Müsəlmanlar

Sərvət, hakimiyyət və kasıblıq haqqında

Sərvət, hakimiyyət və kasıblıq haqqında

Bu məqalədə “sərvət və hakimiyyət” mövzusunda; Qurandan bəzi nümunələrlə, inananların buna nə cür münasibət göstərdikləri və ümumiyyətlə hər kəsin bu məsələyə nə qədər biganə olduqlarını ifadə etməyə çalışacağıq.

Quranı Kərimdə insana verilən mal və mülkün çoxluğu ifa edilərək, bizə təqdim edilən iki mühüm nümunəyə işarət edilir. Bunlardan birincisi, xəzinələrinin açarlarını güclü bir cəmiyyətin daşımaqda çətinlik çəkdiyi Qarundur. İkincisi isə bir daha heç kimə nəsib olmayacaq bir elm və hakimiyyəti Rəbbindən istəyən və bu duası qəbul edilən Hz. Süleymandır.

Allah Təala, əlçatmaz bir mal və hakimiyyətə sahib olaraq həyat sürənləri bu iki şəxsin timsalında göstərməklə, bizim də əlimizə buna bənzər sərvət və hakimiyyət keçdiyi halda necə davranacağımızı bildirməktədir.

Haşiyədə də görüləcəyi kimi Qəsas sürəsinin 76-dan 28-ə qədər olan ayələrdə Qarunun həyatı və həyatının ana qayəsi son dərəcə açıq ifadə edilmişdir. Bu adama; “ Allahın sənə verdiyindən (Onun yolunda xərcləyərək) axirət yurdunu istə; amma dünyadan da nəsibini unutma. Allah sənə ehsan etdiyi kimi, sən də (insanlara) yaxşılıq elə. Yer üzündə pozğunçuluğu arzulama. Şüphəsiz ki, Allah pozğunçuları sevməz.” yönündə edilən xəbərdarlığa baxmayaraq o, əlindəki güc və sərvətlə azğınlığını daha da çoxaltmışdı. Hüməzə sürəsində də təsvir edilən Qarunun bu azğınlığı, onda təbii bir hal aldığını verdiyi cavabından da başa düşməkdəyik: “O (sərvət) mənə ancaq özümdəki bilik sayəsində verildi” dedi.

“İnsana bir zərər dəyəndə bizə yalvarır. Sonra biz ona özümüzdən bir nemət verdikdə deyir: “Bu mənə yalnız (özümdə olan) biliyə görə verilmişdir!” Xeyr, bu, bir imtahandır, lakin onların çoxu (bunu) bilmir.” (Zümər 49)

Bu düşüncəni xasiyət halına gətirən və hər dövrdə çox nümunələriylə qarşılaşa biləcəyimiz Qarunlar, özləri kimi mənfəətpərəst və özləri kimi dargörüşlü bir kütlədən başqa heç kimsə tərəfindən təqdirə layiq olmazlar. Ancaq qısqanılırlar.

Digər nümunədəki Hz. Süleyman isə daha yüksək bir iqtidara sahib olduğu halda bütün dövrün insanlarına nümunə olacaq, yaradıcının da rizasını qazanan bir davranış sərgiləməkdədir.

“Biz Davuda Süleymanı bəxş etdik. Süleyman nə gözəl bir quldu! O, həmişə Allaha yönəlirdi.  Axşam-üstü ona (üç ayağı üstündə durub bir ayağının) dırnağını yerə vuran, cins, çapar atlar verildi.  (Süleyman) dedi: “Mənim, Rəbbimi xatırlatdıqları üçün (atlara) məhəbbətim var, dedi. Nəhayət günəş batdı. (Süleyman): “Onları yanıma qaytarın!”– dedi. O, atların qıçlarını və boyunlarını sıvazlamağa başladı. And olsun ki, Biz Süleymanı  imtahana çəkdik. Taxtının üstünə (ruhsuz) bir cəsəd atdıq. Sonra o, Allaha yönəldi.”(Sad 38/30-34)

Ayələrdə də görüldüyü kimi Hz. Süleyman Allah Təaladan malı və iqtidarı istəmişdi. Ancaq bu arzusunun mənbəyi olan mal sevgisini “Rəbbimi xatırlatdıqları üçün məhəbbətim var” deyərək ifadə etmiş və gözəl bir davranış sərgiləmişdir.

