Təsbih və Zikr
Müsəlmanlar > Düşüncə sahəsi Tarix: 29 Nisan 2016 Tövsiyə et Çap et

Təsbih və Zikr arasındakı fərq

Təsbih, ərəb dilində “سبح = səbh” kökündən əmələ gəlib, mənası üzmək deməkdir. Göydə buludun üzməsinə, dənizdə gəminin üzməsinə, insanın üzməsinə “səbəha” deyilir. Ərəblər üzgücüyə “səbbah” deyirlər. Bundan başqa təsbih, “ücaltmaq”, nöqsanlıqdan, oxşarlıqdan uzaq olmaq”- mənalarına da gəlir. Dağlar, daşlar, ağaclar və heyvanlar, o cümlədən kainatda olan hər şey Allahı təsbih etməkdədir:

تُسَبِّحُ لَهُ السَّمَاوَاتُ السَّبْعُ وَالْأَرْضُ وَمَنْ فِيهِنَّ ۚ وَإِنْ مِنْ شَيْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِ وَلَٰكِنْ لَا تَفْقَهُونَ تَسْبِيحَهُمْ

“Yeddi göy, yer və onlarda olanlar Onu təsbih (tərif) edir. Elə bir şey yoxdur ki, həmd ilə Onu təsbih etməsin, lakin siz onların təsbihini başa düşməzsiniz.” (İsra 17/44.)

Bütün bu varlıqlar, fitrətləri (təbiətləri) gərəyi, onlara verilən qabiliyyətlər, proqramlar ölçüsündə Allahı təsbih edirlər. İnsanlar isə həm bu varlıqlar kimi qeyri ixtiyari olaraq təsbih edirlər. (Məsələn; insanı canlı saxlayan orqanların fəaliyyəti, ürəyin döyünməsi, nəfəs alıb-vermək kimi, bütün bunlar Allahın əmrinə, Onun verdiyi proqramlar ölçüsündə işləyirlər.) Həm də insanlar özləri istəyərək, iradəli olaraq təsbih edirlər. Allah insana bunu əmr etmişdir. Amma istəyən bu əmrə uyar, istəməyən də uymaya bilər. Məsələn; Allah Quranda bizə təsbih etməyimizi əmr etməkdədir:

فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُنْ مِنَ السَّاجِدِينَ

“Sən həmd-səna ilə Rəbbini təsbih et və səcdə edənlərdən ol!” (Hicr, 15/98.)

İnsanlara təsbih dedikdə, çox vaxtı təsbeh çəkməyi ağla gətirirlər ki, bu böyük bir xətadır. Təsbehin vətəni Hindistandır və hindlilərin xüsusilə rahibləri təsbih çəkməyi dini bir ibadət halına gətiriblər. İslam aləmində də əsrlər sonra bu cür təsbih çəkmək bir ibadətə çevrilmiş və xüsusilə namazdan sonra təsbeh çəkmək ənənəvi hal almışdır.

Zikr, “ذكر = zəkəra” lüğət mənası “xatırladı”, “yada saldı”, yəni unutmanın ziddi mənasına gəlir. Zikr, xüsusilə “bir şeyin şüurunda olmaq”- deməkdir. Nazil olan kitablara və Qurana da zikr adı verilmişdir. Zikr kəliməsi Quranda 124 yerdə ifadə edilir. Bunlardan təkcə ikisində “əhli-zikr = zikr əhli” termini işlədilir.[1]

Diqqət ediləcək yönlərindən biri; bu kəlimə, Quranın heç bir yerində başqa canlılar üçün deyil, təkcə insanlar üçün işlədilməsidir. Zikr, bizi başqa varlıqlarda olmayan və onlardan ayıran ən mühüm xüsusiyyətlərdən biridir. “Quran, zikr sahiblərinə nazil olmuşdur.”[2] Biz bu zikr qabiliyətimiz sayəsində imtahan edilirik. “Zikrin ən böyüyü Allahı zikr etməkdir”[3] və “Qəlblər ancaq Allahı zikr etməklə hüzur tapır.”[4]

