Müsəlmanlar

Ölümə Hazırlıq.

Ölümə Hazırlıq

Ölümü və həyatı yaradan Odur. Bunlar, hansınız daha gözəl iş edəcək deyə sizi yorucu bir imtahandan keçirmək üçündür…” (Mülk, 67/2)  deyə buyuran Allah, ölümün də eynilə həyat kimi bir imtahan vasitəsi olduğunu bizlərə öyrətmişdir.

Uca Allah bu dünyada ölümün hər kəs üçün keçərli bir ilahi qanun olduğunu belə elan etmişdir:  “Hər canlı ölümü dadacaqdır!” (Al-i İmran, 3/185). “Harada olursunuz olun, istər sağlam qalalar içində olun, ölüm sizi yaxalayacaq…” ( Nisa, 4/78 ) və “ De ki: Özündən qaçdığınız ölüm sizi yaxalayacaq. Sonra, gizlini də, aşkarda olanı da bilən Allahın hüzuruna çıxarılacaqsınız…” (Cumə, 62/8) ayələri də ölümdən qaçmanın əsla mümkün olmadığını göstərən ilahi prinsiplərdəndir.

İnsanlar həyat qədər gerçək olan ölümdən adətən;

  • Ölümün gerçək mahiyyəti haqqında bilgi sahibi olmamaqdan,
  • Ölümün çətin və acı verən bir həqiqət olduğunu düşünməkdən,
  • Ölümlə birlikdə (mal-mülk kimi) və mənəvi dəyərlərini (ailə kimi) itirməkdən,
  • Bədənin çürüyüb dağılması ilə ruhun da eyni aqibətə uğrayacağını zənn etməkdən,
  • Ölüm sonrasında başına gələcək şeyləri tam olaraq bilməmək və ya pis şeylər gələcəyini təxmin etməkdən ötrü qorxarlar.[1]

Ölüm qarşısında duyulan qorxu və narahatlığın ən təsirli əlacı, həqiqətləri olduğu kimi qəbul etmək və necə yaşamaq lazımdırsa o şəkildə yaşaya bilməkdir. Bunun yollarını; bizi, ölümü və həyatı yaradan göstərmişdir. Öz təbiətimizə uyğun yəni bir müsəlman kimi yaşamağı bacarmalıyıq. Müsəlman kimi yaşamaq, Haqqa, həqiqətə təslim olaraq yaşaya bilməkdir. Bir insan o zaman həyatda hüzur tapar və ölüm gerçəyi ona heç bir mənfi təsir bağışlamaz. Tam tərsinə ona həm dünyası həm də axirəti üçün də hazırlıq görməyə vadar edər. Bu səbəblə Allah bizə əsl şəxsiyyət olan müsəlman olaraq ölməyi tövsiyə etməkdədir:

“ Ey inananlar! Allahdan necə çəkinmək gərəkirsə elə çəkinin! Və son nəfəsinizə qədər (Allaha) təslim olmağa davam edin!” (Al-i İmran, 3/102)

Təbii ki, imanlı olaraq can verə bilmək üçün olmazsa olmaz şərt, həyatı iman və İslam üzrə yaşamaqdır. Çünki insan necə yaşayırsa elə ölür və necə ölürsə o şəkildə dirilir. Allah Təala belə buyurmuşdur:

“Kim Rəbbinə qovuşmağı umursa yaxşı iş etsin və Rəbbinə qulluqda, heç bir şeyi Ona ortaq saymasın!” (Kəhf, 18/110)

Allahın əmrlərini əlindən gəldiyi qədər yerinə yetirən və qadağalardan da qacınan Müsəlman ölüm sonrası üçün yaxşı şeylər ummalıdır. Çünki Allah Təala belə buyurmuşdur:

“ İnanıb güvənən, yaxşı işlər edən, namazı düzgün və daimi qılan, zəkatı da verənlər Rəbbləri qatında mükafat haqq edərlər. Onların üzərində bir qorxu olmaz, üzüntü də çəkməzlər.” (Bəqərə, 2/277)

“Rəbbimiz Allahdır” deyib dosdoğru davrananlar nə bir qorxu duyar nə də üzülərlər.” (Əhqaf, 46/13)

Nəbimiz də ölümü ən çox xatırlayan və ölümdən sonrası üçün ən gözəl şəkildə hazırlananları “ən ağıllı möminlər” olaraq təsvir etmişdir.[2]

