
Casiyə surəsi 37 ayədən ibarətdir. Casiyə sözü, “diz üstə çökən” anlamına gəlir və bu söz surənin 28-ci ayəsində keçməkdədir.
بسم الله الرحمن الرحيم
Mərhəmətli, Rəhmli Allahın adıyla!
حم
- Ha Mim![1]
تَنزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ
- Bu kitabın nazil olması Əziz, hökm/hikmət sahibi Allah tərəfindəndir.[2]
إِنَّ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ لَآيَاتٍ لِّلْمُؤْمِنِينَ
- Şübhəsiz ki, inanıb güvənənlər üçün göylərdə və yerdə ayələr/dəlillər vardır.[3]
وَفِي خَلْقِكُمْ وَمَا يَبُثُّ مِن دَابَّةٍ آيَاتٌ لِّقَوْمٍ يُوقِنُونَ
- Sizin yaradılışınızda və yaydığı canlılarda yəqinliklə inanan bir xalq üçün necə ayələr/dəlillər vardır.[4]
وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَمَا أَنزَلَ اللَّهُ مِنَ السَّمَاء مِن رِّزْقٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَتَصْرِيفِ الرِّيَاحِ آيَاتٌ لِّقَوْمٍ يَعْقِلُونَ
- Gecə ilə gündüzün bir-birindən fərqli olmasında, Allahın göydən ruzi[5] endirib öldükdən sonra yeri diriltməsində, küləkləri müxtəlif istiqamətlərdən və fərqli xüsusiyyətlərlə əsdirməsində ağıllarını işlədən bir xalq üçün ayələr/dəlillər vardır.[6]
تِلْكَ آيَاتُ اللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ فَبِأَيِّ حَدِيثٍ بَعْدَ اللَّهِ وَآيَاتِهِ يُؤْمِنُونَ
- Bunlar Allahın ayələridir. Onları sənə haqq olaraq sırasıyla oxuyuruq.[7] Artıq Allahın və Onun ayələrindən sonra hansı sözə inanıb güvənəcəklər?[8]
وَيْلٌ لِّكُلِّ أَفَّاكٍ أَثِيمٍ
- Hər günahkar iftiraçının vay halına![9]
يَسْمَعُ آيَاتِ اللَّهِ تُتْلَى عَلَيْهِ ثُمَّ يُصِرُّ مُسْتَكْبِرًا كَأَن لَّمْ يَسْمَعْهَا فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ
- O, özünə Allahın ayələri bağlamları ilə birlikdə[10] oxunduğu zaman onları eşidir, sonra isə təkəbbürlənir, sanki onları heç eşitməmiş kimi davranır.[11] Onu acı dolu bir əzabla müjdələ!
وَإِذَا عَلِمَ مِنْ آيَاتِنَا شَيْئًا اتَّخَذَهَا هُزُوًا أُوْلَئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ
- Ayələrimizdən bir şey öyrəndiyi zaman onunla rişxənd edər.[12] Məhz belələri üçün alçaldıcı bir əzab vardır.
مِن وَرَائِهِمْ جَهَنَّمُ وَلَا يُغْنِي عَنْهُم مَّا كَسَبُوا شَيْئًا وَلَا مَا اتَّخَذُوا مِن دُونِ اللَّهِ أَوْلِيَاء وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
- Qarşılarında isə cəhənnəm! Artıq nə qazandıqları nə də Allah ilə aralarına qoyduqları övliyalar/himayədarlar onlara bir fayda verəcəkdir. Onlar üçün böyük bir əzab vardır.[13]
هَذَا هُدًى وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ لَهُمْ عَذَابٌ مَّن رِّجْزٍ أَلِيمٌ
- Bu (Quran) bir hidayət rəhbəridir.[14] Rəbbinin ayələri qarşısında kafirlik edənlərə/görməzdən gələnlərə sarsıdıcı, acı dolu bir əzab vardır.[15]
اللَّهُ الَّذِي سخَّرَ لَكُمُ الْبَحْرَ لِتَجْرِيَ الْفُلْكُ فِيهِ بِأَمْرِهِ وَلِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
- Allah, dənizi xidmətinizə verəndir. Bu, Onun əmri ilə/qoyduğu qanunla gəmilərin dənizdə üzüb getməsi, Onun lütfündən axtarmanız və şükür etməyiniz üçündür.[16]
