Müsəlmanlar

Bir adamın haram qazancından arvadı və uşaqları məsuliyyət daşıyırmı?

Sual: Ərinin və ya atasının faizlə əldə etdiyi qazancdan bilə-bilə yeyən ya da xərcləyən biri, onlar qədər günahkar deyilmi?

Cavab: Ailədə haram yollarla qazanc saxlayan biri varsa, ailənin digər üzvləri ona qarşı mübarizə aparmalıdır. Ancaq hər bir müsəlmanın haramlar arasındakı bu mühüm fərqi bir-birindən ayıra bilməsi lazımdır. Haram iki cürdür:

1. “Haram li-aynih=Özündə haramlıq olan.” Məsələn, içki, faiz, donuz əti və sair. Bunlar bütün müsəlmana haramdır. Hər müsəlman özü yesə və qazansa da bir başqası ona yedirsə və gətirsə də haramdır.

2. “Haram li-qayrih=Özündə haramlıq olmayan.” Məsələn, su haram deyil, ancaq oğurluq su haramdır. Bu suyun haramlığı onu oğrayanla əlaqədardır. Fəqət, bizə gətirib satsa ya da biz onu içsək bu su bizə haram olmaz. Oğurluq olduğunu bilsək belə, içdiyimiz su bizə haram olmaz, amma onun etdiyi işə dəstək verdiyimiz üçün günahkar oluruq.

Bir şəxsin atası ya da yoldaşı faizli qazanc əldə edirsə, o qazancın özündə deyil, əldə edilmə yolunda haramlıq vardır. Ailə üzvlərinin belə bir qazanca üsyan etməsi və istəmədiklərini göstərmək üçün yeməmələri onlar üçün bir savab olur. Yemələri isə onlara haram olmaz. Haram şəxsən onu qazanana aiddir. Qurani-Kərimdə ifadə edildiyi kimi:

“Hər bir kəs qazandığının girovudur.” (Müddəssir, 74/38)

Oxşar məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/900.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.