Müsəlmanlar

Şəriət nədir?

Sual: Şəriət nə demək və niyə insanlar şəriət deyəndə qaçırlar? Deyirlər “görürük şəriət ölkəsi olan Ərəbistanı, İranı. Nə inkişaf var nə də insan haqları”. Sizcə düz demirlər?

Cavab: Şəriət, ərəb dilində “qanun, qayda” anlamına gəlir.

Əlbəttə, İslam dövləti və şəriət dedikdə ilk növbədə ən çox bu iki ölkə ağla gəlir: İran və Səudi Ərəbistanı.

Necə ki, Müsəlman dedikdə mollalar və özlərini müsəlman adlandıran amma İslamla əlaqəsi olmayan bir çox insanlar ağla gəldiyi kimi. Uca Allah bu barədə belə buyurmaqdadır:

“İnsanlardan elələri də var ki, “Allaha və axirət gününə inandıq” deyirlər. Halbuki onlar inanıb güvənməmişlər.” (Bəqərə 2/8).

Adına İslam dövləti deyilən İran və Ərəbistan rejiminin şəriətlə, yəni, Allahın qoyduğu qayda-qanunlarla bir əlaqələrinin olmadığını biraz Quranı oxuyub başa düşənlər bilirlər. Siyasi cəhətdən də bu ölkələrin, xarici qüvvələrin əliylə qurulduğunu ağlı başında olanların görməməsi mümkün deyil.

Bunu başa düşməliyik ki xilafət Müaviyə tərəf qəsb edildikdən sonra İslam bir çoxları üçün sözdə, Müsəlmanlıq isə adda qaldı. Sonra bu ad da əksik görülüb özlərini “Sünni”, “Şiə” olaraq təqdim etdilər. Bu iki məzhəbin baxış tərzinə “İslam”, ortaya qoyduğu qanunlara, hökmlərə də “şəriət” dedilər. Yəni şəriət deyə gördüyünüz və eşitdiklərinizin Allahın qoyduğu şəriətlə, İslamla heçbir əlaqəsi yoxdur. Ona görə də ağlı başında olan hərkəs onların uydurduqları bu şəriətdən qaçır. Yalnız şərtlənmiş insanlar belə bir dini və şəriəti müdafiə edərlər. Çünki, onların uydurduğu bu şəriət (!) rejimi, kafirlərin uydurduqları rejimlərdən qat qat təhlükəli və zərərlidir. Haqsızlıq, zülm hər ikisində də mövcuddur. Batıl olma yönündə hər ikisi də batıldır. Amma kafirlərin ortaya qoyduğu rejimlərdə, insanların ortaya qoyduğu şəriətdən fərqli olaraq ən azından insan hürriyyətinə, düşüncəyə nisbətən yer verilməkdədir.

Əlbəttə kafirlərin uydurduqları bəzi rejimlərdə də məsələn, “sosialist” rejimlərdə insan azadlığına yer verilməz. Bunu biz, Keçmiş sovetlər dövründə gördük. Türkiyədə qurulan Cumhuriyyət Kemalist rejimi, çıxardığı şapka qanunu ilə yüzminlərlə insanı başına yəhudi şapkası taxmadığı üçün qətlə yetirdi və həpsdə çürütdülər. İslama olan nefrətləri səbəbi ilə hal-hazırdakı Ak parti iqtidarına qədər hicab geyinənləri dövlət orqanlarından, təlim-tədrisdən uzaqlaşdırdılar. Ona görə də insanların əksəriyyəti, mənəviyyatı istismar edən şəriət kimi, sosializm kimi ideoloji sistemlərin yerinə, kapitalizm kimi maddi istismara yol açan sistemləri tərcih edirlər. Biri digərindən daha ədalətli olduğu üçün deyil, sadəcə düşüncə əsiri olmaqdansa, hərhansı qadağalardan və əməllərindən ötrü öldürülməkdənsə, maddi yöndəki istismarın bir parçası, qulu olmağı seçirlər.

Nəticə etibarilə; insanların Allah adından uydurduqları şəriətdə və bəşəri digər rejimlərdə zülüm, əxlaqsızlıq, maddi və mənəvi dəyərlərin istismarı qaçınılmazdır. Bunlar nə ədalət, nə insan haqları və söz azadlığı olaraq təqdim edilən demokratiyanı qoruya bilməzlər. Sadəcə bu kimi dəyərli qavramları istismar etmək üçün işlədərlər.

İnsana lazım olan hər cür dəyəri qazandıran yalnız İslamdır və yalnız Allahın qoyduğu şəriət bu dəyərləri qoruyub saxlaya bilər. Uca Allah bunun üçün kitabı/Quranı nazil etmişdir. Təəssüf ki, biz, bu konstitusiyanı alıb, ölülərimiz üçün oxuyuruq. Beləcə, dinimizi öldürməklə, öz dəyərlərimizi də öldürmüş ölü bir xalq halına gəldik. Sonra da haqsızlıqdan, ədalətsizlikdən bəhs etməyə çalışırıq.

Şəriəti təkcə bir dövlətdə tətbiq etmək kifayət deyil. Çünki şəriət, daha çox insanın özünə lazımdır və bunun üçün onu öz üzərində qurmağa çalışmalıdır. Əslində özü-özünü idarə edə bilmə qabiliyyəti olan hər insan şəriət sahibidir. Belə bir insana Allah, “Müttəqi” yəni, “öz insanlığını, təbii halını qoruyub saxlayan, Allaha qarşı gəlməkdən çəkinən” – deyir.

Qısacası, Allahın qoyduğu şəriət yəni qanunlar insanlığımızın, ədalətin, birlik və bərabərliyimizin qorunması üçündür. Buna qarşı çıxanlar ya cəhalətlərindən ya da kafirliklərindən yəni əsasən haqqa, insanlığa düşmənliklərindən qarşı çıxırlar.

“Nuha tövsiyə etdiyi, sənə vəhy etdiyi, İbrahimə, Musaya və İsaya da tövsiyə etdiyi “Dini təhrif etmədən qoruyub saxlayın və onda ayrılığa düşməyin!” sözünü Allah dində sizin üçün şəriət/qanun olaraq təyin etdi. Müşrikləri dəvət etdiyin (din) onlara ağır gəldi. Allah istədiyini (elçi) seçər və Ona yönələni doğru yola yönəldər.” (Şura 42/13)

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/elanlar-xeberler/13594.html

https://www.muselmanlar.com/kitablar/5823.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.