Müsəlmanlar

Quranda İnsan

Quranda İnsan

Giriş

Quranın tərif etdiyi insan; bədən, can və ruhdan meydana gələn,[1] nəfs,[2] ağıl,[3] qəlb[4] kimi cövhərlərə sahib, gözəl qamətli,[5] açıq cüssəli,[6] hür iradəli,[7] eşitdiyini və gördüyünü başa düşən,[8] muradını və məqsədini dili ilə izah edə bilən[9] qabiliyyətli[10] bir varlıqdır.

İnsanın nəfsi; rahatlığına düşkün, mənfəətpərəst, nağdıçı, doğru və əyriyə əhəmiyyət verməyən, faydanı, ziyanı hesaba qatmayan və xəbərdarlıqlara diqqət etməyən iç düşməndir.[11]

Ağıl; təfəkkür, təhlil və araşdırma nəticəsində düz ilə əyrini, haqq ilə batılı, doğru ilə yalanı bir birindən ayıra bilən, yaxşılığa sövq edib pislikdən uzaqlaşdıran, pis aqibətin xəbərçisi olan bir rəhbərdir.[12]

Qəlb; qərar mərkəzi, idarəçi və hökm verəndir. Əl, ayaq və digər üzvlər isə o qərarı icra etmə vasitələridir.[13]

İnsanın yer üzündəki varlığı atası Adəm və onun yoldaşı ilə başlamış daha sonra da tədrici olaraq çoxalma yolu ilə davam etmişdir.[14] Uca Allah,  Adəm əleyhissəlamı öz əli ilə torpaqdan yaratmış,[15] ona bütün yaradılanların adlarını və sirlərini öyrətmiş[16] daha sonra da onu yoldaşı ilə birlikdə yer üzünə yerləşdirmişdir.[17]

Uca Allah hər zaman insanın yanındadır, hətta ona can damarından/sinir hüceyrələrindən daha yaxındır.[18] İnsanın həqiqi köməkçisi[19] Mövlasıdır.[20]

İnsanın yanında onun etdiklərini yazan və təqib edən mələklər vardır.[21] Bir də onun ətrafında pisi yaxşı, yaxşını pis, əyrini doğru, doğrunu isə əyri göstərən, davamlı vəsvəsə verən[22] açıq bir düşmən,[23] pis bir yoldaş olan şeytanlar da vardır.[24]

  1. İnsanın Fitrəti/Yaradıldığı əsil Halı

Uca Rəbbimiz belə buyurmaqdadır:

فَاَقِمْ وَجْهَكَ لِلدّ۪ينِ حَن۪يفًاۜ فِطْرَتَ اللّٰهِ الَّت۪ي فَطَرَ النَّاسَ عَلَيْهَاۜ لَا تَبْد۪يلَ لِخَلْقِ اللّٰهِۜ ذٰلِكَ الدّ۪ينُ الْقَيِّمُۗ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَۗ

Sən üzünü birbaşa bu dinə, Allahın fitrətinə çevir. O, insanlara ona uyğun yaratmışdır. Allahın yaratdığının yerini heç nə tuta bilməz. Budur doğru din bu dindir. Amma çox insan bunu bilmir.” (Rum 30/30)

Fitrət, “yaratmaq” anlamındakı f-t-r kəlməsindən əmələ gələn; məsdəri nəvidir (çeşid və ya şəkil bildirən məsdər).[25] Mənası, yaratma feili həyata keçəndə yaradılanda şəkillənən haldır.

Uca Allah bütün məxluqatın fitrətinə yəni, onları yaratdığı anda şəkilləndirdiyi formasına ibadət edilməyə layiq olanın yalnız uca Allah olduğu həqiqətini, haqqın haqq, batılın batıl, yaxşının yaxşı, pisin pis olduğunu və buna bənzər bütün keyfiyyətləri yerləşdirmişdir. İnsanın fitrəti həmişə haqqa, yaxşıya və doğru olana sövq edər; batıldan, pisdən və əyri olanlardan uzaq tutar. Uca Allah bunu eyni zamanda insana nazil etdiyi kitablarda da bildirmişdir. Bu həqiqətlərin Allahın nazil etdiyi kitablardakı adı “din”dir. Yuxarıdakı ayədə üzünü dinə çevir əmrinin, fitrətinə boyun əy ifadəsi ilə birlikdə zikr edilməsi bunun dəlilidir.

İnsanın dindar olması, fitrətinə boyun əyməsi ilə fitrətinə boyun əyməsi də dindar olması (vəhyin tamamına inanması və tətbiq etməsi) ilə mümkündür.

