Müsəlmanlar

Quranın varlığından xəbəri olan qeyri-müsəlmanlara təbliğ çatmış sayılırmı?

Sual: Qurandan və Quranın içindəkilərindən xəbəri olmayan, ancaq eşitmiş olan qeyri-müsəlmanların hökmü nədir?

Cavab: Allah, Əli-İmran surəsinin 81-ci ayəsində “Əlinizdəkini təsdiq edən elçi gəlirsə” burada qəsd edilən elçi Allahın kitabı və Onu olduğu kimi təbliğ edən şəxsdir. Dinimiz onların dilində və Quranda buyurulduğu qaydada təbliğ edilməzsə, deməli təbliğ çatmamış və Qurana inanmaq şərtləri yerinə yetirilməmişdir. Çünki, qeyri-müsəlman ölkələrdə Quran və son peyğəmbər Mühəmməd əleyhissəlam o xalqa necə təqdim edildiyi məlumdur. Söz-söhbətlə, onlara “Quran belə, elçisi belə”- deməklə deyil, onların özlərinə o kitabı olduğu kimi təqdim edəcək, ya da öyrədəcəksiniz, bundan sonra o özü nəticə çıxaracaqdır.

Nəticə olaraq, qeyri-müsəlmanlara təbliğ olduğu kimi çatdırılmadığı təqdirdə, şirk qoşmadıqları müddətcə cənnətə getmək ehtimalları vardır.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.