Müsəlmanlar

Yaxşı işlər görən qeyri-müsəlmanların halı necə olacaq?

Sual: Yaxşı işlər görən qeyri-müsəlmanların halı necə olacaq?

Cavab: Hər insan, harda olmasından və necə yaşamasından asılı olmayaraq, Allahın verdiyi fitri/təbii dəyərlər ölçüsündə hesaba çəkiləcəkdir. Əgər fitrətini pozmamışsa yəni, Allahın ona verdiyi müsbət, insanlıq keyfiyyətlərini itirməmişsə, xüsusilə Allaha şərik qoşmamısa, o insanın axirətdəki halının da nəticədə yaxşı olacağına inanırıq.

Uca Allah, bütün ümmətlərə elçi göndərildiyindən bəhs edər.[1] Bu elçilər, vəfat etdikdən sonra göndərilən kitablar təhrif edilsə də edilməsə də onun mahiyyəti sonrakı nəsillərə çatdırılmadığı təqdirdə belə(İslam ümmətinin çoxu buna daxildir), insanlar Allahın yaratdığı ayələrinə baxaraq Yaradanın tək bir ilah olduğuna və onun heç bir şəriki olmadığına şahidlik etməlidirlər.[2] Bu həqiqəti qəbul etməyənlər, hansı ümmətdən olur-olsun Quranda kafir olaraq vəsf edilirlər.

Əgər bir insana Allahın nazil etdiyi həqiqətlər (kitablar, elçilər) çatdığı təqdirdə, bunlara inanmayıb və əmrlərinə məhəl qoymayıb öz bildiyi kimi yaşayıbsa, belə bir insanın axirətdə çəkəcəyi vardır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7036.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Nəhl, 16/36.

[2] Allah, Quranda bu barədə ən gözəl nümunəni İbrahimin timsalında verməkdədir. Bax: Ənam, 6/74-82.