Müsəlmanlar

Əri qəbul etməsə də qadın boşana bilərmi?

Sual: Mən ərimdən boşanmaq istəyirəm. Amma ərim bunu qəbul etmir və dini cəhətdən də belə bir haqqım olmadığını deyir. İndi mən boşana bilmərəm?

Cavab: Uca Rəbbimiz kişilərə boşanma haqqı verdiyi kimi, qadınlara da boşanma haqqı vermişdir. Qurani-Kərimdə kişilərin boşanma haqlarından bəhs edildikdən sonra bir sonrakı ayədə qadınların boşanma haqlarından bəhs edilir. Ayə belədir:

“Onlara verdiklərinizdən bir şeyi almaq sizə halal olmaz. Bu, Allahın qoyduğu hədd-hüdüdda dura bilməyəcəklərindən qorxduqları vaxt mümkündür. Əgər onların Allahın hökmlərinə riayət etməyəcəklərindən (Allahın qoyduğu hədd-hüdüdda dura bilməyəcəklərindən) siz də qorxsanız, qadının fidyə verib, özünü xilas etməyində heç biri üçün bir günah yoxdur. Bunlar Allahın qoyduğu hədlərdir, onlardan kənara çıxmayın. Allahın qoyduğu hədləri aşanlar zalimlərdir!” (Bəqərə, 2/229)

Hər hansı önəmli bir səbəbdən evlilik həyatını sürdürə bilməyən qadın boşanmaq istəyərsə, ilk öncə onları barışdırmaq üçün həm qadın həm də kişi tərəfindən bir hakəm çağrılır. Əgər bunların təşəbbüsü fayda verməzsə, qadın həmin hakimlərin hüzurunda ərindən boşandığını bildirmək surəti ilə boşana bilər.

Bundan başqa[1] işini rəsmiləşdirmək üçün qadın boşanmaq səlahiyyətli orqanlara da müraciət edə bilər. Müraciəti qəbul edildikdən sonra onların boşanmaları barədə yenidən məhkəmə qurulur və oradakilərin hüzurunda qadın ərindən boşandığını açıq şəkildə etiraf etdikdən sonra boşanmalarına dair verilən qərardan sonra boşanmış olurlar. Yenidən məhkəmə qurulmadan boşanmaqlarına dair çıxarılan qərar da boşanma hökmündədir. Bundan sonra qadın ərindən aldığı mehri geri vərmək məcburiyyətindədir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/152.html

https://www.muselmanlar.com/fitvalar/2282.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Əgər əri tərəfindən və ya hər iki tərəfdən bir hakim ya da şahid gəlməzsə.