Müsəlmanlar

Bizim üçün, Allahın verdiyi qiymət önəmlidir.

Sual: Gənc, əlil (gözümün biri görmür), hərbi xidmətdə olmayan, ali təhsilli, 37 yaşı, 19 illik iş təcrübəsi, ailəli, iki azyaşlı övladı olan bir vətəndaş kimi iş ilə təmin olunmaqdan ötrü AR DTX -nə müraciət etdiyim vaxt AR DTX -nin əməkdaşları Azərbaycan Dövləti adından çıxış edərək mənə “Yoldan keçən və lazımsız əşya” deyib, məni təhqir ediblər. Buna görə utanıb, xəcalət çəkirəm, vicdan əzabı çəkirəm, maddi, mənəvi, fiziki, psixi sarsıntılar keçirirəm, ürəyim partlayır, dözə bilmirəm, yaşaya bilmirəm, yaşamaq istəmirəm, intihar etmək, ölmək, ölüb yerə girmək istəyirəm.
Cavab: Şərəfsizlərin bir insanı alçaltması çox da qəribə deyil, qəribə olan, şərəfsizlərin səni tərif etməsidir.
Biz, onların verdiyi qiymətlə yaşamırıq. Əsas olan, Allahın sənə nə qiymət verir. Onu düşün və ona görə yaşa!

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

Allah mərhəmətlidirsə bəs niyə bu qədər haqsızlığa, müharibəyə göz yumur?

 

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.