Fitrətinə boyun əyən insanın: Allah ilə olan münasibəti, tövhid və ibadət; insanlarla olan münasibəti, dostluq və ədalət; heyvanlarla olan münasibəti, sevgi və mərhəmət; təbiətlə olan münasibəti, yaratma və imar/quruculuq olur.

Fitrətinə boyun əyməyən insanın: Allah ilə olan münasibəti, şirk və üsyan; insanlarla olan münasibəti, düşmənlik və zülm; heyvanlarla olan münasibəti, vəhşilik və əzazillik; təbiətlə olan münasibəti, qətliam və fəsad/pozğunçuluq olur.

Fitrətə müxalifət edilməsi halında, fərddən başlayaraq cəmiyyət və kainat böyük zərərə məruz qalır. Bu zərərin əziyyətini bütün canlılar çəkər. Belə ki, insanlar fitrətinə uyğun davranmayanda, sünnətullah da bunu cəzasız buraxmaq/buraxmamışdır. İnsanlığın başına gələn və gəlməkdə olan hər cür bəla , iqlim dəyişikliyi, sel, quraqlıq, müxtəlif epidemik xəstəliklər, adı heç eşidilməmiş yeni-yeni xəstəliklər bunların bəziləridir. Əslindən və ya özündən uzaqlaşan hər şeydə, fayda zərərə, rahatlıq çətinliyə, nemət külfətə/izdiraba dönüşür. Bilavasitə bunu bilməliyik ki, dünyada yaşanan sıxıntıların ən təməl səbəbi fitrətə tərs olaraq sürülən həyat tərzidir.

ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ اَيْدِي النَّاسِ لِيُذ۪يقَهُمْ بَعْضَ الَّذ۪ي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ

“İnsanların öz əlləri ilə etdiklərinə görə quruda və dənizdə pozulmalar olur. Bu, etdiklərinin bir hissəsini dadmaları üçündür. Bəlkə əl çəkərlər” (Rum 30/41).

  1. İnsanın Xüsusiyyəti

İnsanın yaradılışı mayalanmış yumurtadan (nütfədən, ziqotdan) başlayır. Hamiləliyin dördüncü ayının sonlarına doğru onun göz, qulaq və digər orqanları formalaşır. Sonra Allah təala ona ruh üfləyir. Ruh üflənməsi ilə birlikdə o, gördüyü şeyin arxa planını düşünmə, qulağı ilə eşitdiklərini başa düşmə və qəlbi ilə də bunlardan hökm çıxarma qabiliyyətini qazanmış olur. Beləcə digər varlıqlardan daha fərqli bir hala gəlir. Uca Allah belə buyurur:

ذٰلِكَ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْعَز۪يزُ الرَّح۪يمُۙاَلَّذ۪ٓي اَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ وَبَدَاَ خَلْقَ الْاِنْسَانِ مِنْ ط۪ينٍۚثُمَّ جَعَلَ نَسْلَهُ مِنْ سُلَالَةٍ مِنْ مَٓاءٍ مَه۪ينٍۚثُمَّ سَوّٰيهُ وَنَفَخَ ف۪يهِ مِنْ رُوحِه۪ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْاَبْصَارَ وَالْاَفْـِٔدَةَۜ قَل۪يلًا مَا تَشْكُرُونَ

“O, gizli olanı da, aşkar olanı da biləndir, yenilməz qüvvət sahibidir, rəhmlidir. O, yaratdığı hər şeyi gözəl yaratmış və insanı yaratmağa palçıqdan başlamışdır. Sonra onun nəslini həqir bir su olan nütfədən meydana gətirdi. Sonra onu müəyyən bir surətə saldı və ona Öz ruhundan üfürdü. O sizin üçün anlama, bəsirət qabiliyyəti və könüllər[26] yaratdı. Nə qədər də az şükür edirsiniz!” (Səcdə 32/6-9)

Bu ayədə və bununla əlaqəli digər ayələrdə[27] bu üç xüsusiyyətin təkcə insana verildiyi ifadə edilməkdədir.

