İslam dininə əsasən qəsdən adam öldürməyin cəzası nədir?
Müsəlmanlar > Adam öldürmək > Cəzalar > Fitvalar Tarix: 12 iyun 2010 Tövsiyə et Çap et
Sual: İslamda bilə-bilə adam öldürənə nə cəzası verilir? Qana qan edib, qisas almaq barədə deyilənlər düzdür? Quranda həqiqətən də, qisas deyilən bir şey var?

Cavab: Qəsdən adam öldürməyin cəzası əbədi cəhənnəm əzabıdır. Bir möminin həyatına qəsdən son verən özü əbədi xoşbəxtlik haqqını itirər. Bu hökm aşağıdakı ayədə keçir:

وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللَّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا.

«Kim bir mömini qəsdən öldürərsə, artıq onun cəzası içində daim qalmaq üzrə cəhənnəmdir. Allah ona qəzəb etmişdir, onu lənətləmişdir və onun üçün çox böyük bir əzab hazırlamışdır.» (Nisa, 4/93)

Qatilə əlavə olaraq etdiyi günaha bərabər bir cəza olmaq üzrə ölüm cəzası verilir. Bu hökm bu ayədə keçir:

يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا كُتِبَ عَلَيْكُمُ الْقِصَاصُ فِي الْقَتْلَى الْحُرُّ بِالْحُرِّ وَالْعَبْدُ بِالْعَبْدِ وَالْأُنْثَى بِالْأُنْثَى.

«Ey iman edənlər! Adam öldürmələrində sizə qisas  fərz qılındı.1 Hürə hür, köləyə kölə, qadına qadın.» (Bəqərə, 2/178)

Qatilin öldürülməsində son söz öldürülənin ailəsinə aiddir. Allah Təala belə buyurur:

وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَمَنْ قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا فَلَا يُسْرِفْ فِي الْقَتْلِ إِنَّهُ كَانَ مَنْصُورًا.

«Allahın toxunulmaz qıldığı kəsi öldürməyin, hüquqa uyğundursa, başqa. Haqsız yerə kim öldürülərsə, onun vəlisinə haqq verdik, o da öldürmə işində daşqınlıq etməsin (həddi aşmasın). Çünki o, yardım görmüşdür.» (İsra, 17/33)

Öldürülənin ailəsi qatili bağışlaya bilər. Allah Təala belə buyurmuşdur:

فَمَنْ عُفِيَ لَهُ مِنْ أَخِيهِ شَيْءٌ فَاتِّبَاعٌ بِالْمَعْرُوفِ وَأَدَاءٌ إِلَيْهِ بِإِحْسَانٍ ذَلِكَ تَخْفِيفٌ مِنْ رَبِّكُمْ وَرَحْمَةٌ فَمَنِ اعْتَدَى بَعْدَ ذَلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ.

«Kim öldürülənin qardaşı tərəfindən bir əvəz qarşılığı bağışlanırsa, mərufa uysun və əvəzini gözəlcə ödəsin. Bu Rəbbiniz tərəfindən bir yüngüllük və mərhəmətdir. Hər kim düşmənliyi bundan sonra da davam etdirərsə, ona acı bir əzab vardır.» (Bəqərə, 2/178)

Alınacaq diyəti Peyğəmbərimiz (s. a. s) belə açıqlamışdır:

«Kim bir mömini qəsdən öldürərsə, öldürülənin vəlilərinə təslim edilir. İstəyərlərsə, onu öldürərlər, istəyərlərsə, diyətini alarlar. Diyət otuz hiqqə, yəni, dörd yaşına girmiş dişi dəvə, beş yaşına girmiş dişi dəvə, qırx xəlifə, yəni, hamilə dəvədir. Bu qəsdən öldürməyin diyətidir. Tərəflər qarşılıqlı olaraq bir şey üzərində də anlaşa bilərlər. Bu diyət-i muğallazadır.»2

Qatil tövbə edə bilər. Çünki tövbə ilə bağışlanmayacaq günah yoxdur. Allah Təala belə buyurur:

قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ. وَأَنِيبُوا إِلَى رَبِّكُمْ وَأَسْلِمُوا لَهُ مِنْ قَبْلِ أَنْ يَأْتِيَكُمُ الْعَذَابُ ثُمَّ لَا تُنْصَرُونَ.

