Əhli beyt İmamları məsumdurmu?
Müsəlmanlar > Tədqiqatlar Tarix: 12 Ocak 2018 Tövsiyə et Çap et

Əhli beyt İmamları məsumdurmu?

“Muhəmməd və onun əhli Beytinə salam olsun! Onlara dil uzadan və şərləyənləri Allah islah etsin!”

Allaha şərik qoşanların ümumi xüsusiyyətlərindən biri; sırf Allaha aid vəsflərin başqalarında da olduğunu irəli sürmələridir. Bunların din anlayışında Allaha aid səlahiyyətlər bir çox şəxslərlə ya da başqa varlıqlarla paylaşılmış olur. Səlahiyyətləri paylanmış bir ilaha və Onun şəriklərinə (!) sitayiş edənləri isə Quran müşrik adlandırmaqdadır.

Təəssüf ki, özlərinə müsəlmanam deyən insanların böyük əksəriyyətinin Allaha aid səlahiyyətləri başqalarıyla paylaşdıqlarına və bu sahədə müşriklərdən daha cömərd davrandıqlarına şahid olmaqdayıq. Misalını verərsək; mövzumuz ecabı əhli Şiənin öz imamlarının məsum olduqlarına dair irəli sürdükləri görüşlərini sizinlə paylaşmaq istəyirik.

Əhli Şiə, əhli Beyt imamlarının məsum (günahsız) olduğunu iddia etməkdə və bu iddialarına Qurandan dəlil gətirməyə çalışmaqdadır. Bu dəlilləri, Əhzab surəsinin 33-cü ayəsidir ki, buna eyni zamanda “Təthir ayəsi” də deyirlər. Yəni, bu ayədən imamların tərtəmiş, məsum olduqlarına dair dəlil çıxarırlar.

Mövzunun daha yaxşı başa düşülməsi üçün ilk əvvəl əhli Beyt kəliməsinin nə mənaya gəldiyini bilməyimiz lazımdır. Bundan sonra Quranda bu kəliməylə kimlərin qəsd edildiyini göstərməyə çalışaq:

Ərəb dilində “Əhli beyt” kəliməsi “ailə”, “ev xalqı, sakinləri” mənasına gəlir. Dini termində isə bu kəlimədən qəsd edilən Peyğəmbərimizin ailəsi və ya ev xalqıdır. Yəni, peyğəmbərin zövcələri və övladlarıdır.

Bir müsəlman Allah rəsulunu və əhli beytini sevməlidir. Sevməyənin müsəlmanlığı şübhəlidir. Allah Quranda:

“Peyğəmbər, möminlərə canlarından əzizdir. Onun zövcələri isə möminlərin analarıdır…” (Əhzab, 33/6.)

Ancaq onlara bəslənən sevgini istismar edib, onlar üzərindən din və yol meydana gətirənlərin, onlara məsumiyyət verənlərin, peyğəmbərlərdən üstün tutanların hətta Allaha ait vəsfləri onlara şamil etmək surətiylə ilahlıq mərtəbəsinə gətirib çıxaranların da müsəlmanlığı əlbəttə şübhəlidir.

Belə bir sual yaranır: Məsum, yəni “qorunmuş”, “günah və xəta işləməkdən, mübarizədən uzaq” bir insan necə fəzilətli və necə nümunəvi bir davranış sərgiləyə bilər? Belə bir insan bizə nümunə ola bilərmi? Belə bir inanc, tək xətasız olan Allaha başqa xətasız varlıqları nisbət etməyə yəni, şirkə gətirib çıxarır.

