Müsəlmanlar

Misirdən Çıxış

Misirdən Çıxış

Musa ə-ın hekayəsi, heç şübhəsiz həm Yəhudilik, həm Xristiyanlıq, həm də İslam baxımından ən çox diqqət çəkənlərdən biridir. Quranda 136 dəfə adı ən çox çəkilən insan Musa ə.-dır. Ən çox bəhs edilən qövüm İsrail oğullarıdır. Quranın bu dərəcə önəm verdiyi sahələrdə araşdırmalar etmək və doğru bilgiləri tapıb ortaya çıxarmaq biz Müsəlmanların vəzifəsi deyilsə bəs kimindir? 

Dinlər tarixi, Müsəlmanlar arasında heç bir zaman diqqət çəkici bir mövzu olmamışdır. Çünki, son nəbi Muhəmməd ə.-dan öncəsini “yox” qəbul edən bir zehinə sahibik. Zənn edirik ki, din adına hər şey insanlara ilk dəfə Muhəmməd ə. vasitəsilə öyrədildi. Belə olan halda, dinlər tarixi araşdırmalarını 100 illər içində öz subyektiv qazanlarında bişirən qeyri-müsəlmanlar öz kitablarında özəlliklə son nəbi haqqındakı bilgiləri gizləmək üçün “İsmayıl ə.-ın soyu, Paran bölgəsi” və s. kimi bilgilər üzərindən manipulyativ çalışmalar etmişlər. Təbii ki, bir daşı yerindən oynatdıqda bir çox daş yerindən oynayacaq. Paran bölgəsini Misirdə, Sina yarımadasında göstərmək üçün zəhmət sərf edən qeyri-müsəlman tarixçilər, bunun nəticəsində son dərəcə tutarsız bir “Misirdən Çıxış” xəritəsi cızmaq məcburiyyətində qalmışlar. Özəlliklə Xristiyan dünyasında qəbul olunan İsrail oğullarının Misirdən çıxış hekayəsi versiyası, bu günə qədər arxeoloji və ya tarixi dir dəlil ilə dəstəklənməmişdir. Yəhudilər isə müəmmalı bir şəkildə bu mövzuda bilgi paylaşmaqdan qaçınırlar. Yəhudi bir din adamına internet üzərindən yolladığım bir mesaj ilə “Tövratı endirən Allahın haqqı üçün söylə, Paran bölgəsi sizin kitabınıza görə haradadır?” soruşduqda üç kəlmə ilə cavab ala bilmişdim: “Məncə Ərəb Yarımadasında”.

Daha sonra nə qədər çalışsam da detallı bir açıqlama ala bilmədim. Bütün bu qorxunun qaynağı son nəbi haqqındakı bilgilərin ortaya çıxması ilə Muhəmməd ə.-a və onun nübüvvətinə qarşı müdafiəsiz qalmaq. Bu yazımızda, son dönəmdə kəşf edilən arxeoloji tapıntılar ilə Kitabi-Müqəddəsdə anladılan “Misirdən Çıxış” mövzusunu incələyərək, gerçək Sina Dağının harada olduğunu anlamağa çalışırıq.

Musa ə-ın hekayəsi, heç şübhəsiz həm Yəhudilik, həm Xristiyanlıq, həm də İslam baxımından ən çox diqqət çəkənlərdən biridir. Quranda 136 dəfə adı ən çox çəkilən insan Musa ə.-dır. Ən çox bəhs edilən qövüm İsrail oğullarıdır. Quranın bu dərəcə önəm verdiyi sahələrdə araşdırmalar etmək və doğru bilgiləri tapıb ortaya çıxarmaq biz Müsəlmanların vəzifəsi deyilsə bəs kimindir?  Nə zamana qədər qeyri-müsəlmanların çəkdiyi xəritələrə, çıxardığı arxeoloji tapıntılara möhtac qalmağa davam edəcəyik? Bu yazını hazırlarkən məni ən çox narahat edən şey, heç bir Müsəlman tarixçidə və ya araşdırmaçıda mövzu ilə əlaqədar bir bilgi tapmadığımdır.

