Müsəlmanlar

Şirkin Qurandakı tərifi nədir?

Sual: Bizə qısa şəkildə Quranda şirkin necə tərif edildiyini başa sala bilərsizmi?

Cavab: Şirk, şərik, ortaq qoşmaq deməkdir. Allaha şərik qoşmaq, sırf Ona məxsus xüsusiyyətlərdən birini başqa bir məxluqda görmək, deməkdir. Aşağıdakı ayədə, Quranın və elçilərin göndərilişin ən böyük səbəbinin insanları belə bir anlayışdan uzaq tutmaq olduğunu görə bilərik:

“Allah, mələkləri əmrindən olan ruhla (kitabla) bəndələrindən istədiyinə nazil edir və onlara: “İnsanları xəbərdar edin; Məndən başqa ilah yoxdur! Hamınız Məndən çəkinin.”- buyurur. (Nəhl, 16/2).

Bu xəbərdarlığı eşidib təslim olanlara müsəlman deyilir. Bunun üçün ilk İslama girənlərə də “La ilahə illəllah=Allahdan başqa ilah yoxdur” sözünü dilə gətirib, qəlb ilə təsdiq etməkləri bildirilir.

Təəssüf ki, Allahdan başqa ilah qəbul etməyin nə olduğunu özlərinə müsəlmanam deyənlər də daxil, çox insanın bilmədiyinə şahid oluruq. Bu səbəblə, başqa ilah qəbul etməməyin də nə olduğunu qısaca tərif etməyimiz lazımdır:

Başqa bir ilah yoxdur demək, “Qeydsiz-şərtsiz, itaət və ibadət ediləcək, məsum/xətasız bir varlıq yoxdur” deməkdir. Amma biz görürük ki, insanlar hər nə qədər dil ilə “lə ilahə illəllahı” ifadə etsələr də əməlləri və düşüncələri bunun əksini isbat etməkdədirlər.

Sırf Allaha aid xüsusiyyətləri, sifətləri və səlahiyyətləri başqalarına verib, onlardan mədəd ummaq, Allaha bir başqasını şərik qoşmaq deməkdir. Belə bir şeyi qəbul etməyin “tağutluq=azğınlıq” olduğunu Quran bizə bu cür xəbər verir:

“Biz hər ümmətə: ‘Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə elçi göndərdik.” (Nəhl, 16/36.)

Şirk haqqında ətraflı məlumat istəyənlər aşağıdakı linklərə baxa bilərlər:

http://www.muselmanlar.com/fitvalar/3668.html

http://www.muselmanlar.com/elanlar-xeberler/6191.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.