«İfrata varıb, özünə qəsd edən qullarıma de ki, Allahın rəhmətindən ümidinizi kəsməyin. Allah bütün günahları bağışlayar. Onun bağışlaması çox, mərhəməti boldur. Siz Rəbbinizə yönəlin, əzab gəlmədən öncə ona təslim olun, sonra yardım görməzsiniz.» (Zumər, 39/53-54)

وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًا آَخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ وَمَنْ يَفْعَلْ ذَلِكَ يَلْقَ أَثَامًا. يُضَاعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيَامَةِ وَيَخْلُدْ فِيهِ مُهَانًا. إِلَّا مَنْ تَابَ وَآَمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُولَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا

«Rəhmanın qulları… Allah ilə bərabər başqa bir tanrını yardıma çağırmazlar. Haqlı bir səbəb yoxdursa, Allahın toxunulmaz qıldığı canı öldürməzlər, zina etməzlər. Kim bunları edərsə, günaha girər.

Qiyamət günü onun əzabı qatlanır və orada etibarsız olaraq daimi qalır.

Ancaq tövbə edən, inanan və yaxşı iş edən başqa. Allah onların pisliklərini yaxşılığa çevirir. Allah bağışlayar, ikram edər.» (Furqan, 25/68-70)

QEYD: Səhvən adam öldürmək və İslamda bu barədə deyilənlərlə əlaqədar olaraq aşağıdakı yazımızı oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1901.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Qisas olunan günah ilə verilən cəza arasında bərabərliyi ifadə edir. []
  2. Əhməd ibn Hənbəl, Müsnəd, 2-ci cild, s. 217. Diyət-i muğallaza ağırlaşdırılmış diyət deməkdir. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Səhvən adam öldürən insan qanbahasını nə cür verməlidir? 02.04.10 627 dəfə oxundu
2 Tövratda zina edənlər üçün nəzərdə tutulan bir cəza var? 28.04.10 672 dəfə oxundu
3 Quranda İsrail oğullarına verilən cəzalar barədə nə deyilir? 10.06.10 333 dəfə oxundu
4 İslam hüququnda borcunu ödəyə bilməyənin cəzası nədir? 11.05.10 408 dəfə oxundu
5 Quranda deyilir ki, zinanın cəzasından başqa cəza yoxdur? 11.06.10 473 dəfə oxundu
6 Quran və anaxronizm 05.07.09 399 dəfə oxundu
7 İslam dini və məzhəblər mürtədlərə necə yanaşır? 11.06.10 485 dəfə oxundu
8 İslam dinində içki içməyin dəqiq bir cəzası var? 19.01.11 370 dəfə oxundu
9 Hazırkı dövrdə zina edənlərə nə cəzası verilməlidir? 19.01.11 359 dəfə oxundu
10 İslamda zorlamağın cəzası 19.01.11 415 dəfə oxundu
11 Misal verib İslam cəza hüququnu izah edərsinizmi? 18.03.11 206 dəfə oxundu
12 İslam dininə əsasən qəsdən adam öldürməyin cəzası nədir? 12.06.10 721 dəfə oxundu
13 Qəddar bir qatilin cəzası nə olmalıdır? 30.03.11 230 dəfə oxundu
14 Müsəlman ümməti hamılıqla məhv ola bilər? 09.06.11 206 dəfə oxundu
15 Müsəlman qardaşlarını təhqir edənin cəzası nədir? 20.09.11 168 dəfə oxundu
16 Maidə surəsinin 38-ci ayəsinə əsasən oğrunun iki əlini də kəsmək lazımdır? 13.12.11 163 dəfə oxundu
17 Peyğəmbərin dövründə oğruların əlini kəsirdilər? 14.12.11 120 dəfə oxundu
18 Allah valideynin səhvinə görə uşaqlara cəza verir? 15.12.11 212 dəfə oxundu
19 Qonşunun pəncərəsini qəsdən qıran şəxsə nə kimi bir cəza verilməlidir? 20.12.11 126 dəfə oxundu
20 Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır? 04.01.12 185 dəfə oxundu
21 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 779 dəfə oxundu