İnsan qəlbi, Uca Allahın xəbərdarlıqlarını və ağlın dəvətini umursamayıb aldığı qərarlar ilə pis işlərinə davam etdiyi müddətcə, özünə verilən keyfiyyətləri gündən günə yox olmağa və orqanları öz funksiyalarını itirməyə başlayır.[28] Beləliklə sanki insani keyfiyyətlər ona verilməmiş kimi hərəkət edər və heyvanlardan fərqsiz bir hala gəlir. Hətta heyvandan da aşağı bir səviyyəyə düşər. Çünki heyvanlar, bəhs edilən keyfiyyətlərə sahib olmasa da Allahın özlərinə qoyduğu həddi aşmazlar. Uca Allah belə buyurur:

وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَث۪يرًا مِنَ الْجِنِّ وَالْاِنْسِۘ لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَاۘ وَلَهُمْ اَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَاۘ وَلَهُمْ اٰذَانٌ لَا يَسْمَعُونَ بِهَاۜ اُو۬لٰٓئِكَ كَالْاَنْعَامِ بَلْ هُمْ اَضَلُّۜ اُو۬لٰٓئِكَ هُمُ الْغَافِلُونَ

“Biz insanlardan və cinlərdən bir çoxunu cəhənnəm üçün yaratmış olduq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər,[29] hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.” (Əraf 7/179.)

اَرَاَيْتَ مَنِ اتَّخَذَ اِلٰهَهُ هَوٰيهُۜ اَفَاَنْتَ تَكُونُ عَلَيْهِ وَك۪يلًاۙاَمْ تَحْسَبُ اَنَّ اَكْثَرَهُمْ يَسْمَعُونَ اَوْ يَعْقِلُونَۜ اِنْ هُمْ اِلَّا كَالْاَنْعَامِ بَلْ هُمْ اَضَلُّ سَب۪يلًا۟

“Nəfsinin arzularını ilahlaşdıran kimsəni gördünmü? Onu sənmi qoruyacaqsan? Yoxsa sən onların əksəriyyətinin söz dinləyəcəyini, yaxud düşünəcəyinimi zənn edirsən? Onlar heyvan kimidirlər, hətta daha da azğın bir yoldadırlar. (Furqan 25/43-44)

Uca Allah Öz qüdrəti ilə kainatı və onda mövcud olan bütün varlıqları yaratmışdır.[30] Hikmətinin ecabı olaraq da insanı, yaratdığı digər varlıqlardan üstün etmişdir.[31] İnsana verdiyi üstünlüyün ifadəsi olaraq, yaradılan hər şeyi onun xidmətinə vermişdir.[32] İnsanı isə təkcə özünə qulluq üçün yaratmış[33] çünki kainatdakı varlıqların sahibi olan Allaha qulluq, insan üçün hürriyyətin ən yüksək mərtəbəsi olub üstünlüyünün bir ifadəsidir.[34]

Allaha qulluq: Allaha olan sevgi, hörmət və şərtsiz itaət ilə mümkündür.[35] Çünki bu istəyə dayalı hür iradə ilə yerinə gətiriləcək bir işdir. Nəticə etibarı ilə Allah, insanın xarakterini bu qulluğu yerinə yetirəcək şəkildə yaratmış və ona bunu əmr etmişdir.[36]

  1. İnsanın mənfi xüsusiyyətləri

İnsanın yaradılışındakı bəzi xüsusiyyətlər ilk baxışda bir əksiklik kimi görünsə də həqiqətdə hər biri insan üçün bir nemətdir. Çünki ilahi təklif bu xüsusiyyətlərə görə verilmiş, sorumluluq ona görə yüklənmiş və bu xüsusiyyətlərin bəzilərinə müxalifət etmək ibadətin bir parçası sayılmışdır. Çünki ibadət, o (mənfi) xüsusiyyətlərə deyil, fitrətə tabe olmaqla mümkündür.

  • Aciz/zəif olması

Uca Allah belə buyurmaqdadır:

يُر۪يدُ اللّٰهُ اَنْ يُخَفِّفَ عَنْكُمْۚ وَخُلِقَ الْاِنْسَانُ ضَع۪يفًا

“Allah sizin yükünüzü yüngülləşdirmək istəyir. Axı, insan zəif olaraq yaradılmışdır.” (Nisa 4/28)

İnsanın yaradılış etibarı ilə zəifliyi, bədəni və qəlbi olmaq üzrə iki cürdür.

  • Bədən yönündən acizliyi

İnsan ömrünün fərqli mərhələlərində fiziki güc yönündən dəyişiklik ərz etməklə bərabər, həyatının hər dönəmində fiziki yöndən bir çox işi görməyə müqtədir deyildir. Gücü və qüdrətinin sərhəddi vardır.

Məsələn, insan aciz bir şəkildə dünyaya gəlir və həyatının ilk dönəmlərində öz-özünə sağa-sola hərəkət edə bilməz, yemək-içmək ehtiyaclarını qarşılamaqda və tualet ehtiyaclarının təmizliyində köməyə ehtiyacı vardır. Özünü idarə etməkdə acizlik göstərir. Məqsədini ağlayaraq ifadə edir. Sonra uşaqlıq, gənclik və yetkinlik çağlarında güclənir daha sonra isə təkrar gücsüzləşməyə başlayır və bu gücsüzləşmə həyatının sonuna qədər davam edər. Elə bu, onun bədən yönündən acizliyini göstərir.

