Müsəlmanlar

Yasin surəsi

 

Yasin surəsi 83 ayədən ibarətdir. “Ya və Sin” hərflərindən ibarət bu söz surənin ilk ayəsində keçər.

بسم الله الرحمن الرحيم

Mərhəmətli, Rəhmli Allahın adıyla!

يس

  1. Ya Sin![1]

وَالْقُرْآنِ الْحَكِيمِ

  1. Hökm və hikmətlə dolu olan[2] Qurana and olsun ki, 

إِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ

  1. Sən, həqiqətən, (Allahın göndərdiyi) elçilərdənsən.[3]

عَلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

  1. Doğru bir yoldasan.[4]

تَنزِيلَ الْعَزِيزِ الرَّحِيمِ

  1. (Bu Quran) Güclü/Qüdrətli, rəhmli (Allah) tərəfindən nazil edilmişdir.[5]

لِتُنذِرَ قَوْمًا مَّا أُنذِرَ آبَاؤُهُمْ فَهُمْ غَافِلُونَ

  1. Ataları xəbərdar edilməmiş və buna görə də (başlarına gələ biləcəklərdən) qafil olan[6] bir xalqı xəbərdar edəsən.

لَقَدْ حَقَّ الْقَوْلُ عَلَى أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ

  1. Şübhəsiz ki, onların əksəriyyətinə o söz/cəza sözü haqq olmuşdur. Çünki inanıb güvənmirlər.[7]

 إِنَّا جَعَلْنَا فِي أَعْنَاقِهِمْ أَغْلاَلاً فَهِيَ إِلَى الأَذْقَانِ فَهُم مُّقْمَحُونَ

  1. (Sanki) Boyunlarına çənələrinə qədər dirənmiş həlqələr keçirtmişik. Buna görə də başları (təkəbbürdən) yuxarı qalxmış haldadır.[8] 

 وَجَعَلْنَا مِن بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لاَ يُبْصِرُونَ

  1. (Sanki) Önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkib ətraflarını sarmışıq. Artıq görə bilmirlər.[9]

وَسَوَاء عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لاَ يُؤْمِنُونَ

  1. Sən onları xəbərdar etsən də, etməsən də onlar ucun fərqi yoxdur,[10] inanıb güvənmirlər.

إِنَّمَا تُنذِرُ مَنِ اتَّبَعَ الذِّكْرَ وَخَشِيَ الرَّحْمَن بِالْغَيْبِ فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَأَجْرٍ كَرِيمٍ

  1. Sən yalnız bu zikrə/Qurana[11] tabe olan və Rəhmandan daxilən qorxan kəsi xəbərdar edə bilərsən.[12] Sən o kəsi bağışlanma və qiymətli bir mükafatla müjdə ver.[13] 

إِنَّا نَحْنُ نُحْيِي الْمَوْتَى وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ وَكُلَّ شَيْءٍ أحْصَيْنَاهُ فِي إِمَامٍ مُبِينٍ

  1. Biz dirildəcəyik ölüləri, Biz![14] Onların önə sürdükləri və qoyub getdiklərini Biz yazacağıq.[15] Biz hər şeyi hesaba alıb açıq-aydın ana Kitabda (lövhi-məhfuzda) qeydə alacağıq.[16] 

وَاضْرِبْ لَهُم مَّثَلاً أَصْحَابَ الْقَرْيَةِ إِذْ جَاءهَا الْمُرْسَلُونَ

  1. Sən onlara o şəhər əhalisini (Antakyalıları) misal çək! Bir vaxtlar ora elçilər gəlmişdi. 

إِذْ أَرْسَلْنَا إِلَيْهِمُ اثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوا إِنَّا إِلَيْكُم مُّرْسَلُونَ

  1. Biz oraya iki elçi göndərdik, hər ikisini də yalancı saydılar. O elçiləri üçüncü bir elçi ilə dəstəklədik. Elçilər: “Biz sizə (Allah tərəfindən) göndərilmiş elçilərik.” – dedilər. 

قَالُوا مَا أَنتُمْ إِلاَّ بَشَرٌ مِّثْلُنَا وَمَا أَنزَلَ الرَّحْمن مِن شَيْءٍ إِنْ أَنتُمْ إِلاَّ تَكْذِبُونَ

  1. Şəhərin əhalisi belə dedi: “Siz eyni bizim kimi bir bəşərsiniz![17] Rəhman[18] heç bir şey nazil etməyib;[19] siz sadəcə olaraq yalan danışırsınız!” 

 قَالُوا رَبُّنَا يَعْلَمُ إِنَّا إِلَيْكُمْ لَمُرْسَلُونَ

  1. (Elçilər) dedilər: “Rəbbimiz bilir ki, biz həqiqətən, sizə göndərilmiş elçilərik.[20] 

وَمَا عَلَيْنَا إِلاَّ الْبَلاَغُ الْمُبِينُ

  1. Bizim vəzifəmiz ancaq açıq-aşkar təbliğ etməkdir.[21]

 قَالُوا إِنَّا تَطَيَّرْنَا بِكُمْ لَئِن لَّمْ تَنتَهُوا لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٌ

  1. Onlar dedilər: “Biz, sizin ucbatınızdan uğursuzluğa məruz qaldıq.[22] Əgər buna son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə acı dolu bir əzab toxunacaqdır.”[23]

قَالُوا طَائِرُكُمْ مَعَكُمْ أَئِن ذُكِّرْتُم بَلْ أَنتُمْ قَوْمٌ مُّسْرِفُونَ

  1. Elçilər dedilər: “Sizin uğursuzluğunuz özünüzdən qaynaqlanır. Sizə doğrular xatırladıldı deyə (uğursuzluğa məruz qaldınız)?[24] Əslində siz həddi aşan bir xalqsınız.” 

