Müsəlmanlar

İnananlar arasındakı fərq.

İnananlar arasındakı fərq.

Saytımıza gələn bu sual məni çox duyğulandırdı. Bu hadisə mənə inananlar arasında nə qədər böyük fərq ola biləcəyini bir daha göstərdi.

Məlum ki, başqasına yazdırmış: “Salam müsəlman bacı və qardaşlarım mən xəstəyəm, yıxılmışam onurğa sütunumda sınıq var sinəmdən aşağı ətraflarımı hiss etmirəm, yəni nəcisə getməyi hiss etmirəm, sidiyə katetrlə gedirəm ( şlank vasitəsi ilə ). Namaz qılanda yataqda uzanıqlı göz namazı qılıram. Ancaq bir şey meni çox narahat edir axı mən Allahımın qarşısına hüzüruna natəmiz çıxıram dəstəmazsız çıxıram … Düşünürəm ki günah edirəm ancaq mən Allahımdanda ayrılmaq istəmirəm, Onunla nəfəs alıram namazım dayansa, Allahımdan uzaqlaşdığım hissi məni parça parça edər. Ancaq yenə də düz nədirsə, o da olmalıdır. Çünki Allahımın qarşısına dəstəmazsız çıxıram. Xəstəliyim ucbatından hərəkət edə bilmirəm. Nəcisim də hiss etmədən gəlir. Xahiş edirəm mənə kömək edin, düzgün nədirsə onu edim.”

Bu sual mənə digər vechiz sualları xatırlatdı: “Salam, Evdə qüsl almağa şərait yoxdur, təyəmmüm edə bilərəm?” və ya “Su yoxdur, hava soyuqdur, namaz qılmağa şərait yoxdur” və s.

İndi bu iki inanan arasındakı müsəlman fərqini siz ölçün ölçə bilirsinizsə…

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.