Dini düşüncəmizi dəyişdirməliyik
Müsəlmanlar > Düşüncə sahəsi Tarix: 04 Eylül 2013 Tövsiyə et Çap et

Dini düşüncəmizi dəyişdirməliyik

İstər etiraf etsin istərsə etməsin, hər insan, Allahın varlığını və birliyini qəbul edər. Bu səbəblə, dinsiz olduğunu deyənlər də daxil olmaqla hər kəsin bir din düşüncəsi olur və özünü həmin dinin dindarı hesab edir. Bunların hamısı doğru yolu başa düşmüş, ona ürəkdən inanmış sonra həmin yoldan çıxmış adamlardır. Allah Təala, yoldan çıxanların ümumi xüsusiyyətini bizə bu cür bildirmişdir:

“ O gün necə üzlər ağarır, necə üzlər də qaralır. Üzləri qaralan kəslərə belə deyilir: “ İman gətirdikdən sonra kafirmi oldunuz? Kafir olduğunuza görə dadın bu əzabı!” (Əli-İmran 3/106)

Kafir olub yoldan çıxanlar, Allahı ikinci sıraya qoyanlardır. Birinci sıraya ya özlərini ya bir elm adamını, ya da mələkləri, peyğəmbərləri və ya din adamlarını qoyarlar. Əslində onların birinci yerə qoyduqları bunlar deyil, şeytanlardır. Allah Təala insanları iki qrupa ayırmış və belə demişdir:

“Allah bir qismini yoluna qəbul edər, bir qismi de pozğunluğa layiq görüldü. Pozğunlar, Allahdan əvvəl şeytanları dost tutan və özlərini doğru yolda görənlərdir.” (Əraf 7/30)

Bunlar, birinci yerə qoyduqları şeytanlara qulluq edərək hürriyyətlərini itirənda düşüncələrinə tərs düşən ayələri görməməzliyə vururlar. Elədiklərinin səhv olduğunu bildikləri üçün bəzi hallarda Allaha təslim olma arzusu da hiss edərlər (1). Ancaq mənfəətlərini itirmə qorxusu buna mane olur. Allah Təala belə buyurur:

“ …Düçar olacaqları şiddətli əzabdan ötrü vay kafirlərin halına! O kəslər ki, dünya həyatını axirətdən çox sevir və Allahın yolundan döndərərək o yolu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər.” (İbrahim 14/2-3)

Bu vəziyyətdə mühüm olan dindar olmaq deyil, Allahın dinin dindarı olmaqdır. Allah Təala öz doğru dinin tərifini ayədə belə ifadə etməktədir:

“ Üzünü hənif olaraq əsl bu dinə, Allahın fitrətinə çevir. O, insanları fitrəti üzere yaratmıştır. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilməz.” (Rum 30/30)

Deməli, doğru din fitrət, yəni mövcud olanlara aid qanunlar məcmuasıdır. Bu qanunlar, nazil olmuş və ya yaradılmış ayələrdən öyrənilir. Nazil olmuş ayələr Quranda olanlardır. Yaradılmış ayələr isə canlı və cansız bütün məxluqlardır.

İnsan anadan olandan ölənə qədər Allahın yaratdığı ayələri müşahidə edər və onlardan məlumat əldə edir. Bu məlumatlarla o, Quranını Allahın kitabı olduğunu və onu gətirənin də Allahın elçisi olduğunu başa düşəcək səviyyəyə gəlir. Allah Təala belə buyurur:

“Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik.” (Fussilət 41/53)

İnsana ediləcək ən böyük yaxşılıq, heç bir əlavə və əksiltmə eləmədən Allahın kitabını, insanın başa düşəcəyi dillə ona çatdırmaqdır. Beləliklə o, özündəki doğru biliklərlə Quran ayələrinin üst-üstə düşdüyünü görərək onun Allahın kitabı olduğunu, onu gətirən şəxsin də Allahın elçisi olduğunu dərk edəcəkdir. Buna görə Quranı hər insana, öz ana dilində başa salmaq lazımdır. Əslində Quranın ərəbcə olması, Muhəmməd əleyhissəlamın içində olduğu cəmiyyətin ana dilinin ərəbcə olmasından qaynaqlanır. Allah Təala belə buyurmuşdur:

“ Biz hər bir elçini öz millətinin dilində (danışan) göndərdik ki, (haqqı) onlara izah etsin. Artıq Allah, azğınlığı seçəni azğın sayar, hidayəti (haqqı) seçəni də yoluna qəbul edər (2). O, yenilməz güc və hikmət sahibidir.” (İbrahim 14/4)

Onun elşiliyi sırf ərəb millətinə deyil, bütün bəşəriyyətədir. Allah Təala belə buyurur:

“Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir elçi olaraq göndərdik. Lakin insanların çoxu bunu bilməz.” (Səbə 34/28)