وَجَاء مِنْ أَقْصَى الْمَدِينَةِ رَجُلٌ يَسْعَى قَالَ يَا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ

  1. Şəhərin ən ucqar yerindən bir kişi qaça-qaça gəlib belə dedi: “Ey xalqım, bu elçilərə tabe olun!” 

اتَّبِعُوا مَن لاَّ يَسْأَلُكُمْ أَجْرًا وَهُم مُّهْتَدُونَ

  1. Sizdən heç bir maddi qarşılıq istəməyən elçilərə tabe olun! Onlar doğru yoldadırlar! 

 وَمَا لِي لاَ أَعْبُدُ الَّذِي فَطَرَنِي وَإِلَيْهِ تُرْجَعُونَ

  1. Məni fitrət[25] üzərə yaradana mən niyə qulluq etməyim? Halbuki siz də Onun huzuruna çıxarılacaqsınız.

أَأَتَّخِذُ مِن دُونِهِ آلِهَةً إِن يُرِدْنِ الرَّحْمَن بِضُرٍّ لاَّتُغْنِ عَنِّي شَفَاعَتُهُمْ شَيْئًا وَلاَ يُنقِذُونِ

  1. Mən özümlə Onun arasına ilahlar qoyarammı? Əgər Rəhman mənə zərər vermək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz. Onlar məni xilas edə bilməzlər.[26] 

إِنِّي إِذًا لَّفِي ضَلاَلٍ مُّبِينٍ

  1. O zaman mən açıq-aşkar bir zəlalət içində olaram. 

إِنِّي آمَنتُ بِرَبِّكُمْ فَاسْمَعُونِ

  1. “Həqiqətən mən sizin Rəbbinizə inandım. Mənə qulaq asın!”

قِيلَ ادْخُلِ الْجَنَّةَ قَالَ يَا لَيْتَ قَوْمِي يَعْلَمُونَ

  1. (Adamı daşqalaq edib öldürdülər) Ona: “Baxçaya daxil ol!” – deyildi. O da buna qarşılıq: “Kaş xalqım biləydi![27]

بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ الْمُكْرَمِينَ

  1. Rəbbimin məni bağışladığını və hörmətli adamlardan etdiyini”[28]

وَمَا أَنزَلْنَا عَلَى قَوْمِهِ مِن بَعْدِهِ مِنْ جُندٍ مِّنَ السَّمَاء وَمَا كُنَّا مُنزِلِينَ

  1. Ondan sonra xalqının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərəsi də deyilik.

إِن كَانَتْ إِلاَّ صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ خَامِدُونَ

  1. Sadəcə qorxunc bir səs kifayət etdi.[29] Arxasından bir anda sönüb getdilər.[30] 

 يَا حَسْرَةً عَلَى الْعِبَادِ مَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلاَّ كَانُوا بِهِ يَسْتَهْزِؤُون

  1. Vay o bəndələrin halına ki, özlərinə nə vaxt bir elçi gəlsə, onunla mütləq istehza edərlər.[31]

أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنْ الْقُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لاَ يَرْجِعُونَ

  1. Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri həlak etdiyimizi[32] və onların bir daha oraya qayıtmadıqlarını görmədilərmi? 

 وَإِن كُلٌّ لَّمَّا جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ

  1. Onların hamısı toplanıb qarşımızda hazır tutulacaqlar.[33] 

وَآيَةٌ لَّهُمُ الْأَرْضُ الْمَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ

  1. Ölü torpaq onlar üçün bir ayə/dəlildir. Biz onu canlandırır və ondan dən çıxardırıq. Onlar da ondan yeyirlər.[34]

وَجَعَلْنَا فِيهَا جَنَّاتٍ مِن نَّخِيلٍ وَأَعْنَابٍ وَفَجَّرْنَا فِيهَا مِنْ الْعُيُونِ

  1. Biz orada xurma və üzüm bağları meydana gətirdik. Yerdən də qaynaqlar fışqırtdıq.[35]

لِيَأْكُلُوا مِن ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ أَفَلَا يَشْكُرُونَ

  1. Həm bağların məhsulundan həm də öz əllər ilə yetişdirdiklərindən yesinlər.[36] Hələ də şükür etməyəcəklərmi?

 

سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنبِتُ الْأَرْضُ وَمِنْ أَنفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ

  1. Yerin bitirdiklərindən və onların (insanların) özlərindən, bilmədikləri daha necə şeylərdən (erkək və dişi olmaqla) cütlər yaradan Allah, hər cür əksiklikdən uzaqdır.[37] 

وَآيَةٌ لَّهُمْ اللَّيْلُ نَسْلَخُ مِنْهُ النَّهَارَ فَإِذَا هُم مُّظْلِمُونَ

  1. Gecə də onlar üçün bir ayə/dəlildir.[38] Gündüzü ondan sıyırıb çıxarsaq, onlar zülmət içində qalarlar.[39]

وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَّهَا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ

  1. Günəş özü üçün müəyyən edilən yerdə (orbitində) axıb gedər. Bu, Əziz/qüdrətli, hər şeyi bilən Allahın təqdiridir/müəyyən etdiyi ölçüdür.[40]

وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّى عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ

  1. Ayın da fazasını qurumuş bir xurma salxımı sapı kimi olana qədər mənzillər müəyyən etdik.[41] 

لَا الشَّمْسُ يَنبَغِي لَهَا أَن تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ

  1. Günəş, Aya yetişəcək halda deyildir, gecə də gündüzü keçə bilməz.[42] Onların hər biri bir məcrada üzüb gedər.[43] 

وَآيَةٌ لَّهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِي الْفُلْكِ الْمَشْحُونِ

