Müsəlmanlar

Əvvəlki ümmətlərdə dəstəmaz almaq olubmu?

Sual: Əvvəlki ümmətlərdə dəstəmaz almaq olubmu?

Cavab: Dəstəmaz və namaz, təkcə peyğəmbərimizə və onun ümmətinə məxsus ibadətlər deyildi. Namaz və dəstəmaz, Adəm əleyhissəlamdan bu yana bütün ümmətlərə fərz qılınmış bir ibadət şəklidir.

Quranda dəstəmazla əlaqədar ayə, hicrətin ancaq son illərində nazil olmuşdur. Əgər dəstəmaz və namaz təkcə peyğəmbər ümmətinə aid bir ibadət olsaydı, onda ilk nazil olan ayələr namaz və dəstəmazla əlaqəli olardı. Bu vaxta qədər səhabə dəstəmazı necə almışdır? deyə haqlı etirazlar da yaranardı.

Bütün bunların əksinə, Quranda əvvəlki peyğəmbərlərə və onların ümmətinə də namaz əmr edildiyini və tarix kitablarında peyğəmbərimiz zamanında bir çox insanın namaz qıldıqlarını görməkdəyik. Peyğəmbərimiz özü də bilməyənləri öyrətmək məqsədiylə səhabənin gözü önündə indiki kimi dəstəmaz alaraq, belə demişdir: “Bu aldığım dəstəmaz, mənim və məndən əvvəlki nəbilərin aldığı dəstəmazdır.”[1]

Dəstəmazla əlaqəli Maidə surəsinin 6-cı ayəsinin Mədinədə nazil olma səbəbi; əvvəlki ümmətlərdə olmayan bir asanlığı gətirmək üçün nazil olmuşdur ki, bu asanlıq, ayaqları yumaq yerinə məsh etmələridir. Yəni, bir ayənin daha asanı ilə nəsx edilməsidir. Bu ayə nazil olduqdan sonra peyğəmbərimiz artıq ayaqlarını yumamış, məsh etmişdir. Hədis kitablarında peyğəmbərimizin dəstəmaz alması ilə əlaqəli iki fərqli rəvayətin (ayaqlarını yuyardı ya da məsh edərdi) olmasının səbəbi də bundan ibarətdir.

Dəstəmazın və namazın şərtləri ilə əlaqəli məlumatı aşağıdaki linkdən ala bilərsiz:

http://www.muselmanlar.com/fitvalar/6815.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Əhməd b. Hənbəl, 2/98; İbn Macə, Təharət, 47