Müsəlmanlar

Kredit və nisyə arasındakı fərq nədir?

Sual: Camaatda nəğd pul olmadığı üçün kreditlə mal satıram. Məğər bu nisyə al-ver deyil? Kredit və nisyə arasındakı fərq nədir?

Cavab: Ölkəmizdə görülən kəlimə və anlayış xətalarının ən böyüklərindən biri də kreditlə nisyə arasındaki fərqin bilinməməsidir. Bunlar arasındakı fərq bilinmədiyi üçün haram və halal bir-birinə qarışdırılır. Kreditə də kredit, nisyəyə də kredit deyirlər.

Kredit haram, nisyə isə halal müqavilədir. Kredit faizli borclanmanın adıdır. Yəni faizin bir başqa adı kreditdir. Hardan və kimdən alınmasının heç bir əhəmiyyəti yoxdur. Nəticədə haramdır.

Nisyə isə bir malı aralarında razılaşdıqları qiymət müqabilində və vaxt ərzindəki alış-satışdır. Burada nisyə verən şəxs sattığı malına nəğd qiymətindən fərqli olaraq istədiyi qiyməti qoya bilər.

Bilavasitə nisyə alış-satış halal, kredit isə haramdır.

Daha ətraflı məlumat üçün aşağıdakı yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/4417.html

http://www.muselmanlar.com/fitvalar/4604.html

http://www.muselmanlar.com/fitvalar/4280.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidirMÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.