Əvvəlcə bunu qeyd edək ki, bir insanın məsum olduğunu iddia etmək, onu insan olmaqdan və hətta imtahan edilməkdən uzaq tutmaqdır ki, şiələrin çoxu elə bu cür də inanır.  Səhih mənbələrinin birində imamlar belə vəsf edilməkdədir: “İmamlar, həyatda baş verən hər şeydən xəbərdardır”[1]“İmamlar, Allahın məxluqatı üzərinə şahiddirlər.”[2]

Şiə din xadimlərinin imamların məsumiyyətinə istinad etdikləri sözlərdən biri belədir: “İmamın ilahi hökmlərə, ilahi maarifə, bütün elmlərə sahib olmağı, Peyğəmbər ya da özündən əvvəlki imam vasitəsilədir. İmamlardan heç birinin müəllimə ehtiyacı olmamış, hər hansı tərbiyəçidən bir şey öyrәnmәmişdir. İmamın peyğəmbər kimi içi, çölü, görünüşü bütün pisliklərdən arınmış, məsum olduğuna inanırıq. İmamətdən əvvəl də sonra da təmiz olub, günahdan, xətadan, səhvdən, unutmaqdan və hər cür nöqsanlıqdan uzaq olub, məsumdur.”[3]

Hətta şiə inancına görə, imam özü “sirati-müstəqim=doğru yol”dur. “Onların buyruqları Allahın buyruqlarıdır. Qadağaları Allahın qadağalarıdır.”[4] “İmam, Allahı belə vəsf edə bilər.”[5]

İmam Əli, insanların cəhalətindən və xürafələrindən özünü qorumaq üçün belə demişdi: “Mənim haqqımda bu iki qrup həlak olacaq; sevgidə həddi aşan (məndə olmayan şeylə məni vəsf edən), digəri, düşmənlikdə həddi aşan.”[6]

Artıq günümüzdə imamlara sevgidə həddi aşmaq bir kənara, ilahlıq vəsfləri verildiyi açıq aşkar görülməkdədir.[7]

İndi gələk mövzumuza: Əhli beyt imamları məsummu yoxsa deyilmi? Əhli Şiənin Qurandan dəlil aldıqlarını iddia etdikləri Əhzab surəsinin 33-cü ayəsi həqiqətən Əhli Beyt imamlarının məsumiyyətindənmi bəhs edir?

Əslində bütöv ayəni də dəlil almırlar. Ayənin bir parçasında yer alan iki şəxs əvəzliyi üzərindən yorum edərək, buradan əhli Beyt imamlarının məsumiyyətinə qərar verirlər. İndi bu ayənin necə təhrif edildiyinə və öz batıl görüşlərinə necə uydurduqlarına nəzər salaq. Dəlil aldıqları ayənin əlaqədar bölümü belədir:

  إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا 

“…Ey əhli Beyt! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.” – bölümünü ələ alıb təhrif edərlər.

Bu ayədən əhli Beyt imamlarının qəsd edildiyini fərz etsək belə, yenə də onların məsum olduqlarına dair dəlil çıxmaz. Çünki Allah, kimin təmiz olmasını istəməz ki? Belə bir ifadə əhli Beytə daha çox diqqət yetirildiyi üçündür.

Şiə, ayədə yer alan əhli Beyt kəliməsiylə Nəbimizin zövcələri deyil, təkcə peyğəmbərin yeznəsi imam Əli, Fatimə, Həsən və Hüseynin qəsd edildiyini irəli sürürlər.[8] Digər imamların məsumiyyətini də bu ayəyə bağlayırlar. Dəlilləri isə, ayədə keçən عَنْكُمُ=ankum” və “يُطَهِّرَكُمْ=yudahhirakum kəliməsindəki axırı müzəkkər/kişi cinsi yəni, “kum=sizi” əvəzliyinin işlədilmiş olmasıdır. Bu əvəzliyə əsaslanaraq: “Əgər əhli beytdən qəsd edilən Peyğəmbərin zövcələri olsaydı “kum” yerinə “kunnə” əvəzliyi gətirilərdi”, deyirlər.[9]

Bir dəfə ərəbcə bilən birinin belə bir iddia irəli sürməsi mümkün deyildir. Çünki, ərəb dilində ailədə bir tək kişi varsa, kəlimə kişi cinsində ifadə edilir. Əri həyatda olan hər hansı bir ailə ərəb dilində qadın cinsiylə ifadə edilə bilərmi? Bu ərəb dilindəki “Təğlib” qaydasına da ziddir.

