Sual: Gözdəymə və ya bəd nəzər bir insanın xəstələnməsinə ya da ölməsinə səbəb ola bilərmi?
Cavab: Qurani Kərimə və səhih hədislərə baxdığımız zaman nəzər dəyməyin hər hansı bir dəlili yoxdur. Nəzər dəymə, göz dəymə, cinvurma və buna bənzər bir çox inançlar sadəcə xalq arasında yayğındır.[1] Halbuki bütün bunların nə elmi nə də tarixi yöndən bir sübutu yoxdur. Sadəcə dedi-qodudan ibarət bəzi hekayələr ortada gəzir.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:
https://www.muselmanlar.com/elanlar-xeberler/11769.html
https://www.muselmanlar.com/elanlar-xeberler/14471.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Nəzər dəyməyə qarşı, qapı və divarlara Qurani Kərimdə keçən bu ayəni asdıqlarını da görərsiz ki, ayənin nəzərlə heç bir əlaqəsi yoxdur. Ayə belədir: Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman səni sanki gözləri ilə yeyəcək kimi baxır və “o tamamilə dəlidir!”- deyirlər. (Qələm, 68/51.)