Hər zikr eyni zamanda bir təsbihdir, ancaq hər təsbih zikr deyildir. Məsələn, mənasını bilmədən “sübhənallah”- demək bir təsbihdir. Mənasını bilərək dediyiniz və bunu həyatınıza, əqidənizə əks etdirdiyiniz vaxt eyni zamanda zikr də etmiş olursunuz. Namaz qıldığımız zaman əgər qıldığımız namazın sözlərini başa düşmədən qılırıqsa, təsbih etmiş və Allahın əmrini istəyərək yerinə yetirmiş sayılırıq. Amma biz qıldığımız namazın sözlərini başa düşərək qılarsaq, həm Allahı təsbih etmiş həm də zikr etmiş olarıq. Allahın istədiyi namaz da bu qaydada qıldığımız namazdır. Əksi təqdirdə kor-təbii, təqlid xarakterli qıldığımız namazı Allah tənqid etməkdədir: “Vay o namaz qılanların halına ki, qıldıqları namazdan qafildirlər.”[5]

Bu səbəblə namazı başa düşərək, hüşü içində qılmaq istəyən hər bir müsəlman ən azından Fatihə surəsini öyrənməli və öz dilində başa düşməlidir. Bu bilindikdən sonra, camaata imam duranın Fatihə surəsinin sözlərinin ərəb dilində deməsi isə həm fərqli millətlərin deyilənləri başa düşməsinə, həm birliyinə, həm də bu surənin ərəb dilindəki dərinliyinə rəayət edilmiş olur. Çünki, Fatihə elə bir surədir ki, bu surə Quranın xulasəsini verir. Əqidə və əməli tərif edir. Eyni zamanda Rəsulullah əleyhissəlamdan gələn “Fatihəsiz namaz olmaz” hədisinə də rəayət edilmiş olur.

Zikr, eyni zamanda insanı bir şeyin həqiqətinə, nəyin nə olduğuna yönləndirir. Bu səbəblə zikrdən qaçan insanlara Allah: “əfəla təzəkkərun=zikr etmirsizmi?”- deyir. Zikrə əhəmiyyət verməyən, unudan hər insan Quranın bildirdiyi bu aqibətlə üzləşir: “Kim Mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar.”[6]

Təriqətlərin, adına zikr deyərək yüz dəfələrlə çəkdirdikləri təsbehin zikrlə heç bir əlaqəsi yoxdur. Xüsusilə peyğəmbər adına uydurulan bəzi rəvayətləri dilə gətirərək; “filan sözü deyərsən filan qədər günahların əfv edilir və cənnətdə şəhidlərlə, peyğəmbərlə bərabər olarsan”- deyərək, müsəlmanlardakı dini məsuliyyət hissini, tərəqqini və xeyr əməlləri zədələməkdədirlər. Bunlar peyğəmbərimizin həyatını nümunə almaq yerinə, onun geyim tərzini, tükünü, tüpürcəyini, hətta sidiyini müqəddəsləşdirməkdə və bunlara dəyən, içən şəxslərin cənnətlik olacağını deyirlər. Təəssüf ki, müsəlmanam deyənlərin çoxu, əhli-kitab və bütpərəstlərdən daha çox öz peyğəmbərini və imamlarını müqəddəsləşdirmiş və düşünmədən (zikretmədən) onları təsbeh etməkdədirlər.

Bütün bu xətaları idrak etmək üçün Allahın ən böyük zikri olan Qurana dönməli və onu başa düşərək oxuyub, əməl etməliyik.

Müəllif: Aydın Mülayim.[7]

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Nəhl, 16/43; Ənbiya, 21/7.

[2] Sad, 38/1.

[3] Ənkəbud, 29/45.

[4] Rad, 13/28.

[5] Maun, 107/4-5.

[6] Zuxruf, 43/36.