Bu ümumi girişdən sonra yazımızın geri qalan bölümündə ölüm hadisəsi ilə qarşılaşılması durumunda nələr edilməsi gərəkdiyinə dair bəzi xatırlatmalar etmək istəyirik. Öncə fiqh və elmihal dilində “mühtəzar” olaraq adlandırılan, yəni ölüm döşəyində olan kimsələrlə/xəstələrlə əlaqədar edilməsi gərəkənləri görməyə çalışaq

ÖLMƏK ÜZRƏ OLANLAR

Xəstədə ölüm əlamətləri görüldükdə, əgər problem yoxdursa, onu qibləyə doğru çevirmək sünnət qəbul edilməkdədir. Alimlərin bir çoxuna görə bu, Müsəlmanların yatarkən aldıqları vəziyyət olmalı; yəni mühtəzar sağ tərəfi üstündə yatırılıb üzü qibləyə çevrilməlidir.[3] Başı azacıq yüksəldilib ayaqları qibləyə doğru uzadılaraq kürəyi üstdə yatırılmasında da bir qəbahət yoxdur. Fəqət bunların mütləq edilməsinin gərəkli olmadığı unudulmamalıdır. Önəmli olan, xəstəyə daha əlavə əziyyət verməməkdir.

Ölmək üzrə olan insana son nəfəsini imanla verə bilməsi üçün kəlimeyi tövhid təlqin edilir. Fəqət xəstənin yanında tez-tez  kəlimeyi tövhid və ya şəhadət gətirmək və bunu ona söylətməyə çalışmamaq gərəkir. Çünki xəstə, içində olduğu o çətin durum və çəkdiyi sıxıntıların şiddətinə görə bu təlqindən sıxıla bilər və dinən uyğun olmayan sözlər də söyləyə bilər. Bu səbəbdən xəstə bir dəfə şəhadət gətirdikdən sonra bir daha təkrarlamağa gərək yoxdur.

Əbu Səid əl-Xudri-dən rəvayət edildiyinə görə Nəbimiz belə buyurmuşdur:

“Ölmək üzrə olanlarınıza La ilahə illallah deməyi təlqin edin!”[4]

Bir çox İslam alimi rəvayət mətnində keçən “mevta/ölülər” sözü ilə ölmək üzrə olan xəstələrin nəzərdə tutulduğunu bildirmişlər.[5] Bu anlayışın söykənəcəyi, ölülərin diriləri duymayacaqlarını ifadə edən nasslar (ayələr) ilə Rəsulullah və əshabının bu istiqamətdəki tətbiqatlarıdır. Çünki onlar bu təlqini son anlarını yaşayan xəstələrə etmişlər.[6] Hər nə qədər hədis quruluşu baxımından zəif[7] də olsa ölüm döşəyindəki xəstəyə Yasin surəsi oxunması gərəkdiyi ilə əlaqədar hədis də bu şəkildə düşünülməlidir. Nəbimizə nisbət edilən bu rəvayət belədir:

“Ölmək üzrə olanlarınıza Yasin oxuyun”[8]

Bu xüsusu ifadə etdikdən sonra müfəssirlərdən İbn Kəsirin (ö. 774/1373) “İnsanın öz çalışmasından başqası özünə aid deyildir.” (Nəcm, 53/39) ayəsinin təfsirində, ölmək üzrə olanlara deyil, ölmüş olanların ardından, yəni onların ruhu üçün Quran oxunması ilə əlaqədar olaraq ötürdüyü bu bilgilərə yer vermək istəyirik. İbn Kəsir deyir ki:

“İmam Şafii və ona tabe olanlar, bu ayədən Quran oxumanın savabını ölülərə çatmayacağı hökmünü çıxarırlar. Necə ki, Quran oxuma nə onların/ölülərin  əməllərindən nə də qazanclarındandır. Bu səbəblədir ki, Rəsulullah, ümmətini buna çağırmamış, təşviq etməmiş, açıq bir ifadə ilə də, eyham yolu ilə də onlara belə bir yol göstərməmişdir. Səhabədən heç kimdən bu xüsusda bir nəql də yoxdur. Əgər bu, xeyirli olsaydı şübhəsiz onlar bu xeyirdə bizi ötüb keçərdi. Allaha yaxınlaşdıran əməllər ancaq nass ( Quran- sünnət ) ilə sabitlənər və bu xüsus ilə müqaisə etdikdə, müxtəlif görüşlərlə qərar verilə bilməz![9]

Ölülərin ardından Quran oxunması ilə əlaqədar elmi bir məqalə qələmə alan çağdaş bir araşdırmaçı məqaləsində bu nəticəyə gəlmişdir:

1 – “Ölülərə Quran oxunması ilə əlaqədar Qurani Kərimdə nə birbaşa, nə də dolaylı bir bilgi mövcud deyil.

