Müsəlmanlar

Üç ay duası deyilən bir şey həqiqətən də, var?

Sual: Dində üç ayın xüsusi bir duası var? Cümə günü xütbələrdə belə bir dua oxunur: “Allahummə Barik Ləna Fi Rəcəbə Və Şabanə Və Bəlliğna Fi Ramazan”. Bu duanı məşhur üç ayın duası kimi oxumaq olar? Bizə səhih hədis yolu ilə rəvayət olunub, yoxsa yox? Ümumiyyətlə bu dua nə deməkdir?

Həmin duanın mənası belədir:

“Ey Allahım! Rəcəb və Şaban aylarını bizim üçün mübarək et və bizi Ramazan ayına çatdır”.

Deyilir ki, Rəcəb ayı gəldiyi vaxt bu duanı etmək lazımdır. Bu dua Əhməd ibn Hənbəlin Müsnəd adlı kitabında oğlu Abdullahın ziyadəsi kimi qeyd olunub. ((Əhməd ibn Hənbəl, 1/259.))

Səhih (mötəbər) deyil, zəif (qeyri-mötəbər) bir hədisdir. Hədisin sənədindəki Zaidə binti Əbir-Rukəd adlı şəxsin İmam Buxari tərəfindən munkərul-hədis olduğu və bu ravinin bir sıra hədis alimləri tərəfindən “tanınmadığı” bildirilib. ((Əl-Heysəmi, Məcməu-z-Zəvaid, 2-ci cild, s. 165 (Cümə və Cümə gününün fəziləti).))

İbn Həcər də Təbyinu-l-Əcəb bima vəradə fi fəzli rəcəb adlı kitabında hədis alimi Zaidə binti Əbir-Rukəd haqqında: “O kimdir? Mən tanımıram”, – deyib. Əlavə edib ki, onu munkərul-hədis kimi qəbul edir. İbn Hibban da: “Onun verdiyi xəbəri dəlil gətirmək olmaz”, – deyib.

QEYD: Munkər hədis zəif bir ravinin təkbaşına rəvayət etdiyi hədisdir. Munkərul-hədis isə bu cür hədisləri rəvayət edən raviyə deyilir.