وَسَخَّرَ لَكُم مَّا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ جَمِيعًا مِّنْهُ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لَّقَوْمٍ يَتَفَكَّرُونَ
- O, göylərdə və yerdə olan hər şeyi Öz qatından (bir lütf olaraq) xidmətinizə vermişdir. Heç şübhəsiz, bunda təfəkkür edən bir xalq üçün ayələr/dəlillər vardır.[17]
قُل لِّلَّذِينَ آمَنُوا يَغْفِرُوا لِلَّذِينَ لا يَرْجُون أَيَّامَ اللَّهِ لِيَجْزِيَ قَوْمًا بِما كَانُوا يَكْسِبُونَ
- İnanıb güvənənlərə de ki; Allahın (cəza və mükafat) günlərinin[18] gələcəyini ummayanları bağışlasınlar.[19] Çünki hər xalqa, qazandıqlarının qarşılığını Allah verəcəkdir.[20]
مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ وَمَنْ أَسَاء فَعَلَيْهَا ثُمَّ إِلَى رَبِّكُمْ تُرْجَعُونَ
- Kim xeyirxah işlər görərsə, yalnız öz nəfsi üçün görmüş olar. Kim də pislik edərsə, öz əleyhinə etmiş olar. Sonra Rəbbinizin huzuruna çıxarılacaqsınız.[21]
وَلَقَدْ آتَيْنَا بَنِي إِسْرَائِيلَ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ وَرَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَى الْعَالَمِينَ
- Həqiqətən, Biz İsrail oğullarına kitab, hikmət və nəbilik verdik. Onlara təmiz şeylərdən ruzi verdik və müasirlərinə qarşı üstün etdik.[22]
وَآتَيْنَاهُم بَيِّنَاتٍ مِّنَ الْأَمْرِ فَمَا اخْتَلَفُوا إِلَّا مِن بَعْدِ مَا جَاءهُمْ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
- Biz onlara vəzifələri ilə bağlı açıq-aydın dəlillər vermişdik. Ancaq onlar sadəcə bu bilik (Kitab və hikmət) gəldikdən sonra bir-birlərinə qarşı paxıllıq/üstünlük cəhdi üzündən[23] ixtilafa düşdülər. Şübhəsiz, Rəbbin ixtilafda olduqları məsələ barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.[24]
ثُمَّ جَعَلْنَاكَ عَلَى شَرِيعَةٍ مِّنَ الْأَمْرِ فَاتَّبِعْهَا وَلَا تَتَّبِعْ أَهْوَاء الَّذِينَ لَا يَعْلَمُونَ
- Sonra səni də eyni işləri ehtiva edən bir şəriət ilə vəzifələndirdik. Sən ona tabe ol![25] Bilməyənlərin arzularına uyma!
إِنَّهُمْ لَن يُغْنُوا عَنكَ مِنَ اللَّهِ شَيئًا وإِنَّ الظَّالِمِينَ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ وَاللَّهُ وَلِيُّ الْمُتَّقِينَ
- Çünki onlar Allahdan gələn heç bir şeyi səndən dəf edə bilməzlər. Zalımlar bir-birinin övliyasıdır/himayədarlarıdır,[26] Allah isə pislikdən çəkinənlərin vəlisidir/himayədarıdır.[27]
هَذَا بَصَائِرُ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةٌ لِّقَوْمِ يُوقِنُونَ
- Bu (kitabda olanlar) insanlar üçün həqiqətin göstəriciləridir. Tam yəqinliklə inanan bir xalq üçün bir rəhbər və bir rəhmətdir.[28]
أًمْ حَسِبَ الَّذِينَ اجْتَرَحُوا السَّيِّئَاتِ أّن نَّجْعَلَهُمْ كَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَوَاء مَّحْيَاهُم وَمَمَاتُهُمْ سَاء مَا يَحْكُمُونَ
- Yoxsa pis əməllərlə məşğul olanlar elə hesab edirlər ki, Biz onları inanıb güvənən və xeyirxah işlər görənlərlə eyni tutacağıq?[29] Onların həyatları və ölümləri eyni olacaq?[30] Necə də pis bir mühakimə yürüdürlər!
وَخَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ وَلِتُجْزَى كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ
- Allah göyləri və yeri bu həqiqət (imtahan)[31] üçün və hər kəsin qazancının qarşılığını haqsızlığa məruz buraxılmadan verilməsi üçün yaratdı.
أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَهَهُ هَوَاهُ وَأَضَلَّهُ اللَّهُ عَلَى عِلْمٍ وَخَتَمَ عَلَى سَمْعِهِ وَقَلْبِهِ وَجَعَلَ عَلَى بَصَرِهِ غِشَاوَةً فَمَن يَهْدِيهِ مِن بَعْدِ اللَّهِ أَفَلَا تَذَكَّرُونَ
- Öz həva-həvəsini ilahiləşdirəni gördünmü?[32] Bilərəkdən etdiyinə görə Allah onu zəlalətə düşürmüşdür. (Sanki)[33] onun qulaqlarını və qəlbini möhürləmiş, gözlərinin üzərinə pərdə çəkmişdir.[34] Allah onu zəlalətə düşürdükdən sonra kim onu doğru yola yönəldə bilər?[35] Məgər doğru biliyə yiyələnməyəcəksiniz?
وَقَالُوا مَا هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا يُهْلِكُنَا إِلَّا الدَّهْرُ وَمَا لَهُم بِذَلِكَ مِنْ عِلْمٍ إِنْ هُمْ إِلَّا يَظُنُّونَ
- Belə dedilər: “Dünya həyatımızdan başqa heç bir həyat yoxdur;[36] ölürük və (dünyada) yenidən həyata dönürük. Bizi öldürən sadəcə zamandır.[37] Halbuki onların bu barədə bir məlumatı yoxdur. Onlar sadəcə zənnə əsaslanırlar.
وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ مَّا كَانَ حُجَّتَهُمْ إِلَّا أَن قَالُوا ائْتُوا بِآبَائِنَا إِن كُنتُمْ صَادِقِينَ
- Ayələrimiz onlara öz konteksindən/bir-birini izah edəcək şəkildə oxunduqda, onlar sadəcə irad tutub dedilər: “Əgər doğru danışırsınızsa, atalarımızı dirildin!”[38]
قُلِ اللَّهُ يُحْيِيكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يَجْمَعُكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لَا رَيبَ فِيهِ وَلَكِنَّ أَكَثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
- De: “Allah sizə həyat verir, sonra öldürür, sonra da gəlişində heç bir şübhə olmayan[39] Qiyamət günü sizi bir yerə toplayacaq.[40] Lakin insanların əksəriyyəti bunu bilmir”.
وَلَلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرضِ وَيَومَ تَقُومُ السَّاعَةُ يَوْمَئِذٍ يَخْسَرُ الْمُبْطِلُونَ
- Göylərdə və yerdə bütün mülk/səlahiyyət Allahındır.[41] O saat/məzardan qalxma saatı gəldiyi gün, məhz o gün batilə dalanlar ziyana uğrayacaqlar.[42]
وَتَرَى كُلَّ أُمَّةٍ جَاثِيَةً كُلُّ أُمَّةٍ تُدْعَى إِلَى كِتَابِهَا الْيَوْمَ تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ
- Hər ümməti diz üstə çökmüş görəcəksən. Hər ümmət öz kitabına tərəf (mühakimə olunmağa) çağrılacaq; o gün sizə etdiklərinizin qarşılığı veriləcəkdir.[43]
هَذَا كِتَابُنَا يَنطِقُ عَلَيْكُم بِالْحَقِّ إِنَّا كُنَّا نَسْتَنسِخُ مَا كُنتُمْ تَعْمَلُونَ
- Bu (əməllərinizin yazıldığı) kitabımızdır. Sizin haqqınızda həqiqəti söyləyir. Çünki, Biz sizin etdiklərinizi qeydə alırdıq.[44]
فَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَيُدْخِلُهُمْ رَبُّهُمْ فِي رَحْمَتِهِ ذَلِكَ هُوَ الْفَوْزُ الْمُبِينُ
- İnanıb güvənən və xeyirxah işlər görənlərə gəlincə, Rəbbi onları Öz rəhmətinə daxil edəcəkdir.[45] Bu açıq-aşkar bir müvəffəqiyyətdir.
وَأَمَّا الَّذِينَ كَفَرُوا أَفَلَمْ تَكُنْ آيَاتِي تُتْلَى عَلَيْكُمْ فَاسْتَكْبَرْتُمْ وَكُنتُمْ قَوْمًا مُّجْرِمِينَ
- Kafirlərə isə deyiləcək: “Məgər ayələrim sizə öz konteksindən/bir-birini izah edəcək şəkildə oxunmadımı? Ancaq siz təkəbbürləndiniz və günahkar bir xalq oldunuz.”[46]
وَإِذَا قِيلَ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَالسَّاعَةُ لَا رَيْبَ فِيهَا قُلْتُم مَّا نَدْرِي مَا السَّاعَةُ إِن نَّظُنُّ إِلَّا ظَنًّا وَمَا نَحْنُ بِمُسْتَيْقِنِينَ
- Sizə: “Allahın vədi haqdır, o Saatın gələcəyinə şübhə yoxdur!” – deyildiyi zaman: “Biz o Saatın nə olduğunu bilmirik. Biz bunu yalnız bir fərziyyə hesab edirik. Hələ ki, qəti bir qənaətə gəlməmişik”,[47] – dediniz.