  1. Onların zurriyyətlərini dolu gəmidə daşımağımız da onlar ucun bir ayə/dəlildir.[44] 

وَخَلَقْنَا لَهُم مِّن مِّثْلِهِ مَا يَرْكَبُونَ

  1. Biz onlara bunun kimi başqa minik vasitələri də yaratdıq.[45]

وَإِن نَّشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنقَذُونَ

  1. Lazım görsək,[46] onları suda boğarıq. Onlar üçün nə köməyə çağıran biri tapılar, nə də qurtarıla bilərlər. 

إِلَّا رَحْمَةً مِّنَّا وَمَتَاعًا إِلَى حِينٍ

  1. Sadəcə Bizdən bir rəhmət və keçici bir vaxta qədər faydalansınlar deyə (hələki toxunmuruq).

وَإِذَا قِيلَ لَهُمُ اتَّقُوا مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ

  1. Onlara: “Etməkdə olduğunuz və keçmişdə etdiyiniz pisliklərdən çəkinib qorunun ki, bəlkə sizə mərhəmət edilər!” – deyildikdə (üz döndərirlər). 

 وَمَا تَأْتِيهِم مِّنْ آيَةٍ مِّنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ

  1. Həmçinin onlara Rəbbinin ayələrindən elə bir ayə/dəlil gəlməz ki, ondan da üz döndərməsinlər.[47]

وَإِذَا قِيلَ لَهُمْ أَنفِقُوا مِمَّا رَزَقَكُمْ اللَّهُ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَنُطْعِمُ مَن لَّوْ يَشَاء اللَّهُ أَطْعَمَهُ إِنْ أَنتُمْ إِلَّا فِي ضَلَالٍ مُّبِينٍ

  1. Onlara: “Allahın sizə verdiyi ruzidən xeyirə xərcləyin” – deyildiyi zaman, kafirlik edənlər inanıb güvənənlərə belə deyirlər: “Allahın lazım gördüyü təqdirdə doyuracağı kəsləri bizmi doyuracağıq? Siz açıq-aşkar bir zəlalət içindəsiniz.” 

وَيَقُولُونَ مَتَى هَذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ

  1. “Əgər doğru söyləyənlərsinizsə, bu vəd[48] nə vaxt yerinə yetəcək?” – deyirlər.[49] 

مَا يَنظُرُونَ إِلَّا صَيْحَةً وَاحِدَةً تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ

  1. Onlar ancaq bir-birləri ilə münaqişə etdikləri vaxtda özlərini yaxalayacaq qorxunc bir səsdən[50] başqasını gözləmirlər.[51] 

فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةً وَلَا إِلَى أَهْلِهِمْ يَرْجِعُونَ

  1. O zaman onlar nə bir-birlərinə tövsiyə verə biləcəklər, nə də ailələrinin yanına dönə biləcəklər.[52]

وَنُفِخَ فِي الصُّورِ فَإِذَا هُم مِّنَ الْأَجْدَاثِ إِلَى رَبِّهِمْ يَنسِلُونَ

  1. Sur üfürülən kimi qəbirlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar.[53] 

قَالُوا يَا وَيْلَنَا مَن بَعَثَنَا مِن مَّرْقَدِنَا هَذَا مَا وَعَدَ الرَّحْمَنُ وَصَدَقَ الْمُرْسَلُونَ

  1. Onlar deyəcəklər: “Vay halımıza![54] Bizi yatdığımız yerdən kim qaldırdı?[55] Bu, Rəhmanın vədidir. Elçilər doğru söyləmişlər.”[56]

إِن كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ

  1. O qorxunc səs/sur səsi qopan kimi hamısı toplanıb qarşımızda hazır duracaqlar.[57]

فَالْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ

  1. O gün heç kimə heç bir haqsızlıq edilməyəcək. Sizə yalnız etdiklərinizin qarşılığı veriləcəkdir.[58] 

إِنَّ أَصْحَابَ الْجَنَّةِ الْيَوْمَ فِي شُغُلٍ فَاكِهُونَ

  1. Cənnət əhli o gün[59] bir çox məşğuliyyətlər içərisində səfa sürərlər.[60]

هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلَالٍ عَلَى الْأَرَائِكِ مُتَّكِؤُونَ

  1. Onlar və zövcələri, kölgəliklərdə taxtlar üzərində söykənmişlər.[61]

لَهُمْ فِيهَا فَاكِهَةٌ وَلَهُم مَّا يَدَّعُونَ

  1. Orada onlar üçün meyvələr[62] və arzu etdikləri hər şey vardır.[63] 

سَلَامٌ قَوْلًا مِن رَّبٍّ رَّحِيمٍ

  1. Rəhmli Rəbbindən onlara “salam” söylənəcək.[64]

وَامْتَازُوا الْيَوْمَ أَيُّهَا الْمُجْرِمُونَ

  1. “Ey günahkarlar! Bu gün (möminlərdən) ayrılın!”[65]

أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَن لَّا تَعْبُدُوا الشَّيْطَانَ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

  1. Ey Adəm oğulları! Mən sizdən “Şeytana qulluq etməyin!” – deyə, əhd almadımmı? Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir.[66] 

وَأَنْ اعْبُدُونِي هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ

  1. “Mənə qulluq edin! Doğru yol budur![67]

