Hamının bildiyi Namaz.
- GİRİŞ
Namazın ilk dəfə Allahın elçisinə öyrədildiyi, əvvəlcədən namaz deyə bir ibadətin olmadığı düşüncəsi xalq arasında son dərəcə yayğındır. İnsanların nəzərində etibar sahibi, elm əhli olaraq görülən bəzi şəxslərin belə bu səhvə yol verdiklərini görməkdəyik.
Namazın zehnlərdə səhv və əksik məlumatlara əsaslandırılması, özüylə bərabər bir çox problemləri və sual işarətlərini gətirməkdədir. İnsanın Quran anlayışının, vəhy anlayışının, nəbi və din anlayışının pozulmasının əsasında bu səhv və əksik məlumatlar yatmaqdadır.
Bu məqaləmizdə Qurana əsaslanırılmış bir namaz anlayışı ortaya qoymağa çalışacağıq:
- NAMAZIN QILINMASI
Quranda namaz varmı? Namazın necə qılındığını mənə Qurandan göstərə bilərsənmi?
Bu cür və buna bənzər sualların yaranmasının başında insanların Quran və din anlayışının doğru olmaması gəlməkdədir.
– Quranda nə olmalı nə olmamalı?
– Rəsul və Nəbinin səlahiyyətləri nələrdir?
– İnsanın Quran xaricində inanması vacib bir mənbə varmı?
Bu və buna bənzər sualların cavabları bir insanın zehnində doğru oturmasa, doğru bir din anlayışına sahib olması imkansız hala gəlir. O halda Quran anlayışı üzərində durub, Allahın elçisinin başda namaz olmaqla dindəki ibadətləri necə və hardan öyrəndiyini başa düşməyə çalışaq:
a. Quranda nələr olmasa da olar?
İlk əvvəl bunu ağlımızdan çıxarmamalıyıq ki, Quran insanlığa nazil olan ilk kitab deyildir. Ondan əvvəl də Allah insanlığa Özünə qulluq edə bilmələri üçün lazım olanları öyrətmişdi. Allah Təala Quran haqqında belə buyurur:
نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقاً لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ التَّوْرَاةَ وَالإِنجِيلَ* مِن قَبْلُ هُدًى لِّلنَّاسِ وَأَنزَلَ الْفُرْقَانَ إِنَّ الَّذِينَ كَفَرُواْ بِآيَاتِ اللّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَاللّهُ عَزِيزٌ ذُو انتِقَامٍ
“O, sənə Kitabı haqq üzərə, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də insanlara doğru yolu göstərən rəhbər olmaq üçün O nazil etdi. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir.” (Ali-İmran, 3/3-4.)
Quran, əvvəlki ümmətlərin doğru tətbiqatlarını təsdiq edər. Bu səbəblə bilinən şeyləri təkrar izaha yer verməz. Məsələn, oruc da belədir:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
“Ey inanıb güvənənlər! Sizdən əvvəlkilərə vacib qılındığı şəkliylə, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (Bəqərə, 2/183.)
Bu ayə nazil olduğu dövrdən bu yana müsəlmanlar oruçlarını tutmağa başladılar. Ancaq görüldüyü üzrə ayədə orucun necə tutulacağı, oruca nə vaxt başlanıb nə vaxt bitəcəyi və oruç haqda qadağalar yer almırdı. Orucun necə tutulacağı ayəttə izah edilmədən müsəlmanlar necə oruç tutmağa başladılar?
Bu ayə nazil olduğu zaman Əhli Kitab bütün gün 24 saat müddətində oruç tuturdular.[1] Gecələr də yeyib içməz və cinsi əlaqəyə girməzdilər. Uca Allah belə buyurur: “Sizdən əvvəlkilərə vacib qılındığı şəkliylə…”
Müsəlmanlar da yuxarıdakı ayə ecabı özlərindən əvvəlkilərə vacib edildiyi şəkliylə oruçlarını tutmağa başladılar.
Ancaq bir müddət sonra müsəlmanlar bu ibadətdə çətinlik çəkincə Allah Təala asanlaşdırıcı ayələr nazil etdi:
“Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq (bu gündən) onlara yaxınlaşın və Allahın sizin üçün bəyəndiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın sərhədləridir, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə (Ondan) qorxalar.” (Bəqərə, 2/187).
Diqqət edərsəniz, Quranda oruclu halda cinsi əlaqənın qadağan olmasıyla əlaqəli (hər kəs bildiyi üçün) bir ayə yoxdur. Çünki, buna əvvəlkilərdən gələn açıq məlumata əsasən ehtiyac da görülməmişdir.