Belə bir iddia tək başına tutarlı olmadığı üçün bir də bu ayənin nazil olma səbəbiylə əlaqədar bir neçə rəvayət uydurulmuşdur. Rəvayətlər belədir:

“Allah rəsulu, zövcəsi Ümmü Sələmənin evində ikən bu ayə nazil oldu. Əli (a.s.), Fatimə, Həsən və Hüseyn də oradaydı. Bu əsnada rəsulullah əbasını aldı və onların üstünə çəkdi. Sonra da əlini göyə qaldıraraq: “Allahım! Mənim əhli beytim bu dörd nəfərdir. Bunlardan hər cür pisliyi uzaqlaşdır və onları təmizlə!”- deyə, dua etdi. Bunu görən Ümmü Sələmə əbanı qaldırıb altına girmək üçün “mən də əhli beytdənəmmi?” sualı üzərinə, rəsulullah: “Xeyr”, sən əhli beytdən deyilsən, fəqət “xeyirxahsan”, deyə təsəlli etmişdir.

Əhli Sünnə mənbələrinə də keçən bu rəvayət belə davam edir: “Peyğəmbər (s.a.a), sübh namazına gedəndə Fatimənin evinin qabağından keçər və belə deyərdi: “Namaz vaxtıdır, ey əhli Beyt! Namaz vaxtıdır! Allah təkcə siz əhli beytdən hər cür pisliyi aparıb təmizləmək istəyir.”[10]

İndi gəlin, həm cinsiyyət yönündən həm də kimə xitab etdiyi yöndən bu ayəni aydınlaşdırmaq məqsədiylə bütövlükdə oxuyaq görək burada qəsd edilənlər kimlərdir:

وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَىٰ ۖ وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا 

“Evlərinizdə qərar tutun!   İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edinEy əhli Beyt! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.” (Əhzab, 33.)

(Ərəb dilini bilməyənlərə) Ayədə kimə müraciət edildiğinin rahat başa düşülməsi üçün qadın cinsinə aid olan kəlimələrin altından xətt çəkdik.

Bu xitabın xüsusiylə qadın cinsinə müraciətlə yəni, peyğəmbərin zövcələrinə aid olduğunu ərəb dilini bilənlərin inkar etməsi mümkün olmadığı üçün, şiə müfəssirləri bu ayələrin qadın cinsinə bir kinayə ilə yazıldığını irəli sürərlər.[11] Yəni, “dişi cinslə ifadə edilsə də əslində qəsd edilənlər kişi cinsidir”– deyirlər.

Bir üstdəki ayədə də heç şübhəyə məhəl buraxmayacaq şəkildə açıq aydın belə buyrulmaqdadır:

يَا نِسَاءَ النَّبِيِّ لَسْتُنَّ كَأَحَدٍ مِنَ النِّسَاءِ ۚ إِنِ اتَّقَيْتُنَّ فَلَا تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَقُلْنَ قَوْلًا مَعْرُوفًا

“Ey Nəbinin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, (yad kişilərlə) cilvəli danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın.” (Əhzab, 33/32)

Bu qədər açıq-aydın ayəyə baxmayaraq, Qurana öz əqidələrinə uyğun məna verənlər və bunun üçün hətta kəlimələri təhrif edənlər, daha da həddi aşaraq: “Bu ayənin, Əhzab 33-lə əlaqəsi yoxdur, müstəqil bir ayədir[12] və ya sonradan xəlifələr dövründə əlavə edilmişdir” – deyərlər. Şiənin Gulat qismi bu ayəni Rəsulullah tədbir məqsədli yəni, insanlar əhli beytin məsumiyyətini başa düşüb onları incidərlər deyə, təqiyyə ilə oraya yerləşdirdiyini iddia etməkdədir.[13]