وَاللّٰهُ خَلَقَكُمْ ثُمَّ يَتَوَفّٰيكُمْ وَمِنْكُمْ مَنْ يُرَدُّ اِلٰٓى اَرْذَلِ الْعُمُرِ لِكَيْ لَا يَعْلَمَ بَعْدَ عِلْمٍ شَيْـًٔاۜ اِنَّ اللّٰهَ عَل۪يمٌ قَد۪يرٌ۟

“Sizi Allah yaratdı, sonra da O, sizin canınızı alacaqdır. Sizlərdən bəzisi vaxtilə bildiklərini xatırlamasın deyə ömrünün ən ixtiyar çağına qədər yaşadılar. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeyə qadirdir.” (Nəhl 16/70).

اَللّٰهُ الَّذ۪ي خَلَقَكُمْ مِنْ ضَعْفٍ ثُمَّ جَعَلَ مِنْ بَعْدِ ضَعْفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِنْ بَعْدِ قُوَّةٍ ضَعْفًا وَشَيْبَةًۜ يَخْلُقُ مَا يَشَٓاءُۚ وَهُوَ الْعَل۪يمُ الْقَد۪يرُ

“Sizi zəif bir şeydən (nütfədən) yaradan, sonra zəifliyin arxasınca qüvvət, sonra qüvvətin arxasınca gücsüzlük və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, hər şeyi biləndir, qüdrət sahibidir.” (Rum 30/54).

  • Qəlb yönündən acizliyi

Qəlb, hər zaman ağlın proqnozları və nəfsin istəkləri arasında tərəddüd edər. Allahın ilhamı və şeytanın vəsvəsələri arasında get-gəl edər. Axirətin nemətləri ilə dünyanın zinətləri arasında qərarsız qalır. O, çox vaxt nəfsinə məğlub olur və şeytana aldanır, keçici mənfəətə qapılır. Məqam, mal-mülk, rahatlıq və lüks kimi dünya zinətlərinin cazibəsi qarşısında özünü tuta bilmir, kontroldan çıxır, getdikcə həddi aşır, pis yola düşür və nəticədə özünə zərər yetirir.[37] Elə məhz bunlar, qəlbin acizliğidir. Bu cür acizliyin işarəti ilk dəfə Adəm əleyhissəlamda görülmüşdür. Hz. Adəm, şeytanın əbədi həyat və sonsuz hökmdarlıq vəsvəsələri qarşısında əvvəlcədən Allaha verdiyi sözü unutmuş və iradəsizlik etmişdir. Əlaqəli ayələr bunlardır:

وَلَقَدْ عَهِدْنَٓا اِلٰٓى اٰدَمَ مِنْ قَبْلُ فَنَسِيَ وَلَمْ نَجِدْ لَهُ عَزْمًا۟

Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.” (Ta-ha 20/115)

فَوَسْوَسَ اِلَيْهِ الشَّيْطَانُ قَالَ يَٓا اٰدَمُ هَلْ اَدُلُّكَ عَلٰى شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَا يَبْلٰىفَاَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْاٰتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِنْ وَرَقِ الْجَنَّةِۘ وَعَصٰٓى اٰدَمُ رَبَّهُ فَغَوٰىۖ

“Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?” İkisi də ondan yedilər və ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə Cənnət (ağaclarının) yarpaqlarından örtməyə başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub səhv yol tutdu.” (Ta-ha 20/120-121)

Qəlb öz seçimində azad olduğu üçün səhv qərar verə bilir və sahibinin səhv iş görməsinə səbəb olur. Ancaq bu azadlığını şeytanın vəsvəsəsinə və ya nəfsinin arzusuna deyil, Allahın ilhamı ilə ağlın verdiyi proqnozlara tabe olub qoğruları seçməkdə işlətsə, doğru qərar verir və sahibinin doğru iş görməsinə səbəb olur. Doğru qərar verən və buna öyrəşən qəlb zamanla güclənir, şeytana və nəfsin vəsvəsəsinə tabe olmayacaq hala gəlir.

Əgər o şeytan ilə nəfsinə tabe olmağa davam edərsə Allahın ilhamını və ağlın proqnozlarını diqqətə almaq bir yana gözünün qabağındakı ayələrə/dəlillərə belə etinasız qalır. Bax bu, o qəlbə sahib insanın bitdiyi anlamına gəlir.

