Müsəlmanlar

Malı stoklayıb sonra onu yüksək qiymətə satmaq qarabazara yol verməkdirmi?

Sual: Zəruri ehtiyac mallarını stoklayıb, dəyərinin çox üzərində sataraq, qarabazara meydan vermək tələbat qaydalarına görə caiz olurmu?

Cavab: Qarabazar, insanların bir mala ehtiyacı olduğu halda o malın qiymətinin daha da artmasını gözləyərək özündə saxlanmasıdır. Buna İslamda “ixtikar” deyilir. Amma bazarda bir malı rahat tapmaq mümkün isə və hər hansı bir tələbat da yox isə, bu malı qiymətinin yüksəlməsi üçün saxlamağa qaçaqmalçılıq deyilməz.  Məsələn, pazarda bol miqdarda buğda olduğu halda, biri öz buğdasını ucuz bir qiymətə getməməsi üçün anbarında saxlayır və bahalandığı vaxt çıxarıb satırsa, bunda bir problem yoxdur. Bu adam qarabazarçı sayılmaz.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Oxşar məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/4349.html

http://www.muselmanlar.com/fitvalar/5947.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []