Müsəlmanlar

Hucurat surəsi

Hucurat surəsi 18 ayədən ibarətdir. Hucurat sözü “otaqlar” anlamına gəlir və bu surənin 4-cü ayəsində keçməkdədir.

بسم الله الرحمن الرحيم

Mərhəmətli, Rəhmli Allahın adıyla!

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُقَدِّمُوا بَيْنَ يَدَيِ اللَّهِ وَرَسُولِهِ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ

  1. Ey inanıb güvənənlər! Allahın və Onun Elçisinin[1] önünə keçməyin![2] Allaha qarşı çıxmaqdan çəkinib qorunun. Şübhəsiz, Allah eşidəndir, biləndir.

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِيِّ وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَن تَحْبَطَ أَعْمَالُكُمْ وَأَنتُمْ لَا تَشْعُرُونَ

  1. Ey inanıb güvənənlər! Səsinizi Nəbinin səsindən yuxarı qaldırmayın və bir-birinizə qışqıraraq danışdığınız kimi onunla qışqırıqla danışmayın. Yoxsa, əməlləriniz özünüz də fərqində olmadan puça çıxar.[3]

 

إِنَّ الَّذِينَ يَغُضُّونَ أَصْوَاتَهُمْ عِندَ رَسُولِ اللَّهِ أُوْلَئِكَ الَّذِينَ امْتَحَنَ اللَّهُ قُلُوبَهُمْ لِلتَّقْوَى لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌعَظِيمٌ

  1. Allahın Elçisinin yanında səslərini qısaraq danışanların qəlblərini Allah təqva üçün/pislikdən çəkinib qorunması üçün sınağa çəkmişdir. Onları bağışlanma və böyük bir mükafat gözləyir.

 

إِنَّ الَّذِينَ يُنَادُونَكَ مِن وَرَاء الْحُجُرَاتِ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ

  1. (Ey Muhəmməd!) Otaqların arxasından sənə səslənənlərin əksəriyyəti ağıllarını işlətməyən kəslərdir.

 

وَلَوْ أَنَّهُمْ صَبَرُوا حَتَّى تَخْرُجَ إِلَيْهِمْ لَكَانَ خَيْرًا لَّهُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ

  1. Əgər sən çıxıb onların yanına gələnə qədər səbr etsəydilər, bu, onlar üçün daha xeyirli olardı. Allah bağışlayandır, rəhmlidir.

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن جَاءكُمْ فَاسِقٌ بِنَبَأٍ فَتَبَيَّنُوا أَن تُصِيبُوا قَوْمًا بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَى مَا فَعَلْتُمْ نَادِمِينَ

  1. Ey inanıb güvənənlər! Əgər sizə bir fasiq/yoldan çıxmış biri[4] hər hansı bir xəbər gətirsə, onu yaxşıca araşdırın.[5] Əks təqdirdə, həqiqəti bilmədən bir xalqa pislik edər, sonra da bunun peşmanlığını çəkərsiniz.

 

وَاعْلَمُوا أَنَّ فِيكُمْ رَسُولَ اللَّهِ لَوْ يُطِيعُكُمْ فِي كَثِيرٍ مِّنَ الْأَمْرِ لَعَنِتُّمْ وَلَكِنَّ اللَّهَ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانَ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ الْكُفْرَ وَالْفُسُوقَ وَالْعِصْيَانَ أُوْلَئِكَ هُمُ الرَّاشِدُونَ

  1. Bilin ki, aranızda Allahın Elçisi var. Əgər o, bir çox işlərdə sizə tabe olsaydı, şübhəsiz ki, çətinlik çəkərdiniz. Lakin Allah sizə imanı sevdirmiş və onu qəlbinizin bəzəyi etmişdir; küfrü, pisliyi və asiliyi isə sizə çirkin göstərmişdir. Məhz belələri doğru yolda olanlardır.[6]

 

فَضْلًا مِّنَ اللَّهِ وَنِعْمَةً وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ

  1. Bu, Allahın lütfü və neməti sayəsindədir. Allah hər şeyi biləndir, hokm/hikmət sahibidir.

 

وَإِن طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا فَإِن بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرَى فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّى تَفِيءَ إِلَى أَمْرِ اللَّهِ فَإِن فَاءتْ فَأَصْلِحُوا بَيْنَهُمَا بِالْعَدْلِ وَأَقْسِطُوا إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ

  1. Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, dərhal onları barışdırın![7] Əgər onlardan biri digərinə qarşı həddi aşsa/hücum etsə, Allahın əmrinə (barışa) qayıdana qədər hücum edən dəstəyə qarşı vuruşun! Əgər Allahın əmrinə qayıtsalar, onları ədalətlə barışdırın və düzgün davranın. Allah düzgün davrananları sevər.[8]

 

إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ

  1. Əlbəttə ki, möminlər qardaşdırlar.[9] Elə isə qardaşlarınızı barışdırın[10] və Allaha qarşı çıxmaqdan çəkinib qorunun ki, sizə rəhm edilsin.