Əsas nöqtə burasıdır. Bir tərəfdə, sərvətini şəxsi məharəti nəticəsində əldə etdiyini düşünən və bununla da istədiyini eləməkdə özünü sərbəst görən Qarunlar, Firavunlar, Nəmrudlar və s. Digər tərəfdə isə hər şeyinin sahibi olan Allah Təalanı görən, əldə etdiyi hər şeyə şükredən, İqtidarını Allahın rizasını qazanmaq istiqamətinə yönəldən Hz. Süleymanlar və digərləri…

Nə cür bir təvəkkül…

Sərvət və iqtidar qarşısında ayələrdə ifadə edilən iki fərqli xasiyəti və nəticələrini qısaca müşahidə etdikdən sonra, bunları əldə etmə qabiliyyətindən də bir az danışmaq lazımdır.

Şüphəsiz ki, Allah Təala, imtahan vasitəsi olaraq mal, uşaq və iqtidarı dilədiyinə hesabsız olaraq verir. İstədiyindən də hesabsız olaraq alır. Bir çox ayədə isbat olunan həqiqət qarşısında;

1) Əlini qolunu sallayan ya da lazımi qaydada məharətini ortaya qoymadan təvəkkül edən biri olmaqla,

2) Səbəblərə uyğun ölçülər içərisində yaxşı vaqif olub, təvəkkül edən arasında seçim eləmək lazımdır.

Hz. Muhammədin (s.a.v.) həyatına baxanda onun həmişə ikinci sırada ifadə edilən metodu tətbiq etdiyini görürük. Bədir döyüşündə Allah tərəfindən özünə zəfər vəd edilməsinə baxmayaraq və ya digər müharibələrdə, müharibənin əvvəlinə və müharibə əsnasında mübarizəni heç buraxmadığını görürük. Aqəbədə Rəsulullaha söz verən səhabənin də Bədir döyüşündən qabaq,”Biz Musa qövmü kimi get sən Rəbbinlə döyüş deyərək peyğəmbərini tək buraxanlardan olmarıq” deyərək Rəsulullahın hansı qərarı verirsə versin həmişə arxasında olacaqlarını və onunla bərabər döyüşəcəklərini bildirmələri də hadisələrə yaxşı vaqif olmalarını göstərməkdədir.  Bu nümunələrə bənzər çox daha misallar verə bilərik.

Ağla uyğun olan da budur. Çünki biz insanlar imtahan edilirik.

Birinci sıradakı davranış şəklinin məntiqi, Allah Təalanı –baxaq görək kömək edəcəkmi? deyən kimi- (sübhanallah) imtahan etmək olur ki, yaradılan birinin buna cürət etməsi qeyri-adidir. Eyni məntiqlə qeyri-adi bir çox hadisələrin (yuxu, kəramət və s.) arxasına düşüb, bu kimi məsələlərin təsirinə düşmək də şeytana qapı açmaq olur. Çünki peyğəmbərlər xaricində kim-kimə nəyi isbat edə bilir? Məqsəd Quranı başa salmaq isə hansı kəramət onun möcüzəsini aydınlada bilər? Ya da hər hüceyrəsi ayrı bir möcüzə olan canlı və ya cansız hər-hansı varlığın bir tərəfində Allah (c.c.), digər tərəfində Muhamməd (s.a.v.) yazsa, bu əlamət bir möcüzədirmi? Yoxsa bu, ey insan nə qədər az ağlını çalışdırırsan, heç düşünmürsənmi? deyərək  ağılsızlığının tənqid edilməsidirmi…?

