Müsəlmanlar

Qəza namazı var? Əgər varsa, haçan qılınmalıdır?

Sual: Son zamanlarda deyilir ki, qəza namazları xüsusilə mübarək gecələrdə qılınmalıdır. Siz bu barədə nə deyirsiniz? Qəza namazı var? Mən bir hədisdə oxumuşam ki, namazın qəza edilməsi onu yaddan çıxartmaq və yatıb yuxuya qalmaq hallarında mümkündür.

Cavab: Peyğəmbərimizin (s. a. v.) bu məsələdəki tutumunda sizin də qeyd etdiyiniz iki halın (unutmaq, yatıb yuxuya qalmaq) xaricində Xəndək döyüşündə düşmənin imkan verməməsi ucbatından namazın qəzaya qalması olub. Peyğəmbərin həyatında baş verən bu hadisələrdən və bu barədə nəql edilən bir çox hədislərdə də bu iki hal baş verərsə, namazlar qəza edilə bilər. Lakin, bu halların xaricində, bir insan bilərək namazını tərk edərsə, belə bir namazın qəzası olmaz və bunun əksinə verilən fətvalara da etibar edilməz. Bu haqda daha dəqiq məlumatı bu qısa video dərsimizdə də görə bilərsiz:

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.