Cavab: Allah rüzini həm öz istədiyinə verər həm də çalışana verər, ikisi də doğru.
Əlbəttə hansısa yoldan verilən ruzi ilə bir insanın çalışıb qazandığı ruzi bir deyildir. Ruzi deyəndə halal yoldan qazanılan nəzərdə tutulur. Haram yoldan qazanılana ruzi deyilməz. Bunu da unutmayaq ki, əsas olan ruziyə sahib olmaq deyil, onu hara, nəyə və kimə xərclədiyin önəmlidir. Əgər bir insan istər Allahın özünə verdiyi istəyir öz əməyi, çalışması ilə qazandığı ruzini, Allahın razı qalacağı yerə xərcləmirsə, xeyirxah işlərə sərf eləmirsə o ruzinin onda olmasının nə xeyri var? Hər insan zəngin olmağı arzulayır amma bu zənginliyin onun üzərində nə qədər böyük dəyişikliklər meydana gətirdiyinin fərqində olmaz və nəticədə bu haqqını verə bilmədiyi böyük, əbədi bir fəlakətə dönüşür. Bu səbəblə hər zəngin olmaq istəyənin zəngin ola bilməməsi onun üçün bir nemət, zəngin olması isə onun üçün faicə ola bilər. Ona görə deyiblər ki, “haqqını verə bilmədiyin çox malın olmaqdansa haqqını verdiyin az mal sizin üçün daha xeyirlidir.”
Məsələn; Hal-hazırda Ərəbistan ərəblərinə torpağın altından elə bir sərvət vermiş ki, hər kəs varlanmışdır. Peyğəmbər əleyhissəlamın vəfatından sonra iki imperiyanın sərvətinə qovuşdular, buraxın müsəlmanlığı insanlıqlarını belə unutdular, yəhudilər kimi dinlərini satdılar. Hələ də qonşuluğundakı ölkələrdə insanlar acından ölür, onlara bir qəpik xərcləməz, xeyir naminə heçbir iş görməzlər amma zevq səfa və axmaq şeylər üçün milyonlar xərcləyirlər.
Allah bir qisim insanları varlıqla sınayır ki, ən çətini də budur. Bir qisim insanları da yoxluqla imtahan edər. Zənginlik yaxşı, fağırlıq pis sayılmadığı kimi, İmtahanın da pisi yaxşısı olmaz, ağırı və yüngülü olur. Bizim ona qarşı münasibətimiz, ya pis ya da yaxşı ola bilər…
- Rüzini hərkəsə bərabər qaydada versəydi daha ədalətli olmazdımı?- deyirsiz.
Xeyr, olmazdı. Yer üzündə bütün insanların bitirib tükədə bilməyəcəyi qədər ruzi var. Aclıq əsasən, ruzinin az olması ilə deyil, insanların açgözlüyü və başqalarının malının qəsb edilməsi ilə yaranır. İnsanların malını qəsb edənlər, malı az olanlar deyil, çox olanlardır. Milyonu olan, başqasının əlindəki manatı belə almağa can atır. Yer üzündə ədaləti Allah yox, insanlar saxlamalıdır. İmtahan da bunun üçündür.
Bizə dövlətli görünən insanların çoxu başqalarının malına yiyələniblər. Həqiqətdə isə onlar heç bir şeyə sahib olmayan insanlardır. Belələrinin çoxu; mallarını yönləndirəcək yerdə, malları onları yönləndirir. Əldə etdiyi də sadəcə; qürür, kibir və hərcür günahlardır. Belələrinin əldə etdiklərinə ruzi deyil, bir bəla desək daha münasib olur.
Bir müsəlman özü üçün dünyada da axirətdə zənginlikdən daha yaxşı olanı istəməlidir və biz bunu hər namazın oturuşunda təkrarlıyırıq: “Ya Rəbb! Bizə dünyada da axirətdə də yaxşılıq ehsan eylə!”
Nəticə olaraq: Dövlətli ola bilməyin bir yolu da Allah Təalanın verdiklərindən xeyrə xərcləyə bilməkdir.
Zəngin insan, ən çox paylaşa bilən, bir loxması olsa da bölə bilən insandı. Beləsi dünyada da axirətdə də varlı və Allah tərəfindən sevilən insandır:
“Kim (Allahın huzuruna) bir yaxşılıqla gələrsə ona on qatı verilir. Bir pisliklə gələn isə ancaq misli ilə cəzalandırılır və onlar haqsızlığa məruz qalmazlar”. (Ənam 160)
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:
https://www.muselmanlar.com/fitvalar/5699.html
https://www.muselmanlar.com/fitvalar/4068.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.