İslam və mistisizm…

Ümumiyyətlə müsəlmanlar sərvət və iqtidara şüphəylə baxıblar. Əslində bu vəziyyət, sahib olma duyğusunu və bir mənada “gələcəyi qarantiləmək” adına edilən tədbirlərin qarşısını almamış olsada, ümumi nöqteyi nəzərdən bu iki kəlimə İslam cəmiyyətində həmişə, hesabı çətin veriləcək bir anlayışa çevrilmişdir. Xüsusiylə uzun illər İslam bayrağını daşıyan Osmanlılarda hakim olan təsəvvuf anlayışı da dünya həyatına və dünyalığa meyl etməməyə sövq etmişdir. Yüzillər sonra geriyə dönüb baxanda əsl neqatif təsirin; araşdırma, mühakimə və  kəşfetmə qabiliyyətindən uzaq bir nəslin yetişdiyini görürük. Eyni zamanda geriyə istehsaldan uzaq, ancaq xərcləməyi bacaran bir nəsil buraxılmışdır. Bu böyük həqiqətlər, kiçik nümunələrlə inkar edilə bilməz.

Məqsədimiz bir dövrü mühakimə etmək deyildir. Qaldı ki, Osmanlının yüz illər boyu iqtidar olaraq ortaya qoyduğu həqiqətləri silmə imkanı da yoxdur. Ancaq zəifləmə dövründə açıq görülən çürümə ünsürlərinin təhlil edilməsi, gələcəyi quranda eyni xataları təkrarlamamaq üçündür. Sonsuz şükürlər olsun ki, Rəbbimiz bizə heç kimin pozmağa gücü çatmadığı bir rəhbər olan Quranı ehsan etmişdir.

Yenidən qurma ehtiyası və fağırlıq təhlükəsi…

“İslam” hər cür qeyri-adiliklərdən uzaq bir düşüncəylə ələ alındığında; insan həyatının hər sahəsini əhatə edən və insan həyatının hüzur tapacağı geniş bir sistemə çevrilir. Onu mistik rituallar qəlibinə soxaraq təqdim etmək, qarşılaşdıqları insanlara fərqli şeyləri qəbul etdirmək, müsəlmanlar arasında parçalanmaları artıran səbəblərdəndir. Belə bir vəziyyətdə çox açıq həqiqətlər belə mistsizm pərdəsinin qaranlığında qalacaqdır. Həmsöhbət ya rədd etdiyi və ya əhəmiyyət vermədiyi mistik rituallarla bərabər ayələri də zehnindəki bir qaranlığa atacaq ya da mistsizmin qəbul etdiyi zehniyətlər, o platformada mühakəmə və araşdırma qabiliyyətini itirərərək dini ancaq təqlidə dayalı bir simvollar zəncirinə döndərəcəkdir.

Yuxarıdakı məlumatlardan sonra bu izahatlara ehtiyac vardır. İslam dünyasına hakim olan və bu gün hələ də üstümüzdən ata bilmədiyimiz ətalətdən, passivlikdən bir şəkildə xilas olmaq lazımdır. Detallarda ayaqda durmağa taqəti olmayan bir binanın ancaq siyasi argumentləriylə, böyük dəyişikliklərə nail olması mümkün deyildir.

Belə bir halda bütün elmləri dinin bir şöbəsi görən düşüncəni həyata keçirib; təmizlikdən-istehsala, tədrisdən-sağlığa, arxeologiyadan-astronomiyaya qədər hər sahədə İslamın münasibətini yenidən maarifləndirərək müsəlman fərdləri bərqərar etmək lazımdır.

