Müsəlmanlar

Məcusilik və Zərdüşt haqqında qısa məlumat.

Məcusilik və Zərdüşt haqqında qısa məlumat

Məcusilik diğər adıyla Zərdüştlük,  Ərəb və Türk cəmiyyətində “atəşpərəstlər” olaraq bilinməkdədir. Məcusi mənbələrində Zərdüştün gətirdiyi bilgilər, tək Tanrı olan Ahura Mazdaya əsaslanır. Bu səbəblə bu dinə Mazdeizm də deyirlər.

Zərdüştün həm özü həm də anadan olması barədə müxtəlif rəvayətlər vardır. Bəzilərinə görə o bir peyğəmbər[1] bəzilərinə görə müdrik bir insandı. Anadan olduğu dövrlə əlaqəli də müxtəlif fikirlər irəli sürülür. Ən əsaslı məlumat, onun bizim eradan hardasa min il əvvəl yaşadığıdır.

Məcusilərin müqəddəs kitabı olan Avesta, Qatalar deyilən 17 bölümdən meydana gəlir və hər bölümün özünün adı vardır. Sonradan din xadimləri bu kitabın çətin başa düşüldüyünü iddia edərək, özlərindən bir çox yorumlar, təfsirlər əlavə etmişlər. Nəticədə, Zend adında yeni müqəddəs saydıqları mətnlər ortaya çıxmışdır.

Müəyyən dövrdən sonra bir çox təhriflərə, parçalanmalara məruz qalan Zərdüştlük, Ərəb cəmiyyəti və İslam coğrafiyası tərəfindən ümumi olaraq Məcusilik deyə bilindiyi üçün Quranda da bu adla xatırlanmaqdadır.[2]
Məcusiliyin təməlində yaxşılığa təşviq və pislikdən uzaqlaşdırmaq vardır. Atəşin özünə sitayiş etməsələr də onu müqəddəs görürlər. İslamda olan ibadətlər, xüsusilə dəstəmaz, beş vaxt namaz və Qurban Avestada yer almaqdadır.[3] Bu da Avestanın Allahın kitabı olduğu və Zərdüştün də bir peyğəmbər olduğu ehtimalını gücləndirir.

Oxşar məlumat üçün aşağıdakı linki tuşlayın:

Buda, Konfiçyus və Zərdüşt kimi şəxslər Allahın elçisi ola bilərlərmi?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Biz də həmçinin Avestanı oxuduqdan sonra onun tək Ahura Mazdaya (Allaha) inanan bir peyğəmbər olduğu qənaətinə gəlmişik.

[2] Bax: Najiba Ziyayi, Azizi, Zerdüştlüğün Kutsal Kitabı.

[3] Bax: Pordavut, Hurda-i Avesta Bahş-i ez Kitab-i Avesta, s. 103-106; Avesta, Yasna, 32.