Xülasələşdirsək,  Allah insanı yuxarıdakı şəkildə aciz yaratmış, ona məsuliyyət daşımağı və kainatdakı varlıqları özünə boyun əydirib onlardan faydalanacaq qədər güc vermiş[38] gücünün yetməyəcəyi sahələrdə sorumlu tutmamışdır.[39] Yəni insan, Allahın qarşısında aciz, özündən qeyri digər canlılar önündə güçlüdür. Bu da insanın Allaha layiq bir qul olduğunun nişanəsidir.

  • Nankor olması

Allah Təala insana əbədi yaxşılıq, bənzərsiz lütf və saya bilməyəcəyimiz qədər nemətlər bəxş etmişdir. İnsan bunlardan istifadə edər və faydalanır, həyatını bunlarla sürdürür. Ancaq bunları ona verənə layiqi şəkildə şükr etməsini bilməz. Onun əmrlərindən qaçınır, qadağan etdiklərinə yaxlaşır və heç bir şəkildə verilənlə yetinməz, razı qalmaz. Ayrıca, özünün dünyaya gəlməsinə vəsilə olan, onu yetişdirən və qayğısına qalan valideynlərinə də layiqi şəkildə təşəkkür, qulluq etməyə yanaşmaz. Özünə göstərilməsini istədiyi diqqəti, özü başqasına göstərməz. Hətta bəzi hallarda özünə edilən yaxşılıqlara pisliklə, xəyanətlə qarşılıq verir. Elə bu, insanın xarakterindəki nankorluğun varlığını göstərir.

Uca Allah belə buyurur:

وَآتَاكُمْ مِنْ كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِنْ تَعُدُّوا نِعْمَتَ اللَّهِ لَا تُحْصُوهَا ۗ إِنَّ الْإِنْسَانَ لَظَلُومٌ كَفَّارٌ

“O sizə istədiyiniz hər şeydən verdi. Əgər Allahın nemətlərini saymaq istəsəniz, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım və çox nankordur.” (İbrahim 14/34)

وَإِذَا مَسَّكُمُ الضُّرُّ فِي الْبَحْرِ ضَلَّ مَنْ تَدْعُونَ إِلَّا إِيَّاهُ ۖ فَلَمَّا نَجَّاكُمْ إِلَى الْبَرِّ أَعْرَضْتُمْ ۚ وَكَانَ الْإِنْسَانُ كَفُورًا

“Dənizdə sizə bir çətinlik üz verdikdə Allahdan başqa dua etdikləriniz yox olub gedər. Ancaq O sizi xilas edib quruya çıxartdığı zaman siz (haqdan) üz döndərərsiniz. İnsan çox nankordur.” (İsra 17/67)

فَإِنْ أَعْرَضُوا فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا ۖ إِنْ عَلَيْكَ إِلَّا الْبَلَاغُ ۗ وَإِنَّا إِذَا أَذَقْنَا الْإِنْسَانَ مِنَّا رَحْمَةً فَرِحَ بِهَا ۖ وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَإِنَّ الْإِنْسَانَ كَفُورٌ

“Əgər onlar (haqdan) üz döndərsələr, bil ki, Biz səni onlara gözətçi göndərməmişik. Sənin vəzifən yalnız təbliğ etməkdir. Əgər insana Öz tərəfimizdən bir mərhəmət daddırsaq, o, buna görə sevinər. Ancaq etdikləri əməllər ucbatından başlarına pis bir iş gəlsə, bu zaman insanlar nankor olarlar.” (Şura 42/48)

İnsanın bu nankorluğu öz azadlıq haqqını pis şeylərə qurban etməsinin nəticəsidir. Halbuki insan, Allahın nemətinə nankorluq etmək yerinə, şükr də edə bilər və bu keyfiyyəti ilə həyatdan zövq alar, rahatlıq tapar.

