Müsəlmanlar
İslama əsasən ər arvadına əmr verə bilər? Bunun sərhədləri nədir?

İslama əsasən ər arvadına əmr verə bilər? Bunun sərhədləri nədir?

Sual: Dinimizə əsasən ər öz arvadına əmr verə bilər? Onun belə bir səlahiyyəti var? Misal üçün, ibadət məsələsində. Yaxud da hər hansı bir mövzuda.

Cavab: İbadətlərdə niyyət əsas tutulur. Buna görə də heç kəsə zorla ibadət etdirmək (namaz qılmağa məcbur etmək, oruc tutdurmaq və oxşar şeylər) olmaz. Bir kişi arvadına ibadət məsələsində səhlənkarlıq etməməsi üçün məsləhət verməlidir. Ona bununla əlaqədar tövsiyə etməlidir. Bu hərəkət savabı çox olan bir rəftardır.

Yaxşı olar ki, bu məsələ ilə bağlı oxşar bir sual-cavabla tanış olmaq üçün aşağıdakı keçidə daxil olasınız:

http://www.muselmanlar.com/fitvalar/485.html

İbadətdənkənar məsələlərdə isə kişi evdə bir sıra qaydalar qoya bilər. Bu onun ailə başçısı olmağından irəli gəlir. Misal üçün, arvadına deyə bilər ki, filankəslərin mənim evimə girməyinə razı deyiləm. Beləliklə, kişi arvadına “onları evə buraxma”, “sən özün filan yerlərə getmə” və sairə kimi şeylər deyə bilər. Daha doğrusu, belə bir əmr verə bilər.