir mövzuya diqqət çəkməsi, onların diqqətlərini cəlb etmək üçün işlədildiyi başa düşülür (Doğrusunu Allah bilir).
[2] Tə-ha 20/4, Şuəra 26/192–193, Səcdə 32/2, Mümin 40/2, Fussilət 41/2, 42, Casiyə 45/2, Əhqaf 46/2, Vaqiə 56/80, Haqqa 69/43.
[3] Allah, göyləri, yeri və içindəkiləri Onun bir haqqı olaraq “haqq ilə” onu əzəmətinə uyğun ən gözəl bir şəkildə adına layiq. Necə ki, Allahın adlarından biri də “Haqqdır”. Əsər, sahibinin kim olduğunu göstərir şəkildə. Həmçinin yaradılışın bir qayəsi də bizi və cinləri imtahan etmək üçündür (Mülk 67/2-4).
[4] Əraf 7/191, Rad 13/16, Nahl 16/20, 73, Həcc 22/73, Furqan 25/3, Səbə 34/22, Fatır 35/13, 40, Yasin 36/74-75.
[5] Əraf 7/194–195, Rad 13/14.
[6] İsa əleyhissəlamı və ya mələkləri ilahiləşdirən insanlar axirətdə bu ilahiləşdirmə hərəkətini heç vaxt qəbul etməyəcəklər. Özlərini ilahiləşdirərək insanları yoldan çıxaranlar da öz ardıcıllarından qaçacaqlar (Bəqərə 2/166-167, Maidə 5:116-117, Yunus 10:28-29, Məryəm 19:81-82).
[7] “Tilavət” sözünün kökü olan “t-l-v” (تلو) “bir neçə şeyin arasına fərqli bir şey qarışmadan ardıcıl düzülməsi” mənasını verir (Müfradat). Buna əsasən, tilavət bir-biri ilə əlaqəli ayələrin birlikdə oxunmasıdır.
[8] Səbə 34/43, Saffat 37/15, Sad 38/4–7, Müddəssir 74/18–25.
[9] Bəqərə 2/23, Yunus 10/38, Hud 11/13, 35, Səcdə 32/3, Tur 52/33-34.
[10] İsra 17/96.
[11] Rəsul (رسول) sözü həm “kiməsə göndərilən mesaj” həm də “həmin mesajı çatdırmaq üçün göndərilən elçi” mənasını verir (Müfrədat). Allahın elçilərinin vəzifəsi Onun sözlərini insanlara çatdırmaqdır.
[12] Ali İmran 3/144, Nisa 4/163, Rad 13/38.
[13] Allahın peyğəmbərləri də daxil olmaqla, hər kəs yalnız gördüyü xeyirxah əməlləri sayəsində cəzadan xilas ola bilər. Başqa heç kimə axirətdə cəzadan qorunma vədi verilməyib; çünki onlar belə hər an doğru yoldan çıxmağa meyllidirlər. Edilməli olan şey, sona qədər Allaha itaət etməkdir (Nisa 4/172, Hicr 15/99, Zumər 39/65-66, Mülk 67/16-17, Mearic 70/28). Həqiqətən də, Peyğəmbərimiz qızı Fatiməyə belə demişdir: “Ey qızım Fatimə! Malımdan istədiyin hər şeyi istə, amma Allah yanında sənə heç bir fayda vermərəm” (Buxari, Vəsayə 11).
[14] Ənam 6/50, Əraf 7/188.
[15] Fussilət 41/52.
[16] Bəqərə 2/121, Maidə 5/83-84, Hud 11/17, Qasas 28/52-54, Ənkəbut 29/47.
[17] Furqan 25/4.
[18] Hud 11/17.
[19] İsra 17/9-10, Kəhf 18/1-2, Yasin 36/69-70.
[20] Yusuf 12/2, Tə-ha 20/113–114, Zümər 39/28, Fussilət 41/3, Zuxruf 43/3, Şura 42/7.
