Müsəlmanlar

Fitrə nədir və nə qədər verilməlidir?

Cavab: Fitrə və ya fidyə sözü eyni mənanı verir və bu söz, “bir insanı sıxıntıdan qurtarmaq üçün ödənən bədəl/miqdar” anlamına gəlir.

Ramazan ayında verilən fitrə də bu məqsədlə verilir. Uca Allah: “…Orucu tuta bilənlərin bir çarəsizi doyuracaq qədər fidyə (fitrə) verməsi lazımdır. Kim fidyəni xeyrinə artırırsa, onun üçün daha xeyirlidir. Biləsiniz (xəstə və səfərdə olduğunuz halda) oruc tutmağınız sizin üçün daha xeyirlidir” (Bəqərə 2/184).

Ayədə fitrəni oruç tutan (varlı, kasıb bütün) şəxslərin verəcəyini bildirdiyi halda, ənənə dini mənsubları bunu oruç tuta bilməyənlərin verəcəyini bildirmiş və özlərindən bu ayənin məalına mənfi ön söz əlavə etmişlər.

Fitrənin miqdarı da ayədə görüldüyü kimi və peyğəmbər əleyhissəlamın buyurduğu kimi, bir çarəsizi bir gündə (səhər-axşam) doyuracaq qədər olduğunu və bunu 3 kq buğda, arpa və başqa qida məhsulları ilə göstərmişdir. Bu miqdar (3 kg buğdanın qarşılığı nə isə), pulla da ödənilə bilər. Bildirilən miqdar minimum miqdardır (hər oruc tutan ödəyə bilsin deyə). Əlavə vermək isəyən əlavə savab almış olur.

Allah oruçlarınızı qəbul etsin!

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/tedqiqatlar/849.html

https://www.muselmanlar.com/fitvalar/3833.html

https://www.muselmanlar.com/fitvalar/6689.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.