1978-ci ildə Ron Wyatt adlı Xristian bir araşdırmaçı Sina yarımadasında “Sina Dağı” olaraq bilinən dağ ilə Kitabi-Müqəddəsdə anladılan Sina Dağı arasında ciddi fərqlər olmasından yola çıxaraq bu mövzuda araşdırmalar etməyə başladı. 1985-ci ilə qədər Səudiyyə hökümətinə aid torpaqlarda araşdırma etmək üçün giriş izni ala bilmədi. Hətta qaçaq yolla giriş etməyə görə bir ilə qədər həps cəzası aldı. Daha sonra Səudiyyə Krallığı ilə etdiyi yazışmalar nəticəsində 1985-ci ildə qanuni araşdırma izni almağı başardı. Etdiyi çalışmalar nəticəsində Sina Dağı haqqında bir çox arxeoloji dəlil əldə etdi. Bu dəlillər nəticəsində gerçək Sina Dağının Ərəbistandakı Cəbəllü Lawz dağı olduğunu təspit etdi. Bu yazımızda, Ron Wyatt tərəfindən kəşf edilən arxeoloji tapıntılardan və şəkillərdən yararlanacağıq.

Sina Dağının Mədyəndə olması

Musa ə. etdiyi bir cinayətə görə edam olunma qorxusu ilə Misirdən qaçaraq Mədyəndə yaşamağa başlamışdı.

“Firoun hadisəni eşidəndə Musanı öldürtmək istədi. Ancaq Musa ondan qaçıb Mədyən bölgəsinə getdi.”(Misirdən Çıxış 2:15.)

“Musa qorxa-qorxa, (ətrafı) güdərək oradan çıxdı. Rəbbim! Məni zalimlər qaragürühündən qurtar-dedi və Mədyənə doğru yola çıxarkən öz-özünə: “Ümid edirəm Rəbbim məni doğru yola yönəldər!” – dedi.” (Qasas 28/21,22)

Kitabi Müqəddəsə görə Musa ə. Mədyən peyğəmbəri Şueyb ə.-ın yanında qaldığı bu müddət içində ona yardım edir və hər gün qoyunlarını otarmağa çıxarırdı. Bu minvanla Şueybin evindən çox uzaqlaşa bilmirdi. Yenə qoyun otardığı bir gün, Musa ə. Mədyəndə Tanrı Dağı olaraq tanınan dağda bir atəş görür:

“Musa, qayınatası Mədyənli peyğəmbər Şueybin sürüsünü otarırdı. Sürünü çölün arxa tərəfinə sürdü və Tanrı Dağına, Horevə çatdı. Rəbbin mələyi bir ağacdan yüksələn alovların içində ona göründü. Musa baxdı, agac yanır amma tükənmir. “Çox müəmmalı” deyə düşündü, “gedib bir baxım, agac niyə yanıb tükənmir!”. Rəbb Tanrı Musanın yaxınlaşdığını görüncə, agacın içindən, “Musa, Musa!” deyə səsləndi. Musa, “Buyur!” deyə cavab verdi. Tanrı, “Çox yaxınlaşma” dedi, “çarıqlarını çıxar. Çünki tapdaladığın yer müqəddəs torpaqdır. Mən atanın Tanrısı, İbrahimin Tanrısı, İshaqın Tanrısı və Yaqubun Tanrısıyam.” (Misirdən çıxış 3:1-6)

Musa ə.-ın, Allah ilə, yanan bir ağacdan danışdığı dağ və Misirdən çıxış sonrası on əmr aldığı Sina Dağının eyni dağ olduğunu bu pasajdakı bilgidən anlayırıq:

“Musa, “Mən kiməm ki, Firona gedib İsrailliləri Misirdən çıxarım?” deyə qarşılıq verdi. Tanrı, “Şübhən olmasın, mən səninlə olacağam” dedi, “Səni mənim göndərməyimin sübutu bu olacaq: Xalqı Misirdən çıxardığın zaman bu dağda mənə ibadət edəcəksiniz.” (Misirdən çıxış 3:12)

Bu bilgilərdən anlayırıq ki, Musa ə.-ın sürü otararkən yanan ağacı gördüyü Mədyəndəki  Tanrı Dağı ilə Sina Dağı eyni dağdır. Halbuki, ənənəvi xəritələrə görə Sina Dağı Mədyəndə deyil, Akabə körfəzinin qərbində, Sina Yarımadasının şimalındadır (şəkil 1).

Mədyəndə yaşayan Musa ə.-ın təxminən 250 km yol qət edərək qoyun otarmaq üçün Sina yarımadasına yürüşə çıxmış ola bilməz. Bu nöqtədə bu önəmli bilgini çatdırmaq məcburiyyətindəyik. Sina Yarımadası, Misirin nəzarətində bir bölgə idi. Yenə Xristian bir tarixçi bunu belə dilə gətirir:

“Misir vadisinin qərbindəki, Akabə körfəzinə qədər uzanan torpaqlar, daima Misirə aid bir ictimai ərazi olmuşdur.”