[21] Quran peyğəmbərlərə verilən bütün müqəddəs kitabların məzmununu həm təsdiqləyir, həm də qoruyur. Bu müqəddəs kitablara edilən hər hansı əlavə və ya silinmə yalnız Quranla müqayisə yolu ilə müəyyən edilə bilər (Maidə 5:48). Quranın əvvəlki müqəddəs kitabları təsdiqləmə xüsusiyyəti ilə bağlı ayələr üçün baxın: Bəqərə 2/41, 89, 91, 97; Ali-İmran 3:3; Nisa 4:47; Ənam 6:92; Yunus 10:37; Yusif 12:111; Fatir 35:31; Əhqaf 46:30.
[22] Quranın əvvəlki ayələri ərəb dilində təsdiqləməsi zəruridir; çünki həmin ayələr sonuncu peyğəmbərin İsmayılın nəslindən olacağını (Tövrat/Qanunun təkrarı 18:18-19, İncil/Həvarilərin işləri 3:21-23) və Məkkədən gələcəyini (Tövrat/Qanunun təkrarı 18:18-19, Zəbur 84:5-6, 118:22-26; İncil/Matta 21:42-44) bildirir. Həmçinin bax: Əraf 7/157-158.
[23] Bəqərə 2:112 və Fussilət 41:30 kimi ayələrində və oxşar ayələrdə Allahın kitabına əməl edənlərin heç bir qorxusu olmayacağı bildirilir.
[24] Bəqərə 2/82, Əraf 7/42, Yunus 10/26, Hud 11/23, Səcdə 32/17.
[25] Nisa 4/36, İsra 17/23-24, Ənkəbut 29/8, Loğman 31/14-15.
[26] Burada qeyd olunan 30 aydan 24 ay uşağın ana bətnində maksimum əmizdirmə müddətidir (Bəqərə 2:233). Bunu 30 aydan çıxdıqda 6 ay qalır. Bu müddət dölün ana bətnində insani keyfiyyətlərini qazanmasından sonrakı, yəni ruh üfürüldükdən sonrakı dövrdür (Möminun 23:14, Səcdə 32:7-9). Quran ay təqvimi ilə əsas götürülür (Tövbə 9:36). Ay təqvimi ilə bir il orta hesabla 354,5 gün, 30 ay və ya iki il yarım olduğundan, orta hesabla 886 gün olur. Bundan maksimum iki il və ya 709 gün əmizdirmə müddətini çıxdıqda 177 gün qalır. Normal hamiləliklərdə uşağın ana bətnində cəmi 280 (+/-2) gün keçirdiyi qəbul edilir. 280 (+/-2) – 177 = 103 (+/-2) gün. Nəticə olaraq ruhun, mayalanmadan sonrakı 101-ci və 105-ci günlər arasında dölə üfləndiyi məlum olur. Qəməri aylar bəzən 29, bəzən də 30 gün olduğundan, hamiləliyin başlanğıcından ruhun nəfəs almasına qədər olan müddət 3,5 aydır.
[27] Oxşar dua üçün Nəml 27:19 ayəsinə baxın.
[28] Yunus 10/26, Nahl 16/96–97, Ənbiya 21/101, Nur 24/38, Ənkəbut 29/7, Zümər 39/33–35.
[29] Nisa 4/31 122, Furqan 25/15-16, Loğman 31/8-9, Zümər 39/20.
[30] İsra 17/23.
[31] Bu cür fikir sahibləri ilə bağlı digər ayələr üçün bax: Ənam 6/29, Muminun 23/37, Duhan 44/34-36, Casiyə 45/24.