2 – Peyğəmbərimizin sözlərini ehtiva edən məqbul və mötəbər hədis kitablarında da bu mövzunu birbaşa ələ alan səhih/sağlam bir xəbər tapılmamaqdadır. Qaynaqlarda yer alan hədislərin tamamına yaxını ya zəif ya da mövzu/uydurmadır. Bu bağlamda səhih hədis kitablarındakı tək hədis, Əbu Davud və İbn Macə-də yer alan və hər iki qaynaqda da Ma`kil b. Yesar tərəfindən rəvayət edilən Yasin surəsinin oxunması ilə əlaqədar hədisdir. İlk qaynaqda ala () cər ədatı ilə, ikinci qaynaqda isə ində () məkan zərfi ilə yer alan hədisin dəlaləti problemlidir.

3 – İslamın ilk dönəmlərində olmayan bu tətbiq, böyük ölçüdə, tarixi mərhələ içərisində ortaya çıxan bir tətbiqə söykənməkdədir. Bu, bir neçə psixososial səbəblərlə ortaya çıxmış ola bilər. Ən azından bunun Müsəlmanların o biri dünyaya yolçu etdikləri dindaşları ilə əlaqələrini bir şəkildə davam etdirmək və onlara hörmət əlaməti olaraq dəyərləndirdikləri düşünülə bilər” (12)

Ölüm döşəyindəki kimsələrlə əlaqədar bu bilgilərə nəzər saldıqdan sonra indi də ölüm hadisəsi baş verdikdə nə etmək gərəkir, maddələr halında onları görməyə çalışaq:

ÖLÜM GƏLİB ÇATDIQDA

  1. Ölüm hadisəsi baş verdikdə Nəbimizin “Ölənlərinizin yanında hazır olduğunuz zaman, (öldüyündə) gözlərini örtün”[10] buyuruğuna görə ölünün gözləri örtülür, çənəsi bağlanır və onun üçün xeyir dua edilir. Ümmü Sələmə valideynimiz belə demişdir: Rəsulullah, (vəfat edən) Əbu Sələmənin yanına girdi. Gözləri açıq qalmışdı, onları örtdü və sonra belə dedi: “Şübhəsiz ki, ruh alınan vaxt gözlər onu izləyər.” Deyərkən Əbu Sələmənin ailə ətrafından bəziləri fəryad etməyə başladılar. Bunun üstündən Rəsulullah: “(Belə etməyin!) Bir-birinizə sadəcə xeyir dua edin. Çünki mələklər söylədiklərinizə “Amin” deyərlər” – buyurdu. Sonra bunu əlavə etdi: “Allahım! Əbu Sələməni əhv et, dərəcəsini hidayətə çatanlar mərtəbəsinə yüksəlt. Gerisində qalanları sən qoruyub gözətlə. Bizə də, ona da məğfirət buyur. Ey Aləmlərin Rəbbi! Qəbrini genişlət və özünə orada nur xəlq elə (yarat)![11]
  2. Yaxınını itirən insan bu əsnada səbirli olmalı və Bəqərə surəsinin 156-cı ayəsində

buyurulduğu kimi başına gələn bu acı olayı: “Biz Allaha aidik və Onun hüzuruna çıxacağıq (inna lillahi və inna ileyhi raciun) deyərək” qəbul edə bilməlidir. Onsuz da səbr, başa gələn bu kimi acı hadisələr və sıxıntılar qarşısında göstərilməlidir. Acılar və sıxıntılar keçdikdən sonra səbr etmənin bir anlamı yoxdur. Necə ki, Nəbimiz “Səbr ilk sarsıntı sırasında göstərilən mətanətdir”[12] buyuraraq bu xüsusa diqqət çəkmişdir. Yenə O, “Birinizin başına bir müsibət gəldiyi zaman: `Biz Allaha aidik və Onun hüzuruna çıxacağıq. Allahım! Başıma gələn müsibətin mükafatını səndən gözləyirəm, bu səbəbdən mənə əcr ehsan et, mənim üçün onu daha xeyirlisi ilə dəyişdir.` desin!”[13] deyərək yuxarıdakı ayəyə istinad etmişdir.