Nəticə olaraq, əlbəttə ki biz, Rəsulullahın belə şeylərdən uzaq olduğuna inanırıq. Ona belə şeyləri ancaq rəsulullahı və dini öz düşüncələrinə, siyasətlərinə və əqidələrinə alət edən şərtlənmiş insanlar rəva bilərlər desək, yanılmarıq. Allah, heç kimə ən sevdiyi bəndəsinə belə məsumiyyət verməmişdir. İddia etdikləri heç birində əhli Beytin məsum olduğu vurgulanmaz. Onlara istinad edilən belə bir xüsusiyyət, insan təbiəti və şəxsiyyətiylə də uyuşmaz. Allah, özünə ən yaxın bəndəsi Muhəmməd əleyhissəlamı belə Quranda bu cür vəsf etməkdədir:

قُلْ مَا كُنتُ بِدْعًا مِّنْ الرُّسُلِ وَمَا أَدْرِي مَا يُفْعَلُ بِي وَلَا بِكُمْ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَى إِلَيَّ وَمَا أَنَا إِلَّا نَذِيرٌ مُّبِينٌ

De ki, mən elçilərin ilki deyiləm. Mənə və sizə nə ediləcəyini də bilmirəm. (Əhqaf 9)

Bir başqa ayədə Allah Nəbisinə belə, günahın üçün istiğfar/tövbə et, buyurmaqdadır:

فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ بِالْعَشِيِّ وَالْإِبْكَارِ 

“Səbr et! Həqiqətən, Allahın vədi haqdır. Günahının bağışlanmasını dilə, axşamüstü və sübh çağı Rəbbini həmd ilə təriflə.” (Mömin, 40/55).

Fəqət insanların çoxu Allah ilə özləri arasına müqəddəsləşdirdikləri şəxsləri qoymaq surətiylə onlara bəzi xüsusiyyətlər yükləyir və öz arzularına alət etməyə çalşırlar. Belələri ilə əlaqədar Allah Təala:

 “Yoxsa onların göylərin (yaradılmasında) bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl (nazil olmuş) bir kitab və ya elmdən qalan bir əsər gətirin”. “Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən şəxslərə yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki (bu şəxslər) onların yalvarışından xəbərsizdirlər. “İnsanlar bir yerə toplanılacaqları zaman (şəxslər) onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər.” (Əhqaf 4-6)

Son olaraq, Allahın ayələrini təhrif edən və insanlara qeyri-adi vəsflər verib onları müqəddəsləşdirənlərə Quranın bu xəbərdarlığını xatırlatmaq istəyirik:

أَمْ عِندَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ

“De ki o qeybin açarları/gizli məlumatlar onların əlindədi onlar da yazırlar?!” (Qələm 47)

 

Müəllif: Aydın Mülayim.

Dini məslələrdə suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Küleyni, “Usulu Kafi”, bab, 103, 1/314.

[2] Küleyni, açə, bab, 66. 1/245.

[3] Küleyni, açə, bab, 104, 1/316; əl-Muzəffər, Muhəmməd Rza, “Akaidul-İmamiyyə”, çvr: Abdulbaki Gölpınarlı, İslâm Kütübhanesi, İstanbul,1978,  s. 51, 63; Təhrif etdikləri ayələrin birindən isə belə bir hökm çıxarmışlar. Ayə belədir: Ayələrxəbərdarlıqlar iman etməyən  bir qövmə  fayda verməz.” (Yunus, 101) Burada, “Ayələr” kəliməsindən qəsd edilən imamlar, “xəbərdarlıqlar”  kəliməsindən də qəsd edilən peyğəmbərlərdir”- deyərlər və sonra da; Allah öncə ayələrə, sonra isə xəbərdarlıqlara işarət etmişdir ki, buradan da belə nəticə çıxır ki, imamlar peyğəmbərlərdən üstündür.” (əl-Küleyni, açə., 1/207.)

[4] Muhamməd Məscidi Camii, “Əhl-i Sünnə və Şiədə Siyasi Düşüncənin Təməlləri”, İnsan Yay. Çev: Ejder Okumuş, İstanbul, 2012, s. 54.

[5] Cəfər Yusufi, “İmamları Tanımaq”, s. 9.