وَلَقَدْ أَضَلَّ مِنكُمْ جِبِلًّا كَثِيرًا أَفَلَمْ تَكُونُوا تَعْقِلُونَ

  1. Həqiqətən, Şeytan sizdən çoxlarınızı yoldan çıxartdı. Məgər ağlınızı heç işlətməyəcəksiniz?[68]

 هَذِهِ جَهَنَّمُ الَّتِي كُنتُمْ تُوعَدُونَ

  1. Bu sizə vəd olunan Cəhənnəmdir![69]

  اصْلَوْهَا الْيَوْمَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

  1. Kafirlik etdiyinizə görə artıq bu gün girin oraya![70]

  الْيَوْمَ نَخْتِمُ عَلَى أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ

  1. O gün onların ağızlarını möhürləyərik. Əlləri Bizə danışar, ayaqları da qazandıqlarına şahidlik edər.[71] 

وَلَوْ نَشَاء لَطَمَسْنَا عَلَى أَعْيُنِهِمْ فَاسْتَبَقُوا الصِّرَاطَ فَأَنَّى يُبْصِرُونَ

  1. Əgər lazım görsəydik,[72] onların gözlərini tamamilə kor edərdik. O zaman yolu tapmaq üçün bir-birləri ilə yarışardılar. Amma onu necə görəcəklər ki? 

وَلَوْ نَشَاء لَمَسَخْنَاهُمْ عَلَى مَكَانَتِهِمْ فَمَا اسْتَطَاعُوا مُضِيًّا وَلَا يَرْجِعُونَ

  1. Əgər lazım görsəydik, onları əlbəttə, elə olduqları yerdə başqa məxluqlara döndərərdik, sonra da nə irəli gedə bilərdilər, nə də geri dönə bilərdilər. 

وَمَنْ نُعَمِّرْهُ نُنَكِّسْهُ فِي الْخَلْقِ أَفَلَا يَعْقِلُونَ

  1. Biz kimə uzun ömür versək, onun yaradılışını tərsinə çeviririk. Məgər onlar hələ də ağıllarını işlətmirlər?[73]

وَمَا عَلَّمْنَاهُ الشِّعْرَ وَمَا يَنبَغِي لَهُ إِنْ هُوَ إِلَّا ذِكْرٌ وَقُرْآنٌ مُّبِينٌ

  1. Biz ona (Muhəmmədə) şeir öyrətmədik; əslində bu ona lazım da deyil![74] Ona öyrətdiyimiz şey yalnız zikr/yadda saxlanılacaq doğru bilikdir, açıq-aydın Qurandır.[75] 

لِيُنذِرَ مَن كَانَ حَيًّا وَيَحِقَّ الْقَوْلُ عَلَى الْكَافِرِينَ

  1. Onunla diri olanları xəbərdar etməsi,[76] kafirlik edənlərə də o sözün/cəzalandırma sözünün gerçəkləşməsi üçün (Quranı) nazil etdik.[77]

أَوَلَمْ يَرَوْا أَنَّا خَلَقْنَا لَهُمْ مِمَّا عَمِلَتْ أَيْدِينَا أَنْعَامًا فَهُمْ لَهَا مَالِكُونَ

  1. Onlar üçün sahib olduqları ənamı (qoyun, keçi, inək və dəvə) cinsi heyvanları Öz əllərimizlə yaratdığımızı görmürlərmi?[78] 

وَذَلَّلْنَاهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ

  1. Onları məhz onlar üçün boyun əydirdik. Onlardan bir qismi minikləridir, bir qismini də yeyirlər.[79] 

وَلَهُمْ فِيهَا مَنَافِعُ وَمَشَارِبُ أَفَلَا يَشْكُرُونَ

  1. O heyvanlarda onlar üçün bir çox fayda və içəcəkləri (süd) də var.[80] Hələ də şükür etməyəcəklərmi?

وَاتَّخَذُوا مِن دُونِ اللَّهِ آلِهَةً لَعَلَّهُمْ يُنصَرُونَ

  1. Bəlkə özlərinə yardım edilər deyə, Allahla özləri arasına ilahlar qoydular.[81] 

لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُندٌ مُّحْضَرُونَ

  1. Halbuki o ilahlar onlara yardım edə bilməzlər. Özləri isə onlara (ilahlarına) hazır əsgər olublar.[82]

 فَلَا يَحْزُنكَ قَوْلُهُمْ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ

  1. Onların sözləri səni üzməsin.[83] Biz onların gizlədiklərini də, aşkara vurduqlarını da bilirik.[84] 

أَوَلَمْ يَرَ الْإِنسَانُ أَنَّا خَلَقْنَاهُ مِن نُّطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ

  1. Məgər insan, Bizim onu mayalanmış bir yumurtadan yaratdığımızı görmədimi? Bir də baxırsan ki, o, açıq-aşkar bir düşmən kəsilib![85]

وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ

  1. Həm də öz yaradılışını unudaraq, Bizə belə bir misal çəkib deyir: “Çürümüş sümükləri kim dirildəcək?!”[86]

قُلْ يُحْيِيهَا الَّذِي أَنشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ

  1. De ki: “Onları ilk dəfə yaradıb ortaya çıxaran dirildəcəkdir![87] O, hər cür yaratmağı biləndir. 

الَّذِي جَعَلَ لَكُم مِّنَ الشَّجَرِ الْأَخْضَرِ نَارًا فَإِذَا أَنتُم مِّنْهُ تُوقِدُونَ

  1. O, sizin üçün yaşıl ağaçlardan od meydana gətirəndir. Siz onunla od qalayırsınız. 

أَوَلَيْسَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِقَادِرٍ عَلَى أَنْ يَخْلُقَ مِثْلَهُم بَلَى وَهُوَ الْخَلَّاقُ الْعَلِيمُ

  1. Göyləri və yeri yaradan onların eynisini yenidən yaratmağa qadir deyilmi?[88] Əlbəttə (qadirdir). O, mükəmməl yaradandır, biləndir.[89] 

إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ

  1. O, bir şeyin olmasını istədiyi[90] zaman ona sadəcə “Ol!” – deyə əmr edər, o da olmağa başlayar.[91] 

فَسُبْحَانَ الَّذِي بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَإِلَيْهِ تُرْجَعُونَ

  1. Hər şeyin hökmranlığı əlində olan Allah hər cür nöqsanlıqdan uzaqdır. Siz Onun hüzuruna çıxarılacaqsınız.[92] 

[1] Bu hərflərə “hurufu muqatta”, yəni tək-tək oxunan hərflər deyilir. Bunların Nəbimizdən soruşulmaması, onların bilinən bir mənası olduğunu göstərir. Yoxsa müşriklər bunu dillərinə dolayar, Nəbimizi hər zaman rahatsız edərdilər. Bu hərflərlə əlaqəli suallar, İslamın Ərəbistan yarımadası xaricinə yayılmasından sonra başlamışdır. Türkcədə belə bir ifadə tərzi yoxdur. Bu hərflərlə başlayan 29 surədən 25-ində  Qurana, dördündə də mühüm bir mövzuya diqqət çəkməsi, onların diqqətlərini cəlb etmək üçün işlədildiyi başa düşülür (Doğrusunu Allah bilir).

[2] Hakim, hikmətli deməkdir. Hikmət, Allahın nazil etdiyi və yaratdığı ayələrdən ortaya çıxarılan doğru bilikdir. Uca Allah Qurandan hikmət çıxarma üsulunu ayrı bir elm kimi təqdim etmişdir. (Ali-İmran 3/7, Əraf 7/52, Yunus 10/1, Hud 11/1, İsra 17/106, Tə-ha 20/114, Loğman 31/2, Zumər 39/23, Fussilət 41/3).

[3] Bəqərə  2/252, Rad 13/43.

[4] Ənam 6/161, Nəml 27/79, Zuxruf 43/43.

[5] Tə-ha 20/4, Şuara 26/192193, Səcdə 32/2, Zümər 39/1, Mümin 40/2, Fussilət 41/2, 42, Casiyə 45/2, Əhqaf 46/2, Vaqiə 56/80, Haqqa 69/43.

[6] Muhəmməd əleyhissəlamdan əvvəl Məkkəyə gələn nəbi İsmayıl (ə.s.) idi. Allah ona da kitab nazil etdi (Bəqərə 2:136, Ali-İmran 3:84), lakin həmin kitab Məkkə əhlinə çatmadığı və Muhəmmədə (ə.s.) qədər onlara başqa bir nəbi gəlmədiyi üçün onlar xəbərdar edilməmiş bir qövm hesab olunurlar (Ənam 6:156-157, Qəsəs 28:46, Səcdə 32:3, Səba 34:44, Cümə 62:2).

[7] Quranın Allahın kəlamı olduğunu başa düşənlər ona inanırlar, lakin həyat tərzini və düşüncələrini dəyişdirmək istəməyənlər və Quranı inadla görməzdən gələnlər kafir olurlar. Ərəb dilində bir şeyi ört-basdır edənə kafir deyilir. Kafirlər həqiqəti bilirlər, amma məqsədlərinə uyğun olmadığı üçün onu görməzdən gəlirlər (Ali-İmran 3/106, Ənam 6/109, Əraf 7/146, Yunus 10/33, 96-97, Şuara 26/201).

[8] Bu ifadə simvolik olaraq təkəbbüründən ayələrə təslim olmayan insanların vəziyyətini təsvir edir (Bəqərə 2/6-7, Ənam 6/25, İsra 17/45-46, Kehf 18/57, Loğman 31/7, Füssilət 41/4-5, Casiyə 45/7-8).

[9] Bu ifadə onların halını bildirən bir məcazdır.

[10] Ayələri inadla görməzlikdən gələnlər üçün bir şey dəyişməsə belə, müsəlmanlar onları münasib yerlərdə xəbərdar etməyə davam etməlidirlər (Əla 87/9-12) (Bəqərə 2/6, Əraf 7/163-166, Hicr 15/94).

[11] Zikr, yadda saxlanılmalı olan doğru bilikdir. O, həmçinin həm əvvəlki kitabların, həm də Quranın ümumi adıdır (Nəhl 16/43-44, Ənbiya 21/7, 24).

[12] Tə-ha 20/1-3, Nəml 27/81, Rum 30/53, Fatır 35/18, Kaf 50/37, 45.

[13] Bəqərə 2/25, Maidə 5/9, Mülk 67/12

[14] Hicr 15/23, Kaf 50/43.

[15] “Onların qoyub getdiklərini” – deyə məal verdiyimiz söz “əsərləri (آثَارَهُمْ)” sözüdür. Peyğəmbərimizin belə dediyi rəvayət olunur: “İnsan öldükdə, onun əməl dəftəri bağlanır, yalnız üç əməlin savabı qalır: davamlı sədəqə, faydalı elm və onun üçün dua edən saleh övlad.” (Müslim, Vəsiyyət 14 (1631), Əbu Davud, Vəsayə 14; Tirmizi, Əhkam 36; Nəsai, Vəsayə 8)

[16] Zuxruf 43/80, Casiyə 45/29, Kaf 50/1718; Qəmər 54/52-53, İnfitar 82/10-12.

[17] İbrahim 14/10, İsra 17/94.

[18] Rəhman, hər kəsə mərhəmətli olan deməkdir.

[19] Ənam 6/91, Mülk 67/8-9.

[20] Rad 13/43.

[21] Nahl 16/35, Ənkəbut 29/18.

[22] Vaxtilə Salih və Musa əleyhissəlam da oxşa ittihamlarla qarşılaşmışdılar.