وَبَدَا لَهُمْ سَيِّئَاتُ مَا عَمِلُوا وَحَاقَ بِهِم مَّا كَانُوا بِهِ يَسْتَهْزِؤُون
- Etdikləri pis əməllər onların qarşısına çıxmış, istehza etdikləri şeylər onları bürümüşdür.[48]
وَقِيلَ الْيَوْمَ نَنسَاكُمْ كَمَا نَسِيتُمْ لِقَاء يَوْمِكُمْ هَذَا وَمَأْوَاكُمْ النَّارُ وَمَا لَكُم مِّن نَّاصِرِينَ
- Onlara belə deyiləcək: “Siz bu gününüzlə qarşılaşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq.[49] Sizin qalacağınız yer atəşdir. Sizə köməklik edən də olmayacaqdır.
ذَلِكُم بِأَنَّكُمُ اتَّخَذْتُمْ آيَاتِ اللَّهِ هُزُوًا وَغَرَّتْكُمُ الْحَيَاةُ الدُّنْيَا فَالْيَوْمَ لَا يُخْرَجُونَ مِنْهَا وَلَا هُمْ يُسْتَعْتَبُونَ
- Bunun səbəbi, Allahın ayələri ilə rişxənd etmək və dünya həyatının sizi aldatmasıdır. Artıq bu gün[50] onlar oradan çıxarılmayacaq, üzrxahlıq etmələri də istənilməyəcək![51]
فَلِلَّهِ الْحَمْدُ رَبِّ السَّمَاوَاتِ وَرَبِّ الْأَرْضِ رَبِّ الْعَالَمِينَ
- Göylərin, yerin və aləmlərin Rəbbi olan Allaha həmd olsun![52]
وَلَهُ الْكِبْرِيَاء فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
- Göylərdə və yerdə böyüklük/ululuq Ona məxsusdur. O Əzizdir, hökm/hikmət sahibidir![53]
[1] Bunlara “hurufu muqatta”, yəni tək-tək oxunan hərflər deyilir. Bunların Nəbimizdən soruşulmaması, onların bilinən bir mənası olduğunu göstərir. Yoxsa müşriklər bunu dillərinə dolayar, Nəbimizi hər zaman rahatsız edərdilər. Bu hərflərlə əlaqəli suallar, İslamın Ərəbistan yarımadası xaricinə yayılmasından sonra başlamışdır. Türkcədə belə bir ifadə tərzi yoxdur. Bu hərflərlə başlayan 29 surədən 25-ində Qurana, dördündə də mühüm bir mövzuya diqqət çəkməsi, onların diqqətlərini cəlb etmək üçün işlədildiyi başa düşülür (Doğrusunu Allah bilir).
[2] Tə-ha 20/4, Şuəra 26/192–193, Səcdə 32/2, Mümin 40/2, Fussilət 41/2, 42, Casiyə 45/2, Əhqaf 46/2, Vaqiə 56/80, Haqqa 69/43.
[3] Allahın ayələri ikiyə ayrılır: Birincisi, kainatdakı bütün varlıqlar olan yaradılmış ayələridir (Casiyə 45/3-6). İkincisi, endirilmiş ayələrdir ki, onlar ilahi kitablardafır (Fussilət 41/39, Şura 42/13-14). Yaradılan ayələr endirilmiş ayələrin doğruluğunun göstəricisidir; çünki Allah həm kainatın yaradıcısı, həm də onun haqqında ən dəqiq məlumatı verəndir. Yaradılmış və endirilmiş ayələr arasında heç bir ziddiyyət yoxdur; əksinə, qırılmaz bir bağ var. Elmin öyrənmə sahəsi Allahın yaratdığı ayələrdir. Əgər bu sahədə Allahın endirdiyi ayələrdən istifadə olunarsa, elmdə inanılmaz bir tərəqqi baş verər.
[4] Rum 30/22, Şûrâ 42/29, Zâriyat 51/20-21.
