Qədr gecəsi
“Şübhəsiz ki, biz onu Qədr gecəsində nazil etdik.
Sən Qədr gecəsinin nə olduğunu bilirsən?
Qədr gecəsi min aydan daha xeyirlidir.
Ruh və mələklər o gecə Rəbbinin izni ilə hər bir iş üçün enər.
O gecə dan yerinin ağarmasına qədər bir əmin-amanlıqdır”. (Qədr, 97/1-5.)
Məlumdur ki, Qədr gecəsi Ramazan ayındadır. Çünki Allah Təala belə buyurur:
“Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqı batildən) ayıran Quran o ayda endirilmişdir”. (Bəqərə, 2/185.)
Lakin Ramazan ayının hansı gecəsinin Qədr gecəsi olduğu bilinmir. Peyğəmbərimiz Məhəmməd əleyhissəlam bu məsələ ilə əlaqədar olaraq Qədr gecəsini Ramazan ayının axırıncı 10 gününün tək gecələrinə axtarmağı tövsiyə edib. Buradan belə çıxır ki, Qədr gecəsi Ramazanın 21, 23, 25, 27 və 29-cu gecələrindən hər hansı biri ola bilər.
Qədr gecəsi ilə əlaqədar hədislər aşağıdakı kimidir:
Kim savabına inanıb o savabı qazanmaq ümidi ilə Qədr gecəsini ehya etsə, onun keçmiş günahları bağışlanır.1
Həzrəti Aişə belə rəvayət edir:
Rəsulullah (s. a. v.) Ramazan ayında onda başqa aylarda müşahidə edilməyən xüsusi bir ibadət ab-havasında olurdu. Ramazanın axırıncı 10 günü isə lap çox canfəşanlıq edirdi.2 Belə ki, axırıncı 10 gün1 ərzində gecələri ehya edir və ailəsini də gecəni ehya etmək üçün oyandırırdı.
Rəsulullah (s. a. v.) vəfat edənə qədər Ramazan ayının axırıncı 10 günündə etikafa gedər və belə deyərdi: “Qədr gecəsini Ramazanın sonuncu 10 günündə axtarın”.2
Əbu Səid əl-Xudri belə nəql edir:
Biz peyğəmbərlə (s. a. v.) birlikdə Ramazan ayının ortadakı 10 günündə etikafa girdik. 20-ci gün səhər açılanda əşyalarımızı evlərimizə apardıq. Rəsulullah (s. a. v.) bir xütbə söyləyib bunları əlavə etdi:
“Etikafa girənlər etikaf yerlərinə qayıtsınlar. Çünki bu gecə mənə Qədr gecəsinin hansı gecə olduğu göstərilmişdi amma sonra unutduruldu. Siz Qədr gecəsini axırıncı 10 gündə və tək gecələrdə axtarın. Bir də mən bu gecə gördüm ki, su və palçıq içərisində səcdə edirəm”.
Rəsulullah (əleyhissəlam) etikaf yerinə qayıdanda o günün axırına yaxın hava tutulu. Məscid o vaxtlar üstü budaqlarla örtülmüş çardaq formasında idi. Mən gördüm ki, peyğəmbərin burnunun üstündə su və palçıq bulaşığı var. Bu gecə 21-ci gecə idi.3
İbn Ömər rəvayət edir:
Həzrəti peyğəmbərin əshabələrindən bəzilərinə yuxuda Qədr gecəsinin Ramazan ayının axırıncı 7 günündə olduğu göstərildi. Onlar bu yuxularını peyğəmbər əleyhissəlama danışdılar.
O: “Deməli, sizin yuxunuz axırıncı 7 günə müvafiq gəlir. Elə isə Qədr gecəsini axtarmaq istəyən axırıncı 7 gündə axtarsın”, – deyə buyurdu.4
Bu gecə nə edilməlidir?
Bu gecə edilməli olan işlər əslində çox sadə şeylərdir: Həmişə olduğu kimi gecə (xüftən) namazı qılınır. Bundan əlavə, bu gecə peyğəmbər əleyhissəlamın qıldığı, lakin yalnız bu gecəyə və sadəcə Ramazana xas olmayan, yəni, ilin hər gecəsində qıldığı kimi 8 rükət gecə namazı (nafilə namaz, müstəhəb namaz) da qılına bilər.5 Başqa sözlə desək, bu gecəyə yaxud da axırıncı 10 gecəyə aid tövsiyə edilən xüsusi bir ibadət yoxdur! Hər vaxt qılınan gecə (xüftən) namazı və qılınması məsləhət görülən 8 rükətli nafilə namaz (gecə namazı)! Peyğəmbərimizdən bununla əlaqədar olaraq bir duanın edilib oxunması da tövsiyə edilir. O dua belədir:
Həzrəti Aişə peyğəmbərimizdən (əleyhissəlam): “Ey Allahın elçisi, Qədr gecəsinin hansı gecə olduğunu başa düşsəm, o gecə necə dua edim?”, – deyə soruşduğu vaxt peyğəmbərimiz aşağıdakı duanı oxumağı buyurdu:
Allahım! Sən bağışlayansan, səxavət sahibisən. Bağışlamağı sevərsən. Məni də bağışla.6