Musa ə.-ın qoyun otarmaq məqsədi ilə ölüm qərarı ilə axtarışda olduğu bölgə olan Sina Yarımadasına giriş etdiyini iddia etmək mümkün deyil.

Nəticə olaraq- Sina Dağı, Şueyb ə.-ın yaşadığı bölgəyə yaxın, Mədyən torpaqlarında bir dağ olmalıdır.

Ənənəvi “Misirdən Çıxış” Güzərgahı

“Firon İsrailliləri boşladığında, Fələstin ətrafı yaxın olmasına rəgmən, Tanrı onları oradan götürmədi. Çünki, “Xalq savaşla üz-üzə qalınca, düşüncələrini dəyişdirib Misirə geri dönə bilər” deyə düşündü. Xalqı Qırmızı Dənizə doğru olan çöl yolundan dolaşdırıb apardı. İsraillilər Misirdən silahlı çıxmışdı. Musa Yusifin sümüklərini özü ilə  götürmüşdü. Çünki Yusif İsrailin oğullarına, “ Tanrı qəti olaraq sizə yardım edəcək, sümüklərimi buradan aparacaqsınız” deyə möhkəm and içdirmişdi. Suqqotdan ayrılıb çöl kənarında, Etamda yerləşdilər. Gecə-gündüz irəliləmələri üçün, Rəbb gündüz bir bulud sütunu içində yol göstərərək, gecə bir atəş sütunu içində işıq verərək onlara öndərlik edirdi. Gündüz bulud sütunu, gecə atəş sütunu xalqın önündən əskik olmadı.” (Misirdən Çıxış 13:17-22)

Sina Yarımadasının qərbində Süveyş Körfəzi (2), şərqində Akabə körfəzi, Cənubunda da Qırmızı Dəniz vardır. Körfəzlər o yerlərin xalqları tərəfindən, olduqları dənizin adı ilə də anıla bilər. Sukkot deyilən yer, Kitabi-Müqəddəs xəritələrinə görə Süveyş Körfəzinin şimalındakı sahil zolağıdır. Bu da o deməkdir ki, “Qırmızı Dənizə doğru olan çöl yolu” ifadəsindəki “Qırmızı Dəniz” Süveyş körfəzi ola bilməz. Çünki Sukkot zatən Süveyş Körfəzi sahilindədir və gecə-gündüz yeriyib keçiləcək bir çöl yolu yoxdur.

Yuxarıda paylaşdığımız, Xristiyanların “Misirdən Çıxış” güzərgahını anlatmağa çalışan xəritəni incələdiyimiz zaman bunları görürük: Sina Yarımadasının şimalında Paran çölü yer alır və onun da şimal-qərbində Shur çölünü görürük. Sina yarımadasının cənubunda Sina Dağını göstərmişlər. Süveyş körfəzinin şimalında da Sukkotu görürük. Xəritədəki nöqtəli incə xətt də Misirdən Çıxış rotasını göstərir. Bu xəritəyə görə İsrailoğulları Sukkotdan çıxaraq yaxınlarındakı Süveyş körfəzinin şimal ucundan körfəz yarılıb qarşı tərəfə keçirlər. Elə bir nöqtədə körfəzin yarılması və ya yarılmamasının nə önəmi var?  Quru yoldan körfəzi dolaşıb keçmək son dərəcə mümkündür. Halbuki Kitabi-Müqəddəsdəki anlatımda İsrailoğulları qapana sıxışdıqları və qaçacaq yer olmadığı üçün Allaha şikayət edirlər.

“ Firon yaxınlaşarkən, İsraillilər Misirlilərin arxalarından gəldiyini gördükdə dəhşətə qapılaraq Rəbbə fəryad etdilər. Musaya, “Misirdə məzar yox idi ki, bizi çölə ölməyə gətirdin?” dedilər. Bax, Misirdən çıxarmaqla bizə nə etdin! Misirdə ikən sənə- burax bizi,Misirlilərə qulluq edək- demədikmi? Çöldə ölməkdənsə Misirlilərə qulluq etsək bizim üçün daha yaxşı olardı”.(Misirdən Çıxış 14:10-12)

Yuxarıdakı xəritəyə görə Sukkot ilə Süveyş Körfəzi, yaşıl rəngli bölgədə, yəni Misir hüdudları içində görünür. Halbuki, Kitabi-Müqəddəsdəki anladılanlara görə dənizin yarıldığı nöqtədə İsrailoğullarının Misirdən çıxmış olması gərəkirdi. Çünki Firon ordusu onlara yetişəndə “Misirdə məzar yox idi ki, bizi çölə ölməyə gətirdin? Bax, Misirdən çıxarmaqla bizə nə etdin! Misirdə ikən sənə- burax bizi,Misirlilərə qulluq edək- demədikmi?” şəklində sitəm edirlər.