Onun təbliği ancaq onun tətbiq etdiyi yolla insanlara çatdırıla bilir. Bu səbəblə din təlimində əsas hədəf, Peyğəmbərimiz kimi davranaraq Allahın yaratdığı ayələri oxumaqda olan insanlara, Allahın endirdiyi ayələri də oxuyub bu ikisi arasındakı münasibəti göstərməkdir. Əslində bu hər möminin vəzifəsidir. Buna laqeyid qalanların düşəcəyi pis vəziyyət belə bildirilmişdir:

“Endirdiyimiz nişanələri və doğru yolu kitabda insanlara aşkar etdikdən sonra gizlədənlərə Allah və bütün lənətçilər lənət oxuyarlar! Yalnız tövbə edənlər, islah edənlər və (ayələrimi) bəyan edənlər müstəsnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!” (Bəqərə 2/159-160)

“Allahın nazil etdiyi kitabdan bir şeyi gizlədənlər və onun müqabilində bir az mənfəət əldə edənlərin yedikləri, qarınlarında ancaq od olacaqdır. Qiyam günü Allah onlarla danışmaz, onları təmizə çıxartmaz. Onları şiddətli əzab gözləyir!” (Bəqərə 2/174)

Elm və sənətin məlumat qaynağı da ayələrdir. O ayələri daha yaxşı bilən Allaha qarşı daha hörmətli olur. Allah Təala bəzi təbiət ayələrini verdikdən sonra belə buyurmuşdur:

“Allahdan öz bəndələri arasında ancaq alimlər qorxarlar.” (Fatir 35/28)

Əgər dini düşüncəmizi Allahın tərif etdiyi kimi dəyişdirsək, ortada elm və din ayrılığı qalmaz. Bütün insanlığı qucaqlayan, cihanşümül həqiqətlərə səsləyən və pozulan tarazlığı düzəldən bir dini düşüncə meydana çıxar. Elə isə dini təbliğ edən bir kimsənin Quranı yaxşı öyrənməsi lazımdır. Bu onun üçün qaçınılmaz şərtdir. Quranı öyrənmənin əsas şərtlərindən biri də ərəbcəyə və sünnəyə yaxşı yiyələnməkdir. Sünnəni yaxşı öyrənmək də Quran-Sünnə bütövlüyünü qavramaqla mümkündür (3). Sünnəni Qurandan ayrı bir qaynaq saymağa davam etdiyimiz halda işin içindən çıxa bilmərik. İnsanları bu cür yetişdirməli və dünyanın qarşısına bu təkliflə çıxmalıyıq:

“ Gəlin Allahın yaratdığı ayələri, nazil etdiyi ayələrlə bərabər oxuyaraq elm və din tarazlığını quraq və yeni dövrümüzü inşa edək.”

Dünyada bu ədalətli meydan oxumağı heç kim bacara bilməz.

Abdulaziz Bayındır *

 *İstanbul Üniversitesi İlahiyat Fakültesi İslam Hüququ Kafedrasının Müdürü, Süleymaniye Vakfı Müdürü

(1) Kafirlər bəzi hallarda, kaş ki biz də (Allaha) təslim olsaydıq deyə dua edərlər. (Hicr 15/2)

(2) Bu məal, Maturidinin təfsirinə görə verilmişdir. Bax. Əbu Mənsur Muhəmməd b. Muhəmməd əl-Maturidi, əs-Səmərqəndi (ö. 333 h./944 m.) Təvilatul-Quran, Təhqiq, Xədicə Boynuqalın, Elmi kontrol: Bəkir Topaloğlu, İst. 2006, c. VII, S. 458.

(3) Quran-Sünnə bütövlüyü mövzusunda, ətraflı araşdırmaları görmək üçün www.süleymaniyevakfı.org. adlı saytımızda nümayiş olunan araşdırmalara nəzər yetirə bilir və http://www. kurandersi.com/mukayeseli –fıkıh-dersleri/adresində nümayiş olunan elmi mülahizələrimizə qulaq asa bilərsiz.