[5] Allahın nemət olaraq verdiyi hər şey, istər maddi, istərsə də mənəvi olsun, ruzi adlanır (Bəqərə 2/22, 172; Hud 11/88; Həcc 22:58; Vaqiə 56:82). Bu ayədə ruzinin əhatə dairəsinə yağış, qar, dolu və səma cisimlərindən yerə çatan istilik və işıq kimi müxtəlif enerji növləri də daxildir.
[6] Bəqərə 2/164, Nahl 16/12, 65.
[7] Bunlar Allahın yaradılmış ayələridir. Quranda tez-tez bəhs edilən “ağlı işlətmək”, “bilikdən istifadə etmək” və “dirayətli olmaq” şərtlərinə uyğun hərəkət edən hər bir insan, o ayələrlə nazil olan ayələr arasındakı uyğunluğu öz müşahidələri ilə baxıb mütləq anlayacaq (Fussilət 41/53).
[8] Əraf 7/185, Mürsəlat 77/50.
[9] Şuara 26/221-223.
[10] Tilavət kəlməsinin kökü olan t-l-v (تلو), “birdən çox şeyin, aralarına öz cinslərindən olmayan bir şey qarışmayacaq şəkildə arxa-arxaya sıralanması” mənasındadır (Müfrədat) Buna görə tilavət, bir-biri ilə bağlantılı ayələri birlikdə oxumaqdır (Nəml 27/92, Ənkəbud 29/45).
[11] Loğman 31/7.
[12] Kəhf 18/56.
[13] Ali İmran 3/10, 116, Kəhf 18/105-106, Casiyə 45/34-35, Mücadele 58/17.
[14] Bəqərə 2/2.
[15] Səbə 34/5.
[16] Nahl 16/14, İsra 17/66, Rum 30/46, Loğman 31/31, Fatır 35/12.
[17] Bəqərə 2/29, 164, İbrahim 14/32–33, Nahl 16/12-13, Həcc 22/65, Loğman 31/20.
[18] İbrahim 14/5.
[19] Ənam 6/68-70, Furqan 25/63.
[20] Ğâşiyə 88/21-26.
[21] Rum 30/44, Fussilət 41/46.
[22] Bəqərə 2/47, 122, Mümin 40/53-54.
[23] Bəqərə 2/213, Şura 42/14, Casiyə 45/17.
[24] Bəqərə 2/113, Ali İmran 3/19, Əraf 7/157, Yunus 10/93.
[25] Bəqərə 2/120, 145, Nisa 4/163, Maidə 5/48, Şura 42/13.
[26] “Vəli”, cəmi “əvliya, övliya”dır. Araya başqa heç bir şey girməyəcək şəkildə bir-birinə yaxın olan iki şeydən hər birinə deyilir. Buradan hərəkətlə qohumluq, köməklik və inanc yönündən ortaya çıxan yaxınlıq da məcaz olaraq bu kəlmə ilə ifadə edilir (Müfrədat). İnsana sinir hüceyrələrindən yaxın olan Allah, onun vəlisi yəni ən yaxınıdır (Qaf 50/16). Möminlər, “Allaha yaxındır, Allahın istəkli bəndəsidir” deyib, özləri ilə Allah arasına heç kimsəyi qoymadan, Allahdan istəyəcək şeyləri birbaşa Allahdan istəyər və təkcə Ona qulluq edərlər (Fatihə 1/4). Beləliklə, onlar Allahın vəlisi/övliyası, Allah da onların vəlisi olur (Bəqərə 2/257, Ali İmran 3/68, Yunus 10/62-63)
Ayələr açıq-aşkar olduğu halda təriqətçilər bir vəlayət məqamı icad ediblər və o məqama vəli/övliya və ya imam deyə qəbul etdikləri şəxsləri yerləşdirərək onları bir vəsilə/vasitəçi olaraq görürlər. Buna inananlar, Allahı ikinci sıraya qoymuş və tövbə etmədikləri təqdirdə əsla əfv edilməyəcək şirk günahına girmiş olurlar. (Bəqərə 2/257, Nisa 4/48,116, Əraf 7/3,30, Səcdə 32/4, Əhqaf 46/4-6).
[27] Bəqərə 2/257, Ali İmran 3/68, Ənam 6/127.
[28] Ənam 6/104, Əraf 7/203, Yunus 10/57, Nəml 27/77.
[29] Səcdə 32/18, Sad 38/28, Zümər 39/9, Mümin 40/58, Haşr 59/20.
[30] Nahl 16/28-32, 97.