Bütün bunların yanında ən böyük problemlərdən biri də Sukkot ilə Süveyş körfəzi arasında, günlər və gecələr boyu çətinliklər içində keçiləcək, azmamaq üçün bir buludun təqib ediləcəyi ucsuz-bucaqsız bir çölün olmaması.

O halda doğru güzərgah necə olmalıdır? İsrailoöulları dənizə çatana qədər hansı çölü çətinliklə keçmək məcburiyyətində qaldı? Dəniz hansı nöqtədə yarıldı? Bu suallar üzərində durmağa çalışaq

Misirdən Çıxış

İsrailoğullarının, Misirdə, Süveyş körfəzinin şimalında, Fələstinin qərb sərhəddi ilə Nil çayının şərqi arasındakı Goshan bölgəsində yaşamış olduqları bilinməkdədir(4). Allah, Musa ə.-dan İsrailoğullarını Fələstinə doğru deyil, Qırmızı Dənizə doğru çölün içinə aparmasını istəyir. Günlər və gecələr boyu bu çölün içərisində bir buludun rəhbərliyində yol alırlar. Xəritəyə baxdıqda bu böyüklükdə bir tək çölün, Sina yarımadasının şimalını əhatə edən böyük çöl olduğunu anlayırıq (Şəkil 3).

Yuxarıdakı xəritədə Sukkotdan çıxan İsrailoğullarının izlədiyi yolu görə bilərik. Şimal-şərqdəki Fələstin yönünə deyil, cənub-şərqdəki Akabə körfəzinə çıxan “Wilderness of the Red Sea – Qırmızı Dəniz Çölü” deyə adlandırdıqları böyük çölə doğru irəliləyirlər. Çölün şərqi ilə Akabə körfəzi sahili arası dağlıq sahələrlə əhatəli olduğu üçün Firon, İsrailoğullarının çöldə dönüb durub geri dönəcəklərini düşünürdü:

“Rəbb, Musaya – İsraillilərə söylə, (cənuba) dönsünlər- dedi, “Pi-Hahirot yaxınlarında, Migdol ilə dəniz arasında, Baal-Sefonun qarşısında dəniz sahilində çadır qursunlar. Firon belə düşünəcək: İsraillilər ölkədə çaşqın-çaşqın dolaşırlar, çöl onları əhatə etmişdir”. (Misirdən Çıxış 14:1-3)

Yuxarıdakı ikinci şəkilə nəzər salsanız; Allah, İsrailoğullarına dağların arasında, geniş Nuveyda sahilinə çıxan bir yol göstərir (Şəkil 4).

İsrailoğullarının çöldən çıxa bilməyəciyini əmin olan Firon, yön dəyişdirib vadiyə girdiklərini eşitdikdə əsəbləşir:

“Xalqın qaçdığı Misir Fironuna bildirildikdə, Fironla əlanları onlarla əlaqədar düşüncələrini (çöldə dönüb durub dönəcəkləri düşüncəsi) dəyişdilər: Biz nə etdik?-dedilər, İsrailliləri boşlamaqla kölələrimizi itirmiş olduq!” Firon savaş arabasını hazırlatdı, ordusunu yanına aldı.” (Misirdən Çıxış 14:5-6)

Bu gün, Nuveyba və Ərəbistan sahillərində olmaqla, Süleyman ə. tərəfindən tikildiyinə inanılan iki ədəd sütun var. Ərəbistan sahilindəki qırılmış, sadəcə 30 sm qədər alt hissəsi sağlam qalmışdır. Nuveyba tərəfindəki sütunun üzərində qədim İbranicə bir neçə yazı var. Yazını araşdıran mütəxəssislər bu kəlmələrlə rastlaşmışlar: “Misir, ölüm, su, Firon, Edom, Yahweh, Süleyman.”(7)

Buradan bunu anlamaq olar ki, Süleyman ə. o böyük möcüzənin gerçəkləşdiyi nöqtələrə diqqət çəkmək məqsədi ilə bu sütunları tikmək istədi.