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَسْخَرْ قَومٌ مِّن قَوْمٍ عَسَى أَن يَكُونُوا خَيْرًا مِّنْهُمْ وَلَا نِسَاء مِّن نِّسَاء عَسَى أَن يَكُنَّ خَيْرًا مِّنْهُنَّ وَلَا تَلْمِزُوا أَنفُسَكُمْ وَلَا تَنَابَزُوا بِالْأَلْقَابِ بِئْسَ الاِسْمُ الْفُسُوقُ بَعْدَ الْإِيمَانِ وَمَن لَّمْ يَتُبْ فَأُوْلَئِكَ هُمُ الظَّالِمُونَ

  1. Ey inanıb güvənənlər! Heç bir xalq başqa bir xalqı məsxərəyə qoymasın! Ola bilsin ki, onlar (məsxərəyə qoyulanlar) özlərindən daha xeyirlidirlər. Qadınlar da başqa qadınları məsxərəyə qoymasınlar! Ola bilsin ki, onlar (məsxərəyə qoyulanlar) özlərindən daha xeyirlidirlər. Bir-birinizi qınamayın. Bir-birinizi pis ləqəblərlə çağırmayın. İnanıb güvəndikdən sonra fasiq adlandırılmaq necə də pisdir![11] Kim tövbə etməzsə, onlar əsl zalımlardır.

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِّنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ تَوَّابٌ رَّحِيمٌ

  1. Ey inanıb güvənənlər! Zənnin bir çoxundan çəkinin![12] Çünki bəzi zənnlər günahdır.[13] Eyib axtarıb söz daşımağa çalışmayın və bir-birinizin qeybətini etməyin![14] Sizdən hər hansı biri ölmüş qardaşının ətini yemək istəyərmi? Ondan iyrənərsiniz! Allaha qarşı çıxmaqdan çəkinib qorunun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

 

يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍوَأُنثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

  1. Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq.[15] Bir-birinizi tanıyasınız deyə, sizi millətlərə və qəbilələrə ayırdıq.[16] Allah yanında ən hörmətliniz ən təqvalınızdır/ pis şeylərdən ən çox çəkinənizdir.[17] Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.

 

قَالَتِ الْأَعْرَابُ آمَنَّا قُل لَّمْ تُؤْمِنُوا وَلَكِن قُولُوا أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ وَإِن تُطِيعُوا اللَّهَ وَرَسُولَهُ لَا يَلِتْكُم مِّنْ أَعْمَالِكُمْ شَيْئًا إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

  1. Bədəvi ərəblər dedilər: “Biz iman gətirdik!” De ki: “(Xeyr!) Siz iman gətirmədiniz. Ancaq: “Biz (sizə) təslim olduq”[18] – deyin. (Çünki) iman hələ qəlblərinizə daxil olmayıb. Əgər Allaha və Onun Elçisinə səmimi qəlbdən itaət etsəniz, Allah əməllərinizin qarşılığını heç bir şəkildə əksiltməz.[19] Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.

 

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ أُوْلَئِكَ هُمُ الصَّادِقُونَ

  1. Möminlər yalnız Allaha və Onun Elçisinə inanıb güvənən, sonra heç bir şəkk-şübhəyə düşməyən və Allah yolunda malları və canları ilə cihad edən/əlindən gələni edənlərdir.[20] Məhz onlar sadiq/doğru olanlardır.[21]

 

قُلْ أَتُعَلِّمُونَ اللَّهَ بِدِينِكُمْ وَاللَّهُ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

  1. De: “Dininizi Allahamı öyrədirsiniz?” Allah göylərdə nə varsa və yerdə nə varsa, bilir. Allah hər şeyi biləndir!

 

يَمُنُّونَ عَلَيْكَ أَنْ أَسْلَمُوا قُل لَّا تَمُنُّوا عَلَيَّ إِسْلَامَكُم بَلِ اللَّهُ يَمُنُّ عَلَيْكُمْ أَنْ هَدَاكُمْ لِلْإِيمَانِ إِن كُنتُمْ صَادِقِينَ

  1. Onlar İslamı qəbul etdilər deyə sənə minnət qoyurlar. De: “İslamı qəbul etdiniz deyə mənə minnət qoymayın! Əgər doğru sözlü isəniz, əslində iman gətirdiyinizə görə Allah sizi minnət altında qoyar (qoymalıdır).

 

  إِنَّ اللَّهَ يَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاللَّهُ بَصِيرٌ بِمَا تَعْمَلُونَ

  1. Allah göylərin və yerin qeybini bilir.[22] Allah sizin nə etdiklərinizi də görəndir.

 

[1] “Rəsul” (رسول) sözü həm “kiməsə göndərilən mesaj”, həm də “həmin mesajı çatdırmaq üçün göndərilən elçi” (Müfradat) mənasını verir. Allahın elçilərinin vəzifəsi Onun sözlərini insanlara çatdırmaqdır. Buna görə də, Quranda keçən “Allahın elçisi” ifadələrində əsas vurğu ayələrin özünə yönəlib.

[2] Nisa 4/65, Nur 24/51–52, Əhzab 33/36.