Uca Rəbbimiz belə buyurur:

“İnsan (ilə dünyanın quruluşu) üzərindən elə bir dövr ötüb keçdi ki, o xatırlanmağa layiq bir şey halına belə gəlməmişdi. Şübhəsiz ki, Biz insanı sınamaq üçün qarışıq bir nütfədən yaratdıq, sonra da onu eşidən və görən bir varlıq halına gətirdik. Biz ona doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istər nankor olsun.” (İnsan 76/1-3)

هَلْ أَتَىٰ عَلَى الْإِنْسَانِ حِينٌ مِنَ الدَّهْرِ لَمْ يَكُنْ شَيْئًا مَذْكُورًا إِنَّا خَلَقْنَا الْإِنْسَانَ مِنْ نُطْفَةٍ أَمْشَاجٍ نَبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا 

  • Çox Mübahisə edən/Döyüşkən

Yuxarıda bəhs edildiyi kimi insanın nəfsi, rahatlığı sevər, mənfəətini düşünür, əlinə keçəcək nəğd şeyləri seçər. Belə olduğu üçün çox vaxtı haqqa boyun əymək ona ağır gəlir, hətta özünün haqlı olduğunu və haqqın haqq olmadığını iddia etməyə başlayır. Haqq dəvət edəndə qüsur axtarmağa, haqqı batıl olaraq göstərməyə çalışır. Bir müddət sonra onun xarakterində mübahisəçi bir ruh yaranır. Beləcə o, Allahın əmr və qadağalarına müxalifət edəndə belə özünü haqlı göstərməyə çalışır və bu yolda mübahisə edər, tartışır.

 Uca Allah belə buyurur:

خَلَقَ الْإِنْسَانَ مِنْ نُطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُبِينٌ

O, insanı nütfədən yaratdı. O isə gözlənilmədən açıq-aşkar mübahisəçiyə çevrildi.” (Nəhl 16/4)

وَلَقَدْ صَرَّفْنَا فِي هَٰذَا الْقُرْآنِ لِلنَّاسِ مِنْ كُلِّ مَثَلٍ ۚ وَكَانَ الْإِنْسَانُ أَكْثَرَ شَيْءٍ جَدَلًا

“Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah etdik. İnsan isə ən çox mübahisə edəndir.” (Kəhf 18/54)

İnsan öz nəfsinə tabe olmayıb ağlın dəvətinə boyun əydiyi zaman mübahisədə həqiqətin ortaya çıxması üçün dəlilləri əsas alır. Belə davam etdiyi müddətcə onun mübahisəçi xarakteri dəyişir və həqiqət üzərində uzlaşmaya yönəlik, aydınladıcı bir ruh meydana gəlir. Bu cür insanlar arasında mübahisə yox, müzakirə və muhakiməyə dayalı mədəni bir dialoq yaranır və bu kimi dialoqlardan bilinməyən bir çox həqiqətlər ortaya çıxır.

  • Çox tələskən/nağdıçı olması

İnsan nağdıdan xoşlanır, hazır olanı sevir, rahat və tez əldə ediləcək olanı seçər. Bu xüsusiyyət onun xarakterində vardır. Çox şeyin nağdı olmasını istəyir və sonrasını fikirləşmir. Səbrlə əldə ediləcək olanın faydasını heba qatmır. Ataların dediyi kimi; “Tərəzi var, tartı var; hər şeyin bir vaxtı var” sözünü unudur. Uca Rəbbimizin buyurduğu kimi:

وَيَدْعُ الْإِنْسَانُ بِالشَّرِّ دُعَاءَهُ بِالْخَيْرِ ۖ وَكَانَ الْإِنْسَانُ عَجُولً

“İnsan (özünə) xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələskəndir.” (İsra 17/11).

خُلِقَ الْإِنْسَانُ مِنْ عَجَلٍ ۚ سَأُرِيكُمْ آيَاتِي فَلَا تَسْتَعْجِلُونِ

“İnsan tələsən/hövsələsiz yaradılmışdır. Mən dəlillərimi sizə göstərəcəyəm. Məni tələsdirməyin.” (Ənbiya 21/37)

İnsanın tələskən/hövsələsiz olması özünə verilən seçmə hürriyyətindən qaynaqlanır. Çox insan nisyə olan yaxşının yerinə nağdı olan pisi seçir. Elə Allaha üsyan etmələrinin əsas səbəblərindən biri də budur. Əgər verilən seçmə hürriyyətlərini yaxşını seçməkdən yana kullansaydı vəziyyət tamamilə fərqli olacaqdı.[40] Buna görə də Qurani Kərimdə insan təmkinli davranmağa, əfv etməyə, qəzəbini basdırmağa və cahillərlə mübahisə etməməyə təşviq edilmişdir.[41]

Uca Rəbbimiz belə buyurur:

وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَىٰ فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَىٰ

“Kim Rəbbinin məqamından qorxar və nəfsini (pis) arzulardan uzaq tutarsa, Əlbəttə, onun məskəni cənnətdir.” (Naziat 79/40-41)

  • Ümidsiz olması

Allaha olan inancı kamil olmayan insan arzuları həyata keçməyincə və ya xilas olmaq istədiyi pislik ortadan qalxmayınca və işlər yolunda getməyincə ümidsizliyə qapılır, məyus olur. Hətta biraz çətinlik çəkincə belə sanki həyatı boyu heç bir rahatlıq üzü görməmiş kimi davranır. Uca Allahın rəhmətindən ümidini kəsir, küskün bir şəkildə üsyankar bir həyat sürür.