[32] Əyədə keçən əsatir (أَسَاطِيرُ) kəlməsi, “bir şeyi hizaya gətirmək, saf tutmaq” mənalarına gələn (سطر) kökündən törəmiş olan usturə (اسطورة) kəlməsinin cəmidir (Müfrədat). Sətara (سَطَرَ) feilinin “yazı yazmaq” anlamına gəlməsi, hərflərin hizaya gətirilməsi, anlamlı şəkildə sıralanması səbəbiylədir. Doqquz yerdə keçən əsatirul-əvvəlin (أَسَاطِيرُ الْأَوَّلِينَ) ifadəsi, Quranda deyilənlərin yeni olmadığını, əvvəlki ilahi kitablarda, yazı və səhfələrdə onsuz da mövcud olduğunu ifadə etmək üçün, kafirlər/ayələri görmək istəməyənlər tərəfində aşağılamaq, lağa qoymaq üçün işlədilən bir ifadə tərzidir. Belə deyərək, Quranın əvvəlki kitabları təsdiq etmə özəlliyini də istismar etmişlərdir (Ənfal 8/31; Nəhl 16/24; Möminun 23/83; Furqan 25/5; Əhqaf 46/17; Qələm 68/15; Mutaffifin 83/13).
[33] Fussilət 41/25.
[34] Ənam 6/132.
[35] Şura 42/45, Əhqaf 46/34.
[36] Ənam 6/93.
[37] Hud qissəsi haqqında ətraflı məlumat üçün baxın: Əraf 7/65-72, Hud 11/50-60, Şuara 26/123-140, Fussilət 41/15-16, Qəmər 54/18-21, Zariyat 51/41-42, Haqqa 69/6-8, Fəcr 89/6-8.
[38] Əhqaf lüğətdə “əyri qum təpələri” mənasını verir. Bu, Ad xalqının Hud (Əhqaf) tərəfindən imana dəvət edildiyi zaman yaşadıqları yerin adıdır (DİA, Əhqaf).
[39] Əraf 7/70, Hûd 11/53.
[40] Əraf 7/68, Hud 11/57.
[41] Fussilət 41/16, Qəmər 54/19-20, Zariyat 51/41-42, Haqqa 69/6-7.
[42] Bu imkanları təsvir edən ayələr üçün baxın: Əraf 7/69, Hud 11/52, Şuara 26/132-134, Fussilet 41/15.
[43] Dinləmək, ayırd etmək və ürək ruhun üflənməsi ilə qazanılan keyfiyyətlərdir (Səcdə 32:9). Ruhu kompüterin əməliyyat sisteminə bənzətmək olar. Bu sistem kompüterin qurulması tamamlandıqdan sonra yüklənir. Eynilə, ruh quruluşu tamamlandıqdan sonra bədənə yüklənir və fərddə ürək, dinləmə qabiliyyəti və ayırd etmə kimi keyfiyyətlər yaradır. Bu andan etibarən insan digər canlılardan fərqlənir (Muminun 23:12-14). Könül ruhun nüvəsidir; fərdin əsas idarəetmə mərkəzidir. Ağıl düzgün məlumata riayət etməyi tələb edir. Lakin könül öz mənafeyi ilə həqiqət arasında tərəddüd yaşayır. Əgər qərarını öz mənafeyinə əsaslanaraq verirsə, müəyyən həqiqətlərə qapanır və onları görməzdən gəlir. Bu, insanı insanlara qarşı nankor və Allaha qarşı kafir edir. Kafir Allahın ayələrini görür, onların doğru olduğuna inanır, lakin öz mənafeyinə zidd olduqları üçün onları görməzdən gəlir. Buna görə də, küfr şüurlu bir əməldir (Ali-İmran 3/106, Tövbə 9/66, Nəhl 16/106, Nəml 27/14, Ənkəbut 29/47, Loğman 31/32). Bu əməli edənlər Allahın, mələklərin və bütün insanların lənətinə layiqdirlər. Əgər tövbə etməsələr, həm dünya, həm də axirət həyatlarını itirəcəklər (Ali-İmran 3/89-91). Ad qövmü də Hud peyğəmbəri dinləməyərək kafir oldu və cəzaya layiq görüldü (Hud 11/59, Fussilət 41/15). Həqiqətən də, Allah heç bir qövmü elçi göndərmədən və lazımi xəbərdarlıqlar etmədən məhv etməz (İsra 17/15, Rum 30/9).
[44] Ənam 6/6.