QEYD: Türk dilindən Azərbaycan dilinə uyğunlaşdıran Aydın Mülayim.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.524 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Zəmzəm suyunun sirləri 12.12.10 5.207 dəfə oxundu
2 Ərlə arvadın sirrini açmaq 03.04.12 3.103 dəfə oxundu
3 Həzrəti Hüseynin ölümünə sevinmək? 14.05.13 2.462 dəfə oxundu
4 Novruzla əlaqədar məlumatlar 21.03.15 2.742 dəfə oxundu
5 Yer üzündə gəzib dolaşmaq 17.01.11 2.389 dəfə oxundu
6 Əsl kafir kimdir? 21.07.12 8.635 dəfə oxundu
7 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 2.751 dəfə oxundu
8 Tövhid 24.09.16 2.788 dəfə oxundu
9 Qütblərdə namaz vaxtları 07.02.11 2.268 dəfə oxundu
10 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.012 dəfə oxundu
11 Qədir Xum hadisəsinin həqiqətləri 07.06.13 1.838 dəfə oxundu
12 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.711 dəfə oxundu
13 Allahın varlığının riyazi isbatı 15.02.11 5.704 dəfə oxundu
14 Müsəlmanın davranışları 23.09.12 1.814 dəfə oxundu
15 Quranın savabı ölüyə çatırmı? 17.06.13 5.053 dəfə oxundu
16 Əli İzzətbekoviçdən İslam dünyasının Xülasəsi 14.04.17 425 dəfə oxundu
17 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 1 11.02.11 2.399 dəfə oxundu
18 İslamda analara münasibət 19.10.12 2.199 dəfə oxundu
19 Dindən dönənlərin öldürülməsi 17.05.14 2.000 dəfə oxundu
20 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 105 dəfə oxundu
21 Təəssüb və dini təəssübkeşlik 24.06.09 3.168 dəfə oxundu
22 Qərbin inkişafının paradiqması 19.02.11 3.320 dəfə oxundu
23 İslamda söyüşə münasibət 19.10.12 1.840 dəfə oxundu
24 QÜTBÜ ƏZƏM 24.03.14 2.403 dəfə oxundu
25 İslamdan İslama qədər 15.10.15 2.460 dəfə oxundu
26 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 2 26.02.11 2.355 dəfə oxundu
27 Qurbanın maddi və mənəvi əhəmiyyəti 19.10.12 1.628 dəfə oxundu
28 Müsəlmanın müsəlmandan başqa dostu olmaz 09.08.13 1.306 dəfə oxundu
29 Əbu Hamid Qəzalinin fəlsəfi-etik görüşləri 17.11.09 2.688 dəfə oxundu
30 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 3 28.02.11 2.162 dəfə oxundu
31 Qurban qətliam deyil! 23.10.12 1.564 dəfə oxundu
32 Dini düşüncəmizi dəyişdirməliyik 04.09.13 1.524 dəfə oxundu
33 Ramazan təqvimi 27.06.14 3.648 dəfə oxundu
34 İslamda insan cəsədi və meyityarma 16.03.11 2.413 dəfə oxundu
35 Ad qövmünün həlakı 29.10.12 1.506 dəfə oxundu
36 Sərvət, hakimiyyət və kasıblıq haqqında 07.09.13 1.870 dəfə oxundu
37 Din 31.03.10 2.929 dəfə oxundu
38 QƏNDİLLƏR 13.02.11 2.775 dəfə oxundu
39 İslamda qardaşlıq və bərabərlik 10.11.12 2.829 dəfə oxundu
40 Quran kifayət qədər açıq deyilmi? 04.11.13 1.316 dəfə oxundu
41 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 3.092 dəfə oxundu
42 Professor Şahlar Əsgərov, “Allahın varlığının riyazi isbatı” 15.02.11 3.222 dəfə oxundu
43 Müvahhid müsəlmanın xüsusiyyətləri 10.11.12 1.711 dəfə oxundu
44 Ənənəvi İslam və həqiqi İslam 11.12.13 1.729 dəfə oxundu
45 Ağıl işlətmək 24.04.10 3.154 dəfə oxundu
46 Quranda şəfaət anlayışı 02.09.15 1.679 dəfə oxundu
47 İslam ümumbəşəri dindir 16.11.12 1.607 dəfə oxundu
48 Nəbi və Rəsul 18.12.13 1.697 dəfə oxundu
49 Məşiət və iradə 05.07.09 3.189 dəfə oxundu
50 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.025 dəfə oxundu
51 Qəza-qədər məsələsi 24.02.13 3.894 dəfə oxundu
52 Sədəqə malı azaltmır 19.01.14 1.504 dəfə oxundu
53 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 2.419 dəfə oxundu
54 Quranın ecazı 21.11.11 9.090 dəfə oxundu
55 “Şeyx Əhməd vəsiyyətnaməsi” əfsanəsi 03.03.13 1.497 dəfə oxundu
56 Lə İlahə İlləllah 20.02.14 2.585 dəfə oxundu
57 Ramazanda Quran oxumaq 29.07.10 5.275 dəfə oxundu
58 Quran ayəli telefon zəngləri 18.01.12 2.705 dəfə oxundu
59 İslam dinində məhbuslara münasibət 24.03.13 1.645 dəfə oxundu
60 Təsbih və Zikr 29.04.16 1.178 dəfə oxundu
61 Pir və ziyarətgahlar 07.12.10 16.396 dəfə oxundu
62 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.528 dəfə oxundu
63 Ümmətin islahı nə ilə mümkündür? 17.11.15 1.507 dəfə oxundu
64 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 1.997 dəfə oxundu