Burada qəsd edilən, dünya sevgisinin müsəlman ictimaiyyətində artırılması deyildir. “Olmaya, bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə! Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır.” (Təha 20/131)

“Əgər insanların (müşriklərin cah-calal içində yaşadıqlarını görüb cahillikləri üzündən küfrdə birləşəcək) bir tək ümmət olmaq ehtimalı (təhlükəsi) olmasaydı, Rəhmanı inkar edənlərin (axirət əzabını daha da artırmaq məqsədilə) evlərinin tavanlarını və (damlarına) çıxdıqları nərdivanları gümüşdən edərdik./ Evlərinin qapılarını və söykəndikləri taxtları (gümüşdən düzəldərdik). / Və zinətlər də (verərdik). Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür. Axirət isə sənin Rəbbinin yanında ancaq (Allahdan) qorxanlar üçündür.” (Zuxruf 43/33-35)

Məqsəd hələ də yaşanan və qarşıdakı illərdə daha da şiddətlənməsi gözlənilən ümumi fağırlıq təhlükəsindən xilas olmaya çalışmaqdır. Çünki yoxsulluq da insanlara küfrü qısqandıracaq təhlükə ola bilir. (Qəsas 79) Bəlkə bu vəziyyət bir neçə yüz il əvvəlki möminlərin problemi deyildi. Çünki, 1200 il elmdə və dünyəvi işlərdə qlobal mənada zəif olmayıb, hətta uzun dövrlər üstünlüyü əlində tutan müsəlman coğrafiyası, xüsusiylə son iki yüz ildə ciddi bir geriləmə ilə üz-üzə qalmışdır. Müsəlman coğrafiyası; 20-ci əsrin başındakı birinci qlobal çevrilişdən torpaqları bölünərək və istismar edilərək çıxmış, 21-ci əsrin başındakı ikinci və daha güclü qloballaşma hərəkətində isə idarə və iqtidar zəifliyi göstərərək tamamiylə başkalarına möhtac və sərvətin bölüşdürüldüyü, birincisindən də çox neqatif bir vəziyyətə sürüklənməkdədir.

Bunun səbəblərini əvvəlcə özümüzdə axtarmalıyıq. Bu da, “Bir millət nəfslərində olanı dəyişməyincə, Allah da onlara verdiyi neməti dəyişən deyildir. Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir.” (Ənfal 8/53)

Qloballaşma şüarıyla dünyanı yenidən qurmağa çalışan lider ekonomistlərin, az inkişaf etmiş, xüsusiylədə müsəlman coğrafiyası lehinə istifadə etməyəcəkləri məlumdur.

“Yoxsa onların (dünyada) hökmranlıqdan bir payı vardır? Əgər elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir tumurcuğunu (zərrəsini) belə verməzdilər.” (Nisa 53)

Bu həqiqətlər işığında, fağırlaşmağı və iqtidar zəifliyini gələcəkdə qarşımıza çıxa biləcək bir məsələ olaraq görüb, bu gündən bu məsələyə əhəmiyyət verib, insanları aydınladacaq doğru düşüncələri yaymaq lazımdır.

Nəticə olaraq; Bir insan zəngin olaraq da, iqtidar sahibi olaraq da, fağır olaraq da; həm cənnəti həm də cəhənnəmi qazana bilir. Ancaq Allah Təala yer üzündə insanlar arasından, şərəfli bir peyğəmbərin ümməti qıldığı müsəlmanlara; dünyada da axirətdə də yaxşı və gözəl olanı istəmək daha çox yaraşır.

”İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!” – deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur!/ Bəziləri isə: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” deyirlər./ Belə şəxslərin qazandıqlarına (qazandıqları əməllərinə) görə (axirətdə) mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir!”(Bəqərə 2/200-202)

“(Ya Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar dünyaya iman gətirənlər üçündür (lakin kafirlər də onlardan istifadə edə bilərlər), qiyamət günündə (axirətdə) isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik.” (Əraf 7/32)

Müəllif: H. Mustafa Arslan

Azərbaycan dilinə çevirən: Aydın Mülayim

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.