Dənizin yarıldığı yer

İsrailoğullarının Misirdən çıxışı və dənizi yararaq Sina Dağına tərəf yol almasını incələyən araşdırmaçılar (3), Nuveyba körfəzində Mədyən sahilinə tərəf dənizin yarılmış olması gərəkdiyini təsbit etdikdən sonra Akabə körfəzini və dərinliklərini araşdırmağa başladılar. Bu incələmələr sonunda çox çarpıcı arxeoloji dəlillər tapdılar. Qədim Misir mədəniyyətinə aid savaş arabası təkərləri, insan sümükləri, at nalları bu tapıntıların bəzisidir. Ən təəccüblü kəşflərdən biri də körfəzin topoqrafik xəritəsinin çıxarılması nəticəsində anlaşıldı ki, Nuveyba sahili ilə Ərəbistan sahili körfəzin ən dayaz yeridir. (Şəkil 5,6,7)

Körfəzin altında tapılan bəzi təkərlər (Şəkil 9-10)

Sina Dağı və Mədyəndəki Cəbəllü Lawz Dağı

Akabə körfəzinin qarşısına, Mədyən sahilinə keçən İsrailoğulları Sina Dağı ilə dəniz sahili arasındakı çöldə qaldılar. Daha sonra Sina Dağının olduğu çevrəni ifadə edən Horebə gəldilər. Burada susuzluqdan şikayət edən İsrailoğulları üçün Allah, Musa əleyhissalama asasını bir qayaya vurmasını əmr edir və qayadan su fışqırır.

“Rəbbin buyuruğu xəbərdar edincə, bütün İsrail toplumu Sin Çölündən ayrıldı, bir yerdən o birinə köçərək Refidimdə yerləşdi. Ancaq orada içməli su yox idi. Musaya, “Bizə içməyə su ver” deyə üstünə getdilər. Musa, “ Niyə mənim üzərimə gəlirsiz?” dedi, “Niyə Rəbbi yoxlayırsız?” Amma xalq susamışdı. “Nə üçün bizi Misirdən çıxardın?” deyə Musaya səsləndilər. “Bizi, uşaqlarımızı, heyvanlarımızı susuzluqdan öldürmək üçün?” Musa, Rəbbinə “Bu xalqa nə edək?” deyə fəryad etdi,” azqala məni daşlayacaqlar”. Rəbb, Musaya, “ Xalqın qarşısına keç” dedi, “Bir neçə İsrail öndərini və Nilə vurduğun dəyənəyi də götürüb yeri (6). Mən Horebdə bir qayanın üzərində, sənin önündə duracağam. Qayaya vuracaqsan, xalq içsin deyə su fışqıracaq.” Musa İsrail öndərləri qarşısında deyiləni etdi.” (Misirdən Çıxış 17:1-6)

Bu olay Quranda da anladılır 10. Əgər təxmin edildiyi kimi Sina dağı Mədyən yaxınlarında, Ərəbistan torpaqlarındadırsa və Musa ə. qayanı tapmaq üçün Horebə qədər getdi isə, deməli yarılan qaya Sina dağı olduğu iddia edilən yerin yaxınlığında, hətta Musa ə. qərbdən, dəniz sahilindən, çöl üzərindən gəldiyi üçün Sina dağının qərbində bir yerdə olması gərəkir. Bəli, gerçəkdən də Sina dağı olduğu təxmin edilən Cəbəllü Lawz dağının qərbində, yaxın bir yerdə, iki yerə yarılmış böyük bir qaya təsbit edildi ( Şəkil 13) . Üstəlik qayanın ətrafında qalın su aşındırmaları olduğu da açıq görüldü (Şəkil 11).

20 metr hündürlüyü olan bu böyük qaya, 150 metrlik bir təpənin üzərində dayanır. Qayanın ətrafında su erroziyaları da görüldü.

Cəbəllü Lawz Dağı ilə Sina Dağı Arasındakı Digər Bənzərliklər

  1. Şueyb ziyarətə gəlir

Musa ə. və İsrailoğulları dənizdən geçib Sina Dağı yaxınlığında, yarılıb içindən su çıxan qayanın ətrafında qaldıqları zaman Mədyənli qayınatası ona baş çəkməyə gəlir:

“Şueyb, Musanın zövcəsi və oğulları ilə birlikdə Tanrı Dağına, Musanın qaldığı çölə gəldi. Musaya bu xəbəri göndərdi: “ Mən qayınatan Şueyb, zövcən və iki oğlun ilə birlikdə sənə tərəf gəlirik.” Musa qayınatasını qarşılamağa çıxdı, önündə əyilib onu öpdü. Bir-birinin əhvalını soruşub çadıra girdilər. Musa İsraillilər uğrunda Rəbbin Fironla Misirlilərə bütün etdiklərini, yolda yaşadıqları sıxıntıları, Rəbbin özlərini necə qurtardığını qayınatasına bir-bir anlatdı.” Misirdən Çıxış 18:5-8.