[6] əl-Məclisi, “Biharul Ənvar” c. 25, s. 285; Tusi, “əl-Əməli” kitabında İmam Cəfərin belə dediyini nəql edər: “Gənclərinizi həddi aşanlardan uzaq tutun ki, onları yoldan çıxarmasınlar. Çünki, Gulat/həddi aşanlar, Allahın ən pis məxluqlarıdır. Onlar, Allahın əzəmətini kiçildir və Allahın qullarına Rəblik istinad edirlər. Allaha and olsun ki, Gulat/həddi aşanlar; Yəhudilərdən, Nəsranilərdən, Məcusilərdən və müşriklərdən daha pisdir.” (Tusi, “əl-Əməli”, s. 650)

[7] “Bunu hər kəs bilməlidir ki, Əli və Fatimədən doğulan, insanlar kimi olmaz!” (Küleyni, Usulu Kafi, bab, 144, 1/440); “Kainat imamların nurundan yaradılmışdır.” (Biharul Ənvar, c. 15, s. 10-11.)

[8] Ayədən Əli, Fatimə, Həsən və Hüseyn (ə.s.) qəsd edildiyini fərz etsək belə, bunlardan sonra gələn imamların məsum olduqları barədə Quranın hansı ayəsində bəhs edilməkdədir?

[9] Təbatabai, ‘əl-Mizan’; Təbersi, “Məcmaul-Bəyan”; Tusi, “Tıbyan”, ayətin təfsiri.

[10] Təbərsi, “Məcmiul-Bəyan”, c. 8, s. 137; Tirmizî, “Sünən”, həd. no: 3130; Əhməd b. Hənbəl, “Fəzailus Səhabə”, c. 2, s. 761.

[11] Tusi, “Tıbyan”, Əhzab surəsi 33-cü ayənin təfsiri; Təbatabai, “əl-Mizan”, Əhzab 33-ün təfsiri.

[12] Şirazi, “Təfsiri Nümunə”, Əhzab surəsi, 33-cü ayənin təfsiri.

[13] Bəziləri də bu ayəni Allah, elçisinə belə əmr etdiyi üçün oraya yerləştirdiyini deyər və bir növ, Allahın belə təqiyyə etdiyindən bəhs edər.