[23] Eyni təhdidlər Nuha (Şuəra 26/116), İbrahimə (Məryəm 19/46), Şueybə (Hud 11/91) və Kəhf əhlinə (Kəhf 18/20) qarşı da edilmişdi.

[24] Allahın elçisi bir xalqa gələndə bəziləri ona inanır, bəziləri isə ona qarşı çıxır. Buna görə də parçalanma və ayrılma qaçılmaz olur (Bəqərə 2/213, Bəyyinə 98/1-4).

[25] Ayədəki “fətarə (فطر)” sözü “fitrə (فطرة)” kökündən gəlir, yəni bir şeyi bölmək (Lisanul-Ərəb). Allah göyləri, yeri və insanları fitrətə, yəni bölünmə qanununa əsasən yaratmışdır (İsra 17/51, Fatir 35/1, Şura 42/11) və dinini fitrət olaraq təyin etmişdir (Rum 30/30). Buna görə, fitrət həm bütün varlıqların əmələ gəlməsinə, inkişafına, dəyişməsinə və çevrilməsinə tətbiq olunan bölünmə qanunu, həm də varlıqların Yaradanlarına, Rəbblərinə ağıllı və şüurlu şəkildə ibadət etmələrini tələb edən təbii quruluşun adıdır (Ali-İmran 3/83). Bu səbəbdən varlıqlar Allahın əmrinə itaət edirlər (Ənam 6/14, 79, Yusif 12/101, Taha 20/72, Yasin 36/22, Fussilet 41/11). Yalnız insanlar və cinlər istisnadır. Fitrətlərinə uyğun hərəkət edənlər Allaha təslimdirlər. Bu təslimiyyət İslam adlanır. Buna görə də Allah Öz dininə İslam adını vermişdir (Ali-İmran 3/19, Maide 5/3). İslama uyğun yaşayanlar nə qorxu, nə də kədər yaşamırlar (Bəqərə 2/38). Fitrətlərinə zidd hərəkət edənlər əvvəlcə öz bədənləri, sonra isə ətrafları ilə problemlər yaşamağa başlayır və özlərini günaha sürükləyirlər. Bunun səhv olduğunu bilərək, həqiqəti gizlətmək üçün yalanlara əl atırlar və kafir olurlar (Bəqərə 2/39).

[26] Yunus 10/107, Zümər 39/38.

[27] Bu şəxs insanları Allah yoluna dəvət edərkən öldürüldüyü üçün şəhid olub; ona Allahın hüzurunda bir bağda ruzi verilir (Ali-İmran 3/157, 169-171). Allah yolunda öldürülənlər ölü deyil, diridirlər, amma biz onların vəziyyətini anlaya bilmirik (Bəqərə 2/154).

[28] Ali İmran 3/169-171.

[29] Hud 11/66-67, 94, Hicr 15/73, 83, Muminun 23/41, Ənkəbut 29/40, Qəmər 54/31.

[30] Ənbiya 21/11-15.

[31] Hicr 15/11, Zuxruf 43/7.

[32] Yusuf 12/109, Məryəm 19/98, Tə-ha 20/128, Səcdə 32/26, Fatır 35/44, Mümin 40/21, 82, Muhammed 47/10.

[33] Yasin 36/53, Kaf 50/21-23.

[34] Bəqərə 2/164, Nahl 16/65, Ənəbut 29/63, Rum 30/19, Fatır 35/9, Zuxruf 43/11, Casiyə 45/5.

[35] Ənam 6/99, 141, Rad 13/4, Nahl 16/11, Qaf 50/9-10.

[36] Müminun 23/19-21.

[37] Şuara 26/7, Loğman 31/10, Zuxruf 43/12, Qaf 50/7, Zariyat 51/49.

[38] İsra 17/12, Fussilət 41/37.

[39] Türk dilinə ərəb dilindən keçən “zulmət (ظلمة)” sözü hər iki dildə qaranlıq deməkdir. Lakin “zəlm (ظلم)” kökündən törəyən bu söz ərəb dilində qar, dolu və təmiz, çox parlaq dişlər (əl-Ayn) mənasında da istifadə olunur. Lüğət, təfsir və məalçılar tərəfindən yaşadığı bölgələrdə gecələr qaranlıq olduğundan, gecə ilə birlikdə istifadə edilən “ezlame” (أظْلَم) feli “qaranlığa girmək” mənasını vermiş, lakin sözdəki ağlıq və parlaqlıq hissi səbəbindən “ağ bir gecəyə girmək” mənası ağla gəlməmişdir. Hər iki mənanı ifadə etmək üçün tərcümədə “qaranlıqda qalmaq” ifadəsi istifadə edilmişdir.

[40] Ənam 6/96, Yunus 10/5, Ənbiya 21/33, Loğman 31/29, Fatır 35/13, Rəhman 55/5.

[41] Bu ayədəki “mənazil” sözü eniş yeri mənasını verən “mənzil” sözünün cəm formasıdır. Ayın mərhələ-mərhələ ölçülməsi, hər mərhələdə günəşdən aldığı və əks etdirdiyi işığın miqdarındakı dəyişikliyi ifadə edir. Aydakı “quru xurma saplağı” ifadəsi hilal aya aiddir. Bu mərhələdən sonra ay bir neçə gün çılpaq gözlə görünməz olur. Ay təqvimi gün batdıqdan sonra batan hilal ayı ilə başlayır. Ayın gündəlik görünüşü dəyişməsi onu səmada bir təqvim halına gətirir. Əks halda, ay həmişə eynidir. Onu fərqli göstərən şey, üzərinə düşən işıq şüalarıdır.