İlk bölümdə də bəhs etdiyimiz kimi buradakı pasajlar da Sina Dağının Mədyən diyarına çox yaxın olduğunu bizə göstərir.

  1. Qızıl Buzov Qurbangahı

Musa ə. 40 günlük Sina dağına çıxdığı əsnada İsrailoğulları qızıl bir buzov heykəlinə sitayiş etməyə başlamışdı. Beləcə bu heykəlin olduğu yerə bir qurbangah düzəldilmişdi (Şəkil 14).

“Harun bunu gördükdə, buzovun önündə bir qurbangah düzəltdi və “Sabah Rəbbin şərəfinə bayram olacaq” deyə elan etdi. Ertəsi gün xalq erkən qalxıb yandırmalıq qurbanlar təqdim etdi, rifah qurbanları gətirdi. Yeyib içməyə oturdu, sonra qalxıb çılğınlıqla əyləndilər”. Misirdən Çıxış 32:5-6

Cəbəllü Lawz dağının yamaclarında bu tərifə uyğun bir qurbangah olmaqdadır. Arxeoloqlar qurbangah üzərində qədim Misir tərzində buzov rəsmləri cızıldığını təspit etdilər.

12 Sütun.

Musa ə. Sina dağının ətəklərində qaldıqları günlərdə İsrailoğullarının 12 qəbiləsini işarə edən 12 sütun tikmişdi:

“Musa Rəbbin bütün buyuruqlarını yazdı. Sabah tezdən qalxıb dağın ətəyində bir qurbangah qurdu, İsrailin 12 oymağını simvolizə edən 12 daş sütun düzəltdi.” (Misirdən Çıxış 24:4)

Cəbəllü Lawz dağının ətrafında aparılan araşdırmalar nəticəsində buzov üçün əmələ gətirilən qurbangahın yaxınlarında çox sayda sütun hissələri çıxarıldı (Şəkil 16)

Quranda Sina Dağı Haqqındakı Bilgi.

Allah, Quranda Sina dağı haqqında çox heyrətləndirici bir bilgi verməkdədir. Hətta belə bir bilginin nə üçün verildiyini anlamaq üçün çətinlik çəkirik. Belə buyurulur:

Sina dağından da yağ verən və yeyənlər üçün qatqı olan bir ağac çıxardıq.” (Muminun 23/20)

Cəbəllü Lawz, Ərəbcədə “Badam Dağı”mənasına gəlməkdədir, badam ağacları ilə məhşur olduğu üçün tarixən bu adı almışdır.Beləliklə , Cəbəllü Lawzın  Sina dağı olduğunu sadəcə arxeoloji tapıntılar deyil, Quran da dəstəkləmiş olur.

Müəllif: Vədat Yılmaz.

Dilimizə uyğunlaşdıran: Tariyel Xanbabayev.

Qeydlər .

  1. Arabia and the Bible, James Montgomery s.31.
  2. O vaxt “Heroopolis” adı ilə anılan körfəzdir. Bax. Researches In Sinai, M . Petrie s.
  3. Xəritənin qaynağı: the American Bible Society 1888.
  4. Bax: Easton`s Bible Dictionary “Goshan”
  5. Ron Wyatt tərəfindən arxeoloji araşdırmalar sonunda çəkilən güzərgah. Rəsim “Ark Discovery” tərəfindən hazırlanmışdır.
  6. Nuveyba Sahili: 28 km kvadrat, iki milyon nəfərlik düşərgə ərazisi, Sina Yarımadasındakı çöl ilə arasındakı dağların hündürlükləri təxminən 500 metr
  7. Ark Discovery International (arkdiscovery.com)
  8. 1998 və 2000 illərində Ron Wyatt, Bill Fry və başqa 7 nəfər ilə birlikdə Akabə körfəzinin dərinliklərində araşdırma etdilər.
  9. Jurnalda bizə verilən səhifə sayı az olduğu üçün əlaqədar bütün şəkilləri paylaşmağımız mümkün deyil.
  10. Bəqərə 2/60.