[3] Tövbə 9/61, Loğman 31/19, Nur 24/63.

[4] Bəqərə 2/27.

[5] Nisa 4/83, İsra 17/36.

[6] Bəqərə 2/186, 256, Əraf 7/146.

[7] Ənfal 8/1, Hucurat 49/10.

[8] Nisa 4/135, Maidə 5/8.

[9] Ali İmran 3/103.

[10] Hucurat 49/9.

[11] Səcdə 32/18.

[12] Ərəb dilində “zənn” (ظنّ) sözü həm “bilik” (Bəqərə 2/46, Haqqa 69:20), həm də “fərziyyə” (Bəqərə 2/78, Ənam 6/116, Yunus 10/36, 60, 66, Necm 53:28) mənasını verir. Fərziyyələrin nisbəti müəyyən biliklərdən daha çox olduğundan, “çoxlu zənn” ifadəsi biliyə əsaslanmayan fərziyyələri ifadə edir.

[13] “Günah” kimi tərcümə olunan “ism” (إثم) sözü insanı savabdan və ya yaxşı əməllərdən (Mufradat) uzaqlaşdıran davranışa aiddir. Allah “ism” olaraq təyin etdiyi hər bir davranışı haram hesab etmişdir (Əraf 7/33).

[14] Qeybət etmək “birinin arxasınca pis danışmaq, eşitsələr onu narahat edəcək bir şey söyləmək, söz gəzdirmək” deməkdir. Bir hədisdə deyilir: “Allahın Rəsulu (ona Allahın salavatı və salamı olsun) soruşdu: “Qeybətin nə olduğunu bilirsinizmi?” Səhabələr cavab verdilər: “Allah və Onun Elçisi daha yaxşı bilir!” Allah Rəsulu dedi: “Bu, qardaşını xoşlamadığı bir şeylə xatırlamaqdır.” Ondan soruşulduqda ki, “Bəs qeyd etdiyim şey qardaşım haqqında doğrudursa?” Allah Rəsulu dedi: “Əgər dediyin şey onun haqqında doğrudursa, deməli, qeybət etmiş olursan. Əgər doğru deyilsə, deməli, ona böhtan atmış olursan.” (Müslim, Birr 70; Əbu Davud, Ədəb 40; Tirmizi, Birr 23). Lakin ədalətsizlik edən birini müvafiq orqanlara bildirmək, pisliyin qarşısını almaq üçün dəstək axtarmaq, dini hökm (fətva) istəmək, insanları pislikdən və zərərdən qorumaq, zülmü, ədalətsizliyi, fəsadları və əxlaqsızlığı həyat tərzinə çevirənlərə qarşı danışmaq qeybət kateqoriyasına daxil deyil (Nisa 4/114, 148, Mücadilə 58/9-10).

[15] Burada bəhs edilən kişi və qadın həmçinin ilk yaradılan Adəm və Həvvadır (Nisa 4/1; Əraf 7/27, 189).

[16] Rum 30/22.

[17] Heç kimin soy-kökünə görə digərindən üstünlüyü yoxdur. Peyğəmbərimiz buyurub: “Ey insanlar! Diqqətli olun, Rəbbiniz birdir, atanız da birdir. Ərəbin ərəb olmayandan, ərəb olmayanın ərəbdən; açıq dərili insanın tünd dərilidən və tünd dərili insanın açıq dərilidən üstünlüyü yoxdur. Üstünlük yalnız təqva sayəsindədir.” (Əhməd ibn Hənbəl 5/411). Həmçinin bax: Səba 34/37, Leyl 92/17-21.

[18] “Təslim olduq” cümləsi “kimə, nəyə təslim olduğunu” tamamlamamış bir cümlədir. Səba kraliçası Belkis taxtının Süleymana (əleyhissalam) gətirildiyini görəndə dedi: “Sənə verilən bu bilik bizə əvvəllər izah edilmişdi. Biz təslim olduq” (Nəml 27:42). Bu, Süleymanın (əleyhissalam) biliyinə və gücünə təslim olmaq idi. Sonradan o, Süleymanın (əleyhissalam) Allaha təslim olduğunu və özünün də səhv dinə tabe olduğunu başa düşdü; yalnız bundan sonra müsəlman oldu (Nəml 27:44). Ayədə adı çəkilən səhra ərəbləri də müsəlmanların üstünlüyünü və gücünü görüb onlara təslim oldular, lakin hələ iman gətirməmişdilər. Əgər onlar Allaha təslim olsaydılar, ayədə “Siz iman gətirmədiniz” deyilməzdi.

[19] Ali İmran 3/57.

[20] Cihad (جهاد) düşmənin, şeytanın və ya öz nəfsinin zülmünə (Müfradat) qarşı Allahın əmrinə itaət etmək üçün edilən hər hansı bir mübarizədir. Allah yolunda vuruşmaq cihadın çox vacib bir hissəsidir.

[21] Ənfal 8/2-4, Həcc 22/35, Nur 24/62.

[22] Ali İmran 3/5, Ənam 6/59, Hud 11/123, Fatır 35/38.