Bilinən şeylər haqqında izahata ehtiyac olmayan məsələlərdən bir başqa nümunə:
الْحَجُّ أَشْهُرٌ مَّعْلُومَاتٌ فَمَن فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلاَ رَفَثَ وَلاَ فُسُوقَ وَلاَ جِدَالَ…
Həcc (ziyarəti) məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc (ziyarəti) əsnasında (qadınıyla) yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır…(Bəqərə, 2/197)
Quranda heçbir ayədə bu ayların hansı aylar olduğu bildirilməz. Hər kəs tərəfindən bilinən bir şeyin izahata ehtiyacı yoxdur. Əgər Allah bilinəndən fərqli bir tətbiqat gətirəcəksə o zaman ayə nazil olur (Bəqərə 187-ci ayəsində oruç gecələrində cinsi əlaqə və yemək içməyin halal edilməsi kimi).
b. Namazın qılınması və Quran.
Quranda namaz qılınmasına dair verilən əmrlər ümumiyyətlə bu şəkildə qarşımıza çıxır:
…وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ
“… O namazı qılın ve o zəkatı verin.” (Müzəmmil, 73/20)
“Əl-saləh” kəliməsinin başında gələn “əl” kəliməsi, marifəlik (müəyyənlik) işarəsidir. Həmsöhbətləri tərəfindən bilinən şeylər üçün işlədilir. Başda nəbimiz olmaq üzrə bütün müsəlmanlar (eyni oruç nümunəsində olduğu kimi) “o namazı qılın” deyə bir ayə ilə qarşılaşdıqları zaman Allahın hansı namazdan bəhs etdiyini yaxşı bilirdilər. Beləliklə əhli Kitabın qıldıqları qaydada namaz qılmağa başladılar. Qüdsə (Beytul Məqdisə) dönərək namaz qılmaqları bunun sübutudur. Çünki, o zamanlar əhli Kitab Qüdsə yönələrək namaz qılırdı.[2] “O namazı qılın” əmri, Qüdsə tərəf dönmə əmrini də içinə aldığı üçün bu barədə (əlavə harasa dönmək barədə) bir ayə də nazil olmamışdı. Məkkədəki hanif müsəlmanlar da əhli Kitab kimi Qüdsə yönələrək namaz qılırdılar.
Müasir günümüzdə Rabbinik Yəhudilikdə namaz vaxtları və rəkatları aşağıdaki kimidir:
Yenə eyni mənbələrdə namaz qaydaları belə izah edilir:
(נשיאת ידים) (Nisiyat Kapayim): Başlayanda əlləri qaldırmaq.
(עמידה) (‘amidah): Qiyam
(בריכה) (Breikhah): Rüku, hər rekatda bir dəfə edilir.
(קידה) (Qidah): Səcdə, hər rekatda iki dəfə edilir.
(כריעה) (Kri’ah): Diz-üstü oturuş.
(עשה שלום) (Oseh Shalom): iki yönə salam vermək.[3]
Əhli Kitabın qıldığı 5 vaxt namazın gecə namazı xaricində bizim qıldığımız namazların rekatlarıyla birlikdə eyni namaz olduğunu görürük. Görüldüyü üzrə Quranda namazla əlaqədar nəsx edilən bir tək dəyişikliyin qiblə olduğu bizə ayənin nazil olmasıyla bildirmişdir.
Bunu da bilməliyik ki, Allah Rəsulu əvvəlkilərdən fərqli şeylər tətbiq etmək üçün deyil, əvvəlkilərdən gələn səhih tətbiqatları təsdiq etmək və dinləri ilə əlaqədar meydana gətirdikləri pozulmaları Quran ilə düzəltmək məqsədiylə göndərilmişdir. Aşağıdakı ayə bunu ifadə edir:
قُلْ مَا كُنْتُ بِدْعًا مِنَ الرُّسُلِ وَمَا أَدْرِي مَا يُفْعَلُ بِي وَلَا بِكُمْ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ وَمَا أَنَا إِلَّا نَذِيرٌ مُبِينٌ
“De: ‘Mən elçilərin birincisi deyiləm. Mənə və sizə nə üz verəcəyini də bilmirəm. Mən sadəcə mənə vəhy olunana tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdar edənəm!” (Əhqaf, 46/9).
Nəticə olaraq, Quranda ümumi xətləriylə bəhs edilən namaz, əvvəlki ümmətlərin də qıldığı namazdır. Dəstəmaz da bu qaydada və Maidə surəsinin 6-cı ayəsində sadəcə ayaqların yuyulmasının məshlə yüngülləşdirildiyi bildirilmişdir.
Məsələni daha yaxşı idrak etmək üçün Musa əleyhissəlamla əlaqəli bu son ayəni də nəzərdən keçirək:
إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي
“Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün o namazı qıl!” (Tə-ha, 20/14).
Yuxarıdakı ayətə baxanda Allahın Musa (ə.s.)-a “namaz qıl!” deyə bir əmr verdiyini görürük. Ancaq Musa (ə.s.) namazı onsuz da bildiyi üçün Allaha: “Namaz nədir? Necə qılınır?”-deyə soruşmaq ehtiyacı hiss etməmişdir. Eynilə “o namazı qıl!”- deyə, nazil olan ayədəki qayda Rəsulullah üçün də keçərli olmuşdur.
Müəllif: Vədat Yılmaz.
[1] Fasting in the Jewish Tradition, Rabbi Arnold BIENSTOCK