Sual: Bir yaxın qohumumuz var hicabdadır xanımın başında xəstəlik var və neçə ildir müalicə edir xeyirini görmür həkimlər də bildirir ki hicabı açmalısan beyinə oksigen getmir qan dövranı normal işləmir. Bilmək istərdim ki xanım hicabın aça bilərmi? Ona günah yazılarmı?
Cavab: Rəbbimiz insan fitrətinə zidd qanunlar qoymaz, hökmlər verməz.
İnsanın başına oksigen hicabdan yox, ciyərlərdən gəlir. Hansısa həkim əgər belə bir şey deyibsə ya hicabın, İslamın düşmənidi ki, bunu qəsdli olaraq söyləyir. Ya da həkim deyil. Çünki sizin bu sualınızı bir neçə həkimə bildirəndə, onlar, bunun ağlı başında olmayanın gülünç bir iddiası olduğunu ifadə etdilər. Xanımın başındakı xəstəliyin isə bir çox başqa səbəbləri vardır.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:
https://www.muselmanlar.com/fitvalar/7155.html
https://www.muselmanlar.com/fitvalar/5558.html
https://www.muselmanlar.com/elanlar-xeberler/7749.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.