Bunu da bildirmək gərəkir ki, ölüm kimi başa gələn müsibətlərdən sonra Allaha üsyan etməmək və Onun əmrinə təslim olmaq şərtilə üzülməkdə, ağlamaqda bir problem yoxdur. Rəsulullah sallallahu əleyhi və səlləmin də öz uşaqları və nəvələrinin ölümü üstündən ağladığı rəvayət edilmişdir ki, bu normal insani bir haldır. Səhabədən Ənəs b. Malik, hələ on səkkiz aylıq olan oğlu İbrahimin vəfatının ardından Rəsulullahın ağladığını, oradakıların “ Sən də ağlayırsan ya Rəsulullah?” sualı üstündən belə dediyini rəvayət etmişdir:

“Bu, mərhəmətdir. Göz yaşarır, qəlb üzülür; fəqət biz Rəbbimizin razı olacağı sözlərdən başqasını söyləmərik.[14] Əgər ölüm doğru bir vəd və hər kəs üçün keçərli bir gerçək olmasaydı və arxada qalan, öndən gedənə heç qovuşmayacaq olsaydı ey İbrahim, biz bu anda duyduğumuzdan çox daha böyük bir üzüntü çəkəcəkdik. Biz gerçəkdən sənin üçün çox kədərliyik.”

Yenə Ənəs b. Malik “Bizlər Rəsulullahın bir qızının ( Ümmü Gülsümün ) cənazəsində hazır olduq. Rəsulullah qəbrin bir tərəfində oturmuşdu. Mən Onun iki gözündən yaşlar axdığını gördüm”[15] demişdir.

Üsamə b. Zeydin rəvayətinə görə də qızı Zeynəbdən olma nəvəsi Ümeymə vəfat edərkən Nəbimizin gözlərindən yaşlar boşanmış. Bunu görən Sa`d b. Ubadə : “ Bu yaş, bu ağlama nədir ya Rəsulullah? “ deyə soruşduqda O da belə cavab vermişdir:

“Bu gözyaşı, bir rəhmətdir ki, Allah onu qullarının könülləri içinə qoymuşdur. Allah ancaq qullarından  mərhəmətli olanlara mərhəmət ehsan edər.”[16]

Möminlərə təsəlli vermək üçün “Müsəlmanlar mənim başıma gələn müsibətlərə baxsınlar və öz müsibətləri qarşısında güclü olsunlar.”[17] deyən də Nəbimizdən başqası deyildir.

  1. Cənazə dəfn edilmədən öncə insanın əgər varsa borcları ödənməli və ya borcuna zamin durulmalıdır.[18] Öldükdən sonra mal-mülkü qalan adamın öncə borcları ödənir, daha sonra mirası paylaşılır. Borcları ödənmədən mirası paylana bilməz!
  2. Ölüm hadisəsini ölənin yaxınlarına, dostlarına, qonşularına xəbər vermək və onların cənazə üçün görüləcək işlərə qoşulmalarını təmin etmək məqsədi ilə elan vermək gərəkir.

Rəsulullah, Həbəş Kralı Necaşinin ölümü ilə Mütə savaşında şəhid olan Zeyd b. Harisə,

Cəfər b. Əbi Talib və Abdullah b. Rəvahanın şəhadətlərini əshabına şəxsən özü bildirmişdir. Cənazə xəbərini “camaat məsciddən çıxarkən elan etmək, bələdiyyə mikrofonu və ya carçı vasitəsilə elan etmək, qəzetlərdə sadə və qısa ifadələrlə elan etmək qanuni olmalıdır. İslamın əsaslarını və namaz vaxtlarını elan etmək üçün təsis edilmiş olan minarələrin bu iş üçün istifadə olunması, üç-beş manat almaq üçün bəzi müəzzinlərin əzan verib ölüm elanı etmələri isə bidətdir…”

  1. Ölüm xəbərini alan yaxınların və qonşuların cənazə evinə yemək aparmaları sünnətdir. Abdullah b. Cəfərdən rəvayətə görə o belə demişdir: Cəfərin ölüm xəbəri gəldikdə Rəsulullah belə buyurmuşdur:

“Cəfərin ev xalqına yemək hazırlayın. Çünki onların başına özlərini məşğul edən bir iş gəlmişdir.[19]

  1. Ölünün yuyulması və kəfənlənməsi fərzi kifayədir.[20] Bu mövzuda uşaqlarla böyüklər arasında bir fərq yoxdur.