Facebook'ta PaylaşTwitter'da Paylaş
62 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 6.002 dəfə oxundu
2 Etikaf 23.06.09 4.749 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 12.508 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.517 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 5.670 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.545 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.341 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 17.602 dəfə oxundu
9 Təsbeh 06.07.09 3.551 dəfə oxundu
10 Nəsx və daşqalaq cəzası 27.05.10 4.289 dəfə oxundu
11 Fitr sədəqəsi 20.06.09 3.610 dəfə oxundu
12 İsra və Merac 02.04.16 1.113 dəfə oxundu
13 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.327 dəfə oxundu
14 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.303 dəfə oxundu
15 Qəndil 30.06.09 7.452 dəfə oxundu
16 Şəfaət 08.04.10 3.076 dəfə oxundu
17 Surroqat analıq 03.02.12 4.637 dəfə oxundu
18 Təvəssül 10.06.13 2.937 dəfə oxundu
19 Ailənin adından bir qurban 26.02.10 3.500 dəfə oxundu
20 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 12.203 dəfə oxundu
21 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.433 dəfə oxundu
22 Piramida və şəbəkə marketinqi 24.02.12 2.450 dəfə oxundu
23 İslamda geyim ədəbi 05.06.13 3.171 dəfə oxundu
24 Donuz dərisi 02.11.09 3.158 dəfə oxundu
25 Talaq: kişinin boşamaq hüququ 18.07.10 7.184 dəfə oxundu
26 İslamda falçılığa münasibət 27.11.10 7.454 dəfə oxundu
27 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 2.826 dəfə oxundu
28 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.175 dəfə oxundu
29 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 3.757 dəfə oxundu
30 Heyzli qadının ibadəti 24.02.10 35.022 dəfə oxundu
31 Oruc və orucun başlanğıcı 27.08.10 8.678 dəfə oxundu
32 Şəfaət inancı 08.02.11 2.831 dəfə oxundu
33 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.824 dəfə oxundu
34 Uşaqların evləndirilməsi 26.01.15 2.876 dəfə oxundu
35 İftida: qadının boşanmaq hüququ 14.05.09 7.688 dəfə oxundu
36 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.415 dəfə oxundu
37 Zikrin fəzilət və faydaları 26.11.10 4.369 dəfə oxundu
38 Kəramət nə deməkdir? 15.02.11 3.535 dəfə oxundu
39 Qadınların sünnəti 15.07.12 12.954 dəfə oxundu
40 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 1.935 dəfə oxundu
41 Qadınların şahidliyi 14.05.09 2.782 dəfə oxundu
42 Quran və müsəlmanlar 29.01.10 4.502 dəfə oxundu
43 Dua 25.11.10 6.706 dəfə oxundu
44 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 5.036 dəfə oxundu
45 Əsl kafir kimdir? 21.07.12 8.609 dəfə oxundu
46 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 1.993 dəfə oxundu
47 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.641 dəfə oxundu
48 Dəlillərlə Cümə namazı 12.02.10 5.844 dəfə oxundu
49 Donuz əti və ziyanları 08.12.10 5.501 dəfə oxundu
50 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.472 dəfə oxundu
51 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.412 dəfə oxundu
52 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.355 dəfə oxundu
53 Hicabı qadağan edənlər 14.05.09 3.302 dəfə oxundu
54 İnsan cəsədi və avtopsiya 05.02.10 3.468 dəfə oxundu
55 Şirk və küfr 14.07.11 3.340 dəfə oxundu
56 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 2.999 dəfə oxundu
57 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 1.961 dəfə oxundu
58 Nişanlıların kəbini 14.05.09 10.691 dəfə oxundu
59 Qadınlar və Cümə namazı 26.03.10 6.470 dəfə oxundu
60 Quranda əşyaların dili 04.07.11 14.080 dəfə oxundu
61 Mutəvatir hədis 28.09.12 1.845 dəfə oxundu
62 Vəsilə nədir? 27.05.16 1.899 dəfə oxundu
63 Münafiqlərin korluğu 10.04.10 1.968 dəfə oxundu
64 Valideyndən xəbərsiz kəbin 29.06.09 9.349 dəfə oxundu
65 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 1.882 dəfə oxundu
66 Hikmət 09.01.16 3.545 dəfə oxundu
67 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 2.053 dəfə oxundu
68 Nikaha nəzarət 14.05.09 6.446 dəfə oxundu
69 Ölüdən kömək gözləmək 28.03.10 3.685 dəfə oxundu
70 Quranı öyrənmənin üsulu 16.12.15 4.276 dəfə oxundu
71 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 947 dəfə oxundu
72 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.699 dəfə oxundu
73 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.421 dəfə oxundu
74 Faiz 29.03.10 4.200 dəfə oxundu
75 QÜTBÜ ƏZƏM 24.03.14 2.401 dəfə oxundu
76 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.381 dəfə oxundu
77 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.062 dəfə oxundu
78 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.384 dəfə oxundu
79 Namazları cəm etmək 08.04.10 6.375 dəfə oxundu
80 Seyyidlər kimlərdir? 16.10.11 7.082 dəfə oxundu
81 Qəza-qədər məsələsi 24.02.13 3.886 dəfə oxundu
82 Qadınların döyülməsi 29.03.17 888 dəfə oxundu
83 Quranda və sünnədə namaz vaxtları 11.09.14 5.429 dəfə oxundu
84 Vərdişlər 10.04.10 2.552 dəfə oxundu
85 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.751 dəfə oxundu
86 Mütə nikahı (siğə) 07.03.13 7.455 dəfə oxundu
87 Tağut 28.04.17 1.745 dəfə oxundu
88 İnsan peyğəmbər 06.07.09 3.645 dəfə oxundu
89 Allah, insan və xələf-sələf 12.04.10 2.714 dəfə oxundu
90 Kişinin seksuallığı 09.01.12 14.208 dəfə oxundu
91 Vəhy 12.04.13 1.753 dəfə oxundu
92 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 62 dəfə oxundu