[42] Gecə gündüzü qabaqlaya bilmədiyi üçün yeni bir gün günəşin batması ilə deyil, doğması ilə başlayır (Quran 2:238, 11:114, 17:78). Cümə 62/9-cu ayəsindəki cümə namazına getmək əmrində deyilir: “Cümə günü namaz üçün azan verildikdə, Allahı zikr etməyə tələsin”. Bu, cümə namazının ilk azan vaxtı, yəni günorta namazının vaxtı ilə qılındığını göstərir. Həqiqətən də, Cəbrayılın (əleyhissalam) Peyğəmbərimizə namazları tətbiqatlı göstərdiyi hədisdə onun qıldığı ilk namaz günorta namazı, sonuncusu isə səhər namazı idi (Tirmizi, Məvaqitə, 1).

[43] Bu ayəyə görə gecə və gündüz, Günəş və Ay kimi, Yer kürəsinin ətrafında fırlanan iki ayrı varlıqdır. Quranda Yer kürəsinin orbitindən bəhs edilməsə də, Günəşin, Ayın, gecənin və gündüzün öz orbitlərində hərəkət etməsindən bəhs edilməsi bunu göstərir (Ənbiya 21:33, Loğman 31:29).

[44] İsra 17/70.

[45] Nahl 16/8.

[46] Bu ayədəki “nəşə’” (نشأ) feli “şaə” sözünün indiki zamanının birinci şəxs cəm formasıdır. “Şaə” (شاء) məsdəri olan “şey” (شيء) “bir şey etmək” sözündən törəyib. Allahın bir şeyi etməsi onu var etmək, insanın bir şey etməsi isə bunun üçün lazımi səyi göstərməsidir (Mufradat). Allah hər şeyi müəyyən bir ölçüyə görə yaradır (Qəmər 54/49, Ra’d 13/8). O, sınaqlarla bağlı şeyləri yaxşı və pisə bölür (Ənbiya 21/35). Allah hər kəsin doğru yolda olmasını istəyir (Nisa 4/26), lakin yalnız doğru işlər görənləri doğru yolda hesab edir (Nur 24/46). O, həmçinin fərdə etdiklərinin doğru və ya səhv olduğunu ilham verir. Buna görə də, doğru iş görənin qəlbi rahat, səhv iş görənin qəlbi isə narahat olur (Şəms 91/7-10). Buna görə də, “şâe” (شاء) feli… Əgər mövzu Allahdırsa, bu, “O, lazım olanı etdi və ya yaratdı” deməkdir, əgər insandırsa, bu, “O, lazım olanı etdi” deməkdir. Əgər Allah insanlara seçimlərinə uyğun hərəkət etmək azadlığı verməsəydi, heç kim səhv bir şey edə bilməzdi və imtahan kimi bir şey olmazdı (Nəhl 16/93). Qədərin İslamın təməl prinsipi kimi yanlış bir şəkildə başa düşülməsini təmin etmək istəyənlər “şaa” (شاء) feilinə iradə, yəni istəmək və arzulamaq mənasını verməklə böyük bir təhrif etmişlər; hətta bunu təfsirlərə və lüğətlərə daxil etmişlər və beləliklə, bir çox ayənin mənasını təhrif etmişlər.

[47] Ənam 6/4.

[48] İnsanların hesaba çəkiləcəyi, doğru yolda olanların Cənnətə, yoldan çıxanların isə Cəhənnəmə gedəcəyi ilə əlaqəli vəd: İbrahim 14:22, Şura 42:18.

[49] Yunus 10/48, Ənbiya 21/38, Nəml 27/71, Səcdə 32/28, Səbə 34/29, Mülk 67/25.

[50] Yasin 36/82.

[51] Sad 38/15.

[52] Müminun 23/99-100. Aynı şey, bazı müminler için de geçerlidir (Münafiqun 63/10-11).

[53] Müminun 23/101, Zümer 39/68, Qaf 50/20-29, Qəmər 54/6-8, Nəbə 78/18.

[54] Saffat 37/19-20.

[55] Bu sözü kafirlər deyər. Möminlərin davranışı fərqli olur (İsra 17/52)

[56] Bu sözü insanların əməllərini yazmaqla vəzifəli olan mələklər dediyi görülür (Qaf 50/20-21).

[57] Yasin 36/32.

[58] Bəqərə 2/281, Ali İmran 3/25, Nisa 4/40, Nahl 16/111, Ənbiya 21/47, Casiyə 45/22.

[59] Yenidən dirilişlə başlayıb sonsuza qədər davam edəcək qiyamət/axirət günü (Əraf 7/32).

[60] Tur 52/17-18.

[61] Nisa 4/57, Ra’d 13/23-24, Kehf 18/31, Zuhruf 43/70, Tur 52/17-21, İnsan 76/13, Mürselat 77/41-44, Mutaffifin 83/22-23.

[62] Saffat 37/41-42, Sad 38/51, Zuxruf 43/73, Duhan 44/55, Tur 52/22, Vaqiə 56/20, Mürsəlat 77/43.

[63] Nahl 16/31, Ənbiya 21/102, Furqan 25/16, Zümər 39/34, Fussilət 41/31, Şura 42/22, Qaf 50/35.

[64] Furqan 25/75.

[65] Rum 30/14.

[66] Bəqərə 2/168, 208, Ənam 6/142, İsra 17/53, Kəhf 18/50, Fatır 35/6, Zuxruf 43/62

[67] Bəqərə 2/21, Ənam 6/102, Ənbiya 21/92, Ənkəbut 29/56, Zümər 39/11, Beyyinə 98/5.

[68] İbrahim 14/22, Furkan 25/29, Sebe 34/20.

[69] Rahman 55/43.

[70] Tur 52/13-16.

[71] Nur 24/24, Fussilet 41/1922.

[72] Şaə ilə əlaqəli bax: Yasin 43- ayənin dipnotu.