Ümumi qayda olaraq kişi cənazəni kişi, qadın cənazəni də qadın yuyar. Ər-arvadın bir-birini yuması xüsusunda məzhəblər arasında ixtilaflar olsa da hədislərin ümumi bəyanından bu anlaşılır ki, qadın ölən ərini yuya biləcəyi kimi, ər də ölən arvadını yuya bilər. Hənəfilərdən başqa digər üləmanın çoxu da bu qənaətdədir. Nəbimiz bir dəfə Aişə valideynimizə belə demişdir:

“Əgər sən məndən öncə ölərsən səni mən yuyaram, mən kəfənlərəm…”

Ayrıca Fatimə (r. Anha) vəfat etdikdə əri Əli b. Əbi Talib onu yumuş və səhabədən hər-hansı bir etiraz gəlməmişdir.[21]

Cənazə yuyulub kəfənləndikdən sonra namazı qılınır və ardından üsuluna uyğun bir şəkildə dəfn edilir.

Bir gün mütləq gəlib çatacaq olan və Nəbimizin ifadəsi ilə bütün ləzzətləri qaçıran ölüm[22] hadisəsini heç bir zaman ağıldan çıxarmamaq, nə zaman gələcəyi bəlli olmadığı üçün daima buna hazır olmaq və Cənabi Haqqın öyrətdiyi bu duaları dildən əskik etməmək gərəkir:

“Ey göylərin və yerin yaradıcısı olan Allahım! Bu dünyada da o biri dünyada da mənim ən yaxınım sənsən. Canımı təslim olmuş (Müsəlman) olaraq al! Məni yaxşıların arasına qat!” (Yusif, 12/101)

“Rəbbimiz! Üzərimizə səbir yağdır və canımızı Müsəlman olaraq al!” (Əraf, 7/126)

Müəllif: Dr. Yəhya Şenol.

Azərbaycan dilinə uyğunlaşdıran: Tarıyel Xanbabayev.

[1] Mustafa Çağrıcı, “Ölüm: İslam Düşüncesi” , TDV İslam Ansiklopedisi (DİA), İstanbul, 2007, c: 34, s. 36; Mehmet S. Aydın, Din Felsefesi, İzmir İlahiyyat Fakültesi Yayınları Vakfı, 10. Bs., İzmir, 2002, s. 236-237.

[4] Müslim, Cenaiz, 1 (916), 2 (917); Tirmizi, Cenaiz, 7; Ebu Davud, Cenaiz, 20.

[5] Nevevi, a.g.e., c: 6, s. 219.

[6] Karaman, a.g.e., s. 27-28

[7] Bu rəvayətin zəif olduğunu fərqli hədis alimləri əsərlərində zikr etməkdədir. Əbu Bəkr İbnu`L-Arabi Darekuti-nin bu rəvayətlə əlaqədar olaraq “Bu hədisin isnadı zəifdir, mətni məchuldur, bu mövzuda səhih bir hədis yoxdur” – dediyini rəvayət etmişdir. Bax: İbn Hacer el-Askalani, et-Telhisu`l-Habir, Müessesetu Kurtuba, 1995, c: 2, s. 212-213 hadis no: 735

[8] Ebu Davud, Cenaiz, 24; İbn Mace, Cenaiz, 4.

[9] İbn Kesir, Hadislerle Kurani Kerim Tefsiri, Çev: Bekir Karlığa, Bedrettin Çetiner, Çağrı Yayınları, İstanbul, 1993, c: 13, s. 7554

[10] Ahmed b. Hanbel, 4/125.

[11] Müslim, Cenaiz, 7 (920); Ebu Davud, Cenaiz, 16-17.

[12] Buxari, Cenaiz, 32, 42; Müslim, Cenaiz, 14(626), 15.

[13] Ebu Davud, Cenaiz, 17-18.

[14] Buxari, Cenaiz, 43; Müslim, Fedail, 62; Ebu Davud, Cenaiz, 23-24.

[15] Buxari, Cenaiz, 32.

[16] Buxari, Cenaiz, 32, 43; Merza, 9; Müslim Cenaiz, 11(923); Ebu Davud, Cenaiz, 23-24; Nesai, Cenaiz, 13, 22.

[17] Muvatta, Cenaiz, 14.

[18] Mehmet Şener, “Cenaze”, DİA, İstanbul, 1993, c. 7, s. 355.

[19] Ebu Davud, Cenaiz, 25-26; Tirmizi, Cenaiz 21.

[20] Karaman, a.g.e. s. 34.

[21] Hakim, el-Müstedrek, c: 3, s. 179, hadis no: 4769

[22] Nesai, Cenaiz, 3.