Sual: Deyirlər ki, arvad sözü pis sözdü. Sözün açığı bu kəlmə “iki ayağın arasını ifadə edir”, deyirlər. Bu nə dərəcədə doğrudur. Biz indi həyat yoldaşlarımıza “arvad” deməyək?
Cavab: Arvad kəlməsi, ərəb dilindəki “övrət” sözündən götürülmüşdür. Övrət, “bir insanın başqasına göstərməsi, başqasının baxması haram sayılan və qoruması lazım olan yerlərə deyilir.
Övrət yeri şəxslərə görə dəyişir. Kişilərin övrət yeri göbəkdən diz altına qədərdir. Amma qadınlarda əl, üz və ayaq topuqlarına qədər olan yer xaric, hər yeri övrət sayılır. Məhz “övrət” sözünün türkcədəki tələffüzü, “avrad və ya arvad” deyilməsinin əsas səbəbi də budur: Əksər yerlərinin övrət olması. Yad kişilərin, qadınların övrət yerlərinə baxması da toxunması da haramdır.
Bir də ki bir kişinin, “bu mənim arvadımdı!” deyə, xitab etməsi təhqir deyil, bir anlamda “o övrət yeri, onun məhrəmi mənə məxsusdu, onun qoruması da mənəm” – demiş olur. Yəni, ona göstərdiyi ehtiramın bir əlamətidir.
O cümlədən ərəbcə kəlmə müənnəs olduğu üçün, türkcəmizdə “arvad” sözü qadınlara nisbət edilir.
Övrət yerinin kiçik bir hissəsi olan “iki ayağın arasına” isə xüsusi olaraq ərəbcədə “fərc” deyilir. Ona görə də arvad sözü, həmin hissəni ifadə edir demək, dar düşüncənin məhsuludur.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabı aşağıdakı linkdə görə bilərsiz:
https://www.muselmanlar.com/fitvalar/14645.html
https://www.muselmanlar.com/fitvalar/5908.html
https://www.muselmanlar.com/elanlar-xeberler/7749.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.