[73] İnsanın mənəvi və fiziki quruluşu ən yetkin vəziyyətinə çatdıqdan sonra (Əhqaf 46/15) zəiflik başlayır (Nəhl 16/70, Həcc 22/5, Muminun 23/12-16, Rum 30/54, Mumin 40/67). Allahın bunu daim etdiyini görə bilən insanlar diriləcəklərini də başa düşməlidirlər.

[74] Hakka 69/41.

[75] Zikr (zikr) düzgün biliyi əlaqələri ilə birlikdə düşünmək və öyrənmək, həmin biliyi asanlıqla əldə etmək və onu zehnə və ya nitqə gətirmək hərəkətidir (Mufradat ذكر girişi). Düzgün biliyin mənbəyi Allahın ayələridir. Bunlar iki növdür: yaradılmış ayələr və vəhy olunmuş ayələr. Hər birindən əldə edilən düzgün bilik zikrdir (Ənbiya 21/24, Ənam 6/80). Yalnız bu bilik insanı qane edir (Rə’d 13/28). Allahı xatırlamaq Onu, Onun kitabını və yaratdığı ayələri düşünmək, onları yadda saxlamaq və üzərində düşünmək deməkdir. İnsan onlar haqqında bildiklərinə görə məsuliyyət daşıyır (Bəkarə 2/286). Qurandakı bütün məlumatlar doğru olduğundan, Allah ona zikr adını vermişdir (bax: Hicr 15/9). Quran sözünün özü həm son Kitabın adına, həm də həmin kitabdakı hökmlərə çıxışı təmin edən müvafiq ayələr dəstinə aiddir (bax: İsra 17/106).

[76] 6/51, 92, A’raf 7/2, Meryem 19/97, Secde 32/3, Kehf 18/1-2, Yasin 36/6, 11, Şûrâ 42/7, Ahkaf 46/12.

[77] Yasin 36/7.

[78] Nəhl 16/80, Zümər 39/6.

[79] Nəhl 16/5-7, Müminun 23/21-22, Mümin 40/79-81, Zuxruf 43/12-13.

[80] Nahl 16/66.

[81] Məryəm 19/81.

[82] Əraf 7/191-192, 197, Nahl 16/20, 73, Ənbiya 21/43, Furqan 25/3, Fatır 35/13-14.

[83] 6/33, Yunus 10/65, Hicr 15/97, Nahl 16/127, Neml 27/70.

[84] 2/77, Hud 11/5, Nahl 16/23.

[85] Nahl 16/4.

[86] İsra 17/48-49, 98, Naziat 79/10-11, Saffat 37/16,

[87] İsra 17/50-51, Meryem 19/66-67.

[88] İsra 17/99, Vakıa 56/60-62. Ahirette bütün insanların bedenleri, sonsuz bir hayata uygun olacak şekilde yeniden yaratılacaktır. (Ənkəbut 29/20, Nəcm 53/47).

[89] Hicr 15/86.

[90] İradə istək və diləkdir. Allah bəndələrinin imtahanda uğur qazanmasını istəyir, lakin hər kəs uğur qazana bilmir. Bir ayədə deyilir: “Allah sizə açıq şəkildə izah etmək, sizdən əvvəlkilərin yollarını göstərmək və tövbənizi qəbul etmək istəyir” (Nisa 4:26). Bu ayəyə görə, Allahın iradəsi Onun “Ol!” əmri olmadan yerinə yetə bilməz. Testlə bağlı məsələlərdə O, yalnız ona uyğun hərəkət edənlərə “Ol!” əmrini verir. Ayədə “şey’an” (شايئاً) məsdərdir və tənvin yiyəlik ismin əvəzedicisidir. Yəni, (شيء شيئ) olduğu halda, yiyəlik isim (شيئ) çıxarılaraq tənvinlə əvəz edilmişdir. Çıxarılan isimdir və məsdərin (شيئ) obyektidir. Ayədə (کنْ) sözü tam feldir və onun mübtədası “şey”dir (شيئ). Əşyanın özü hələ vücuda gəlməsə də, onun ölçüsü artıq formalaşdığı üçün əmrlə xitab olunur. Ayədə keçən “feyekûn” (فَيَكُونُ) sözü də tam feldir. Buna görə də (إِذَا أَرَادَ شَيْئاً) ifadəsi (إِذَا أَرَادَ إحداث شيء وتكوينه) “bir şeyi yaratmaq və formalaşdırmaq niyyətində olduğu zaman” kimi şərh olunur. Çünki kün (كُنْ) tam mənası kevvindir (كوِّنْ), “var olmağa başla!” və ya uhdus (أحدث), mənası “var olmaq”. Buradan məlum olur ki, məsdər (شيئ) ihdas (إحداث) və təkvîn (تكوين) mənalarına malikdir. İhdas “yoxdan yaratmaq”, “tekvin” isə “forma etmək” deməkdir. Bizcə, təkvin mənası daha uyğundur.

[91] Bəqərə 2/117, Nəhl 16/40 və Mümin 40/68 ayələrindəki ayələr “Ol deyir və o da olur” kimi təfsir olunur. Allah hər şeyi bir ölçü ilə yaratdığı üçün (Qəmər 54:49), yaradılış yalnız Onun “Ol” əmri ilə başlayır. Məsələn, Allah bir uşağın yaradılmasını istədiyi zaman, “Ol” əmrini uşaq mayalanmamışdan qabaq verir, mayalanmadan sonra onun ölçülərini təyin edir (Əbəsə 80/19) və uşaq həmin ölçüyə uyğun olaraq formalaşmağa başlayır (Ali-İmran 3/59, Məryəm 19:35, İnsan 76/1-2).

[92] Müminun 23/88, Zuxruf 43/85, Mülk 67/1.