[45] Tə-ha 20/128, Qasas 28/58, Səcdə 32/26, Zuxruf 43/8.
[46] Zümər 39/3.
[47] Muhamməd 47/13.
[48] İsra 17/67.
[49] Yusuf 12/40.
[50] Allah cinləri də insanlar kimi sınaqdan keçirmək üçün yaratmış və onlara eyni vəzifələri həvalə etmişdir (Nisa 4:172-173, Zəriyat 51:56). Tövrat və İncilə inanan insanlar yeni bir peyğəmbər gözləyirdilər (Bəqərə 2:121, Maidə 5:83-84, Hud 11:17, Qasəs 28:52-54, Ənkəbut 29:47). Aşağıdakı ayə göstərir ki, cinlərdən bəziləri də Tövrata inanırdılar və eyni gözləntilərə sahib idilər. Həqiqətən də, Allahın nazil etdiyi kitablardan xəbərsiz olan cinlər də var idi. Onlardan bəziləri peyğəmbərimizi dinləməyə gəlmişdi (Cin 72:1-15).
[51] Hamının bildiyi kimi, Quran nəinki Musadan, İsadan sonra nazil olmuşdur. Musanı vurğulamağın səbəbi, Qurandan əvvəlki qanunun təməlinin Musaya verilən əmrlər olmasıdır. Musadan sonra İsrail oğullarına bir çox peyğəmbər gəlmişdir (Bəqərə 2:87). Bu peyğəmbərlər Musaya verilən qanuna görə məsuliyyət daşıyırdılar. Bu səbəbdən həm Tövrat, həm də İncil İsaya öyrədilmişdir (Ali-İmran 3:48, Maidə 5:110). Onlara verilən kitablarda gələcək peyğəmbər haqqında bəzi xatırlatmalar, rahatlamalar və müjdələr var. Tövratda son peyğəmbərin Musa kimi bir peyğəmbər olacağı bildirilir (Qanunun təkrarı 18:18). İncildə İsanın qanunu, yəni Musaya verilən qanunu ləğv etmək üçün deyil, onu yerinə yetirmək üçün gəldiyi yazılır (Matta 5:17-19). Muhəmməd (a.s.) Musadan sonra ilahi qanunları ehtiva edən bir kitab gətirən sonuncu peyğəmbər olduğundan, Quranın bu xüsusiyyəti ayədə vurğulanır.
[52] Bu ayə göstərir ki, insanlara göndərilən elçilərə cinlərin də inanmaq vəzifəsi var (Cin 72/13).
[53] Nur 24/57, Ənkəbut 29/22, Şura 42/31. Allahın varlığına və birliyinə inanmayan yoxdur. Lakin Allaha güvənməyənlər özləri ilə Allah arasında vasitəçilər qoyurlar, onların özlərini qoruyacağına inanırlar və beləliklə, Allahı ikinci yerə qoyur və müşrik olurlar.
[54] Hər il bitkilərin qurumasını və yazda yenidən doğulmasını müşahidə edən və bunun necə baş verdiyini düşünən hər kəs torpağa basdırılmış canlıların da dirilə biləcəyini başa düşəcək (Rum 30/19, 50, Füssilet 41/39, Zuxruf 43/11, Qaf 50/9-11, 38, Qiyamet 75/37-40).
[55] Əhqaf 46/20.
[56] Ənam 6/30.
[57] “Ulul-Əzm” kimi təsvir edilən elçilər Nuh, İbrahim, Musa və İsa (ə.s) olmalıdır. Çünki onlar bu iki ayədə birlikdə xatırlanırlar: Əhzab 33/7 və Şura 42/13.
[58] Yunus 10/109, Nahl 16/127, Rum 30/60, Mümin 40/55, 77, Tur 52/48, Qələm 68/48, Müzzəmmil 73/10, Müddəssir 74/7, İnsan 76/24.
[59] Yunus 10/45, İsra 17/52, Tə-ha 20/103–104, Müminun 23/112–114, Rum 30/55, Naziat 79/46.
[60] Ənam 6/47.