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Təravih namazı | 21.06.09 | 1.051 dəfə oxundu |
| 2 | Etikaf | 23.06.09 | 1.196 dəfə oxundu |
| 3 | Qədr gecəsi | 26.06.09 | 1.635 dəfə oxundu |
| 4 | Aypara məsələsi | 22.06.09 | 1.205 dəfə oxundu |
| 5 | Ramazan və dualarımız | 25.06.09 | 1.213 dəfə oxundu |
| 6 | Ramazan və Quran | 27.06.09 | 1.095 dəfə oxundu |
| 7 | Ramazan: imkanların ayı | 24.06.09 | 919 dəfə oxundu |
| 8 | Oruc: ümumi məlumat | 28.06.09 | 1.584 dəfə oxundu |
| 9 | Heyzli qadının orucuna dair şübhələr | 14.05.09 | 913 dəfə oxundu |
| 10 | İftida: qadının boşanmaq hüququ | 14.05.09 | 690 dəfə oxundu |
| 11 | Qadınların şahidliyi | 14.05.09 | 702 dəfə oxundu |
| 12 | Hicab və örtünmək (təsəttür) | 14.05.09 | 740 dəfə oxundu |
| 13 | Hicabı qadağan edənlər | 14.05.09 | 802 dəfə oxundu |
| 14 | Nişanlıların kəbini | 14.05.09 | 1.839 dəfə oxundu |
| 15 | Münafiqlərin korluğu | 10.04.10 | 469 dəfə oxundu |
| 16 | Nikaha nəzarət | 14.05.09 | 1.451 dəfə oxundu |
| 17 | Müsəlman olmayanlarla münasibətlər | 01.07.09 | 771 dəfə oxundu |
| 18 | Həccdə ticarət və ictimai fəaliyyət | 01.07.09 | 580 dəfə oxundu |
| 19 | İnsan peyğəmbər | 06.07.09 | 732 dəfə oxundu |
| 20 | Təsbeh | 06.07.09 | 879 dəfə oxundu |
| 21 | Peyğəmbər məscidində 40 vaxt namaz | 03.04.11 | 643 dəfə oxundu |
| 22 | Ailənin adından bir qurban | 26.02.10 | 344 dəfə oxundu |
| 23 | Donuz dərisi | 02.11.09 | 663 dəfə oxundu |
| 24 | Heyzli qadının ibadəti | 24.02.10 | 1.732 dəfə oxundu |
| 25 | Peyğəmbərin Həcc və Ömrə ziyarətləri | 06.11.09 | 621 dəfə oxundu |
| 26 | Quran və müsəlmanlar | 29.01.10 | 1.872 dəfə oxundu |
| 27 | Dəlillərlə Cümə namazı | 12.02.10 | 339 dəfə oxundu |
| 28 | İnsan cəsədi və avtopsiya | 05.02.10 | 773 dəfə oxundu |
| 29 | Qadınlar və Cümə namazı | 26.03.10 | 1.069 dəfə oxundu |
| 30 | Valideyndən xəbərsiz kəbin | 29.06.09 | 594 dəfə oxundu |
| 31 | Ölüdən kömək gözləmək | 28.03.10 | 664 dəfə oxundu |
| 32 | Faiz | 29.03.10 | 708 dəfə oxundu |
| 33 | Namazları cəm etmək | 08.04.10 | 1.166 dəfə oxundu |
| 34 | Vərdişlər | 10.04.10 | 537 dəfə oxundu |
| 35 | Allah, insan və xələf-sələf | 12.04.10 | 511 dəfə oxundu |
| 36 | Nəsx və daşqalaq cəzası | 27.05.10 | 667 dəfə oxundu |
| 37 | Qəndil | 30.06.09 | 2.072 dəfə oxundu |
| 38 | Talaq: kişinin boşamaq hüququ | 18.07.10 | 658 dəfə oxundu |
| 39 | Oruc və orucun başlanğıcı | 27.08.10 | 763 dəfə oxundu |
| 40 | Ramazan bayramı (2010) | 08.09.10 | 599 dəfə oxundu |
| 41 | Ramazan bayramının vaxtı | 08.09.10 | 608 dəfə oxundu |
| 42 | Zikrin fəzilət və faydaları | 26.11.10 | 718 dəfə oxundu |
| 43 | Dua | 25.11.10 | 798 dəfə oxundu |
| 44 | Donuz əti və ziyanları | 08.12.10 | 922 dəfə oxundu |
| 45 | Fitr sədəqəsi | 20.06.09 | 1.033 dəfə oxundu |
| 46 | Qadının döyülməsi | 07.06.10 | 1.041 dəfə oxundu |
| 47 | Şəfaət | 08.04.10 | 531 dəfə oxundu |
| 48 | Qütblərdə namaz vaxtları: elmi sübut | 31.01.11 | 1.143 dəfə oxundu |
| 49 | İslamda falçılığa münasibət | 27.11.10 | 896 dəfə oxundu |
| 50 | Şəfaət inancı | 08.02.11 | 563 dəfə oxundu |
| 51 | Kəramət nə deməkdir? | 15.02.11 | 448 dəfə oxundu |
| 52 | Quranda adam öldürməyin cəzası: QİSAS | 30.03.11 | 781 dəfə oxundu |
| 53 | Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri | 08.04.11 | 605 dəfə oxundu |
| 54 | Şirk və küfr | 14.07.11 | 492 dəfə oxundu |
| 55 | Quranda əşyaların dili | 04.07.11 | 1.465 dəfə oxundu |
| 56 | Seyyidlər kimlərdir? | 16.10.11 | 581 dəfə oxundu |
| 57 | Kişinin seksuallığı | 09.01.12 | 380 dəfə oxundu |
| 58 | Surroqat analıq | 03.02.12 | 186 dəfə oxundu |