[31] Allah göyləri, yeri və onların arasındakı hər şeyi, insanları və cinləri çətin bir sınaqdan keçirmək üçün yaratmışdır. O, bunu Hud surəsinin 11:7-ci ayəsində izah etmiş və digər ayələrdə “bu həqiqət üçün” (بِالْحَقِّ) ifadəsi ilə işarə etmişdir (Ənam 6/73, Hud 11:7, İbrahim 14/19, Hicr 15:85, Nəhl 16:3, Ənkəbut 29:44, Rum 30:8, Zumər 39:5, Duhan 44:39, Əhqaf 46:3, Təğabun 64:3).
[32] Bunlar öz istək və arzularını üstün tutan, Allahın əmrlərini ikinci plana atan kəslərdir (Bəqərə 2/171, 25:43, 79:37-39).
[33] Kafirlərin Qurana münasibəti alleqoriya adlanan simvollar vasitəsilə təsvir olunur. Bir məcaz növü olan alleqoriyalar adətən həqiqi mənaya istinad etmədiyindən, bənzətmədən istifadə edilmir. Lakin türk oxucuları bu cür ayələrdəki ifadələri məcaz deyil, həqiqi mənada qəbul edə bildikləri üçün “sanki” sözünün bənzətmə kimi istifadəsi zəruri hala gəlmişdir.
[34] Bəqərə 2/6-7, Yasin 36/8-9.
[35] Rum 30/29.
[36] Ənam 6/29, Möminun 23/37, Duhan 44/34-35. Bu ayələrdə bəhs edilənlər reinkarnasiyaya, yəni ruhların köçməsinə inanan insanlar olmalıdır. “Reinkarnasiya, insan şəxsiyyətinin bir hissəsi hesab edilən görünməz mənəvi elementin (ruh, ruh, nəfəs, civa, atman, purusa, pudgala) ölümdən sonra bu dünyada başqa bir bədənə keçməsi kimi müəyyən edilir” (DIA, Tenâsüh).
[37] Onlar “Birimiz ölür, digərimiz doğulur” dedikləri kimi, reinkarnasiyaya inandıqlarını da iddia etmiş ola bilərlər. Hər iki halda da, axirət həyatını inkar etmiş olurlar.
[38] Məryəm 19/66-67.
[39] Ali İmran 3/9, 25, Nisa 4/87, Ənam 6/12.
[40] Həcc 22/66, Rum 30/40.
[41] Bəqərə 2/107, Ali İmran 3/189, Maidə 5/40, 120, Tövbə 9/116, Nur 24/42, Furqan 25/2, Zümər 39/44, Şura 42/49, Zuxruf 43/85, Fəth 48/14, Hadid 57/2, 5, Buruc 85/9.
[42] Ənam 6/31, Yunus 10/45, Rum 30/12.
[43] Nisa 4/41-42, Kehf 18/49, Zümer 39/69.
[44] Yunus 10/21, Müminun 23/62, Zuhruf 43/80, Qaf 50/17–18, Qəmər 54/52–53, İnfitar 82/10–12.
[45] Nisa 4/57, 122, 175, Həcc 22/14, 23, Muhamməd 47/12.
[46] Loğman 31/7, Müminun 23/66, 105, Casiyə 45/7-8.
[47] Səbə 34/3.
[48] Hud 11/7-8, Nahl 16/34, Zümər 39/48, Əhqaf 46/26.
[49] Əraf 7/51, Tə-ha 20/126, Səcdə 32/14.
[50] Həmin gün yenidən yaradılışla başlayan və əbədi davam edən Qiyamət Günüdür (Əraf 7:32).
[51] Nahl 16/84, Kəhf 18/103-106, Rum 30/57, Mümin 40/52, Tahrim 66/7, Mürsəlat 77/35–36.
[52] “Həmd” birini etdiyi işdən ötrü tərifləməkdir. “Hər cür tərif Aləmlərin Rəbbi Allaha məxsusdur!” demək, Onu ən gözəl tərif etməyin yoludur. Həmd, şükür kəlməsindən daha geniş məna ifadə edir. Quranda Allahı həm digər bütün canlılar həm də insanlar “həmd=tərif” edərlər. Ancaq “şükür” kəlməsi təkcə insanlarla əlaqəlidir. Şükür, daha çox bir şeyin qarşılığını ifadə etmək üçün işlədilir. Buna görə Rəbbimiz “Mənə şükr edin, nankorluq etməyin!” buyurmaqdadır (Bəqərə 2/152).
[53] Haşr 59/22-24.