[7] Müsəlmanlar.com saytının redaktoru.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Ağıl işlətmək 24.04.10 3.155 dəfə oxundu
2 Quranda şəfaət anlayışı 02.09.15 1.679 dəfə oxundu
3 İslam ümumbəşəri dindir 16.11.12 1.607 dəfə oxundu
4 Nəbi və Rəsul 18.12.13 1.697 dəfə oxundu
5 Məşiət və iradə 05.07.09 3.189 dəfə oxundu
6 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.028 dəfə oxundu
7 Qəza-qədər məsələsi 24.02.13 3.896 dəfə oxundu
8 Sədəqə malı azaltmır 19.01.14 1.504 dəfə oxundu
9 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 2.419 dəfə oxundu
10 Quranın ecazı 21.11.11 9.091 dəfə oxundu
11 “Şeyx Əhməd vəsiyyətnaməsi” əfsanəsi 03.03.13 1.497 dəfə oxundu
12 Lə İlahə İlləllah 20.02.14 2.585 dəfə oxundu
13 Ramazanda Quran oxumaq 29.07.10 5.278 dəfə oxundu
14 Quran ayəli telefon zəngləri 18.01.12 2.706 dəfə oxundu
15 İslam dinində məhbuslara münasibət 24.03.13 1.645 dəfə oxundu
16 Təsbih və Zikr 29.04.16 1.178 dəfə oxundu
17 Pir və ziyarətgahlar 07.12.10 16.412 dəfə oxundu
18 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.528 dəfə oxundu
19 Ümmətin islahı nə ilə mümkündür? 17.11.15 1.507 dəfə oxundu
20 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 1.997 dəfə oxundu
21 Zəmzəm suyunun sirləri 12.12.10 5.209 dəfə oxundu
22 Ərlə arvadın sirrini açmaq 03.04.12 3.103 dəfə oxundu
23 Həzrəti Hüseynin ölümünə sevinmək? 14.05.13 2.463 dəfə oxundu
24 Novruzla əlaqədar məlumatlar 21.03.15 2.743 dəfə oxundu
25 Yer üzündə gəzib dolaşmaq 17.01.11 2.389 dəfə oxundu
26 Əsl kafir kimdir? 21.07.12 8.637 dəfə oxundu
27 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 2.751 dəfə oxundu
28 Tövhid 24.09.16 2.797 dəfə oxundu
29 Qütblərdə namaz vaxtları 07.02.11 2.268 dəfə oxundu
30 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.012 dəfə oxundu
31 Qədir Xum hadisəsinin həqiqətləri 07.06.13 1.838 dəfə oxundu
32 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.713 dəfə oxundu
33 Allahın varlığının riyazi isbatı 15.02.11 5.707 dəfə oxundu
34 Müsəlmanın davranışları 23.09.12 1.814 dəfə oxundu
35 Quranın savabı ölüyə çatırmı? 17.06.13 5.067 dəfə oxundu
36 Əli İzzətbekoviçdən İslam dünyasının Xülasəsi 14.04.17 425 dəfə oxundu
37 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 1 11.02.11 2.399 dəfə oxundu
38 İslamda analara münasibət 19.10.12 2.199 dəfə oxundu
39 Dindən dönənlərin öldürülməsi 17.05.14 2.000 dəfə oxundu
40 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 108 dəfə oxundu
41 Təəssüb və dini təəssübkeşlik 24.06.09 3.168 dəfə oxundu
42 Qərbin inkişafının paradiqması 19.02.11 3.320 dəfə oxundu
43 İslamda söyüşə münasibət 19.10.12 1.840 dəfə oxundu
44 QÜTBÜ ƏZƏM 24.03.14 2.405 dəfə oxundu
45 İslamdan İslama qədər 15.10.15 2.464 dəfə oxundu
46 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 2 26.02.11 2.355 dəfə oxundu
47 Qurbanın maddi və mənəvi əhəmiyyəti 19.10.12 1.628 dəfə oxundu
48 Müsəlmanın müsəlmandan başqa dostu olmaz 09.08.13 1.306 dəfə oxundu
49 Əbu Hamid Qəzalinin fəlsəfi-etik görüşləri 17.11.09 2.688 dəfə oxundu
50 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 3 28.02.11 2.162 dəfə oxundu
51 Qurban qətliam deyil! 23.10.12 1.564 dəfə oxundu
52 Dini düşüncəmizi dəyişdirməliyik 04.09.13 1.524 dəfə oxundu
53 Ramazan təqvimi 27.06.14 3.649 dəfə oxundu
54 İslamda insan cəsədi və meyityarma 16.03.11 2.413 dəfə oxundu
55 Ad qövmünün həlakı 29.10.12 1.506 dəfə oxundu
56 Sərvət, hakimiyyət və kasıblıq haqqında 07.09.13 1.872 dəfə oxundu
57 Din 31.03.10 2.929 dəfə oxundu
58 QƏNDİLLƏR 13.02.11 2.775 dəfə oxundu
59 İslamda qardaşlıq və bərabərlik 10.11.12 2.830 dəfə oxundu
60 Quran kifayət qədər açıq deyilmi? 04.11.13 1.316 dəfə oxundu
61 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 3.092 dəfə oxundu
62 Professor Şahlar Əsgərov, “Allahın varlığının riyazi isbatı” 15.02.11 3.222 dəfə oxundu
63 Müvahhid müsəlmanın xüsusiyyətləri 10.11.12 1.711 dəfə oxundu
64 Ənənəvi İslam və həqiqi İslam 11.12.13 1.729 dəfə oxundu