Müsəlmanlar
Səhvən adam öldürən insan qanbahasını nə cür verməlidir?

Səhvən adam öldürən insan qanbahasını nə cür verməlidir?

Sual: Bilmədən bir adamı öldürən şəxs qanbahası verməlidir? Əgər verməlidirsə, nə cür və nə qədər?

Cavab: Allah bilmədən (səhvən) adam öldürməklə əlaqədar olaraq belə buyurur:

“Bir möminin bir möminin öldürməyi olacaq şey deyil. Xəta ilə (səhvən) olubsa, bu istisnadır. Kim bir mömini səhvən öldürsə, mömin bir köləni (qul) azad etməli və öldürülənin ailəsinə diyət (qanbahası) verməlidir. Ailə bağışlasa, başqa. Öldürülən mömin sizinlə düşmən olan bir camaatdandırsa, mömin bir köləni azad etmək lazımdır. Əgər o, sizinlə müqaviləsi olan bir camaatdandırsa, o vaxt qatil onun ailəsinə qanbahası ödəməli və mömin bir köləni azad etməlidir. Kölə tapa bilməyən Allah qarşısında tövbə etmək üçün iki ay dalbadal oruc tutmalıdır. Allah bilir və düzgün qərar verir!”. ((Nisa, 4/92.))

Səhvən adam öldürməyin qanbahası 5 növ dəvədən 20 baş olmaqla ümumilikdə 100 baş dəvə verməkdir. 5 cins dəvə aşağıda göstərildiyi kimidir:

1) Binti məhad: 20 baş 2 yaşına daxil olmuş dişi dəvə.

2) Binti ləbun: 20 baş 3 yaşına daxil olmuş dişi dəvə.

3) Hiqqə: 20 baş 4 yaşına girən dişi dəvə.

4) Cəzəa: 20 baş 5 yaşına girmiş dişi dəvə.

5) İbn məhad: 20 baş 2 yaşına girmiş erkək dəvə. ((Ömer Nasuhi Bilmen, Hukuki İslamiye ve Istılahatı Fıkhiyye Kamusu, 3-ci cild, səhifə 48.))

Beləcə, 100 dəvənin bu günki qiyməti hesablanmalı və öldürülənin ailəsinə verilməlidir. Bununla yanaşı, 2 ay ardıcıl formada oruc tutmaq lazımdır.

Peyğəmbərimizin (s. a. v.) dövründə 100 dəvənin qiyməti 1000 dinar, yəni, 4 kq 350 qram qızıl edirmiş. Buna görə də fiqh (İslam hüququ) kitablarında qeyd olunur ki, qanbahası kimi 1000 dinar ödəmək kifayətdir. Bu məbləği 3 il ərzində hissə-hissə ödəyə bilərsiniz.

QEYD: Qəsdən adam öldürənə tətbiq olunan cəza və bunun hökmləri ilə əlaqədar olaraq aşağıdakı sual-cavaba nəzər salın:

http://www.muselmanlar.com/fitvalar/2156.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.