İş yerində namaz barədə sual-cavab
Müsəlmanlar > Fitvalar > Namaz > Qəza namazı Tarix: 10 Aralık 2009 Tövsiyə et Çap et
Sual: Mənim iş yerimdə namaz qılmağım mümkün deyil. Çünki buna icazə verilmir. Olduğumuz otaqdan ayrı bir yer yoxdur. Dəstəmaz almağa da yer yoxdur. Axşam evə gedəndə gecə namazımı qıldıqdan sonra gündəlik namazlarımın qəzasını qılıram. Görəsən, mənim namazlarımın savabı azalır? Ya da mən bu məsələdə başqa nə edə bilərəm? Mənə elə gəlir ki, bu, namazı heç qılmamaqdan yaxşıdır.

Cavab: Bir müsəlmanın namaz qılmamağı mümkün deyil. Namazı qəzaya saxlamaq da olmaz. Günorta namazı ilə ikindi namazını günorta (nahar vaxtı) fasiləsində 4 + 4 rükət olmaqla 8 rükət qıla bilərsiniz. Bu, sizin uzaq başı 10 dəqiqə vaxtınızı alar. Axşam namazını da gecə namazı ilə birləşdirərək evdə qıla bilərsiniz.

Dəstəmaz aldığınız vaxt corablarınıza məsh edə bilərsiniz. Başınıza örtüyün üstündən də məsh çəkə bilərsiniz. Bütün bunlar sizin dəstəmaz alıb namaz qılmağınızı asanlaşdırar. Siz əgər çox çətin vəziyyətdə qalsanız, Bəqərə surəsinin 239-cu ayəsində deyildiyi kimi yeriyə-yeriyə və yaxud oturaraq belə namaz qıla bilərsiniz. Amma heç bir halda namazlarınızı qəzaya saxlamamalısınız.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
5.373 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Namazı bilə-bilə qəzaya saxlamaq olar? 25.04.10 9.481 dəfə oxundu
2 Orucun qəzası var. Namazın qəzası niyə yoxdur? 15.05.10 8.027 dəfə oxundu
3 İbadəti vaxtında yerinə yetirməklə əlaqədar əmr qəza namazını da əhatə edir? 21.06.10 3.221 dəfə oxundu
4 Reanimasiyada qılına bilməyən namazı qəza etmək lazımdır? 18.12.10 3.520 dəfə oxundu
5 Namazı qılıb yatan və kirlənən uşaq həmin namazı təzədən qılmalıdır? 29.12.10 4.264 dəfə oxundu
6 Müstəhəb namazların yerinə qəza namazı qılmaq olar? 17.09.11 2.801 dəfə oxundu
7 Peyğəmbər heç namazı qəzaya saxlayıb? 03.04.12 5.341 dəfə oxundu
8 Qəza namazı yoxdursa, vaxtında qılmadığımız namazlar necə olacaq? 14.10.16 4.401 dəfə oxundu
9 Qəza namazı var? Əgər varsa, haçan qılınmalıdır? 10.12.09 13.171 dəfə oxundu
10 İş yerində namaz barədə sual-cavab 10.12.09 5.373 dəfə oxundu