Müsəlmanlar

Öncəlik arvada yoxsa anaya verilməli?

Sual: Xalq arasında belə bir söz var: “Ana üstündü, arvad da şirin”. Kişi üçün hər ikisi vacib dəyərlərdir. Ailədə ana ilə arvad arasında qalan kişi, dinə görə hansına öncəlik veməlidir?

Cavab: Ata-ananın yeri və vəzifəsi başqa, arvadın və ya ərin yeri başqadır. Bizi bəsləyən, böyüdən, qayğımıza qalan ata-anaya qarşı hörmət, qayğı və yaxşı baxmaq, qulluğunda durmaq vəzifəmizdir və bunu Uca Rəbbimiz bizə əmr etməkdədir.

Evli cütlərin, kişinin arvadı üzərində haqqı vəzifəsi olduğu kimi, arvadın da kişi üzərində haqqı və vəzifəsi vardır. Bunlar bir-birinə qarşı yaxşı keçinmək məcburiyyətində və bir-biri ilə imtahan edilməkdədir. Bu səbəblə aralarında düşmənlik də yarana bilər, əbədi məhəbbət də. Yəni, aralarında sevgi, hörmət dəyişə bilər. Ancaq ata-anaya qarşı hörmət isə, övlad olaraq borcumuz, vəzifəmiz dəyişməzdir.

Bir ailədə ana və arvad arasında problem yaranarsa, hər kəs arasında olduğu kimi onlar arasında da ədalətlə qərar verilməli, haqlı olanın tərəfini saxlamalıyıq. Qısacası, şəxslərdən yana yox, ədalətdən yana olmaq lazımdır.

Bunu da unutmamaq lazımdır ki, hər şeydə haqlı, haqsız aramaq, “sən mənə belə dedin, sən ona belə etdin”,- deyə, məhkəmə qurmaq və mühakimə etmək yox, səbr etməyi, bağışlamağı və yeni bir səhfə açmağı bacarmaq lazımdır. Bunları bacarmayan ailədə hüzur, sevgi və xüsusi ilə Allahın rizası qazanıla bilməz. Uca Rəbbimiz belə buyurur:

“Ey iman gətirənlər! Zövcələrinizdən və övladlarınızdan sizə düşmən olanlar vardır. Buna görə də onlardan ehtiyat edin! Ancaq əfv etsəniz, yeni bir səhfə açsanız və qüsurlarını bağışlasanız, bilin ki, Allah da bağışlayandır, rəhmlidir.” (Təğabun 64/14).

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/5908.html

https://www.muselmanlar.com/elanlar-xeberler/13292.html

https://www.muselmanlar.com/elanlar-xeberler/13621.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.