Beləliklə insan, yaxşı işlər görənlərə yaxın olan Allahın rəhmətindən[42] məhrum qalır. Sonra da öz biganəliyi üzündən başına gələn bütün pisliklərin qaynağını özündə görməyib, Allahdan şikayət etməyə başlayır.[43] Bu barədə Rəbbimiz belə buyurmaqdadır:

وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنْسَانِ أَعْرَضَ وَنَأَىٰ بِجَانِبِهِ ۖ وَإِذَا مَسَّهُ الشَّرُّ كَانَ يَئُوسًا

“İnsana bir nemət verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər. Ancaq ona zərər dəydikdə ümidsizliyə düşər.” (İsra 17/83)

لَا يَسْأَمُ الْإِنْسَانُ مِنْ دُعَاءِ الْخَيْرِ وَإِنْ مَسَّهُ الشَّرُّ فَيَئُوسٌ قَنُوطٌ

“İnsan xeyir istəməkdən bezməz. Ancaq ona bir pislik toxunarsa, o, dərhal məyus olub ümidsizliyə düşər.” (Füssilət 41/49)

Allaha olan insancı kamil olan insan, arzuları həyata keçsə də keçməsə də Allahdan ümidini kəsməz. Bu cür möminlər, Allahı özlərinə özlərinə bir şeyi verib verməməsi ilə və ya öz mənfəətləri ilə dəyərləndirməz. Hər halı ilə Allahdan razıdır. Verdiyi zaman şükr edər, vermədiyi zaman isə səbr edər. Hər iki hal və hər iki xüsusiyyət də onun xeyrinədir. Çünki bilir ki, şükr etmək və səbr etmək insanı həm mənəvi yöndən kamilləşdirir həm də Allah qatında onu ucaldır və mükafatlandırır.[44]

  • Səbrsiz və Acgöz olması

İnsanın arzuları bitməz, gözü doymaz və heç bir şeylə yetinməz. Daim almağı düşünür lakin verməyi çox düşünməz.

Ehtiyacı olub olmadığına baxmadan həmişə tələb edər, arzulayır ki hər şey özünün olsun. Ancaq başqaları ilə paylaşmaq və onlara da vermə məsələsində çətinlik çəkər, xəsislik edər. Uca Allah belə buyurur:

إِنَّ الْإِنْسَانَ خُلِقَ هَلُوعًا إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًا

Şübhəsiz ki, insan tamahkar və hövsələsiz yaradılmışdır. Ona bir zərər dəydiyi zaman fəryad edər.” (Məaric 70/19-20)

Aşağıdakı ayələr insanların bu mənfi xarakterlərindən xilas olmalarının reseptini təqdim edir:

“Ancaq qulluq vəzifəsini yerinə yetirənlər bundan istisnadır.

O kəslər ki, namazlarını daim qılarlar.

O kəslər ki, mallarında müəyyən bir haqq (zəkat və sədəqə payı) vardır

Dilənən və (utandığı üçün istəyə bilməyib) məhrum qalanlar üçün.

O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər.

O kəslər ki, Rəbbinin əzabından qorxarlar.

Çünki heç kəs Rəbbinin əzabından əminlikdə deyil.

O kəslər ki, iffətlərini qoruyarlar.

Ancaq həyat yoldaşları və ya cariyələri bundan istisnadır. Çünki onlar (buna görə) qınanmazlar.

Bundan artığını istəyənlər həddi aşanlardır.

O kəslər ki, əmanətə və verdikləri sözə riayət edərlər.

O kəslər ki, şahidliklərində dürüstdürlər.

O kəslər ki, namazlarını daim qılarlar.

Məhz onlara cənnətlərdə ikram ediləcəkdir.” (Məaric 70/22-35).

 

[1] Möminun 23/12-14; Səcdə 32/7-9

[2] Əlaqədar ayələr: Nisa 4/128; Yusif 12/53, 68; Zuxruf 43/71, Nəcm 53/23, Qiyamət 75/2”Fəcr 89/27.

[3] Qurani Kərimdə olan ağlını işlətməklə əlaqəli ayələrə bax: Bəqərə 2/75, 171,242; Yusif 12/2; Ankebud 29/43; Mülk 67/10.

[4] Qurani Kərimdə keçən fuad və onun cəmi olan əfidə kəlmələri üçün bax: Nəhl 16/28, İsra 17/36, Möminun 23/78, Səcdə 32/7, Nəcm 53/1 Mülk 67/23. Qəlb və onun cəmi olan “qulub” kəlməsi ilə əlaqəli Quranda yüz dəfədən çox keçməkdədir.

[5] Bax: Tin 95/4.

[6] İnsana bəşər deyilməsinin səbəbi heyvanların cildi, cüssəsi kimi tüklə örtülü olmayıb tüksüz və açıq, lüt olmasındandır. Bu səbəblə Allah insana iki cür qiyafət vermişdir; Əraf 7/26.

[7] İsra 17/19; Kehf 18/29, Furqan 25/62.

[8] İnsan 76/2.

[9] Rum 30/22; Rəhman 55/4.

[10] İsra 17/70.

[11] “Nəfslər pisliyə meyl edər” (Yusif 12/53)

[12] Tə-ha 20/87 və 128-ci ayələrində ağıl, pisliklərdən uzaqlaşdıran, Fəcr 80/5-ci ayədə də pis sözlərdən qaçındıran bir cövhər olduğu qeyd olunur. Quranda pis iş görənlərə “Ağlınızı işlətmirsizmi?” Onlar ağıllarını işlətmirlərmi?” kimi ifadələr, ağlın yaxşılığa yönləndirən və pislikdən uzaqlaşdıran bir rəhbər olduğunu göstərməkdədir.

[13] Bu yöndə İra 1726, Şuara 26/89, Kaf 50/33-ayələri bu xüsusa diqqət çəkməkdədir. Peyğəmbər əleyhissəlamdan gələn bu hədis də bunu gücləndirir: Diqqət edin! İnsanın vücudunda bir ət parçası var, o düzəlirsə bütün bədən düzəlir, o pozulursa bütün vücud pozulur ki, o qəlbdir. (Buxari “İman” 39; Müslim “Musakat”, 107.

[14] Bax: Nisa 4/1; Ənam 6/98; Əraf 7/189; Zümər 39/6; Hucurat 49/13.

[15] Əraf 7/12; Sad 38/75-76.

[16] Bəqərə 2/31.

[17] Bəqərə 2/36; Əraf 7/24.

[18] Kaf 50/16.

[19] Ənfal 8/40; Həcc 22/78.

[20] Bəqərə 2/143, 207; Ali İmran 3/30.

[21] Yunus 10/21; Zuxruf 43/80; İnfitar 82/10-12.

[22] Bəqərə 2/268; Ənam 6/43 Ənfal 8/48; Hicr15/39; İsra 17/53, Nas 114/4-6.

[23] Bəqərə 2/168; Ənam 6/142, Yusuf 12/5; Yasin 36/60; Zuxruf 43/62.

[24] Nisa 4/38; Zuxruf 43/36.

[25] Ənam 6/79; İsra 17/51; Yasin 36/22.

[26] Könüllə əlaqəli təhlil üçün 4-cü dipnota göz atın.

[27] Bax: Nəhl 16/78; İsra 17/36; Möminun 23/78; Mülk 67/23.

[28] Bax: Nəhl 16/103-104; Mutaffifin 83/10-16.

[29] Bu və sonrakı ayədə heyvana bənzədilən və Ənam olaraq keçən heyvanların; İnək, qoyun və keçi cinsləridir.

[30] Bax: Həşr 59/24.

[31] Bax: İsra 17/70.

[32] Bəqərə 29/; İbrahim 14/32-33; Həcc 22/36-37; Ənkəbud 29/61; Loğman 31/2, 29; Yasin 36/72; Casiyə 45/12-13.

[33] Bax: Zariyat 51/56.

[34] Bax; Ali İmran 3/35.

[35] İbn Manzur, Lisanul Ərəb, 3/2-71, Qahirə Ərəb dili Akademiyası EBD Musəmul Vəzit, 2/579.

[36] Bax: Bəqərə 2/21; Nəhl 16/36.

[37] Bax: Əsr 103/1-2.

[38] Bax; Rum 30/54.

[39] Bax: Bəqərə 2/233, 286; Ənam 6/152; Əraf 7/42; Möminun 23/62.

[40] Bəqərə 2/148; Maidə 5/48; Hədid 57/21.

[41] Ali İmran 3/134-135; Əraf 7/199; Hud 11/75; Şura 42/37.

[42] Əraf 6/56.

[43] Yusif 12/87; Hicr 15/56.

[44] Nahl 16/31; Sebe 34/4; Nəcm 53/31;